IV minillikdə müasir səhranın yerləşdiyi ərazilər Savanna tipli
landşaftla örtülü olmuşdur.
Bəzən bu və ya digər coğrafi ərazilərin su ilə təminatı
təbii səbəblərdən daha tez dəyişirlər. Məsələn, Böyük Çin
düzənliyindəki fəlakətli dəyişiklikləri, Xuanxe çayının məcrasının
tez-tez dəyişməsi bunlara misal ola bilərlər. Amudərya və
Sırdərya çaylarının Aral dənizinə axdılması ilə Sarıqamış və
Uzboy gölünün qurumasına səbəb olmuşdur ki, bu da Orta
Asiyanın bu ərazilərində oazislərin məhv olmasına səbəb
olmuşdur.
Avropanın Hollandiya, Belçika, Lüksemburq və
Macarıstan kimi ölkələrində su çatışmazlığı qabarıq şəkildə
nəzərə çarpır və müvafiq olaraq bu ölkələrdə il ərzində adam
başına 0,78; 0,94; 0,81 min nV çay axını düşür.
Təbii təsərrüfat sistemlərinin suya olan tələbatını nəzərə
alaraq dünyanı aşağıdakı ərazilərə ayırırlar:
1.
Böyük su ehtiyatının azlığına və suya olan tələbatının
aşağı olmasına görə fərqlənən (Afrikanın tropik ölkələri.
Cənubi Amerika, Skandinaviyanın
bir hissəsi, Kanada);
2.
Orta təminatlı su ehtiyatlarına və suya az tələbatı olan
(Şimali Amerikanın bir çox ölkələri. Yaxın və Orta şərq
ölkələrinin çoxu;
3.
Su ehtiyatı və suya olan yüksək tələbatına görə fərqlənən
(Qərbi Avropanın inkişaf etmiş və çoxlu əhalisi olan ölkələri,
ABŞ-m şərq hissəsi);
4.
Az su ehtiyatı olan və suya çoxlu tələbatına görə
fərqlənən (Qərbi ABŞ və Yaponiyanın sıx əhali yerləşən
hissəsi. Afrikanın mərkəzi) rayonlar.
51
Cədvsl 2.3.
Dünyanın su ehtiyatları (M.İ.Lvoviçə görə)
Su növləri
Su
ehtiyatı
(min
kmö
Dünya okeanının
ehtiyatları (%)
Su
mübadi
ləsinin
aktivliyi
(illərin
sayı)
Ümumi içməli
Dünya okeanının suyu 1338000 96,50
-
2600
Yeraltı sular
23400
1,70
-
2000
Əsasən içməli sular
10530
0,76
30,1
880
Torpaq rütubəti
16,5
0,001
0,05
1
Şimal və dağ buzlaqları
24064,1
1,74
68,7
9700
Göllərin suyu:
176,4
0,013
-
17
İçməli
91
0,007
0,26
-
Duzlu
85,4
0,006
-
-
Bataqlıqların suyu
11,5
0,0008
0,03
5
Çay vadilərinin suyu
2,1
0,0002
0,006
0,044
Atmosfer suyu
12,9
0,001
0,04
0,22
Bütün hidrosfer
1385985
100
-
2400
İçməli sular
35029
2,53
100
-
Bioloji su
1,1
0,0001 0,003
-
Dünya təsərrüfatının sürətli inkişafı ilə əlaqədar olaraq
suya olan tələbat hər 10-12 ildə iki dəfə artır. Bu tələbata münasib
olaraq suyun keyfiyyəti aşağı düşür, çirklənmə dərəcəsi artır.j
Adam başına düşən suyun miqdarına görə Moldova (0,2) və
Özbəkistan (0,9 kmö ən
52
aşağı yerləri tuturlar. Ümumiyətlə, suların
təminat dərəcələri
müxtəlifdir.
Şum əkinləri altında əkin sahələrinin artırılması yalnız
suvarmadan geniş istifadə vasitəsilə mümkündür. Hazırda
Afrikanın, Cənubi Amerikanın və Avstraliyanın bir çox məhsul
verməyən əraziləri suvarma nəticəsində yüksək məhsul verə
bilər. Çay sularından tam səmərəli istifadə olunarsa Qanq və
Braxmaputranın cənub axarlarında əkin sahələrini iki dəfə,
cənubi Avstraliyada isə, dörd dəfə artırmaq mümkündür.
Suvarma əkinçiliyi sudan istifadə edən sahələrlə müqayisədə
birinci yeri tutub və tutacaq.
Urbanizasiya prosesi daha çox təsərrüfat - məişət
sularının istifadə olunması ilə müşahidə olunur. Ərazidə içməli
suyun qeyri-bərabər paylanması sənayenin, şəhərin, kənd
təsərrüfatı müəssisələrinin və ümumiyyətlə iqtisadiyyatın
inkişafı, “su aclığına” və su çatışmazlığına səbəb olur. Məsələn,
ABŞ-da 1900-cu ildə bütün təsərrüfat sahələrilə içməli su
ehtiyatının (öz ərazilərində) 6%-ni, 1960- cı ildə 27%-ni,
1980-ci ildə isə 50% istifadə olunub.
İçməli suyun çatışmaması bir çox regionlarda, ölkələr
arasında ziddiyyətlərə səbəb olmuşdur. Məsələn, uzun illərdir
ki, ABŞ-la Meksika arasında sərhəd çaylar olan Kolorado və
Rio-Qrande, Pebjuanm bölüşdürülməsi üstündə mübahisələr
gedir. Türkiyə ilə Suriya arasında Fərat çayının suyundan
istifadə də belə mübahisələr olmuşdur.
2.5.3.
Dünya çayları, gölləri və onların insanın həyat
fəaliyyətində rolu
Axan çay, bütün ekosistemlər kimi, öz-özünü
təmizləmək imkanına malik olsa da, həddən artıq çirkləndikdə
bu imkana malik olmur. Çayın ekosisteminə bütün su toplayıcı
hövzəni
və onunla əlaqədar olan meşə,
53