Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

desək, cansız təbiətin canlılara təsir edən komponentləri abiotik 
amillərdir. Məs: rütubət, işıq, təzyiq, sıxlıq və s. 
Antropogen amillər. Canlı aləmə insanların təsiri sonuncu 
amilin əsası sayılır. Biotik və abiotik amillərdən fərqli olaraq son 
50-60 ildə antropogen amillərin biosferə təsiri ilbəil artmış və ona 
görə də məhz antropogen xarakterli təsirlərin dünya miqyasında 
əmələ  gətirdikləri  təzadlar  barədə  sonrakı  bölmələrdə  məlumat 
verilir. 
Canlı  aləmin  təbiətdə  mövcud  olması  ekoloji  amillərdən 
asılıdır.  Ətraf  mühitin  ekoloji  amilləri  orqanizmdə  gedən  bütün 
fizioloji,  biokimyəvi  prosesləri  tənzimləyir,  canlı  orqanizmlərin 
inkişafına, artmasına, yayılmasına, məhsuldarlığına təsir göstərir. 
Hətta  onun  ekoloji  faktorların  orqanizmə  təsir  mexanizmi  çox 
mürəkkəbdir.  Bununla  belə  bütün  faktorlara  xas  olan  təsir 
dərəcəsi canlı üçün optimal (əlverişli), maksimal (yuxarı hədd) və 
pessimal (zəifləmə həddi) olur. Bundan başqa ekoloji faktorların 
orqanizmə  təsir  sürəti  də  müxtəlifdir.  Belə  ki,  bu  və  ya  başqa 
faktorun təsir gücü fərdin növündən, dözümlük dərəcəsindən və 
genetik təkamül xüsusiyyətlərindən asılıdır. 
Qeyd  etmək  lazımdır  ki,  antropogen  təsirlərin  gücü 
artdıqca, canlı aləmin mühitə uyğunlaşma sürəti də dəyişir. Bu cür 
uyğunlaşma ilk növbədə orqanizmin davranışında (sitoloji), sonra 
onun  həyat  tərzində  (ekoloji)  və  nəhayət  canlının  morfoloji 
xüsusiyyətlərində özünü büruzə verir. Bu müəyyən vaxt ərzində 
təzahür  üçün  səciyyəvi  sayıla  bilər.  İşıq  və  temperatur  kimi 
faktorların  canlı  varlığa  geniş  diapozonlu  təsirini  nəzərə  alaraq 
onların mahiyyəti qısa şərh olunmalıdır. 
Planetdə enerji mənbəyi, maddələr dövranı  su mübadiləsi 
mühitin  formalaşması  və  s.  yalnız  işıqla  əlaqədardır.  Sabit  və 
tükənməz işıq mənbəyi isə Günəşdir. Yer kürəsində mövcud olan 
canlı həyatın bünövrəsi sayılan üzvi maddələrin yaranması birinci 
növbədə işığa əsaslanır. 
11 


Demək  olar  ki,  işıq  faktoru  ilə  əlaqəsi  olmayan  varlıq  yoxdur. 
Təkamül dövründə heyvanlar və bitkilər işıq faktorunun dəyişmə 
vaxtına  dəqiq  alışmışlar.  Sutkalıq,  yaxud  da  bioloji  rejim 
ekologiya  elmində  tez-tez  rast  gəldiyimiz  bioloji  saatlarla 
əlaqədardır.  Biosferdə  canlı  məxluqun  sutkalıq  rejimə  uyğun 
inkişafının olduqca böyük bioloji əhəmiyyəti vardır. Çünki gecə 
və  gündüz  həyat  tərzinə  alışan  heyvanlar  çox  nadir  hallarda 
bir-birinə rast gəlirlər, deməli onların arasında rəqabət də olmur. 
İlk  baxışda  adi  hal  kimi  görünən  bu  münasibət,  uyğunlaşma  o 
deməkdir ki, hər bir ekoloji sahənin daxili imkanlarından səmərəli 
istifadə  edilir.  Təcrübələrlə  sübut  olunmuşdur  ki,  barama 
qurdunun beynində işığı qəbul edən hüceyrələr gecə ilə gündüz 
arasındakı  vaxt  müddətini  dəqiq  müəyyənləşdirir.  Belə  ki,  gün 
ərzində.  İşıqlı  vaxt  (8  saat)  başa  çatandan  sonra  barama  qurdu 
yatır  və  hiss  edir  ki,  bayırda  şərait  yaxşı  deyil,  «çölə  çıxmaq 
təhlükəlidir». 
Bahar  fəslində  işıqlı  vaxtın  müddəti  get-gedə  artır  və 
qurdun beynindəki xüsusi sinir hüceyrələri harmon ifraz etməyə 
başlayır. Deməli barama qurdunu «oyadan» harmonun ifrazı üçün 
lazım  gələn  əsas  şərt  işıqlı  vaxtın  8  saatdan  çox  olmasıdır. 
Təbiətlə  canlı  aləm  arasında  dövri  hadisələrin  xronoloji  şəkildə 
baş verməsi də işıqla əlaqədardır. 
Quşların  köçməsi,  heyvanların  miqrasiyası,  qış  yuxusuna 
getmə  və  s.  işıq  amilinə  gərəkdir.  Səciyyəvidir  ki,  vəhşi 
heyvanların vaxtaşırı yun, tük tökməsi məhz temperatur ilə yox, 
işıq  faktoru  ilə  əlaqədardır.  Yaz-yay  aylarında  işıqlı  vaxt  çox 
olduğu üçün fauna və floranın maksimal inkişafı da bu vaxtlara 
təsadüf edir. 
Canlı aləmə təsir göstərən amillərdən biri də Aydır. Heç də 
təsadüfi deyildir ki, bir çox xalqlar indinin özündə də Aya sitayiş 
edirlər.  Uzun  müddətli  müşahidələrə  görə,  heyvanların  çoxu, 
həmçinin insanlar da Ay bədrlənən zaman daha fəal,  emosional 
olurlar. Sübut olunmuşdur ki
112 


meşələrdə  yaşayan  nəhəng  siçovulların  daha  intensiv  cütləşmə 
dövrü  Ayın  tam  açıq  fazasına  təsadüf  edir.  Bundan  başqa  Ayın 
fazaları gecə həyat tərzinə alışan heyvanların davranış və həyati 
proseslərinə güclü təsir edir. Yer kürəsində Ayın canlı aləmə təsir 
göstərməsi ən çox dənizlərin qabarma hadisəsilə baş verir. Günəş, 
Ay və Yerin bir-birinə istiqaməti düz xətt təşkil edən zaman dəniz 
və  okeanların  qabarması  maksimum  hündürlüyə  qalxır.  Ucsuz- 
bucaqsız  dəniz  və  okeanların  dayaz  yerlərində  yaşayan 
saysız-hesabsız canlıların həyatı, biosferdə üzvi aləmin yaranması 
və dövri sistemdə fəal iştirakı qabarma ilə bağlıdır. İşıq faktoruna 
görə canlı aləm aşağıdakı üç qruplara bölünür: 
Bitkilər 
haliofıtlərə (işıqpərəst) və 
fakultativ  haliofitlərə  (kölgə  və  işığa  dözənlər)  qrupuna, 
heyvanlar  isə  gündüz,  gecə  və  alaqaranlıq  heyvanlar  qrupuna 
ayrılırlar. Bütün bu proseslərin əksəriyyəti ətraf coğrafi mühitdə 
baş verir. 
3.4.
 
Bioloji müxtəlifliyin saxlanılmasının ekoloji əhəmiyyəti 
Bioloji  müxtəliflik  yerüstü,  dəniz  və  digər  su 
ekosistemləri  və  onları  təşkil  edən  ekoloji  komplekslər  daxil 
olmaqla  bütün  mühitlərdən  olan  canlı  orqanizmlərin  cəm 
müxtəlifliyi,  növdaxili,  növlər  və  ekosistemlər  arası  müxtəliflik 
deməkdir. 
Biomüxtəlifliyi üç tipə ayırmaq olar: 
- Yaşayış mühitinin müxtəlifliyi (ekosistemlər və 
landşaftlar). 
Növlərin  müxtəlifliyi  (heyvan,  bitgi  və  bakteriya 
növləri). 
Bütün genlər (genetik müxtəliflik). 
Yer üzərində bütün həyatın tərkib hissələri bir- birindən 
asılı olan nəhəng bir sistemdir. 
Biomüxtəliflik anlayışı bütün genləri, heyvan və bitkilərin bütün 
növlərini, ekosistemləri və landşaftları əhatə 
113 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə