fəaliyyətini gücləndirmək işini fəallaşdıraraq bir neçə beynəlxalq
konvensiyalara da qoşulmuşdur.
Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə
Avropa üzrə ən zəngin biomüxtəlifliyə malik olan ölkələrdən
biridir. Azərbaycanda bir çox bitgi və heyvanat növləri
endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud
deyil. Bu bioloji müxtəliflik bir çox təsirlər nəticəsində təhlükə
altındadır.
Respublikamızda davamlı inkişafın təmin olunması
baxımından bioloji müxtəlifliyin qorunması üçün aşatğıdakı
strateji tədbirlərin həyata keçirilməsi məqsədə müvafiqdir:
Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün
ekoloji proseslərə, beynəlxalq konvensiyalara, digər
ölkələrarası və
regional müqavilələrə qoşulmaq;
-
Bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin
müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə
tədbirlərin hazırlanması
və həyata keçirilməsi;
Biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün
ölkələrin flora və faunasının Qırmızı və Yaşıl
Kitablarının
tərtibi və yeniləşdirilməsi;
-
Xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qorunma
statusuna malik olan bitki və heyvanlar aləminin
bərpası üçün müvafiq şəraitin yaradılması;
Nadir və kökü kəsilməkdə olan
bitki və heyvan
növlərinin genefondunun qorunmasının təmin
edilməsi və onların xüsusi
qorunan zooloji parklarda
saxlanılması üçün yaradılması; Biomüxtəliflik üçün
təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir
altına düşə bilən təbii
bitgi və heyvan növlərinin
proqnozlaşdırılması;
117
uğraması, suvarılan torpaqların isə 40%-ə qədərinin şorlaşmaya
məruz qalması, torpaqda toksik biosidlərin və gübrələrin artığının
toplanması, torpaqların qlobal çirkləndirilməsi kimi qlobal
problemlərin yaranması göz qabağındadır.
Cədvəldə həmçinin atmosferin, saf suların, okean və
buzlaqların, meşə və kol örtüyü, canlı orqanizmlər, planetin canlı
maddələri, iqlimi və havasında gedən qlobal dəyişilmələr
göstərilir.
Eramızın əvvəllərində dünya əhalisi 250 mln. nəfər
olmuşdur. Onun iki dəfə artması üçün 1500 il lazım olub. 1920-ci
illərdə 2 milyard, hazırda isə 6,5 milyarda yaxınlaşır.
Artan insanın texniki imkanlarının genişlənməsi onun
gücünü artırır, təbiət üzərində «qələbəsini» çoxaldır. Lakin bu
«qələbələrin» hər birində çoxlu uğursuzluq vardır. İnsanın təbii
ətraf mühitə təsiri intensivləşib qlobal miqyas aldıqca ekoloji
böhranlar da dünyəvi olur. Ekoloji partlayış qorxusu çoxalır. XX
əsrin ortalarında atom bombası yaradıldı və eləcə də. Atom
Elektrik Stansiyaları tikildi.
Aral dənizinin qurudulması mühüm ekoloji böhrana
çevrildi. Bu dənizin dibindəki toksiki tozu külək qaldırıb min
kilometrlərlə uzağa aparır.
Sənaye tullantıları çox böyük ekoloji böhran yaradır.
Təbii sərvətlərin məhsula çevrilib istifadə ediləni 3-5% təşkil
edir, qalanı tullantıya çevrilir. Potensial ekoloji təhlükə daha
çoxdur. Ənənəvi təbii sərvətlərin tükənməsi, ozon qatının
zəiflənməsi, planetin səthində istiliyin çoxalması, iqlimin
dəyişməsi, oksigenin azalması, karbon qazının çoxalması və s.
potensial ekoloji təhlükələr yaradır.
Radioaktiv sənaye tullantılarının basdırılması problem
olaraq qalır. Ətraf mühitin kimyalaşdırılmasmm ekoloji
təhlükəsi
görünənə nisbətən daha çoxdur.
120