sisteminə - iynəyarpaqlı meşələrin soyuq iqlim zonasının
ekosistemi, enliyarpaqlılarm mülayim, nəmişli, tropik ekosistem
zonaları və s. Su sistemində həmçinin, dünya okeanı, kontinental
hövzələr, axar sular ekosisteminə bölünür.
Hətta sərbəst şəkildə qoruqlar, biçənəklər, əkin yerləri
ekosistemləri də mövcuddur. Biosferin tərkib hissələri əsas etibarı
ilə canlı aləmin planetdə coğrafi zonalar üzrə paylanmasından
ibarətdir.
Bu baxımdan bir-biri ilə sıx surətdə əlaqədar olan torpaq,
su, hava və iqlimin birgə formalaşdırdıqları biomlar daha
səciyyəvidir. «Biom» - bu və ya başqa coğrafi ərazidə bərqərar
olan canlıların həmrəyliyidir. Müasir ekoloji baxımdan yer
üzərində 6 biom vardır; nearktik vilayət, palearktik vilayət, şərq
vilayəti, neotropik vilayət, efiopiya vilayəti və avstraliya vilayəti.
Çox vaxt ekoloji ədəbiyyatlarda biomlar coğrafi zonalara -
hündürlük və en dairəsinə görə bölünürlər. Hündürlüyə görə
biomları zonalar üzrə bölərkən, əsasən temperatur nəzərə alınır.
Bu cür zonalar dağ yerlərində daha parlaq nəzərə çarpır. Məs.
dağətəyi, alp, subalp zonaları. En dairəsindən əsasən biomlar
paylananda tundra-meşə, səhra və s. nəzərdə tutulur. Qeyd etmək
lazımdır ki, biomlarm mövcud olması (istər en dairəsi, istərsə də
yüksəkliyə görə), milyon illər ərzində mühitlə canlı aləm arasında
tənzimlənən qarşılıqlı münasibətə əsaslanır. Deməli, bu və ya
başqa amili dəyişməklə ekosistemdə yaranan sabitliyi asan
pozmaq olar.
Mühit amilləri. Canlılar yalnız mühitdə mövcud ola
bilir, mühitsiz heç bir canlı yaşaya bilməz. Mühit də iki tipə
ayrılır: Daxili mühit və ətraf mühit. Daxili mühit də ətraf mühitin
hesabına formalaşır. Bütün canlıların inkişafı onun ətraf
mühitindən asılıdır. Canlılar öz yaşadıqları mühitə uyğunlaşır,
uyğunlaşa bilməyənlər isə məhv olur. Canlılara
108
təsir edən ətraf mühitdəki cansız varlıqlar, həmçinin insanlarla
birlikdə sosial amillər, ekoloji prosesləri yaradır. Bu proseslər 2
qrupa bölünür:
I.
Abiotik amillər- yəni ətraf mühitin cansız varlıqlarının
canlılara təsiri,
Bu qrupa daxildir:
1)
iqlim amilləri (işıq, temperatur, rütubət, hava, külək və
s.)
2)
edafık, daha doğrusu, torpaq və süxurların (texniki,
kimyəvi tərkibi, nəmlik tutumu, havanın keçirildiyi,
rəngi) amili
3)
oroqrafık (relyef, ekspozisiya) amil
4)
kimyəvi (qaz tərkibi, suyun düzluluğu, konsentrasiyası) amil
5)
zaman amili
II.
Biotik amillər: Canlıların bir-birinə təsiri
1)
fıtogen (bitkgilərin təsiri)
2)
zoogen (heyvanların təsiri)
3)
antropogen amillər
Ekologi amillərin təsiri birbaşa yaxud dolayı yollarla
olur. Hər amil orqanizmlərin funksiyalarına müxtəlif cür təsir
göstərir. Orqanizmlərin bir funksiyası üçün optimal olan amil
digər funksiya üçün zəif, yaxud mənfi ola bilər.
Həyat dövriyyəsinin dinamikasını nəzərdən keçirdikdə
müxtəlif fəsillərdə müxtəlif amillərin birgə təsirinin nəticələrinin
eyni istiqamətli olması görünür. Məsələn, temperaturun aşağı
düşməsi, işığın azalması və s.
Coğrafi zonalarda yerləşən biomların zənginliyinin
biokütləyə görə yüksək olması, ilk növbədə iqlim şəraitindən
asılıdır. Ona görə də ekvator qurşağına yaxın olan həm şimal, həm
də cənub yarımkürələrində biomlar daha məhsuldardırlar. Kifayət
qədər günəş enerjisi, nəmişlik və
109
mülayim temperaturla təmin olunan ekvator qurşağı əl dəyməmiş
tropik meşələrlə zəngindir.
Yağmurluq bir ildə 1300-1500 mnı-dən az olan yerlərdə
meşəlik və bitki örtüyü ekvator qurşağına nisbətən 1,5-2 dəfə az
biokütlə verir. Ona görə qanunauyğun şəkildə ekvatordan qütblərə
doğru biomlarm biokütləsi azalır. Bundan başqa hər biomda
mövcud olan canlı aləm yalnız öz biomunda yaranan qida
bazasına münasib inkişaf edir. Başqa sözlə desək, bu və başqa
ərazidə konsimentin (hazır üzvi maddələri mənimsəyənlər)
çiçəklənməsi prosesinin (üzvi maddə sintez edənlər)
məhsuldarlığından, onun yaratdığı biokütlədən asılıdır.
Biosferin tərkib hissələrindən biri olan litosferə aid ekoloji
sistemlər daha mühüm əhəmiyyət kəsb edir. Çünki dünya
əhalisinin gündəlik tələbatının ödənilməsi üçün litosfer daha çox
istismar edilir və həmçinin də o, ən ağır nəticələr verən
antropogen təsirlərə məruz qalır.
3.3.
Ekoloji amillər
Ayrı fərd, bir və ya bir neçə növə mənsub canlıların
yaşamasına, mühitə uyğunlaşmasına təsir edən mühit amilləri
ekoloji amillər adlanır. Öz təbiəti, mənşəyi və təsir
xüsusiyyətlərinə görə ekoloji amillər əsas üç qrupa bölünürlər:
yəni biotik, abiotik və antropogen amillər.
Biotik amillər dedikdə bu və ya başqa canlıya onu əhatə
edəı. başqa canlılar tərəfindən göstərilən müxtəlif təsirlər nəzərdə
tutulur. Biotik təsir növdaxili, növarası olmaqla, əsas etibarilə üç
istiqamətdə davam edir:
1)
qida əlaqəsi;
2)
ərazi əlaqəsi və nəhayət;
3)
nəsivermə repraduktiv əlaqə.
Abiotik amillərin əsasını - ekoloji baxımdan qeyri üzvi və
cansız təbiətə aid amillərin cəmi təşkil edir. Başqa sözlə
110
Dostları ilə paylaş: |