Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə37/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   80

77 
 
gömrük rəsmiləşdirilməsi mərhələsində  həmin malların gömrük daşıyıcısı  tərəfindən daşınması barədə  qərar 
qəbul edə bilər. Belə daşınma məcburi xarakter daşıyır, çünki mal üzərində sərancam vermək hüququ olan şəxs 
gömrük orqanının qəbul etdiyi qərara etinasız qala bilməz. 
Gömrük orqanının gömrük daşıyıcısından istifadə edilməsi barədə  qərarı  həm daşıyıcı, həm 
malgöndərən və malalan, həm də gömrük daşıyıcısının özü üçün məcburidir.Belə  qərar adi daşıyıcının, mal 
göndərən və malalanın tərəfindən gömrük daşıyıcısının istifadəsi ilə meydana çıxmış xərclərin ödənməsi üçün 
əsas ola bilər. 
Aşağıdakı mallar barədə gömrük orqanı, hətta gömrük ödənişləri ödənməsinin təminatı olduqda 
belə,gömrük daşıyıcısından istifadə edilməsi üçün qərar verə bilər: 
a) Azərbaycan Respublikasının  ərazisinə  gətirilməsi və ölkədən çıxarılması qadağan olunmuş 
mallar”  
b)  İcazə alınmalı, sertifikatlaşdırılmalı  və digər orqanların nəzarətinə  cəlb edilməli (əgər belə 
nəzarət həyata keçirilməmişsə) mallar.  
BYD kitabçaları tətbiq edilməklə və gömrük müşayəti ilə yük daşınması zamanı gömrük daşıyıcısından 
istifadə edilməsi məcburiyyəti tətbiq edilmir. 
Gömrük daşıyıcısına tələbləri, texniki və maliyyə tələbləri olmaqla iki qrupa bölmək olar: 
1) Gömrük daşıyıcısı ödəmə qabiliyyətli olmalıdır. onun maliyyə imkanları  tələb olunan bütün 
gömrük ödənişlərinin təxirəsalınmadan ödəniləcəyinə zəmanət verməlidir;  
 2) Gömrük daşıyıcısı öz fəaliyyətini sığortalamaq üçün müvafiq müqavilə bağlamalıdır. 
Texniki tələblərə  gəlincə, gömrük daşıyıcısının nəqliyyat vasitələri gömrük orqanları  tərəfindən 
müəyyən edilmiş “Gömrük möhür və plombları altında malların daşınması üçün nəqliyyat vasitələrinin təchiz 
edilməsi və onların yük daşınmasına buraxılması qaydalarına” uyğun olmalıdır. 
Malgöndərən və gömrük daşıyıcısı arasındakı münasibətlər müqavilə  əsasında qurulur. Bağlanmış 
müqavilədə digər müddəalarla bərabər, gömrük nəzarəti altında malların daşınması ilə bağlı gömrük 
daşıyıcısının xərclərinin ödənilməsi də  tənzimlənir. Müqavilə ilə  təsbit edilmiş hüquq və  vəzifələrdən başqa 
gömrük daşıyıcısı aşağıdakı öhdəlikləri də yerinə yetirməlidir: 
1) malları təyinat gömrükxanasına onların tarası və ya mövcud halı dəyişilmədən çatdırmalı; 
2) gömrük orqanları tərəfindən müəyyən edilmiş çatdırılma müddətlərinə və hərəkət marşrutuna 
riayət etməli; 
3) malları və sənədləri təyinat gömrükxanasına yetirməli, lazım gəldikdə təqdim etməli; 
4) gömrük nəzarəti altında olan mallarla birgə digər malları daşımamalı; 
5) gömrük nəzarəti altındakı daşımaların uçotunu aparmalı, gömrük orqanlarına müvafiq 
hesabat verməli; 
6) mal göndərəndən alınmış kommersiya, bank, qanunla qorunan digər sirləri açıqlamamalı; 
7) malları təyinat gömrükxanasına çatdırdıqdan sonra, onları nəzarətsiz qoymamalı, dayanacaq 
yerini dəyişdirməməli, malları boşaltmamalı  və başqa nəqliyyat növünə yükləməməli, qablaşdırılmanı 
pozmamalı, gömrük eyniləşdirmə vasitələrini qoparmamalı, yaxud məhv etməməlidir.  
Bu öhdəliklərin pozulmasına görə o zaman məsuliyyət müəyyən olunmur ki, gömrük daşıyıcısı 
nəqliyyat vasitəsi ekipajının həyatı və sağlamlığı üçün,həmçinin mal və nəqliyyat vasitəsinin məhv edilməsinə 
görə real təhlükə yarandığını sübut etmiş olsun. 
 
8.1.7. Bəyanetmə  
 
Gömrük qanunvericiliyində  bəyanetmə dedikdə, gömrük rəsmiləşdirilməsi icraatı  və gömrük 
nəzarətinin həyata keçirilməsi məqsədləri ilə mal və  nəqliyyat vasitələri barədə  səhih məlumatların 
müəyyən edilmiş (şifahi, yazılı, digər) formada gömrük orqanlarına elan edilməsi başa düşülür.  
Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur:  
1) mal və nəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə;  
2) malların yerləşdirildiyi gömrük rejimi bu və ya digər səbəbdən Gömrük Məcəlləsinə müvafiq 
olaraq dəyişdirildikdə;  
3) Azərbaycan Respublikası Qanunvericiliyi ilə  nəzərdə tutulmuş digər hallarda (məsələn, 
rüsumsuz ticarət mağazası, yaxud sərbəst anbar rejimi altında yerləşdirilmiş mallar, verilmiş icazə geri 
alındıqda, yaxud ləğv edildikdə yenidən bəyan edilməlidir. 
Mal və nəqliyyat vasitələrinin bəyan edilməsinin nəticələri gömrük orqanının vəzifəli şəxsləri tərəfindən 
aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:  
- hüquq-mühafizə (qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə);  
- vergi; 
- xarici iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi (kvotalaşdırma, lisenziyalaşdırma);  


78 
 
- gömrük sərhəddində digər dövlət nəzarəti növlərinin təşkili (baytarlıq, fitosanitar, ekoloji və s.);  
- xarici ticarət statistikasının aparılması və s.  
Bəyanetmə gömrük-tarif tənzimləməsi mexanizmi üçün birinci dərəcəli  əhəmiyyət kəsb edir. İlkin 
gömrük - tarif münasibətlərində (mal və  nəqliyyat vasitələri bilavasitə gömrük sərhəddindən keçirilərkən) 
vergilərin və gömrük rüsumlarının ödənilməsi ilə bağlı öhdəliklər gömrük orqanının vəzifəli  şəxsi tərəfindən 
gömrük bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır. 
Gömrük bəyanetməsi prinsipini açıqlarkən qeyd etmək lazımdır ki, gömrük qanunvericiliyi gömrük 
rüsum və vergilərinin ödənilməsi öhdəliyini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətindən keçirilən mal və 
nəqliyyat vasitələri barədə məlumatı özündə cəmləşdirən hər hansı sənədin deyil, yalnız xarici ticarət göndərişi 
barədə son məlumatları özündə  əks etdirən gömrük bəyannaməsinin təqdim edilməsidir. Çünki deklarant 
bəyannamədə göstərilən məlumatların dəqiqliyinə görə mövcud qanunvericiliklə məsuliyyət daşıyır.  
Gömrük bəyanetmə prinsipi o deməkdir ki, ödənilməsi lazım olan gömrük ödənişlərinin hesablanması 
üçün lazım olan məlumatları  və malları gömrük sərhədindən keçirən  şəxsin özü və ya gömrük brokeri 
verməlidir.  
Bəyanetmədən istifadə gömrük orqanlarına mal və  nəqliyyat vasitələrinə seçmə  nəzarət tətbiq etməyə 
imkan verir və çox mürəkkəb rəsmiləşdirilmə  və  nəzarət prosesini sadələşdirir.  Əks halda mallar 
gömrükxanalarda yığılıb qalmış olar və iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən xarici ticarət 
mübadiləsinə ləngedici, neqativ təsir göstərilmiş olardı. 
Gömrük bəyanetmə prinsipinə alternativ kimi gömrük rüsumları miqdarının, mal və  nəqliyyat 
vasitələrinin keyfiyyət və  kəmiyyət xarakteristikalarının müəyyən edilməsinin inzibati üsulundan da istifadə 
edilə bilər. Lakin bu zaman gömrük orqanları deklarantın bəyan etdiyi məlumatları gömrük nəzarətinin 
nəticələri ilə müqayisə etmək imkanından məhrum olar, bu da gömrük nəzarətinin səmərəliliyinin azalmasına 
gətirib çıxarardı. Bundan başqa gömrük bəyannaməsindən istifadə edilməməsi meydana çıxan mübahisəli 
məsələlərin həllini çətinləşdirər, məhkəmə  və inzibati araşdırma hallarının çoxalmasına səbəb olardı. 
Məhkəmədə  əsas sübut rolunu oynayan yazılı  bəyannamə olmadan belə mübahisələrin həlli çox çətin, hətta 
qeyri-mümkün olardı. 
 
8.1.8. Bəyanetmə formaları  
 
Bəyanetmənin forma və qaydaları Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir. Əsas bəyanetmə 
formaları yazılı və şifahi formalar olaraq qəbul edilir. Qanunvericilik digər bəyanetmə formalarına da yol verir - 
bunlar məlumatların elektron ötürülməsi və konklydent hərəkətlər (konklydent hərəkət - şəxsin nə etmək 
istədiyini bildirən səssiz hərəkətlərə deyilir) hesab olunur. Müasir gömrük təcrübəsi konklydent hərəkətlər 
vasitəsi ilə bəyanetmədən beyənxalq hava limanlarında “yaşıl” və “qırmızı” dəhlizlər metodu tətbiq edilməklə 
istifadə olunmasını məqbul sayır.  
Sərnişin yazılı  bəyannamə  təqdim etmədən, “yaşıl dəhliz” seçmə faktının özü ilə  gətirilməsi, yaxud 
aparılması qadağan edilmiş, həmçinin, vergitutma obyekti olan mallara bu anda sahib olmadığını elan etmiş 
olur.  
Bir qayda olaraq sərnişinin  əl yükü və  şəxsi baqajının gömrük rəsmiləşdirilməsi zamanı  bəyannamə 
tətbiq edilir.  
 
8.1.9. Yük gömrük bəyannamələrinin doldurulması qaydaları 
  
Bu qaydalar malların ixrac və  sərbəst dövriyyə üçün buraxılış gömrük rejimləri üzrə yük gömrük 
bəyannaməsinin doldurulma qaydalarını müəyyən edir. Qaydalar Dövlət Gömrük Komitəsi sədrinin 
17.06.1998-ci il tarixli 027 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 
23.06.1998-ci ildə qeydə alınmışdır (Qeydiyyat N 110).  
YGB dəsti dörd dəstləşdirilmiş  əsas vərəqədən, bu qaydalarda nəzərdə tutulan hallarda isə  əlavə 
vərəqələrdən ibarətdir. Barter əməliyyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən ibarət 
olmalıdır.  
Qrafaların adlarının rus dilində yazıldığı, həmçinin informasiya şəbəkəsi xaricində  əlavə qeydlərin 
olduğu blanklardan da istifadə olunmasına yol verilir.  
YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan eyniadlı mallar (XİF MN üzrə mal mövqeyi 
9-cu işarə səviyyəsinə qədər eyni təsnifat olunanlar) haqqında məlumatları göstərmək üçün istifadə olunur.  
Bir neçə adda olan malların bəyan olunması zamanı  əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə 
vərəqələrdən istifadə edilir. Əlavə vərəqələrin hər biri üç adda malı bəyan etməyə imkan verir.  
Bir YGB-də 100-ə  qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə 33-dən artıq vərəqə 
əlavə oluna bəlməz) məlumat bəyan oluna bilər.  Əlavə  vərəqələrin doldurma qaydaları,  əlavə  vərəqdə 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə