Н. Грегори Менкйу
644
iqtisadiyyat aşağı inflyasiyaya tez və müvəqqəti işsizliyin yüksək səviyyəsi və
aşağı məhsul buraxılışı həcmi formasında məsrəflər olmadan nail olacaq.
Pol Volkerə görə antiinflyasiya siyasəti
Beləliklə, Pol Vorker inflyasiyanın sürətinin azaldılması strategiyası barədə
qərar qəbul etməli idi, iqtisadiyyat elmi isə 2 cəbhəyə ayrılmışdı. İqtisadçıların
bir qrupu itkilərin əmsalını qiymətləndirməyi təklif etdi və belə bir nəticəyə
gəldilər ki, qiymətlərin artım sürətinin məhdudlaşdırılması məhsul buraxılışı
həcminin əhəmiyyətli dərəcədə aşağı düşməsi və işsizliyin artması ilə müşayət
olunur. Alimlərin digər qrupu səmərəli gözləmələr nəzəriyyəsini təklif etdi və
belə bir nəticə çıxardılar ki, inflyasiyanın azaldılması daha ucuz başa gələr.
Bundan əlavə ümumiyyətlə xərcləri aradan qaldırmaq imkanı mövcuddur. Bəs
kim haqlı çıxdı?
Şəkil 32.11-də 1979-1987-ci illər üzrə inflyasiyanın sürəti və işsizliyin
səviyyəsi haqda məlumatlar göstərilmişdir, onlardan belə çıxır ki, P.Volker
inflyasiyanın sürətinin 1981-1982-ci illərdə 10%-dən, 1983-1984-cü illərdə
təxminən 4%-dək azaldılmasına müvəffəq olmuşdu. İnflyasiyanın sürətinin
azaldılması sırf monetar siyasət hesabına baş verdi. Bu dövr ərzində fiskal
siyasət büdcə kəsirinin və deməli məcmu tələbin artırılması kimi əks
istiqamətdə fəaliyyət göstərirdi və bu da ümumiyyətlə inflyasiyanın sürətinin
artmasına gətirib çıxarır.
Lakin P.Volkerin antiinflyasiya siyasəti işsizliyin səviyyəsinin əhə-
miyyətli dərəcədə yüksəlməsinə əsaslanırdı. İşsizliyin səviyyəsi 1982-1983-cü
illərdə təxminən 10% təşkil edirdi. Eyni zamanda ÜDM -la ölçülən əmtəə və
xidmətlərin istehsalı faktiki səviyyədən əhəmiyyətli dərəcədə aşağı idi. (Fəsil
30, şəkil 30.1). P.Volkerin planı üzrə qiymətlərin artım sürətinin azaldılması
ABŞ iqtisadiyyatında 1930-cu illərdəki Böyük depressiyadan da dərin
tənəzzülə gətirib çıxardı.
Економиксин принсипляри
645
Bu təcrübə səmərəli gözləmələr nəzəriyyəçilərinin üzərində durduqları
məhsul buraxılışı həcmində məsrəflərlə müşayət olunmayan antiinflyasiya
siyasətinin həyata keçrilməsi mümkünlüyünün özünü inkar edirdimi?
Həqiqətən də şəkil 32.11-dəki antiinflyasiya modeli şəkil 32.10-dakı modeli
çox xatırladır. Yüksək inflyasiyadan (hər iki şəkildə A nöqtəsi) aşağı
inflyasiyaya (c nöqtəsi) keçmək üçün iqtisadiyyat yüksək işsizlik olan ağır bir
dövr keçməlidir (B nöqtəsi).
Lakin biz səmərəli gözləmələr nəzəriyyəsinin tərəfdarlarının gəldikləri
nəticələri təkzib etməyə tələsmirik. Bəli, qiymətlərin artım sürətinin
azaldılması işsizliyin səviyyəsinin artması ilə əlaqədar məsrəflərlə müşayət
olunurdu. Lakin onlar bir çox iqtisadçıların təxmin etdikləri kimi o qədər də
böyük olmadılar. Faktiki məlumatlara əsaslanan itkilərin əmsalının əksək
qiymətləndirilmələri nəzərə proqnozlardan aşağıdır. Ola bilsin ki, P.Volkerin
tutduğu sərt antiinflasiya mövqeyi iqtisadi subyektlərin gözləmələrinə birbaşa
təsir etmişdi. Səmərəli gözləmələr nəzəriyyəçiləri də məhz buna təkid edirdilər.
Lakin əhalinin əksəriyyəti FES-nin sədrinin şüarlarına inanmamışdı və
qısamüddətli Fillips əyrisi ola biləcəyindən daha da yavaş aşağı enirdi. Bu
nəzəriyyəni kommersiya proqnozldaşdırma firmalarının proqnozları da təsdiq
edir, bu proqnozlara görə 1980-cı illərdə inflyasiya olduğundan da yavaş
sürətlə aşağı enməli idi. Beləliklə, P.Volkerin antiinflyasiya siyasəti səmərəli
gözləmələr nəzəriyyəsini heç də inkar etmir. Lakin FES-nin təcrübəsi göstərir
ki, siyasətçilər iqtisadi subyektlərin onların bəyan etdikləri şüarlara dərhal
inanacaqlarına bel bağlamamalıdırlar.
A.Qrinspenin erası
1970-ci illərdə OPEc-nin fəaliyyəti ilə təhrik olunmuş inflyasiyadan və 1980-cı
illərdə P.Volkerin antiinflyasiya siyasətindən sonra ABŞ iqtisadiyatında
inflyasiya və işsizliyin nisbətən aşağı dəyişmələri baş verirdi. (şəkil 32.12) Bu
dövr 1987-ci ildə FES-nin sədri vəzifəsində P.Volkeri əvəz edən A.Qrinspenin
adı ilə əlaqədar «Qrinspen erası» adını almışdı. Bu era təklifin əlverişli çox
dəyişikləri ilə başladı, bu zaman 1986-cı ildə OPEc üzvləri olan ölkələr
arasında fikir ayrılıqları ilə əlaqədar olaraq, neftin qiyməti demək olar ki, 2
dəfə düşdü, bu da inflyasiyanın sürətini və işsizliyin səviyyəsinin azalmasına
gətirib çıxardılar.
Н. Грегори Менкйу
646
FES 1960-cı illərdə etdiyi səhvləri təkrarlamamağa cəhd göstərərək,
kifayət qədər ehtiyatlı siyasət yeridirdi. 1960-cı illərdə məcmu tələbin ifrat
genişləndirməsi işsizliyin səviyəsinin təbii səviyyədən yerdəyişməsinə və
inflyasiyanın sürətlənməsinə gətirib çıxardı. İşsizlik bir çox iqtisadçıların ABŞ
iqtisadiyyatı üçün təbii hesab etdikləri 6%-ə yaxın səviyyədə qalırdı. 1989-
1990-cı illərdə işsizliyin səviyyəsi aşağı düşdükdə və inflyasiya artdıqda FES
məcmu tələbin daraldılması üçün tədbirlər gördü, bu da 1991-ci ildə kiçik
iqtisadi tənəzzülə gətirib çıxardı. Sonra işsizlik təbii səviyyədən çox artdı,
inflyasiyanın sürəti isə yenidən aşağı düşdü.
XX əsrin son illəri ABŞ üçün iqtisadi çiçəklənmə dövrü oldu.
İnflyasiya tədricən azalırdı və 1990-cı illərin sonuna praktiki olaraq yoxa çıxdı.
Məşğulluq əksinə, artdı, bu da bir çox müşahidəçiləri işsizliyin təbii
səviyyəsinin həqiqətən də aşağı düşdüyünə inanmağa məcbur etdi. Əldə olunan
müsbət nəticələri müəyən dərəcədə Alan Qrinspen və onun FES üzrə
həmkarlarının xidməti kimi qiymətləndirmək olar, ona görə ki, aşağı inflyasiya
sırf onların ehtiyatlı monetar siyasəti hesabına təmin olunmuşdu.
Gələcək bizə nə gətirəcək? Məlum olduğu kimi makroiqtisadçılar
bacarıqsız öncədən görənlər kimi şöhrət tapmışlar, lakin keçmişin ayrı-ayrı
dərcləri aşkar bəllidir. Dərs 1. FES pul təklifinə və deməli məcmu tələbə
nəzarət etdiyi müddət ərzində inflyasiyanın vüsət alması üçün hər hansı əsas
yoxdur. Dərs 2. İqtisadiyyatın əlverişsiz şok təklif dəyişikliklərinə məruz
qalacağı ehtimalı həmişə mövcuddur. Hadisələrin belə inkişafı zamanı
siyasətçilər üçün təəssüf hissi keçirmək qalır, onlar əvvəlki dövrlə müqayisədə
daha arzuolunmaz inflyasiya və işsizlik arasında seçim qarşısında qalırlar.
Nəticə
Bu fəsildə inflyasiya və işsizliyə iqtisadi baxışların təkamülünü nəzərdən
keçirdik və XX əsrin görkəmli iqtisadçılarının ideyalarını müzakirə etdik:
A.Fillips, P.Samuelson və R.Solou tərəfindən işlənib tətbiq edilmiş Fillips
əyrisindən, M.Fridmen və E.Felpsin təbii səviyyə fərziyyələrindən R.Lukas,
T.Sarcent və R.Barromu səmərəli gözləmələr nəzəriyyəsinə qədər. Adı
çəkilənlərdən 4-ü artıq iqtisad elminə verdikləri töhfələrə görə Nobel
mükafatına layiq görülmüşdür, digərlərini isə çox güman ki, Stokholmda
keçirilən təltif etmə mərasimində iştirak etmək gözləyir.
Dostları ilə paylaş: |