15
Ürək təqəllüsünün tezliyi – bu ürək ritminin tezliyi olub, bir dəqiqədə
baş verən təqəllüslərin sayını əks etdirir. Sakit halda bu göstərici 60–80
vurğu arasında yerləşməklə, bir dəqiqədə 5 litrə yaxın qanı damarlar vasitəsilə
bə dənə yayır. Yeniyetməlik dövründə ürəkdamar sistemi əhəmiyyətli də rə
cə də dəyişir. Əgər uşağın ürəyinin həcmi 6 yaşdan 13 yaşa qədər 30–35%
ar tı rsa, cin si yetişkənlik dövründə ürəyin həcmi 60–70% böyüyür. Yeniyetməlik
döv ründə ürəkdamar sisteminin dəyişməsinin əsas xüsusiyyəti ürək boş
luq larının həcminin qan damarlarının en kəsiyi ilə müqayisədə daha artıq
olma sıdır. Bu isə yeniyetməlik hipertoniyası adlanan vəziyyətin yaranmasına
Şəkil 6. Qan dövranının sxemi
Çap üçün deyil
16
səbəb ola bilir. Bu dövrdə qandamar sisteminin inkişafı ahəngdar olur,
lakin arteriya damarları vena damarlarına nisbətən daha yaxşı inkişaf edir.
Ey ni za man da yeniyetmələrdə kapillyar damar şəbəkəsi yaşlılara
nisbətən
daha ge nişdir. Bu da yeniyetmələrdə arterial təzyiqin nis bətən aşağı olmasının
əsas səbəblərindən biridir. Cinsi yetiş kənlik dövründə teztez bədənin ümumi
inkişafı ilə ürəyin ölçülərinin artması arasındakı ahəngin pozulması müşahidə
olunur. Belə hallar daha çox akselerativ tipə aid olan yeniyetmələrdə müşa
hidə edilir. Bunun nəticəsində həmin yeniyetmələrdə orqanizmin funksional
im kanlarının azalması nəzərə çarpır. Arterial qan təzyiqinə əsas amillərlə
(ürə yin təqəllüs qüvvəsi, damar mənzəfinin ölçüsü, dövrə qoşulan qanın
miq darı, qanın qatılığı və s.) yanaşı, digər amillər – yaşayış şəraiti, yaşayış
ye rinin
iqlim vəziyyəti, qidalanma tərzi, ailədə və kollektivdə psixoloji ab
hava da təsir göstərir. Arterial təzyiq yeniyetmələrdə cinsi yetişkənliklə
əlaqədar olaraq baş verən hormon fəallığı ilə yüksəlir. Bəzi şagirdlər bu
dövr də başağrısı, yorğunluq, zəiflik, başgicəllənmə, ürək nahiyəsində ağrıdan
şika yətlənirlər.
Ürəyin funksional vəziyyətini əks etdirən əsas göstəricilərdən biri qanın
sistolik və birdəqiqəlik həcmidir. Sakit haldakına nisbətən maksimal oksigen
sərfi tələb edən fiziki yükün icrası zamanı bu göstəricilər 4–5
dəfə artaraq
yeniyetmələrdə 15–20 litr/dəqiqəyə, yaşlılarda isə 6–7 dəfə artaraq 28–30
litr/dəqiqəyə çatır. Bu, yeniyetmə orqanizminin ürək fəaliyyətinin effektli
və qənaətli olmasına, qandamar sisteminin funksional imkanlarının
genişlənməsinə imkan verir.
Tənəffüs tezliyi 1 dəqiqə ərzində 12–16ya çatır. Tənəffüs ritmi isə sta
bil ləşir. Nəfəsalma fazası qısalır, nəfəsvemə və tənəffüs pauzası isə uzanır.
Fiziki hərəkətlərin yerinə yetirilməsi, xüsusən gərginlik tələb edən fiziki
yük zamanı ürək vurğularının sayı yüksəlir. Bu, əslində, orqanizmin oksigenə
artan tələbatına cavab reaksiyasıdır. Lakin ürək vurğuları yalnız fiziki yükün
icrası ilə deyil,
eyni zamanda həyəcan, qorxu, psixoloji sarsıntı hallarında
da yüksəlir. Sistemli şəkildə fiziki hərəkətlərin icrası ürək qandamar
sisteminin işinin səmərəsini yüksəldir. Daimi olaraq belə hərəkətlərlə məşğul
olan insanlarda orqanizmin oksigenə olan tələbatı səmərəli rejimdə təmin
olunur. Məhz bu səbəbdəndir ki, eyni fiziki yükü yerinə yetirən iki müxtəlif
adamda ürək vurğularının göstəricisi fərqli olur. Fiziki hazırlığı yüksək
olan, qandaşıma sistemi daimi məşqlərin, fiziki yükün icrası ilə təkmilləşmiş
insanlarda ürək vurğularının göstəricisi xeyli aşağıdır.
Fiziki hərəkətləri
yerinə yetirməyən və fiziki hazırlığı aşağı olan insanlarda, hətta orta inten
sivlikli fiziki yük ürək vurğularının kəskin artmasına səbəb olur. Hər bir
Çap üçün deyil
17
şagird ürəkdamar sisteminin qeyd olunan fiziki yükə reaksiyasını sadə
yolla yoxlaya bilər. Bunun üçün 30 saniyə ərzində 20 dəfə oturubqalxma
hərəkətini icra etmək və hərəkətin əvvəlində və icradan sonra nəbz vurğusu
göstəricilərini müqayisə etmək kifayətdir.
Qan damarları – qan orqanizmdə qan damarları adlanan borularla hərə
kət edir. Təyinatına görə qan damarları arterial, vena və kapillyar damarlara
bölünür. Bu damarlar ürək və ağciyərlə birlikdə orqanizmin qandamar sis
temini yaradır. Arterial qan damarları həmişə qanı
oksigenlə zən ginləşmə
də
rə
cəsindən asılı olmayaraq, ürəkdən ətraflara daşıyırlar. Arterial qan
damar sistemi yüksək təzyiqlidir və buna görə də arterial damarlar qalın və
elastik struktura malikdir. Bu damarlar kəsildikdə təzyiqin yüksək olması
səbəbindən çoxlu qan itkisinə səbəb olur. Əksər arteriya damarları dərinlikdə
yerləşir. Lakin bəziləri bədən səthinə yaxındır. Onların bədən səthinə yaxın
olduğu yerlərdə nəbz və ya ürək vurğularının tezliyini müəyyən etmək
mümkündür. Arteriya damarları kiçik arteriyalara və sonda ən nazik damarlar
olan kapillyarlara qədər şaxələnir. Kapillyarlar divarı bir hüceyrə qalınlığında
olan qan damarlarıdır. Belə qalınlıqda olan qan damarının divarı oksigen və
qida maddələrinin toxumalara və hüceyrələrə keçməsinə imkan verir. Belə
mübadilə zamanı hüceyrə və toxumalarda olan karbon qazı və mübadilə
məh sulları hüceyrə və toxumalardan kapillyarlara keçir. Kapillyar damar
şəbəkəsi həddindən artıq genişdir. Və onun həcmi qandamar
sistemində
olan qanın miqdarından xeyli böyükdür. Kapillyar qandamarları fəal əzələ
liflərində, o cümlədən beyində çox sıxdır. Kapillyar şəbəkə işlək, fiziki yü
kü yerinə yetirən əzələ qruplarında xeyli inkişaf edir. Beləliklə, həmin əzələ
qrupları inkişaf edib güclənir.
Sinir sistemi. Beyindən, onurğa beyinindən, periferik sinir sistemindən
və hissi orqanlardan ibarətdir. Sinir sistemi orqanizmin bütün üzv və to
xumalarının birbiri ilə, həmçinin ətraf mühitlə
əlaqəsini təmin edir və onun
fəaliyyətini tənzimləyir. Mərkəzi sinir sisteminin fəaliyyəti:
– ayrıayrı orqanları təşkil edən müxtəlif hüceyrə və toxumaların funk
siyalarını əlaqələndirir (məsələn, təqəllüs aktında əzələni təşkil edən
ayrıayrı lifləri, daxili sekresiya aktında vəziləri);
– üzv və sistemlərin fəaliyyətini koordinasiya edir (məsələn, işlək əzə
lələrdə qan dövranı, qan dövranında tənəffüs, fiziki və əqli iş zamanı
enerji təminatı və s.);
– ətraf mühitin dəyişən şəraitinə müvafiq olaraq orqanizmin bütün həyati
funksiyasını tənzimləyir.
Çap üçün deyil