21
iştahanız yoxdursa və
yuxusuzluq müşahidə olunursa, bu yerinə yetirdiyiniz
fiziki yükün, məşqin sizin orqanizm üçün çox yüksək olduğuna və bu yükün
azaldılmasının zəruriliyinə dəlalət edir.
Funksional göstəricilər üzrə özünənəzarət – buraya nəbz (ürək vurğuları)
və ağciyərin həyat tutumu daxildir.
Ürək vurğuları – bu insanın ürəkdamar sisteminin funksional vəziyyə
tini əks etdirən göstəricidir. Bu göstərici ilə istənilən şagird nəbz vurğularının
özünün yaş qrupu üçün müəyyən
olunmuş normativlərə uyğunluğu, ürək
damar və tənəffüs sisteminin funksional vəziyyətini, nəbzin bərpa əmsalını
müəyyən edə bilər. Nəbzin ölçülməsi həm idmanda,
həm də tibdə çox geniş
yayılmış müşahidə metodudur. Alınan göstərici orqanizmdə baş verən
dəyişiklikləri əks etdirdiyi üçün informativ göstərici hesab olunur.
Nəbz vurğularının ölçülməsi çox sadədir (şəkil 8). Ürək vurğularının sayı
arteriya damarlarının bədənin səthinə yaxın olan nahiyələrində:
a) üç barmaqla biləkdə;
b) böyük və göstərici barmaqlarla boyunda (yuxu arteriyalar üzərində);
c) orta və göstərici barmaqların ucu ilə gicgahda;
d) ovucla sinədə – ürək nahiyəsində ölçülür.
Şəkil 8.
Nəbz vurğularının müəyyənləşdirildiyi nahiyələr
Cədvəl 1.
Yaş
Oğlanlar
Qızlar
13
73
75
14
73
74
Çap üçün deyil
22
Ölçmələr 10 saniyə ərzində aparılırsa, alınan rəqəm 6ya, 15 saniyə ərzin
də aparılırsa, 4ə, 30 saniyə ərzində aparılırsa, 2yə vurularaq 1 dəqiqədə ürək
vurğularının sayı müəyyən edilir. Nəbz vurğuları 1 dəqiqə ərzində də öl çülə
bilər. Belə ölçmə daha dəqiq olacaqdır. 10 saniyə ərzində ölçülən nəbz vur
ğu sunun aşağıdakı cədvəldən istifadə etməklə 1 dəqiqəlik göstəricisini tap
maq mümkündür.
Nəbzin hesablanması
İstənilən fiziki yükün icrası ürək vurğularının sayını artırır. Fiziki yük nə qə
dər
böyük və intensivdirsə, ürək vurğularının sayı da bir o qədər yüksək olur.
Yün gül fiziki yük zamanı bu göstərici 100–120 vur/dəq.; orta fiziki yük də 130–
150 vur/dəq.; intensiv, gərgin iş zamanı isə 170–190 vur/dəq.yə çata bilər.
Ürək vurğularının tezliyi fərdi xüsusiyyətlərindən asılıdır və bu səbəbdən
də hər hansı bir insanın göstəriciləri orta nəbz göstəricisindən fərqlənə bilər.
Sistemli olaraq sağlamlaşdırıcı
hərəkətləri yerinə yetirən, yeriş, qaçış,
veloidman və üzgüçülüklə məşğul olanlarda ürək daha qənaətlə işləyir, ürək
vurğularının sayı onlarda əhəmiyyətli dərəcədə aşağıdır.
Nəbz vurğuları göstəricisinin davamlı məşğələlər zamanı dəyişməsi
tədricən baş verir və bu dəyişməni (azalma) uzunmüddətli müşahidə va si
təsilə aşkarlamaq mümkündür. Lakin ürək vurğuları
göstəricisində yo rul ma,
gərgin fiziki yük və s. əlaqədar baş verən dəyişikliklər tez nəzərə çarpır.
Orqanizmin fiziki yükə uyğunlaşması nəbzin bərpa əmsalı deyilən gös
tərici ilə müəyyən olunur. Bu zaman fiziki yükdən dərhal sonra və üç dəqiqə
sonra müəyyən olunan nəbz vurğusu göstəricilərinin nisbəti bərpa əmsalını
aşkar edəcəkdir.
Nəbz
Nəbz
Nəbz
10 san. 1 dəq.
10 san. 1 dəq.
10 san. 1 dəq.
10 60
20 120
30 180
11 66
21 126
31 186
12 72
22 132
32 192
13 78
23 138
33 198
14 84
24 144
34 204
15 90
25 150
35 210
16 96
26 156
17 102
27 162
18 108
28 168
19 114
29 174
Cədvəl 2.
Çap üçün deyil
23
Nəbzin bərpa əmsalı =
x 100
FYdən 3 dəqiqə sonrakı nəbz vurğusu
FYdən dərhal sonrakı nəbz vurğusu
Yaş
AHT litr
Oğlanlar
Qızlar
13
2550–3000
1850–2100
14
3050–3150
2150–2250
Cədvəl 3.
Şəkil 9. Ölçmə üsulları (boy, ağciyərlərin həyat tutumu (AHT),
döş qəfəsinin eni)
30 %dən az olan NBƏ orqanizmin fiziki yükə reaksiyasının yaxşı oldu
ğunu göstərir.
Orqanizmin fiziki yükə reaksiyası adi oturubqalxma hərəkəti ilə yoxlanıla
bilər. Bu üsulun qaydası dərslikdə verilmişdir.
Ürək vurğularının (nəbzin) dəyişməsi (artması), əslində, fiziki hərəkətlərin
ic rası zamanı oksigenə olan tələbatla əlaqədardır. Orqanizmdə
isə ok sigen
daşı yıcı sistemin ən vacib orqanı ağciyərlərdir. Ağciyərlərin nəfəs al dı ğımız
hava kütləsi ilə təmas sahələri (alveollar) nə qədər çox olarsa, or qa niz min
ok si gen lə təminatı da bir o qədər asanlaşar. Bu
səbəbdən də ağ ciyərlərin
həyat tutumu in san orqanizminin funksional sistemlərinin və ziy yətini (başqa
sözlə, sağlamlıq göstəricisini) əks etdirən göstərici kimi qəbul olunur. Ağ ci
yə rin həyat tutumu spi roqram adlanan cihaz vasitəsilə müəyyən olunur.
Çap üçün deyil