Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   2   3   4   5   6   7   8   9   10   ...   36

21
iştahanız yoxdursa və yuxusuzluq müşahidə olunursa, bu yerinə yetirdiyiniz
fiziki yükün, məşqin sizin orqanizm üçün çox yüksək olduğuna və bu yükün
azaldılmasının zəruriliyinə dəlalət edir.
Funksional göstəricilər üzrə özünənəzarət – buraya nəbz (ürək vurğuları)
və ağciyərin həyat tutumu daxildir.
Ürək vurğuları – bu insanın ürək­damar sisteminin funksional vəziyyə ­
tini əks etdirən göstəricidir. Bu göstərici ilə istənilən şagird nəbz vurğularının
özünün yaş qrupu üçün müəyyən olunmuş normativlərə uyğunluğu, ürək­
damar və tənəffüs sisteminin funksional  vəziyyətini, nəbzin bərpa əmsalını
müəyyən edə bilər. Nəbzin ölçülməsi həm idmanda, həm də tibdə çox geniş
yayılmış müşahidə metodudur. Alınan göstərici orqanizmdə baş verən
dəyişiklikləri əks etdirdiyi üçün  informativ göstərici hesab olunur.
Nəbz vurğularının ölçülməsi çox sadədir (şəkil 8). Ürək vurğularının sayı
arteriya damarlarının bədənin səthinə yaxın olan nahiyələrində:
a) üç barmaqla biləkdə;
b) böyük və göstərici barmaqlarla boyunda (yuxu arteriyalar üzərində);
c) orta və göstərici barmaqların ucu ilə gicgahda;
d) ovucla sinədə – ürək nahiyəsində ölçülür.
Şəkil 8. 
Nəbz vurğularının müəyyənləşdirildiyi nahiyələr
Cədvəl 1.
Yaş
Oğlanlar
Qızlar
13
73
75
14
73
74
 Çap üçün deyil


22
Ölçmələr 10 saniyə ərzində aparılırsa, alınan rəqəm 6­ya, 15 saniyə ərzin ­
də aparılırsa, 4­ə, 30 saniyə ərzində aparılırsa, 2­yə vurularaq 1 dəqiqədə ürək
vurğularının sayı müəyyən edilir. Nəbz vurğuları 1 dəqiqə ərzində də öl  çülə
bilər. Belə ölçmə daha dəqiq olacaqdır. 10 saniyə ərzində ölçülən nəbz vur ­
ğu sunun aşağıdakı cədvəldən istifadə etməklə 1 dəqiqəlik göstəricisini tap ­
maq  mümkündür.
Nəbzin hesablanması
İstənilən fiziki yükün icrası ürək vurğularının sayını artırır. Fiziki yük nə qə ­
 dər böyük və intensivdirsə, ürək vurğularının sayı da bir o qədər yüksək olur.
Yün gül fiziki yük zamanı bu göstərici 100–120 vur/dəq.; orta fiziki yük də 130–
150 vur/dəq.; intensiv, gərgin iş zamanı isə 170–190 vur/dəq.­yə çata bilər.
Ürək vurğularının tezliyi fərdi xüsusiyyətlərindən asılıdır və bu səbəbdən
də hər hansı bir insanın göstəriciləri orta nəbz göstəricisindən fərqlənə bilər.
Sistemli olaraq sağlamlaşdırıcı hərəkətləri yerinə yetirən, yeriş, qaçış,
veloidman və üzgüçülüklə məşğul olanlarda ürək daha qənaətlə işləyir, ürək
vurğularının sayı onlarda əhəmiyyətli dərəcədə aşağıdır.
Nəbz vurğuları göstəricisinin davamlı məşğələlər zamanı dəyişməsi
tədricən baş verir və bu dəyişməni (azalma) uzunmüddətli müşahidə va si ­
təsilə aşkarlamaq mümkündür. Lakin ürək vurğuları göstəricisində yo rul ma,
gərgin fiziki yük və s. əlaqədar baş verən dəyişikliklər tez nəzərə çarpır.
Orqanizmin fiziki yükə uyğunlaşması nəbzin bərpa əmsalı deyilən gös ­
tərici ilə müəyyən olunur. Bu zaman fiziki yükdən dərhal sonra və üç dəqiqə
sonra müəyyən olunan nəbz vurğusu göstəricilərinin nisbəti bərpa əmsalını
aşkar edəcəkdir.
Nəbz
Nəbz
Nəbz
10 san.                1 dəq.
10 san.                1 dəq.
10 san.                1 dəq.
10                          60
20                         120
30                          180
11                          66
21                         126
31                          186
12                          72
22                         132
32                          192
13                          78
23                         138
33                          198
14                          84
24                         144
34                          204
15                          90
25                         150
35                          210
16                          96
26                         156
17                          102
27                         162
18                          108
28                         168
19                          114
29                         174
Cədvəl 2.
 Çap üçün deyil


23
Nəbzin bərpa əmsalı =
x 100
FY­dən 3 dəqiqə sonrakı nəbz vurğusu
FY­dən dərhal sonrakı nəbz vurğusu
Yaş
AHT litr
Oğlanlar
Qızlar
13
2550–3000
1850–2100
14
3050–3150
2150–2250
Cədvəl 3.
Şəkil 9. Ölçmə üsulları (boy, ağciyərlərin həyat tutumu (AHT), 
döş qəfəsinin eni)
30 %­dən az olan NBƏ orqanizmin fiziki yükə reaksiyasının yaxşı oldu ­
ğunu göstərir.
Orqanizmin fiziki yükə reaksiyası adi oturub­qalxma hərəkəti ilə yoxlanıla
bilər. Bu üsulun qaydası dərslikdə verilmişdir.
Ürək vurğularının (nəbzin) dəyişməsi (artması), əslində, fiziki hərəkətlərin
ic rası zamanı oksigenə olan tələbatla əlaqədardır. Orqanizmdə isə ok sigen
daşı yıcı sistemin ən vacib orqanı ağciyərlərdir. Ağciyərlərin nəfəs al dı ğımız
hava kütləsi ilə təmas sahələri (alveollar) nə qədər çox olarsa, or qa niz min
ok si gen lə təminatı da bir o qədər asanlaşar. Bu səbəbdən də ağ ciyərlərin
həyat tutumu in san orqanizminin funksional sistemlərinin və ziy yətini (başqa
sözlə, sağlamlıq göstəricisini) əks etdirən göstərici kimi qəbul olunur. Ağ ci ­
yə rin həyat tutumu spi roqram adlanan cihaz vasitəsilə  müəyyən olunur.
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə