Design ft derslik 8 2017 Layout 1


10. AZƏRBAYCAN İDMANÇILARININ OLİMPİYA UĞURLARI



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə15/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

46
10. AZƏRBAYCAN İDMANÇILARININ OLİMPİYA UĞURLARI
Olimpiya oyunları hazırda dünyada ən yüksək statuslu idman yarışları
hesab olunur. Bu yarışlarda çıxış etmək, qalib gəlmək və ya mükafatçılar
sırasına düşərək ölkənin bayrağını yüksəltmək, min lərlə insanı  Azərbaycanın
himnini dinləmək üçün ayağa qaldırmaq hər bir gəncin müqəddəs arzusudur.
Belə bir xoşbəxtliyə nail olmaq üçün isə möhkəm iradəyə, nizam­intizama,
qar şıya məqsəd qoyub onu reallaşdırmaq bacarığına, ən əsası isə vətən sev ­
gi sinə malik olmaq lazımdır.
Azərbaycan artıq özünü dünyaya idman dövləti kimi tanıda bil miş dir.
Qazanılan uğurlar dünyanın ən mötəbər idman təşkilatlarının diqqət mər ­
kəzindədir. Müstəqilliyin bərpasından keçən dövr ərzində müxtəlif yarışlarda
qazanılan nailiyyətlərlə yanaşı, Azərbaycan qitə, dünya miqyaslı yarışların
yüksək səviyyəli təşkilatçısına, onların keçirildiyi məkana çevrilmişdir.
Beynəlxalq tələblərə müvafiq səviyyədə inşa olunan və yenidən qurulan
idman qurğuları və kompleksləri Azərbaycan əhalisinin sağlamlığına
istiqamətlənmiş dövlət siyasətinin tərkib hissəsidir. Hələ ötən əsrin 70­ci
illərindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
müəyyən edilmiş bu siyasət  bu gün də uğurla davam etdirilməkdədir. Məhz
bu siyasətin nəticəsidir ki, Birinci Avropa İdman Oyunları 2015­ci ildə
Azərbaycanda keçirilmişdir.
Hazırda idman yalnız adi yarış, idmançı hazırlığının nümayiş etdirilməsi
deyil, dünyada siyasi əhəmiyyət daşıyan, ölkənin nüfuzunu, əhalinin
sağ 
lamlığını əks etdirən bir göstəriciyə çevrilmişdir. Bu səbəbdən də
hər bir öl kə Olimpiya Oyunları kimi mötəbər bir tədbirdə təkcə iştirak
etməklə deyil, mükafatçılar sırasında olmaq, yüksək yerləri tutmağa can
atır.
Azərbaycan idmançıları həm keçmiş SSRİ­nin tərkibində olarkən, həm
də müstəqilliyimizin bərpasından sonra müxtəlif miqyaslı beynəlxalq yarış ­
larda, o cümlədən Olimpiya Oyunlarında uğurla çıxış etmişlər.
Azərbaycan öz müstəqilliyini bərpa edənə qədər idmançılarımız SSRİ­nin
yığma komandasının tərkibində çıxış edirdilər. İlk dəfə 1952­ci ildə Helsinkidə
keçirilən  XV Yay Olimpiya Oyunlarında iştirak edən SSRİ komandasının
tər kibində 5 azərbaycanlı idmançı çıxış edirdi. Onlardan  4­ü güləşçi, 1­i isə
atlet idi. Həmin yarışlarda Rəşid Məmmədbəyov bütün rə qib lərinə qalib
gələrək finala çıxdı. Final görüşündə o, yaponiyalı güləşçiyə xal hesabı ilə
uduzaraq gümüş medala sahib oldu. Bu, azərbaycanlı idmançının Olimpiya
Oyunlarında qazandığı ilk medal idi.
 Çap üçün deyil


47
Sovet İttifaqının yığma komandası tərkibində Azərbaycan idmançılarının
çıxış etdiyi növbəti XVI Olimpiya Oyunları 1956­cı ildə Melbrun şəhərində
keçirilirdi. Bu heyətdə atlet Yuri Konovalov 200 metr məsafəyə sprint qaçı ­
şın 
da və 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında iştirak edirdi.
Onun 200 m məsafəyə qaçışda çıxışı uğurlu alınmadı. Lakin 4x100 m mə sa ­
fəyə esta fet qaçışında  gümüş medala layiq görüldü. 
1960­cı ildə Roma şəhərində keçirilən XVII Yay Olimpiya Oyunlarında
azərbaycanlı idmançı Yuri Konovalov yenidən 4x100 m məsafəyə estafet
qaçışında komanda heyətinin tərkibində gümüş medal qazandı. Həmin oyun ­
larda voterpolçu Yevgeni Saltsin də gümüş medal qazanmışdı. 
1964­cü il Tokio şəhərində keçirilən XVIII Yay Olimpiya Oyunlarında
Sovet İttifaqı komandasının tərkibində 6 Azərbaycan idmançısı iştirak edirdi.
Onlardan 3 nəfəri Olimpiya Oyunlarının mükafatçısı olmuşdur:
İnna Rıskal – voleybol – gümüş medal;
Viktor Mineyev – beşnövçü – qızıl medal;
Aydın İbrahimov – sərbəst güləş – bürünc medal.
Bu oyunlarda Viktor Mineyevin beşnövçülükdə qazandığı medal
azərbaycanlı idmançıların Olimpiya Oyunlarındakı ilk qızıl medalı idi. 
1968­ci ildə Mexikoda keçirilən XIX Yay Olimpiya Oyunlarında azər ­
bay canlı idmançılar uğurla çıxış etdilər. Bu oyunlarda:
İnna Rıskal – voleybol – qızıl medal;
Vera Lantratova – voleybol – qızıl medal;
Nadejda Karpuxina – suyatullanma üzrə yarışlarda iştirak etmişdilər.
1972­ci ildə Münhendə keçirilən XX Yay  Olimpiya Oyunlarında isə
3 azərbaycanlı idmançı:
İnna Rıskal – voleybol – qızıl medal;
Aleksandr Kornelyuk – atletika – gümüş medal;
Vladimir Krivtsov – üzgüçülük üzrə sovet komandasının tərkibində çıxış
edir  dilər. Bu oyunlarda İnna Rıskal özünün ikinci Olimpiya qızıl me dalını qa   ­
zandı. Aleksandr Kornelyuk isə 100 metr məsafəyə qaçışda al tın cı yeri  tut  sa da,
4x100 m estafet qaçışında gümüş medalın sahibi oldu. 1976­cı ildə XXI Olim pi ­
 ya Oyunları Monreal şəhərində keçirilirdi. Bu yarışlarda 3 azər baycanlı idmançı:
İnna Rıskal – voleybol – gümüş medal;
Rəfiqə Şabanova – həndbol – qızıl medal;
Lyudmila Şubina – həndbol – qızıl medal
– uğurla çıxış etdilər.
Beləliklə, Olimpiya Oyunlarında Azərbaycan idmançısı İnna Rıskal
ümu milikdə iki qızıl və iki gümüş medal qazanmış oldu.
 Çap üçün deyil


48
1980­ci ildə XXII Yay Olimpiya Oyunları Moskvada keçirildi. Bu oyun ­
lar əvvəlcədən planlaşdırıldığı kimi alınmadı. Çünki 1979­cu ildə  Sovet qo ­
şunları Əfqanıstanı işğal etdiyinə görə dünyanın bir çox ölkələri bu oyunlarda
iştirakdan imtina etdilər, lakin oyunlar keçirildi. Bu oyunlarda 5 azərbaycanlı
idmançı iştirak edirdi. Onlardan ikisi:
Larisa Savkina – həndbol – qızıl medal;
Tatyana Şviqanova – otüstü xokkey – gümüş medal qazanaraq mükafatçılar
sırasına çıxa bildilər. 
1988­ci ildə Seul şəhərində keçirilən XXIV Yay Olimpiya Oyunlarında
isə azərbaycanlı idmançılar SSRİ yığ ma komandasının tərkibində nisbətən
çoxsaylı heyətlə – 18 nəfərlə çıxış edirdilər. Seul Olimpiyadasında 6 azər ­
baycanlı idmançı medal qazandı:
İlqar Məmmədov – qılıncoynatma – qızıl medal;
Boris Koretski – qılıncoynatma – qızıl medal;
İqor Ponamaryov – futbol – qızıl medal;
Aleksandr Lukyanov – avarçəkmə – gümüş medal;
Vasili Yakuşa – avarçəkmə – bürünc medal;
Elina Qusyeva – həndbol – bürünc medal.
Seul Olimpiya Oyunları azərbaycanlı idmançıların SSRİ­nin yığma ko ­
man dası tərkibində ən böyük uğur qazandığı yarış oldu.
Müstəqillik illəri – 1992­ci ildə Barselonada keçirilən 
XXV Yay Olimpiya Oyunları
Bu oyunlar ərəfəsində dünyanın siyasi xəritəsində ciddi dəyişiklik baş
ver di, SSRİ dağıldı. Vaxtilə SSRİ­nin tərkibinə daxil edilmiş respublikalar
müs təqillik qazandılar. Lakin bu illərdə müttəfiq respublika idmançıları öz
bay   raqları altında çıxış edib lisenziya qazanmamışdılar. Bu səbəbdən də Müs ­
 təqil Dövlətlər Birliyinə daxil olan ölkələr oyunlarda Beynəlxalq Olimpiya
Komitəsinin bayrağı altında çıxış edirdilər. Şəxsi yarışlarda isə hər bir idman çı
öz ölkəsinin bayrağı altında çıxış edirdi. Barselona Olimpiadasında üçrəngli
Azərbaycan bayrağı altında 5 idmançı çıxış edirdi:
Nazim Hüseynov – cüdo – qızıl medal;
Valeri Belenki – gimnastika – qızıl, bürünc;
İlqar Məmmədov – qılıncoynatma;
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə