Design ft derslik 8 2017 Layout 1


Yastıpəncəliliyin profilaktikası və korreksiyası üçün uzanmış və



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə13/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

40
Yastıpəncəliliyin profilaktikası və korreksiyası üçün uzanmış və
oturmuş vəziyyətdə hərəkətlər:
1. Пянъяни дартараг бармаглары сона гядяр
ачыб-бцкмяк.
2. Пянъяни юзцня тяряф яйяряк айаг бармагла-
рыны сонадяк ачыб-бцкмяк.
3. Баш бармаглары галдырмаг, диэярлярини
бцкмяк.
5. Стулда отурараг нювбя иля дабаны вя пянъяни
галдырмаг. Айаглары дцзялдяряк пянъяни бц -
кцб-ачмаг. Пянъя иля тялясмядян дахиля вя ха-
риъя даиряви щярякятляр етмяк.
6. Стулда отурараг теnнис топуну пянъянин ор-
тасы иля ирялийя, йанлара вя даиряви 3–4 дягiqя
ярзиндя щярлятмяк. 2–3 щяфтядян сонра щяря-
кяти дуруш вязиййятиндя иъра етмяк.
4. Айаг бармагларыны бир йердя (йумруг кими)
сыхмаг, 6–8 санiyя сахламаг, ачмаг, йанлара
апармаг.
 Çap üçün deyil


41
13. Дясмалы айаг бармагларла тутараг ирялийя щярякят етмяк.
7. Пянъянин хариъи щиссяси цзяриндя дайанараг
пянъя уъуна галхмаг вя енмяк (10–20 дяфя).
Йарымотуруш вя чыхыш вязиййятиня гайытмаг
(10–20 дяфя). Дюшямя цзяриндя дайанараг
пян ъя цзяриндя йайвари щярякят етмяк.
9. Айаг бармаглары иля кичик яшйалары тутараг
бир йердян башга йеря дашымаг.
10. Дуруш, айаглар бир йердя, ялляр белдя. Ар-
дыъыл олараг дабан вя пянъя цзяриня галхараг
айаглары йанлара чевирмяк вя чыхыш вязиййятиня
гайытмаг.
11. “Тыртылвари” ирялилямя. Айаг бармаглары вя
пянъяни бцкяряк ирялийя щярякят етмяк.
12. Архайа “Тыртылвари” ирялилямя. Пянъя вя
бармаглары бцкяряк ирялийя яйилмяк вя бядянин
аьырлыьыны пянъянин юн щиссясиня кечирмяк.
Пянъяни кяскин ачараг вя бармагларла тякан
веряряк архайа щярякят етмяк.
8. Эимнастика диварынын рейкасы цзяриндя да-
йанараг, пянъянин юн щиссяси цзяриндя галхыб-
енмя (йайвари) щярякятини пянъянин мцхтялиф
вязиййятляриндя йериня йетирмяк.
İrəliləmələr zamanı hərəkətlər
1. Daban və pəncənin ön hissəsində yeriş. Əllər baş arxasında, dirsəklər
yanlara, gövdə düz tutulur. Pəncədə 5 addım, dabanda 5 addım və s. sağ aya ­
ğın dabanı, sol ayağın pəncəsi üzərində yeriş, sonra əksinə. Daban üzə rin də
ayaqları bükmədən yeriş. Gövdə düz tutulur. Dabandan pəncəyə və əksinə
“yu varlanaraq”  yeriş. 
 Çap üçün deyil


42
2. Pəncənin xarici hissəsi üzərində yeriş, əllər beldə və ya sərbəstdir.
3. Pəncənin xarici hissəsi üzərində yeriş, pəncə ucları daxilə.
4. Pəncə ucunda ayaqların çarpaz addımı ilə yeriş. Pəncələr xaricə çevrilir.
5. Pəncə ucunda yarımoturuşda yeriş.
6. Pəncə ucunda oturuşda yeriş.
Mövzu üzrə suallar
1. Adaptiv fiziki tərbiyənin məqsədi nədir?
2. Adaptiv fiziki tərbiyə zamanı nəzarət və müşahidə hansı göstəricilər
üzrə aparılır?
3. İnsanın qaməti dedikdə nə başa düşülür?
4. Qamətin qüsurları necə müəyyən olunur?
5. Qamətin hansı formaları vardır?
6. Sizin qamətiniz hansı formaya uyğundur?
7. Yastıpəncəlilik nədir? Bu nələrə səbəb olur?
9. HƏRƏKƏTLƏRİN TƏLİMİ ZAMANI 
PSİXİ PROSESLƏR
Hərəki fəaliyyətin mənimsənilməsində uğur yalnız müəllimdən, onun
tətbiq etdiyi metodiki üsul və vasitələrdən asılı deyil, eyni dərəcədə ye ni yet ­
mə dən, onun fiziki qabiliyyətlərinin inkişaf səviyyəsindən, həmçinin onun
psixoloji hazırlığından asılıdır. Psixoloji hazırlıq isə psixi proseslər, onların
tənzimlənməsi ilə əlaqədardır.
Diqqət – şüurun hər hansı obyektə cəmlənməsi və istiqamətlənməsidir.
Psixi proseslərdə diqqət düşüncə və iradi proseslərə aid olduğu üçün xüsusi
yer tutur. Diqqət iradi və qeyri­iradi ola bilər. Qeyri­iradi diqqət xarici qıcıq ­
landırıcının təsiri ilə baş verir və heç bir iradi səy tələb etmir, qısa  müd dət ­
də, qəfil baş verməsi ilə xarakterizə olunur.
İradi diqqət – insan həyatında və fəaliyyətində əsas rol oynayır. O in sa ­
nın şüur və iradi səyinin məhsuludur. İradi diqqət məqsədyönlü (təlim za ­
ma nı qarşıya qoyulan vəzifələr), təşkilatlılığı (siz əvvəlcədən diqqətli olmağa
hazırsınız, şüurlu surətdə öz diqqətinizi hər hansı obyektə cəmləşdirir və
isti qa mətləndirirsiniz) və dayanıqlılığı (diqqətin hər hansı obyekt və ya tə ­
lim prosesinə cəmlənməsi müddəti) ilə fərqlənir.
Hərəki fəaliyyətin mənimsənilməsi, öyrədilməsinin səmərəliliyi diqqətin
aşağıdakı xüsusiyyətlərindən asılıdır: həcmi, konsentrasiyası, dayanıqlılığı,
mütəhərrikliyi, bölünməsi və s. 
 Çap üçün deyil


43
Diqqətin həcmi – sizin, eyni zamanda qəbul edə biləcəyiniz obyekt və
elementlərin sayı ilə müəyyən olunur. Adətən, insan orta hesabla 5–6 obyekti
eyni vaxtda diqqət mərkəzində saxlaya bilir. Hadisələrin tanış məkanda baş
verdiyi hallarda insanın daha çox obyekti diqqət mərkəzində saxlaya bilməsi
mümkündür. Diq qətin həcmi hər bir fərdin təcrübəsi və xüsusi biliyi ilə əlaqədardır.
Mə sələn, bir neçə il basketbol və ya voleybolla məşğul olan yeniyetmədə diq qə ­
tin həcmi bu oyunlarla yeni məşğul olanlara nisbətən daha çoxdur. 
Diqqətin konsentrasiyası (cəmlənməsi) – hərəkətlərin icrası zamanı
sərf etdiyiniz psixoloji enerji ilə xarakterizə olunur. Məsələn, futbol oyunu
zamanı sizin diqqətiniz həddən artıq cəmlənmişdir (cərimə zərbəsi vurarkən),
lakin oyun şəraitində sizə tanış olan, vərdiş etdiyiniz adi hallarda fəaliyyət
zamanı diqqətin konsentrasiyası xeyli aşağıya düşür. Diqqətin həd dən artıq
cəmlənməsi çox az vaxt ərzində davam edir.
Bir sıra psixoloqlar diqqəti hər hansı bir obyektə cəmləmə bacarığını in ­
sa nın psixoloji hazırlığını artırmaq üçün vasitə hesab edirlər. Yəni bu diqqət
müəyyən obyektlərə cəlb olunur, diqqət yayındıqdan sonra fasilə verilir,
yenidən diqqət həmin əşyaya və ya obyektə yönəldilir. Beləliklə, diqqətin
cəmləşdirilməsi prosesi iradi olaraq uzadılır, idarə olunur, onun da ya nıq lığı
təmin olunur.
Diqqətin davamlılığı – tələb olunan vaxt müddətində diqqəti cəmləşdirərək
saxlamaq bacarığıdır. Məsələn, qrupla və komandalı fəaliyyət zamanı oyunun
hər hansı məsul hissəsində sizdən yalnız çox diqqətli olmaqla yanaşı, qeyd
olunan vaxt üçün diqqətin dayanıqlılığı, davamlılığı tələb olunur.
Diqqətin mütəhərrikliyi – onun bir obyekt üzərindən digərinə keçməsi və
ya bir hərəki proses zamanı ani olaraq diqqətin digər bir obyektə cəlb edil məsidir.
Diqqətin bölüşdürülməsi – diqqətin eyni vaxtda bir neçə obyektə, iki
və daha artıq hərəki fəaliyyətə  bölüşdürülməsidir. Məsələn, idman oyunu
zamanı siz eyni vaxtda həm tərəf­müqabilinizi, həm də müdafiəçiləri, onların
yerdəyişməsini diqqət mərkəzində saxlamalı olursunuz.
Hiss və qavrama – əşya və hadisələrin birbaşa hiss üzvlərinə təsiri ilə
in san şüurunda əks olunmasıdır. Hərəki fəaliyyət zamanı, bir qayda olaraq,
bü tün analizatorlar, əsasən, görmə, əzələ­hərəki, eşitmə, vestibülyar və to ­
xunma re septorları iştirak edir. Bu hislər vasitəsilə siz bədənin fəzada və ­
ziyyəti, hərə kəti, ətrafların yerdəyişməsi haqqında informasiya əldə edir ­
siniz. Qavrama da hiss kimi görmə, eşitmə, iy, dad və s. bölünür. Lakin hə ­
rəkətlərin təlimi və öyrədilməsində fəza, vaxt və hərəkətin qavranılması,
hiss edilməsi daha böyük əhəmiyyət kəsb edir.
Fəzanın qavranılması (“fəza hissi”) – görmə, toxunma və kinestetik
analizatorlar vasitəsilə həyata keçirilir. 
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə