Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

37
istifa də onurğa sütununun əyilgənliyini və mütəhərrikliyini artırmaq, qarın
əzələlə ri və pən cənin amortizator funksiyasını yerinə yetirən əzələləri güc ­
ləndirməkdir.
Qeyd olunan qüsurlu qamət üçün bağ və əzələlərin dartılması, burulması
hərəkətləri edilməlidir. Əsas vəzifə onurğa sütununun əyilgənliyini və mü tə ­
hərrikliyini artırmaq, qarın əzələlərini və pəncənin stabilləşdirici, amortiza­
siyaedici funksiyasını möhkəmləndirməkdir. Kürək və qarın əzələlərində
kifayət qədər gərginlik yaratmaq üçün çəkisi 1,0–3,0 kq olan  hantellərdən
istifadə oluna bilər.
“Dairəvi­əyilmiş kürək” onurğa sütununun irəliyə­arxaya fizioloji əyri ­
liklərinin çox olması ilə fərqlənir. Gövdənin yuxarı hissəsindəki də yişikliklər
kürəkdə olduğu kimidir. Gövdənin aşağı hissəsində çanağın əyilmə bucağının
artması hesabına onurğada bel lordozu diqqəti cəlb edir. Qa rın divarı dar ­
tılmışdır. Qamətin bu qüsuru uzun müddət oturmuş və ya uzan mış vəziyyətdə
qalmaqdan formalaşır.
Belə qamət zamanı kürəyin stabilləşməsi, boyun əzələlərinin boşalması,
qarın, budun arxa, sağrı əzələlərinin möhkəmlənməsi və budu bükən əzələlərin
boşalması üçün hərəkətlər tövsiyə oluna bilər. 
“Yastı­əyilmiş kürək” yastı qamətin bir variantı olub, çox az rast gəli ­
nən qamət formasıdır. Bu forma döş kifozunun az olması, bel lordozunun
ar tıq olması ilə səciyyələnir. Belə qamətdə çanaq irəliyə çox əyilmiş və ar ­
xaya yer də yiş mişdir, qarın əzələləri zəifləmiş, onurğanın sinə və boyun böl ­
mələri  qalın laş mışdır.
Belə qamət tipində müsbət dəyişikliyə yiyələnmək üçün bel nahiyəsi
əzə lələrinin boşalması, qarın və kürəyin vəziyyətini stabilləşdirən əzələləri
möhkəmləndirən, onurğanın əyilgənliyini artıran hərəkətlərdən istifadə etmək
tövsiyə olunur.
Asimmetrik qamət forması göv dənin sağ və sol tərəflərinin asimmetriyası
ilə səciyyələnir. Be lə qüsurlar asanlıqla aradan qaldırıla bilər. Bu  zaman
gövdənin  bir  tə rə  fi nin əzələləri möhkəmləndirilməli, digər tərəf isə  əksinə
boşaldılmalı və uzadılmalıdır.
Qamətdə olan qüsurların aradan qaldırılması üçün hərəkətlərin icrasının
güzgü qarşısında yerinə yetirilməsi məqsədəuyğundur. Bu hərəkətlərin icrası
zamanı yuxarı və aşağı ətrafların simmetrik vəziyyətlərinin təmin edilməsi
özünənəzarətin təşkili üçün zəruridir.
Adaptiv fiziki tərbiyədə məşğələlərin təşkilinin qrup forması əlverişli
hesab olunur. Çünki bu zaman  hər bir yeniyetmənin özünün fiziki inkişafı
və hazırlığına müvafiq fiziki yük, hərəkət seçmək imkanı məhdudlaşır. Bu
 Çap üçün deyil


38
səbəbdən də xüsusi  tibbi qruplarda məşğələlər hər bir yeniyetməyə fiziki
yükü sərbəst və müstəqil, lakin müəllimin  rəhbərliyi altında seçmək imkanı
verməlidir. Nəticədə yeniyetmə  zəruri fiziki yükün həcmini,  yəni hərəkətlərin
təkrar icra sayını, intensivliyini (vaxt vahidi ərzində icra olunan hərəkətlərin
sayını) müəyyən etmək və özünün qamət tipinin morfofunksional xüsusiyyətinə
müvafiq hərəkət seçmək imkanı əldə edir. 
Adaptiv fiziki tərbiyə vasitələrinə yalnız korreksiyaedici alətsiz və
alətlərlə icra olunan ümuminkişaf, həmçinin korreksiyaedici, üzgüçülük,
akrobatik, mütəhərrik və idman oyunları, stolüstü və böyük tennis, tənəffüs
hərəkətləri, eyni zamanda masaj, trenajorlarda hərəkətlər daxil edilir.
Məsələn: korreksiyaedici üzgüçülük suda və quruda xüsusi hərəkətlər,
üzmənin müxtəlif üsullarından və elementlərindən, üzmə lövhələrindən, su
aerobikası  və s. bu kimi hərəkətlərdən istifadəni nəzərdə tutur. Su aerobikası
(suda hərəkətlərin musiqi müşayiəti ilə yerinə yetirilməsi) ilə məşğul olan ­
larda emosional əhvali­ruhiyyə məşğələlərə marağı artırır. Korreksiyaedici
üzgüçülük təkcə dayaq­hərəkət aparatı deyil, həm də ürək­damar və tənəffüs
sistemləri xəstəlikləri zamanı olduqca əhəmiyyətli vasitə hesab olunur.
Günümüzün probleminə çevrilmiş artıq çəkinin qarşısını almaq məqsədilə
zəruri profilaktik tədbir kimi adaptiv fiziki tərbiyə hərəkətləri sistemli və
müxtəlifcəhətli olmalıdır:
– gimnastika (səhər gimnastikası, müalicəvi gimnastika);
– rəqs, mütəhərrik və idman oyunları (komandalı oyunlar, badminton,
ten nis);
– gəzinti, sürətli yeriş, dərə­təpəli yerdə yüngül kross;
– meşə, dağ turizmi;
– silsiləli idman hərəkətləri (üzgüçülük, avarçəkmə, velosipedsürmə, xi ­
zəklə gəzinti).
Artıq çəkisi olan şagirdlərdə hərəki fəallıq azalır, onlarda əzələlər zəifdir,
daha çox onurğanın boyun və bel nahiyələrində əyriliklər müşahidə olunur,
qarın irəliyə çıxır, bel donqarlanır, çiyinlər irəliyə əyilir.  Yuxarıda göstərilən
hərəkətlər belə yeniyetmələrdə qamətin yaxşılaşmasına istiqamətlənmişdir.
Yastıpəncəlilik – pəncənin və baldır əzələlərinin zəifləməsi, həddindən
artıq yorulması nəticəsində pəncənin aşağı enməsidir. 
Pəncə qövsü deformasiyası tədricən onun amortizasiya və əyilib­qalxma
funksiyasının itirilməsinə gətirib çıxarır. Bunun da nəticəsində yeriş, qaçış
zamanı ağrılar, yorğunluq hissi əmələ gəlir. Yastıpəncəliliyi aşkar etmək
üçün ayağı su ilə islatmaq və kağız vərəq üzərinə çıxaraq pən cə nin izini
almaq kifayətdir.
 Çap üçün deyil


39
Yastıpəncəlilik şagirdlər arasında tez­tez rast gəlinən haldır. Yastıpəncəliliyin
qarşısını almaq üçün profilaktik tədbir kimi aşağıdakılara əməl olunmalıdır:
1. Ayağınızın ölçüsünə müvafiq olmayan dar, altlığı yastı və ya hündürdaban
ayaqqabı geyinməmək. Dabanın optimal hündürlüyü 3–4 sm­dən artıq
ol ma malıdır;
2. Pəncə qövsünün deformasiyasını azaltmaq üçün supinatordan (formalı
ayaqqabı içliyindən) istifadə etmək, pəncə və baldır əzələlərini möh ­
kəmləndirən hərəkətlər icra etmək;
3. Ümuminkişafetdirici və aşağı ətraf əzələləri üçün hərəkətləri  sistemli
olaraq yerinə yetirmək lazımdır.
Normal
Yastılaşmış
Yastı
Şəkil 12. 
Pəncənin formaları
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə