Design ft derslik 8 2017 Layout 1


1. YENİYETMƏ ORQANİZMİNİN



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə2/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   2   3   4   5   6   7   8   9   ...   36

6
1. YENİYETMƏ ORQANİZMİNİN 
İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Fiziki yükün orqanizmin müxtəlif funksional sistemlərinə təsiri haqqında
aşağı siniflərdə kifayət qədər nəzəri məlumat verilmişdir. Bu məlumatlar  fiziki
tərbiyə dərsləri, bölmələrdə məşğələlər, hərəkətlərdən məqsədli istifadə
zamanı nəzərə alınmalıdır. Bununla  yanaşı, ümumtəhsil məktəblərində təhsil
alan hər bir şagird öz orqanizminin, xüsusən də yeniyetmə dövrünə təsadüf
edən intensiv fiziki inkişafın xüsusiyyətlərini bilməlidir.
Hər bir insan digərlərindən müəyyən əlamətləri – əqli, fiziki inkişaf və
fiziki hazırlıq göstəriciləri ilə fərqlənir. Belə fərqlənmə bir sıra irsi, sosial, cinsi
faktorlara əsaslanır. Lakin hər bir yaş dövründə orqanizmin fiziki in ki şafı ilə
əlaqədar baş verən dəyişikliklərdə müəyyən ümumi cəhətlər də vardır. 
14–15 yaş yeniyetmə orqanizmin dinamik fiziki inkişaf dövrü hesab olu ­
nur. Qeyd olunan inkişaf orqanizmin müxtəlif üzv və sistemlərində ciddi
dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər isə öz növbəsində yeniyetmənin
hərəki fəaliyyətinə öz təsirini göstərir. 
Qeyd olunan yaş dövrü hansı cəhətləri ilə diqqəti cəlb edir?
Yeniyetməlik və ya cinsi yetişkənlik dövrü. Bu dövrün ən əlamətdar cə ­
həti yeniyetmələrdə boy­çəki göstəricilərinin dəyişməsi, artması hesab olu  nur.
Beyində hipofizin ifraz etdiyi boy hormonunun təsiri ilə uzun sü mük lərdə
qığırdaq inkişaf edir, gövdə və ətrafların uzunluğu, çəki nisbəti də yi şir. Ətraflar
hiss olunacaq dərəcədə uzanır və boyun  kəskin artması mü şahidə olunur. Bu
zaman yeniyetmələrin boyu 1–2 ildə 10–20 sm uzanır. Oğlanlarda daha inten­
siv boy uzanması 13–15 yaşa, qızlarda isə 11–14 yaşa təsadüf edir. 15 yaşdan
sonra  illik boy artımının tempi azalır.
Yeniyetmələrdə boy hormonunun ardınca cinsi hormonların ifrazının
artması cinsi (gender) əlamətlərin fəallaşmasına səbəb olur. Bu da öz növbə ­
sində bədənin çəkisinin il ərzində təxminən 3–7 kq artmasına gətirib çıxarır.
Be lə artım oğlanlarda 13–15 yaşa, qızlarda isə təxminən 12–13 yaşa təsadüf
edir. Bu dövrdə cinsi hormonların təsiri ilə yeniyetmə oğlanlarda əzələ kütlə ­
sinin, qızlarda isə piy toxumalarının çoxalması müşahidə olunur. Yeniyetməlik
dövründə bədənin müxtəlif hissə lə rinin qeyri­bərabər inkişafı açıq nəzərə
çarpır. Müxtəliftipli bədən quruluşuna malik olan yeniyetmələrdə
antropometrik göstəricilərin dəyiş məsi, artması müxtəlif formalarda baş verir.
I.  İNFORMASİYA TƏMİNATI  VƏ NƏZƏRİ BİLİKLƏR
 Çap üçün deyil


7
Müəyyən olunmuşdur ki, bədən quruluşu və onun komponentlərinin nis ­
bə ti təxminən 70% genetik olaraq ötürülür. Qalan 30% şərait və fiziki hə rə ­
kət lərdən asılı olaraq dəyişdirilə bilər.
Xüsusi qeyd olunmalıdır ki, müxtəlif tip bədən quruluşuna malik olan
yeniyetmələr müxtəlif  motor funksiyalarına (sürət, qüvvə, dözümlülük) və
iş qabiliyyətlərinə malik olurlar. Bununla əlaqədar olaraq birinci bədən
Müxtəlif tip bədən quruluşuna aid olan şagirdlərdə bədən quruluşu tipinin
əlamətləri aşağı siniflərdə heç də həmişə diqqəti cəlb etmir. Lakin yeniyetmə
dövründə bu əlamətlər xeyli dərəcədə güclənir. Bədən quruluşu tiplərinin üç
əsas komponenti: sümük, əzələ, piy hesab olunur. Bu üç komponentin bədəndə
xüsusi çəkisinə, bir­birinə nisbətinə əsasən bədən quruluşunun tipləri arasında
fərqlər üzə çıxır.
Bədən quruluşları sümüklər, çiyin və ətrafların əlamətlərinə görə  astenik,
torkal, əzələ, digestiv olur. 
Astenik bədən quruluşuna malik yeniyetmələr hündür boya, ensiz, yas tı ­
laş  mış gövdəyə, nazik sümük və zəif əzələ sisteminə malik olurlar. Onlarda
göv də nis bə tən qısa, ayaqlar isə nisbətən uzundur. Başqa bədən quruluşu tipləri
ilə mü qa yi sə də astenik tipə mənsub olan yeniyetmələrdə üz uzunsov, döş qə ­
 fəsi, çiyin və ça naq qurşaqları ensizdir. Uzun ayaqları ilə müqayisədə qolları
xey  li qısadır (şəkil 1). 
Torkal tipə aid yeniyetmələrin döş qəfəsi silindrik, əzələ sis temi orta inki ­
şafa malikdir, əzələ tipli yeniyetmələr  nəzərəçarpan, qabarıq  əzələ sisteminə
malikdirlər. Bu tip yeniyetmələrdə gövdə və ətrafların nisbəti optimal hesab
olunur.
Digestiv qrupa aid yeniyetmələrdə boyun uzunluğuna nisbətən ayaqlar
qısadır, gövdə böyük, çiyinlər və çanaq enlidir.
Şəkil 1. İnsan bədəninin formaları
 Çap üçün deyil


8
quruluşu tipinə (astenik) malik olan yeniyetmələrin hormonik fiziki inkişafı
üçün dinamik və statik qüvvə, sürət­güc hərəkətləri, həmçinin silsiləli hə rə ­
kət lər, davamlı qaçış, üzgüçülük, veloidman xüsusilə əhəmiyyətli hesab olu ­
na bilər. Silsiləli hərəkətlər daha çox ürək­damar və tənəffüs sistemi üçün
faydalıdır. Qalan bütün digər bədən quruluşu tiplərinə aid olanlar üçün əyil ­
gənlik və koordinasiya qabiliyyətinin inkişafı üçün hərəkətlər zəruridir. Тez
kökəlməyə meyilli olan dördüncü  bədən quruluşu tipi üçün qan dövranı və
tənəffüs sisteminin işini fəallaşdıran, orta intensivli və nisbətən uzunmüddətli
fiziki yük, silsiləli hərəkətlər, idman oyun növləri və s. məqsədəuyğundur.
Belə hərəkətlər çox enerji sərfi tələb edir. Eyni zamanda bu tipə aid yeni yet ­
mələrin gövdənin ön əzələ qruplarını möhkəmləndirən, həmçinin sürət, sü ­
rət­güc istiqamətli hərəkətləri yerinə yetirmələri tövsiyə olunur.
Yuxarıda qeyd olunan bütün tiplər  normal bədən quruluşu hesab olunur.
Bu səbəbdən də bir bədən quruluşuna malik olanları digərlərindən üstün he ­
sab etmək olmaz. Onların hamısı eyni fiziki imkanlara malikdir, lakin bəzi ye ­
niyetmələrin, xüsusən də öz yaş qrupunda boy, çəki, fiziki hazırlıq nor ma ­
tivlərinə müvafiq gəlməyənlərdə, fiziki inkişafın korreksiya edilməsi üçün
xüsusi proqram hazırlanmalıdır.
Yeniyetmə dövründə orqanizmin funksional sistemlərində (sinir, əzələ,
ürək­damar, tənəffüs və s.) formalaşma və morfofunksional yetişmə baş verir.
Bu zaman yalnız aşağı və yuxarı ətrafların boruvari uzun sümükləri deyil,
eyni zamanda onurğanın uzanması sürətlənir. Bilək, əl darağında sümükləşmə
başa çatsa da, onurğaarası disklərdə və qığırdaq zonasında yalnız yeni başlayır.
Skeletin sümükləşməsi davam edir. Bu zaman onurğa çox mütəhərrik və həs ­
sasdır. Hərəkət çatışmazlığı, düzgün olmayan vəziyyətlərdə uzun müddət hə ­
rə kətsiz qalmaq, onurğaətrafı əzələlərin zəifliyi onurğanın deformasiyasına,
onda əyriliklərin yaranmasına səbəb ola bilər. Lakin bu dövrdə həddindən
artıq ağırlıqlardan istifadə etməklə icra olunan qüvvə istiqamətli hə rəkətlər də
sümükləşmə prosesini tezləşdirə, boruvari sümüklərin inkişafını ləngidə bilir.
Mövzu üzrə suallar
1. Yeniyetmənin fiziki inkişafının əsas göstəriciləri hansılardır?
2. Bədən quruluşunun əsas komponentləri hansılardır?
3. Müxtəlif bədən quruluşuna malik olan yeniyetmələr hansı əlamətləri
ilə fərqlənirlər?
4. Fiziki hərəkətlər müxtəliftipli bədən quruluşuna  malik yeniyetmələrə
necə təsir göstərir?
5. Yeniyetməlik dövründə orqanizmdə hansı marfofunksional dəyişikliklər
baş verir?
6. Siz özünüz hansı bədən quruluşu tipinə aidsiniz?
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə