Design ft derslik 8 2017 Layout 1


İnsanın sinir sisteminə mərkəzi sinir sistemi, periferik sinir sistemi və ve getativ sinir sistemi daxildir. Mərkəzi sinir sistemi



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə6/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   2   3   4   5   6   7   8   9   ...   36

18
İnsanın sinir sisteminə mərkəzi sinir sistemi, periferik sinir sistemi və
ve getativ sinir sistemi daxildir.
Mərkəzi sinir sistemi. Təxminən 15 milyard sinir hüceyrəsindən ibarətdir.
Buraya beyin və onurğa beyni daxildir. Birinci kəllə boşluğunda, ikinci isə
onurğa kanalında yerləşir. 
Baş beyin. İnsanın baş beyni bir­biri ilə qarşılıqlı əlaqədə olan sağ və sol
yarımkürələrdən, beyin lüləsindən və beyincikdən ibarətdir. Beyin yarım kü ­
rə lərinin səthi çoxsaylı şırımlar və xətlərlə kəsilmişdir. Beyin ya rım kürələri
xaricdən özündə 4 milyard sinir hüceyrəsini birləşdirən nazik qabıqla (bir
neçə qatda) əhatə olunmuşdur. İnsan beyninin çəkisi təxminən 1,2 kq­dan
2 kq­dək olur. 
Onurğa beynin uzunluğu 43–45 sm olur. Çəkisi 32 qrama qədərdir. 
Periferik sinir sistemi. Mərkəzi sinir sistemindən çıxan bütün si nirlərin
toplusundan ibarətdir. Baş beyindən 12 cüt kəllə siniri, onurğa bey nindən
isə 31 cüt onurğa beyni sinirləri çıxır. Bu sinirlər hissiyyat orqanlarından gə ­
lən impulsları baş beyinə ötürür, baş beyindən isə əzələlərə çatdırır. 
Vegetativ sinir sistemi. Daxili
orqanların tənzimlənməsində
iştirak edir. 
Bütün sinir sistemi bütövlükdə
və onun ayrı­ayrı funksional böl ­
mələri iki prinsip əsasında fəa ­
liy yət  göstərir:  refleks prinsipi
və bağlı reflektor dai rəvi koor­
dinasiyaedici idarəetmə
Refleks prinsipi. Orqanizmə
xaricdən və ya daxildən gələn
qıcığa cavab reaksiyasıdır. İkinci
prinsipə daha çox mürəkkəb
hərəki fəaliy yət daxildir. Hə rəkət
aktının məqsədyönlü təşkilində
baş beyinin alın hissəsi xüsusi
rola malikdir. İradi hərəkətlər
(şüurla idarə olunan) hərəkət ana ­
li zatorlarının  və  di gər  anali za tor ­
ların (görmə, eşitmə və digər)
bir gə fəa liy yəti ilə həyata keçirilir
(şəkil 7).
Şəkil 7. Refleks qövsü
 Çap üçün deyil


19
Mərkəzi sinir sistemi və hərəkət aparatı, həm də onunla tənəffüs, qan
döv ranı və enerji təchizi sistemləri ara sın da sıx funksional əla qə mövcuddur. 
Enerji mübadiləsi. Yeniyetməlik dövrünün başlanması ilə əlaqədar ola ­
raq orqanizmdə enerji mübadiləsi prosesi yaşlılarla müqayisədə daha gərgin
ke çir. Nis bətən sakit halda yeniyet mənin bədən çəkisinin hər kiloqramına
5–6 millilitr, yaşlılarda isə 4–4,5 millilitr oksigen tələb olunur. Bununla əla ­
qə dar ola raq, ye ni yetmənin oksigen da şıma sistemi daha intensiv işləyir. Ye ­
niyetmə 100 millilitr oksigeni 3 litr havadan, yaşlılar isə 2,3–2,6 litr hava dan
ala bilirlər. Sutkalıq enerji sərfi necədir? 6 yaşlı oğlan uşağında bu gös tə rici
1970 kilokalori, 7–10 yaşlı oğlan uşağında 2300 kilokalori, 13–15 yaş lı ye ­
niyetmədə isə 2600–2700 kilokaloriyə çatır. 16–17 yaş la   rın da sutkalıq enerji
sərfi oğlanlarda 3000 kilokalori, qızlarda isə 2900 kilokaloridir. Be ləliklə,
orqanizmin ümumi enerji sərfi bədənin kütləsinin, birinci növbədə isə əzələ
kütləsinin artması ilə əlaqədardır. Burada, həmçinin hərəki fəallıq da mühüm
rol oyna yır. Bu zaman enerjiyə olan  tələbat bədənin çəkisindən, hərəki
fəallıqdan, bədən quruluşundan, bio loji yetkinlik səviyyəsindən asılı olaraq
çox geniş diapazonda dəyişir. 
Mövzu üzrə suallar
1. Qandaşıyıcı sistem insan orqanizmində hansı funksiyaları yerinə ye­
tirir?
2. Orqanizmin qandaşıyıcı sisteminə hansı üzv və sistemlər daxildir?
3. İnsan ürəyi neçə kameralıdır?
4. Arterial qan venoz qandan nə ilə fərqlənir?
5. Ürəyin işinə hansı göstərici ilə nəzarət olunur?
6. Ürəyin işinin effektli olmasına hansı amillər təsir göstərir?
7. Kapillyar damarların orqanizmdə rolu nədən ibarətdir?
8. Sinir sistemi hansı hissələrdən ibarətdir?
9. Mərkəzi sinir sisteminə nələr daxildir? 
10. Sinir sistemi orqanizmdə neçə prinsip əsasında fəaliyyət göstərir?
 Çap üçün deyil


20
5. ÖZÜNƏNƏZARƏT
Hər bir insan sağlam yaşamaq, fiziki cəhətdən hazırlıqlı olmaq arzusu ilə
yaşayır. Sağlamlıq insan üçün hər şeydən qiymətli, heç nəyin əvəz edə
bilməyəcəyi böyük bir dəyər, xoşbəxtlikdir. Bu xoşbəxtliyin uzunmüddətli
olmasının təməli daha çox yeniyetməlik, orqanizmin fəal inkişafı dövründə
qoyulur. Sistemli olaraq aparılan özünənəzarət şagirdə sağlamlıqla əlaqəli
zəruri olan fəaliyyət istiqamətini göstərir.
Hər bir yeniyetmə fiziki inkişafla əlaqədar öz yaş dövrünün fərqli xüsu ­
siyyətləri haqqında dərsliyin əvvəlki bölmələrində informasiya əldə etmək
imkanına malikdir. Bu informasiyalar öz sağlamlığını möhkəm lən dirmək,
fiziki hazırlığını artırmaq və ən əsası bütün  bunlar üzərində nəzarətin həyata
keçirilməsinin zəruri olduğunu yeniyetmələrin diqqətinə çatdırır.
Vaxtında və sistemli olaraq aparılan özünənəzarət şagirdə orqanizmin
funksional vəziyyətini (nəbz vurğusu, AHT), fiziki hazırlıq səviyyəsini müəy ­
yən etmək, onu müqayisə edib dəyərləndirmək imkanı verir. 
Özünənəzarət – sağlamlıq, fiziki inkişaf, əhvali­ruhiyyənin vəziyyəti
üzərində aparılan müşahidədir. Özünənəzarət metodları müxtəlif və çoxsaylı
ola bilər. Lakin şərti olaraq onları iki qrupa bölmək mümkündür:
1. Subyektiv metodlar –  yuxu, iştaha, əhval, ağrı hissi və s. 
2. Obyektiv metodlar – müəyyən ölçmələrdən istifadə etməklə mü əyyən
olu nan göstəricilər: bədənin çəkisi, boy, nəbz vurğusu, ağciyərin hə yat tutumu,
ayrı­ayrı əsas qrup əzələlərdə sürət, qüvvə, dözümlülük və s.
Özünənəzarət nəticələri sistemli olaraq gündəlikdə qeyd olunduqda mü­
vafiq təhlil aparmaq, göstəriciləri müqayisə etmək və ən əsası baş verən
dəyişikliklərin səbəblərini aşkar etmək mümkündür. Bu qeydlər zamanı
ölçmənin tarixi, günü, saatı qeyd olunmalıdır. 
Subyektiv metodla əhval, yuxu və s. üzərində müşahidə apardıqda da
günü və saatı qeyd etmək lazımdır. Həmişə günün eyni vaxtında müşahidə
aparmaq daha əlverişlidir.
Fiziki hərəkətlərin icrası, oyun, fiziki hərəkətlər üzrə ev tapşırıqlarını
yerinə yetirərkən, fiziki yükdən sonra müşahidə aparmaq sizə icra etdiyiniz
fiziki yükün hazırlıq səviyyənizə müvafiq olub­olmaması haqda fikir
yürütməyə imkan verəcəkdir. Əgər fiziki yükdən və ya məşqdən sonra siz
özünüzü yaxşı hiss edirsinizsə, əhvalınız, yuxunuz, iştahanız və məşğul
olmaq istəyi varsa, deməli, bu onu göstərir ki, orqanizminiz icra etdiyiniz
fiziki yükə hazırdır və onun öhdəsindən gəlir. Yox, əgər fiziki yükdən sonrakı
gün nəbz vurğusu həmişəki göstəriciyə qayıtmırsa, əhvalınız yaxşı deyilsə,
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə