Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə36/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   28   29   30   31   32   33   34   35   36

129
Bu məşğələlər zamanı qızlar üçün məşq yükünün həcmi və intensivliyi oğ ­
 lanlarla müqayisədə xeyli az, yaxınlaşmalar arasındakı fasilələr isə da vam lı ol ­
malıdır. İstifadə olunan ağırlıqların maksimal həcmi 50%­dən artıq ol ma ma lı dır. 
Atletik gimnastika məşğələlərində oturmuş və uzanmış vəziyyətlərdə
yerinə ye tirilən hərəkətlərə üstünlük verilir ki, bu da öz növbəsində onurğa
sütununun həd dindən artıq yüklənməsinin qarşısını alır. Nəzərdə saxlamaq
lazımdır ki, yu xarı ətraf əzələləri üçün verilən hərəkətlərin icrası zamanı
zədələnmələrə yol verməmək üçün maksimum diqqətli olmaq lazımdır. Əksər
hallarda qızların 15–20 dəfə təkrar yerinə yetirdikləri hərəkətlər tətbiq olun ­
malıdır. Bunlar həm qüv və dözümlülüyünün artmasına, həm də bədəndə yağ
kütləsinin azalmasına im kan yaradır. Yaxınlaşmalar arasındakı istirahət inter ­
valı təxminən 45–60 sa ni yə arasında olmalıdır.
Məktəbin fiziki tərbiyə müəllimi hər bir şagirdə fərdi məşq yükünün, ayrı­
ayrı çəkilərin müəyyən olunmasında köməklik göstərməlidir. 
Atletik məşğələlərin birinci ayında hər bir məşğələ üçün 7 hərəkət, son ­
rakı məş ğələlərdə isə 7–12 hərəkət planlaşdırılır. Birinci ayda hər bir hərə ­
kət 1–2 ya  xınlaşmada, ikinci və sonrakı aylarda isə hər bir hərəkət 3–6
yaxınlaşmada ye rinə yetirilir. 
Qüvvə hərəkətlərinin növləri
Atletik gimnastika məşğələlərində xarici müqavimətlə icra olunan
hərəkətlər müxtəlifdir. Buraya əşyaların çəkisi ilə (hantellər, ştanq, girlər)
olan müqavimətlər; rəqibin müqaviməti; elastik əşyaların (rezin amortizator,
espander) müqaviməti; xarici mühitin (suda hərəkət, qum üzərində qaçış,
dərin qarda qaçış və s.) müqaviməti və s. aid ola bilər. 
Öz bədəninin çəkisini dəf etməklə hərəkətlər – buraya turnikdə dartın ­
ma, uzanaraq dayaqda qolların bükülüb­açılması, tək və ya cüt ayaq üzərində
oturub­durma, sıçrayış, paralel qollarda qüvvə hərəkətləri, gimnastika diva ­
rında qüvvə hərəkətləri və s. daxildir. 
Statik hərəkətlər – buraya turnikdə, paralel qollarda, döşəmədə bucaq
saxlamaq, turnikdə bükülü qollarla sallanmaq, həlqələrdə xaç fiqurunda dur­
maq, ar xa dan üfüqi sallanma, həlqələrdə öndən sallanmalar aid edilir.
İzometrik hərəkətlər – hər bir izometrik hərəkəti 6–7 saniyə ərzində
yerinə yetirmək məqsədəuyğundur. Hər bir hərəkətin icrası dördüncü sani ­
yədə özünün maksimal gərginliyinə çatır. Hər bir hərəkətdən əvvəl və sonra
tənəffüs hərəkətləri icra olunur. 
Yuxarıda qeyd olunan hərəkətlərdən başqa, atletik gimnastika məşğələlə ­
ri nə əyilgənlik hərəkətlərinin daxil edilməsi zəruridir.
 Çap üçün deyil


27. ƏSAS ƏZƏLƏ QRUPLARI ÜÇÜN 
HƏRƏKƏT NÜMUNƏLƏRİ
Qol və çiyin qurşağı üçün hərəkətlər
Əşyasız hərəkətlər (döşəmədə və alətlərdə)
• Uzanaraq qolları dayaqda büküb­açmaq, uzanaraq qolları arxa dayaqda
büküb­açmaq, qolları paralel qollarda büküb­açmaq;
• Sallanmada qolları büküb­açmaq – tutma ensiz, orta, geniş, aşağıdan və
yuxarıdan ola bilər;
• Şaquli kanat və şüvülə ayaqların köməyi ilə və ayaqların köməyi olma ­
dan dırmaşmaq;
• Turnikdə sallanmadan qüvvə ilə dayağa qalxmaq, paralel qollarda şü ­
vülün sonundan tutaraq sallanmadan dayağa qalxmaq.
Hantellərlə hərəkətlər
• Biləyin dairəvi hərəkəti;
• Qolların dirsək oynağından eynivaxtlı və növbəli bükülüb­açılması;
• Hantellərin eyni vaxtda və növbəli yuxarı qaldırılması;
• Qolların baş arxasından açılması;
• Qolların dairəvi hərəkətləri.
Ştanqla hərəkətlər (ağırlıq fiziki hazırlıq səviyyəsindən asılı olaraq
fərdi şəkildə müəyyənləşdirilir)
• Ştanqı müxtəlif çıxış vəziyyətlərindən (duraraq, uzanaraq) qaldırmaq;
• Ştanqı baş arxasından qaldırmaq;
• Ştanqı təkanla qaldırmaq;
• Uzanaraq və ya dayanaraq ştanqı düz qollarla qaldırmaq;
• Aşağıdan tutmaqla qolları dirsək oynağından büküb­açmaq.
Ayaq və çanaq əzələləri üçün hərəkətlər
Alətsiz hərəkətlər
• Pəncənin ön hissəsi üzərinə qalxmaq və yayvari yellənmək;
• Əsas duruşdan dizlərin üzərinə enmək və əllərin köməyi olmadan çıxış
vəziyyətinə qayıtmaq;
• Yerində və hərəkətdə tək və cüt ayaq üzərində tullanmalar, oturuşda və
yarımoturuşdan tullanmalar.
130
 Çap üçün deyil


131
Şəkil 70
1
2
3
4
5
Müqavimətlərlə hərəkətlər (çəki fiziki hazırlıq səviyyəsindən asılı
olaraq fərdi şəkildə müəyyənləşdirilir)
• Çiyinlərdə ştanqla oturub­durmaq. Beli düz saxlamaq lazımdır. Da ban ­
la rın altına hündürlüyü 5–7 sm olan taxta qoymaq olar;
•  Üfüqi skamyada üzüaşağı uzanmaq, pəncələrinə ağırlıqlar bərkidilmiş
ayaqı diz oynağından büküb­açmaq;
• Sol böyrü üstə uzanaraq pəncəsinə ağırlıq bağlanmış sağ ayağı qaldırıb­
endirmək. Hərəkət digər ayaqla da icra olunur.
Gövdə və boyun əzələləri üçün hərəkətlər
Əşyasız hərəkətlər
• Kürək üstə uzanaraq əllərlə gimnastika divarının pilləsindən tutmaq, ayaq ­
ları yuxarı qaldırmaq, ayaqları növbəli olaraq sağ və sol tərəfə endir mək;
• Sallanmadan ayaqları yuxarıya qaldırmaq.
Kürək əzələləri üçün hərəkətlər (şəkil 70)
• Turnikdə geniş tutmaqla sallanmaq. Dartınmaq (şəkil 70, 1);
• Gimnastika skamyasında üzü üstə uzanmaq, əllər baş arxasında, gövdəni
yuxarı qaldırıb­endir mək (şəkil 70, 2);
• Əsas duruşda əllərdə hantel irəliyə əyilmək. Gövdəni düzəltmək (şəkil 70, 3);
• Ayaqlar aralı duruş, gövdə üfüqi vəziyyətdə irəliyə əyilmişdir. Bir əldən
ağırlığı aşağı endirib, ikinci əl beldə, qolu bükmədən ağırlığı çanağa
qədər qaldırmaq (şəkil 70, 4);
• Dizlər üzərində duruş, gövdə bir qədər arxaya əyilir, blok qurğusunun
tutacağından tutaraq onu sinəyə tərəf dartmaq (şəkil 70, 5).
 Çap üçün deyil


132
Döş və qarın əzələləri üçün hərəkətlər (şəkil 71)
•  Üfüqi skamya üzərində uzanaraq əldə hantellər olmaqla qolları yanlara
apa r maq və yuxarı qaldırmaq (şəkil 71, 1);
• Üfüqi skamyada uzanaraq qolları dirsəkdən bükmək, əldə ştanq və ya
hantellər, dirsəyi açmadan ağırlığı baş arxasına aparmaq – nəfəs almaq
və çıxış vəziyyətinə qayıtmaq – nəfəs vermək (şəkil 71, 2);
• 45º­lik maili skamyada uzanmaq, hanteli və ya ştanqı qaldırıb­endirmək.
Başın mühafizəsi zəruridir (şəkil 71, 3);
• Ayaqlar çiyin enində aralı duruş, gövdə üfüqi vəziyyətə endirilib­əyilib,
çiyində ştanqın qrifi olmaqla gövdənin yanlara dönmələri (şəkil 71, 4);
• Duruş, əldə hantellər. Qolları yanlardan üfüqi vəziyyətə qaldırmaq (şəkil
71, 5);
• Turnikdə sallanmadan ayaqları qaldıraraq turnikə vurmaq. Ayaq pən cə ­
lə rində  ağırlıqlar;
• Üfüqi skamya üzərində uzanmaq, düz ayaqları yuxarıya qaldırıb­endir ­
mək (şəkil 71, 6);
• Duruş, bir əl beldə digərində ağırlıq gövdənin yanlara əyilmələri (şəkil 71,7).
Şəkil 71
 Çap üçün deyil


133
28. MÜSTƏQİL MƏŞĞƏLƏLƏR ZAMANI QİDALANMA
İnsan orqanizminin sağlamlığı onun gündəlik hərəki fəaliyyətindən
bilavasitə asılıdır. Hərəkət orqanizmin müxtəlif üzv və funksional
sistemlərinin həmişə optimal iş vəziyyətində olmasını təmin edən faktorlar
içərisində ən əhəmiyyətlisidir. İnsan sağlamlığını və uzunömürlülüyünü
tədqiq edən müxtəlif ölkələrin mütəxəssisləri bu qənaətdədirlər. Beləliklə,
gündəlik hərəki fəaliyyət insanın sağlamlığı və iş qabiliyyətinin tənzim lən ­
mə sində mühüm rola malikdir. Lakin sistemli məşğələlər orqanizmin enerji
substratlarının sərf olunmasına gətirib çıxarır ki, bu da gündəlik qida rejimin ­
də nəzərə alınmalıdır. Qida və hərəkət balansının pozulması insanlarda artıq
çəkinin və bunun orqanizm üçün yaratdığı müxtəlif problemlərin ortaya
çıxmasına səbəb olur. 
Sistemli olaraq fiziki hərəkətlərin icrası, müxtəlif məşğələlər, məşq pro ­
sesi balanslaşdırılmış qidalanma rejimindən istifadəni zəruri amilə çevirir.
Qida ümumilikdə beş tərkib elementindən: zülallardan, yağ və karbohidrat­
lardan, minerallar və vitaminlərdən, eyni zamanda su və liflərdən ibarət
olmalıdır. Sadalanan hər bir qida elementinin orqanizmdə öz rolu və çəkisi
vardır. 
Zülallar – orqanizm tərəfindən toxuma, dəri, əzələ, daxili orqanlar, saç
və dırnaqların inkişafı və bərpası üçün istifadə olunur. Zülallar müxtəlif saylı
kombinasiyalarla birləşmiş iyirmiyə qədər amin turşusundan təşkil olun ­
muşdur. Bu amin turşuları əvəz olunan və əvəz olunmayan qruplara bölünür.
Əvəz olunan amin turşuları daxil olan qida vasitələrindən orqanizmin özü
tərəfindən sintez edilir. Əvəz olunmayan amin turşuları isə orqanizmə mütləq
qida vasitələri ilə daxil edilməlidir. 
Zülallar orqanizmə daha çox ət, süd məhsulları ilə, eləcə də bitki mənşəli
qidalarla daxil olur. Zülalın əsas mənbəyi ət, süd, yumurta, balıq, həmçinin
qoz, paxlalı bitkilər, cücərmiş buğda və bir sıra göyərtilərdədir. Heyvani
mənşəli zülalların tərkibindəki amin turşuları orqanizmin tələblərinə daha
çox müvafiq olduğundan insan orqanizmi üçün daha faydalıdır. İnsanın zülala
olan gündəlik tələbatı kişilər üçün 53 qr, qadınlar üçün 45 qr­dır. Bu
göstəriciyə yaxın zülal 180–200 qramlıq qızardılmış bifşteksdə və ya 180–
210 qramlıq pendirdə, 7–8 yumurtada vardır. Xüsusi qeyd etmək lazımdır ki,
zülallar yeniyetmə orqanizminin formalaşması, əzələ sisteminin inkişafı üçün
“əsas tikinti” materialı hesab olunur. Bu səbəbdən də hər bir yeniyetmənin
qida rejimində zülalların olması olduqca əhəmiyyətli amildir. 
 Çap üçün deyil


134
Yağlar – tərkibi sulu karbonlardan, hidrogen və oksigendən təşkil edil ­
mişdir. Onlar orqanizmdə əsas enerji mənbəyi hesab olunur və tərkibində ən
zəruri yağ turşuları və bir sıra vitaminlər vardır. Bir qram yağ orqanizmi 9 kkal
enerjiylə təchiz edir. Yağların tərkibində, həmçinin həll olunmuş şəkildə A,
D, E və K vitaminləri vardır. Yağların tərkibində olan müxtəlif saylı yağ
turşularından orqanizm üçün ən əhəmiyyətli olanı linol, linolen və araxidon
turşularıdır. Birinci iki yağ turşusu orqanizmin özü tərəfindən sintez olunmur,
ona görə də bu turşular orqanizmə mütləq şəkildə qida ilə daxil olmalıdırlar. 
Yağlar gündəlik qida məhsulları olan kərə yağında, süddə, şokolad ya ­
ğın da, yumurtada, mal və qoyun ətində vardır. 
Sulu karbonlar – orqanizm üçün ən asan enerji mənbəyi hesab olunur və
onun bütün enerji sərfinin 50–55 %­ni təşkil edirlər. Onlar bir sıra qida məh ­
sullarında – çörək, kartof, düyü, makaron və makaron məhsullarında vardır.
Sulu karbonların iki növü vardır: şəkər və kraxmal. Şəkər – saxaroza,
qlükoza, fruktoza formasında balda, müxtəlif meyvələrdə rast gəlinir. Şəkərin
forması olan laktoza süddən alınır. Bizim gündəlik işlətdiyimiz qənd saxaro ­
za dan ibarət olub, şəkər qamışı və şəkər çuğundurundan istehsal olu nur.
Kraxmal – əsasən, buğda məhsullarında və kartofda rast gəlinir. Sulu karbon ­
ların növündən asılı olmayaraq, 1 qramı 4 kkal enerji verir. Sulu karbonlar
orqanizmdə fiziki hərəkətlərin icrası üçün zəruri olan enerji mənbəyi hesab
olunur. Onlar əzələ daxilində, qaraciyərdə qlikogen formasında toplana
(depo  laşmaq)  bilir. Fiziki hərəkətlərin sayından və icra sürətindən asılı olaraq
bu enerji mənbələri çox asanlıqla enerjiyə transformasiya olunur və fiziki
yükün intensivliyindən asılı olaraq sərf olunur. 
Vitaminlər – orqanizmdə təbii katalizator rolunu oynayırlar və orqanizm ­
də baş verən həyati proseslərə nəzarəti həyata keçirməyə kömək edirlər.
Vitaminlərin bir çoxu orqanizmdə sintez olunmur və bu səbəbdən də onlar
qida məhsulları ilə orqanizmə daxil edilməlidirlər. Yeniyetmə orqaniz minin
formalaşması və inkişafı dövründə vitaminlərə olan tələbat yüksəkdir. Vita­
min çatışmazlığı bir sıra xəstəliklərin, o cümlədən avitaminozun yaranmasına
səbəb ola bilər. Uşaq və yeniyetmələrdə vitamin çatışmazlığı boyun inkişafı ­
nın dayanmasına səbəb olur. Xüsusi qeyd etmək lazımdır ki, balanslaşdırılmış
qida qəbulu zamanı orqanizmə əlavə vitamin lərin qəbuluna ehtiyac qalmır.
Aşağıdakı cədvəldə əsas vitamin qrupları, onların rolu və mənbələri gös ­
tərilib.
 Çap üçün deyil


135
Vitaminlər
Orqanizmdə rolu
Mənbələri
A vitamini
Sağlam göz və dəri
Balıq yağı, qaraciyər, yu­
murta, süd, marqarin, tünd­
yaşıl və sarı tərəvəzlər
B qrup vitaminlər
B1 – tiamin
Enerji yaratmaq
Yağsız donuz əti, yarmalar,
süd məhsulları, bir sıra tə rə ­
vəz və meyvələr, tam buğ da ­
dan bişirilmiş çörək
B2 –  riboflavin
Enerji yaratmaq, sağlam
sinir sistemi və qida sistemi
Süd, ət, yarma, buğda məh ­
sul ları, pendir, yumurta, ba ­
lıq, meyvələr, qoz, mərci və
noxud
B6 – pirodoksin
Sağlam qan
Yumurta, balıq, ət, buğda
məhsulları, tərəvəzlər
B12 
Sağlam sümük iliyi və
sağlam qan
Yumurta, qaraciyər, ət, süd
Fiol turşusu
Qanazlığının aradan
qaldırılması
Yarmalar, yaşıl tərəvəz
C vitamini – askorbin
Sağlam damaq, müxtəlif
xəstəliklərdən tez sağalma
Kartof, müxtəlif tərəvəzlər,
sitrus meyvələri: naringi, por ­
tağal, qreypfrut, feyxoa
D vitamini
Möhkəm dişlər və sümük
sistemi
Süd məhsulları, balıq yağı,
günəş vannaları
E vitamini
Orqanizmdə yağ
mübadiləsini tənzimləyir.
Boy və cinsi inkişaf 
Buğda məhsulları, yumurta,
süd, qoz, bitki yağları
K vitamini
Qanın laxtalanması
Buğda məhsulları və tərəvəz
 Çap üçün deyil


136
Mineral elementlər – orqanizmdə çoxsaylı funksiyaları yerinə yetirir.
Kalsium, fosfor və maqnezium orqanizmdə sümük və dişlərin sağlamlığını təmin
etmək üçün; kalium – əzələ, sinir, dəri və toxumaların elastikliyi üçün; dəmir –
sağlam qan üçün olduqca zəruri elementlərdir. Natrium orqanizmin maye
mühitinin çox zəruri hissəsidir. Qeyd olunan mineral elementlər orqanizm
üçün çox kiçik həcmdə lazımdır. Balanslaşdırılmış qidalanma zamanı onların
çatışmazlığı müşahidə olunmur. 
Su – qida məhsulu olmasa da, bütün orqanizmin 60 %­ni təşkil edir. O,
insan həyatının fəaliyyət göstərməsi üçün ən zəruri element hesab edilir.
Məhz suyun hesabına qida maddələri onlara ehtiyacı olan üzv və toxumalara
çatdırılır. Su orqanizmdə qanın həcmini və orqanizmin temperaturunu
tənzimləyir. Orqanizmdə olan qanın 2/3 hissəsi onun daxilində, 1/3 hissəsi
isə qan damarlarında yerləşir. Orta bədən quruluşuna malik olan insanlarda
suya olan gündəlik tələbat 2 litrə yaxındır. Sistemli məşğələlər və fiziki yük
zamanı orqanizmin suya olan tələbatı artır. 
 Çap üçün deyil


137
SƏHƏR GİMNASTİKASI
ƏLAVƏ
1
2
3
4
 Çap üçün deyil


138
5
6
7
8
 Çap üçün deyil


139
9
10
11
12
 Çap üçün deyil


140
13
14
15
16
 Çap üçün deyil


141
17
18
19
20
 Çap üçün deyil


142
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulum). “Kurikulum” jurnalı, 2008, № 1.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin
V–XI sinifləri üçün fənn proqramlarının (kurikulumların) təsdiqi haq ­
qın da 2 iyun 2009­cu il tarixli 963 №­li əmri.
3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. “Kurikulum”
jurnalı, 2009, № 4.
4. Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə
konsepsiyası. 13 yanvar 2009­cu il.
5. F.Hüseynov, A.Əsgərov, B.Allahverdiyev və b. Ümumtəhsil
məktəblərinin V–XI siniflərində Fiziki tərbiyə. “Müəllim” nəşriyyatı,
Bakı, 2012.
6. V.Şadlinski, Ş.Qasımov, N.Mövsü mov. İnsan anatomiyası atlası.
“Müəl lim” nəşriyyatı,  Bakı, 2012.
7. Л.П.Матвеев. Теория и методика физической культуры. Москва,
ФиC, 1991.
8. Комплексная программа физического воспитания. Программа об­
щеобразовательных  учреждений. 1­11 классы. Москва 2010.
9. В.И.Лях, Г.Б.Мейксон, Ю.А.Копылов и др. Физическое воспи­
тание 8­9 классов. М., Просвещение, 2004.
 Çap üçün deyil


143
10. В.И.Лях. Физическая культура. М., Просвещение, 2014.
11. В.В.Кузин, С.А.Полицевский, А.Н.Глейберман и др. 500 игр и
эстафет.  М., ФиС, 2003. 
12. Ю.А.Барышников, Г.П.Богданов, Б.Д.Ионов и др. Уроки фи­
зической культуры в 7­8­х классах средней школы. М., Просве­
щение, 1986.
13. В.Г.Алабин, М.П.Кривоносова. Тренажеры и специальные
упражнения.  М., ФиС, 1982.
14. И.А.Гуревич.  1500 упражнений для моделирования круговой
тре нировки.  Минск, 1980.
15. A.M.Məmmədov, K.V.Sudakov. Normal fiziologiya. Bakı, 2011.
 Çap üçün deyil


ÔÈÇÈÊÈ ÒßÐÁÈÉß 8
Öìóìòÿùñèë ìÿêòÿáëÿðèíèí 8-úè ñèíôè ö÷öí
Ôèçèêè òÿðáèéÿ ôÿííè öçðÿ 
ÄßÐÑËÈÊ
Òÿðòèá÷è ùåéÿò:
Ìöÿëëèô
Firat Alışan oğlu Hüseynov
Íÿøðèééàò ðåäàêòîðó 
Ýöëÿð Ìåùäèéåâà
Áÿäèè âÿ òåõíèêè ðåäàêòîð 
Àáäóëëà ßëÿêáÿðîâ
Ðÿññàì
Àéíóð Ñàëàùîâà
Äèçàéíåð
Àãèë ßìðàùîâ
Êîððåêòîð 
Íàòÿâàí Èñìàéûëîâà
«Àñïîëèãðàô ËÒÄ» ÌÌÚ
Áàêû, ÀÇ 1052, Ô.Õîéñêè êö÷., 121
Á
Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí
08.06.2015-úè èë òàðèõëè 645¹-ëè 
ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð.
© Àçÿðáàécàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè – 2017
Möÿlliflik höquqlarû qorunur. Xösusi icazÿ olmadan bu nÿøri vÿ 
yaxud onun hÿr hansû hissÿsini yenidÿn ÷ap etdirmÿk, surÿtini 
÷ûxarmaq, elektron informasiya vasitÿlÿri ilÿ yaymaq qanuna ziddir.
Ùåñàá-íÿøðèééàò ùÿcìè 8,84. Ôèçèêè ÷àï âÿðÿãè 9,0.
Ôîðìàòû 70õ100 
1
/
16
. Ñÿùèôÿ ñàéû 144. Îôñåò êàüûçû. 
Ìÿêòÿá ãàðíèòóðó. Îôñåò ÷àïû. Òèðàj 32588. Ïóëñóç. Bakû–2017.
 Çap üçün deyil

Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə