Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə29/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

104
sayını öz əhvali­ruhiyyəsinə əsasən müəyyən etməlidir. Burada ən düzgün
göstərici nəbz vurğuları və şəxsi hissiyyatdır. Orqanizmin qızışması və
yüngül tərləmə artıq hərəkətlərin sizin üçün kifayət qədər olduğuna işarədir. 
Səhər gimnastikası kompleksinin aşağıdakı ardıcıllıqla icrası tövsiyə
olu nur:
1. Baş­boyun əzələləri üçün hərəkətlər;
2. Çiyin qurşağı üçün hərəkətlər;
3. Gövdə əzələləri üçün hərəkətlər;
4. Aşağı ətraf əzələləri üçün hərəkətlər;
5. Sıçrayışlar, tullanmalar, qaçış;
6. Sakitləşdirici (əzələləri boşaldıcı və tənəffüs) hərəkətlər.
Hərəkətlərin icrası zamanı düzgün tənəffüs xüsusi əhəmiyyət daşıyır.
Adi halda tənəffüs mərkəzi sinir sistemi tərəfindən avtomatik olaraq
tənzimlənir. Fiziki hərəkətlərin icrası zamanı orqanizmin oksigenə olan
tələbatı çoxalır, tənəffüs dərinləşir və tezləşir. Bu səbəbdən də hərəkətlərin
icrası zamanı tənəffüsün icra tempinə uyğunlaşdırılmasına şüurlu sürətdə
yiyələnmək lazımdır. Əks halda mürəkkəb strukturlu hərəkətlərin icrası
zamanı tənəffüs ritmi pozulur, təngnəfəslik və tez yorulma meydana çıxır.
Belə halın yaranmaması üçün nəfəsalma və nəfəsvermə hərəkətin icrasına
uyğunlaşdırılır. Məsələn, çıxış vəziyyətində – nəfəsalma; icrada – nəfəsvermə;
oturduqda – nəfəsalma; ç.v. qayıtdıqda – nəfəsvermə və s. Ümumiyyətlə,
ətraf ların gövdədən uzaqlaşdırılması, gövdənin açılması zamanı nəfəsalma;
ətrafların gövdəyə yaxınlaşdırılması, gövdənin əyilməsi, bükülməsi zamanı
– nəfəsvermə. Tənəffüsü hər bir sadə hərəkətə uyğunlaşdırmağa ehtiyac
yoxdur. Ən əsası ritmik tənəffüsdür.
Yuxarıda qeyd olunan qaydalara əməl etməklə müstəqil şəkildə səhər
gim   nastikası kompleksi tərtib etmək və onu hər gün yerinə yetirmək olar. 
Hərəkətlərin sayı müxtəlif olsa da, bütün komplekslər yerində yerişlə
başa çatdırılır. Hər üç­dörd həftədən bir icra etdiyiniz səhər gimnastikası
kompleksinə yeni hərəkətlər əlavə etmək lazımdır. Bu, səhər gimnastikasının
sizin üçün yeknəsəq olmasının qarşısını alar. Kompleksə yeni hərəkətlər
əlavə etsəniz, səhər gimnastikası daha maraqlı və səmərəli olar. 
İlkin olaraq əşyasız və əşyalarla yerinə yeti rilən, aşağıda tövsiyə olunan
hərəkətlər kompleksindən yararlanmaq olar.
 Çap üçün deyil


105
Əşyasız hərəkətlər kompleksi 
Birinci kompleks (şəkil 66):
1. Pəncələr üzərinə qalxmaq, əllər yuxarı­yanlara;
2. Yanlara əyilmək, əllər baş üzərində; 
3. İrəliyə və arxaya əyilmələr (dizlər bükülmür);
4. Gövdənin dairəvi hərəkətləri;
5. Uzanaraq dayaqda qolların bükülüb­açılması;
6. Oturub­qalxmaq;
7. Ayaqların yanlara qaldırılması.
Şəkil 66
İkinci kompleks (şəkil 67):
1. Ayağı arxaya aparmaqla əlləri yuxarı qaldırmaq;
2. Bükülmüş və düz qolların dairəvi hərəkəti;
3. Gövdənin irəliyə yayvari hərəkəti;
4. Düz ayaqların növbəli olaraq irəli qaldırılması;
5. Uzanaraq arxada dayaqda gövdənin qaldırılması;
1
2
3
4
7
6
5
 Çap üçün deyil


106
Gimnastika ağacı ilə hərəkətlər kompleksi (şəkil 68)
1. Gimnastika ağacı ilə dartınma;
2. Gimnastika ağacı ilə yanlara əyilmələr;
3. Gövdənin ağacla birgə dönmələri;
4. Ayağın gimnastika ağacı üzərindən keçirilməsi.
Şəkil 67
6. Dayaqlı oturuşdan, uzanaraq dayağa keçid;
7. Kürək üzərində uzanaraq düz ayaqları yuxarı qaldırmaq.
1
2
4
3
5
6
7
 Çap üçün deyil


107
Gimnastika ipi ilə hərəkətlər kompleksi (şəkil 69)
1. Dördqat qatlanmış gimnastika ipini irəliyə uzanmış əllərlə dartmaq,
pəncələr üzərinə qalxmaq;
2. Gimnastika ipi ilə yanlara əyilmələr;
3. Gimnastika ipi üzərindən ayaqları irəliyə və geriyə keçirməklə irəliyə
əyilmələr;
4. Gimnastika ipinin pəncə altında irəliyə və arxaya aparılması;
5. Gimnastika ipi üzərində duraraq oturub­qalxma;
6. Gimnastika ipi ilə müvazinət saxlamaqla irəliyə əyilmə.
Şəkil 68
1
2
3
4
 Çap üçün deyil


108
İdman növünü seçin
Hal­hazırda Azərbaycan Respublikası dünyada inkişaf etmiş idman ölkəsi
kimi tanınır. Müxtəlifmiqyaslı beynəlxalq yarışların Azərbaycanda keçi ril ­
mə si, Olimpiya Oyunlarında qazanılan  qələbələrimiz idmana, onun maddi­
tex 
niki bazasının inkişafına dövlətin göstərdiyi qayğının və siyasətin
nə 
 
ti 
cəsidir. 2015­ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları da
Azərbaycanın idmanın inkişafı sahəsində əldə etdiyi uğurların tanınması və
dəyərləndirilməsinin əlamətidir.
Ölkəmizdə çoxsaylı idman klubları və cəmiyyətlərində minlərlə məktəbli
özünün idman ustalığını artırır, idmanın hər hansı növü  üzrə ixtisaslaşır. Hər
bir ümumtəhsil məktəbində ayrı­ayrı idman növləri üzrə bölmələr fəaliyyət
göstərir. İstənilən şagird öz arzusundan asılı olaraq bu bölmələrdə idman
növləri üzrə məşğul ola bilər.
İdman növləri ilə məşğələlər bir neçə mərhələdən ibarətdir. İlkin hazırlıq,
təlim­məşq mərhələsi, idman təkmilləşməsi mərhələsi, yüksək idman ustalığı
mərhələsi. İdmanla ciddi məşğul olmağı qarşıya məqsəd qoymuş hər bir
şagird bu hazırlıq mərhələlərini keçməlidir. Hər bir mərhələ orta hesabla 1–
3 illik vaxtı əhatə edir və müxtəlif amillərdən asılıdır. Bu amillər fərdi talant,
fiziki inkişaf, hərəki qabiliyyətlərin səviyyəsi (sürət, qüvvə, sürət­güc,
Şəkil 69
1
4
5
6
2
3
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə