Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə27/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

95
Sürət­güc qabiliyyətini inkişaf etdirən hərəkətlər:
–  topun (3–5 kq oğlanlar; 1–3 kq qızlar üçün) duruş və ziyyətindən sinə ­
dən uzunluğa itələnməsi;
– eyni hərəkətin baş üzərindən icra edilməsi;
– üçlü tullanmalar: iki ayaq üzərində, əllər beldə;
– eyni hərəkətin bir ayaq üzərində icra edilməsi. 
Əyilgənliyi inkişaf etdirən hərəkətlər:
– dayağın yanında bükülmüş ayağın irəli, arxaya və yanlara yellədilməsi;
– eyni hərəkətin bir qədər bükülü ayaqla icra edilməsi;
– eyni hərəkətin düz ayaqla icra edilməsi.
Koordinasiya qabiliyyətini inkişaf etdirən hərəkətlər:
– bir ayaq üzərində müxtəlif müvazinətlər;
– eyni hərəkətin dizdə duraraq icra edilməsi;
– gimnastika tiri üstündə (skamya) 1800, 3600 dönmələrlə irəliləmələr.
 Çap üçün deyil


96
Uçan topa pəncənin daxili 
hissəsi ilə zərbələr
Pəncənin daxili hissəsi ilə topa zərbə, oyunda həm müdafiə, top ötürmələr,
həm də qapıya hücum zamanı tətbiq edilir. Uçan topa yandan zərbənin icrası
zamanı müvazinətin dayanıqlı olması üçün gövdə dayaq ayağı üzərinə
əyilməlidir (şəkil 59).
Köməkçi hərəkətlər:
1. Cütlükdə icra edilir. İki şagird
bir­birindən 5–6 metr məsafədə qarşı­
qarşıya dayanır. Onlardan biri topu
yuxarıdan aşağıya, ayağına tərəf buraxır.
Top havada olarkən ayaq pəncəsinin
daxili hissəsi ilə topa zərbə endirməklə
onu orta hündürlükdə yoldaşına tərəf
göndərir. Sonra hərəkət digər şagird
tərəfindən əks istiqamətə icra edilir. 
2. Topun hədəfə “asma” ötürülməsi. İki şagird 5–6 metr məsafədən bir
toxunma ilə topu dairə və ya dördbucağa “düşməklə” yoldaşına ötürür.  
3. Divarda 1–1,5 m hündürlükdə dairə və ya dördbucaq formasında
çəkilmiş hədəflərə 5–6 m məsafədən, yerindən topla zərbələr vurulur. 
4. Eyni zərbələr yandan ötürülən topla, hərəkətdən yerinə yetirilir. 
Uçan topa pəncənin  üst hissəsi ilə zərbə
Bu zərbənin öyrədilməsi üçün
qarşıdan, yerlə gələn topa pəncənin üst
hissəsi ilə, havada olan topa pəncənin
daxili hissəsi ilə zərbələr təkrar edilir,
onlar mənimsənildikdən sonra uçan
topa pəncənin üst hissəsi ilə zərbə
öyrədilir. 
Şəkil 59
Şəkil 60
16. FUTBOL
 Çap üçün deyil


97
Köməkçi hərəkətlər:
1. Oyunçu  cərimə meydanı qarşısında əli ilə topu önündə yerə atır top
yerə  dəyib qalxdıqdan sonra  qapıya zərbə edir.
2. Qapıçı əli ilə topu cərimə meydançasından hava ilə atır, komanda
yoldaşı isə topu ya havada ya da yerə dəyib qalxdıqdan sonra pəncənin üstü
ilə qapıya zərbə vurur.
3. Top ayağın üst hissəsi ilə çilənir.
4. Künc zərbəsindən sonra müdafiəçilərin fəal müdaxiləsi olmadan uçan
topa ayağın üst hissəsi ilə qapıya zərbə vurulur.
Topun yan xətdən oyuna daxil edilməsi
Bu texniki elementin öyrədilməsi bundan əvvəlki sinifdə başlanan təlimin
davamıdır. Hərəkətin sadə formada icrasından sonra topun yan xətdən oyuna
daxil edilməsi oyun şəraitinə uyğun yerinə yetirilir. 
1. Hərəkət cütlükdə icra edilir. Topun yan xətdən müxtəlif istiqamətlərə
sürətlənmələr yerinə yetirən tərəf­müqabilinə atılması. 
2. Hərəkət üçlükdə yerinə yetirilir. Oyunçu müdafiəçinin qarşısında du ­
rur və ondan “azad” olmaq və yan xətdən oyuna daxil edilən topu qəbul edib
əlverişli texniki fəaliyyət göstərmək üçün qısa sürətlənmələr edir. 
Müdafiəçinin passiv müqaviməti ilə müxtəlif istiqamətlərə və müxtəlif
sürətlə topaparmalar
Oyun zamanı meydançada yerləşən bütün oyunçular bu üsuldan istifadə
edirlər. Buna görə də topaparma ilə əlaqəli müxtəlif hərəkətlər, estafetlər və
mü təhərrik oyunlardan istifadə etmək tövsiyə olunur. Topaparma zamanı
zər bələrin və hərəkətin istiqaməti müxtəlif şəraitlərdən top aparan oyunçunun
məqsədindən və meydançada onu əhatə edən situasiyadan asılıdır.
Əgər uzun məsafədə topaparma zərurəti yaranırsa, o zaman topu oyunçu
özündən 5–6 metr məsafəyə “buraxa bilər”. Rəqibin əks fəaliyyəti nəticəsində
topu itirmək ehtimalı yaranır. Buna yol verməmək və topu daim nəzarətdə
saxlamaq məqsədilə onu 1–2 metr məsafədən aralı “buraxmaq” məqsədəuyğun
hesab edilmir.
Köməkçi hərəkətlər:  
1. Cütlükdə icra edilir. Bir oyunçu topu özündə saxlamağa, digəri isə
onu ələ keçirməyə çalışır. Top itirilərkən oyunçular yerlərini dəyişirlər.
2. Məhdud meydançada topla yerdəyişmələr edilir. 
 Çap üçün deyil


98
Müdafiəçinin fəal müqaviməti ilə topaparmalar
Texniki elementlərin sadələşdirilmiş şəkildə təlimi mənim sə nil dikdən
sonra hərəkətlər müdafiəçinin fəal müqaviməti şəraitində yerinə yetirilir.
Köməkçi hərəkətlər:  
1. Hərəkət üçlükdə meydanın mərkəzi dairəsinin yaxınlığında icra edilir.
İki oyunçu mərkəz dairənin xaricində yerləşir. Onlardan biri hücumçu, di ­
gəri isə mü dafiəçi funksiyasını yerinə yetirir. Üçüncü oyunçu mərkəzi dai rə ­
nin da xi lində dayanır. Hücum funksiyasını yerinə yetirən oyunçu müxtəlif
isti qamətlərə topaparmanı icra edir və topu meydançanın mərkəzində duran
oyun çuya ötürərək, müdafiəçidən azad olmağa və topu yenidən qəbul etməyə
çalışır. Müdafiəçi funksiyasını yerinə yetirən oyunçu oyun qaydasını poz ­
madan hücumçuya mane olmağa çalışır.  
2. Oyunçular iki qrupa (komandaya) bölünür: qapı xəttində və qapı mey ­
danında qapıdan sağda və solda dururlar. Qapıçı topu qapıdan 15–20 m irə ­
liyə atır. Oyunçular komanda ilə topa daha tez yiyələnməyə çalışırlar. Topa
yi yələnən komanda hücum edir, topsuz komanda müdafiə olunur. Topa sa ­
hib olan komanda qol vurmağa çalışır. 
Enən topun pəncənin daxili hissəsi ilə 
dayandırılması
Enən topun dayandırılması texniki ele­
mentinin  icrası zamanı oyunçu topun uçub
gələn istiqamətinə yanakı dayanır. Topu
dayandırma anında dayaq ayağı diz oyna ­
ğından azca bükülür, həmçinin topu dayan ­
dı racaq ayaq da diz oynağından bükülür.
Topla təmas edən ayaq nisbətən boşalmış
vəziyyətdə olur. Bu texniki elementin icra ­
sındakı çətinlik topun enəcəyi yerin təyin
edilməsidir (dayaq ayağının arxasında). Ona
görə də topu dayandıran zaman hərə kətin
başlanğıc vəziyyətini almaq üçün əvvəl 
­
cədən bir sıra yerdəyişmələr icra etmək
lazımdır (şəkil 61).
Şəkil 61
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə