Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

80
13. HƏNDBOL
7­ci sinifdə şagirdlər həndbol oyununun sadə bacarıq və vərdişlərinə yi ­
yə lənmişlər. Hazırda isə bir sıra yeni icra bacarıqlarının formalaşması, mə ­
nim sənilənlərin isə təkmilləşməsi nəzərdə tutulur.
Həndbol dinamik idman oyunudur, topun müxtəlif məsafələrə ötürülməsi,
yerdəyişmələr, sürətli irəliləmə zamanı hərəkət istiqamətinin dəyişməsi
oyun çudan yüksək fiziki hazırlıq, çeviklik və ən əsası isə ani qərar qəbul
etmək bacarığı tələb edir. Bütün qeyd olunan hərəki fəaliyyət oyunçudan
topla uğurlu davranmaq, onu ələ keçirmək, ötürmək üçün müəyyən texniki
icra üsullarına yiyələnməyi tələb edir. Bu sırada əhəmiyyət daşıyan
məsələlərdən biri topun tutulmasıdır.
Topun tutulması. Top iki və tək əllə tutulur. İki əllə tutulmadan hərəkətdə
olan topun ələ keçirilməsi zamanı və ya ötürmədən əvvəl istifadə olunur. Bu
zaman əl barmaqları top üzərində sərbəst yerləşir və onu möhkəm saxlayır.
Topun bir əllə tutulması xeyli çətindir. Bunun üçün barmaqlar geniş və
sərbəst açılır, baş barmaq topu tutmaq üçün yana aparılır (şəkil 35).
Top mümkün qədər barmaqlara yaxın tutulur. Atma, bir qayda olaraq, çi ­
yin dən bükülmüş qolla icra olunur (şəkil 36).
Müxtəlif oyun şəraitlərində topu bükülmüş qolla yuxarıdan, aşağıdan,
yandan, düz qolla aşağıdan, düz qolla yuxarıdan – geriyə, iki əllə yuxarıdan –
sinədən döşəməyə vuraraq qalxmaqla baş arxasından (şəkil 37), kürək arxa ­
sından (şəkil 38), qol üzərindən (şəkil 39), əli özündən döndərməklə yan dan
(şəkil 40) ötürmək mümkündür. Topun hərəkətdə ötürülməsi sıç ra yışla da
icra oluna bilər.
Şəkil 35
Şəkil 36
Şəkil 37
 Çap üçün deyil


81
Şəkil 38
Şəkil 39
Şəkil 40
Şəkil 41
Şəkil 42
Şəkil 43
Topun bükülü qolla yandan atılması müdafiəçini aldadaraq qapıya zərbə
üçün istifadə olunur (şəkil 41). Oyunçu aldadıcı hərəkətdən sonra müdafiə ­
çi nin gözləmədiyi halda topu atan qol tərəfdəki ayaqla irəliyə – yana addım
edir, həmin tərəfə kəskin əyilir və yandan atmanı icra edir.
Adətən, top kəmər və bəzən daha aşağı səviyyədə olan hündürlükdən
atılır.
Bükülmüş qolla topun yandan atılması. Bu üsul aldadıcı hərəkətdən
son ra müdafiəçinin yaxından müqaviməti şəraitində istifadə olunur (şəkil 42).
Topun atılması ayaqla yana hücum addımı və gövdənin həmin istiqamətə
əyilməsi, topla olan qolun yüngülcə arxaya holaylandırmaq üçün aparılması
ilə qövsvari hərəkətlə aşağıdan icra edilir və əlin kəskin hərə kə ti ilə tamam ­
la nır. 
Topun düz qolla yuxarıdan atılması. Həndbolda bu atma üsulu mü da fiə  çi ­
lərin yaratdığı blok üzərindən qapıya hücum zamanı istifadə olunur (şəkil 43).
 Çap üçün deyil


82
Bu atma yerindən sıçrayışla və tullanaraq da yerinə yetirilə bilər. Atma qolun
holaylandırılması  gövdənin arxaya əyilməsi, düz qolun baş üzərindən arxaya
aparılması, həmçinin gövdənin atma qolu tərəfə bir az dönməsi ilə yerinə ye­
tirilir. Atma zamanı əl daha böyük iş yerinə yetirir, topu yuxarıdan aşağıya
istiqamətləndirir. Atmadan sonra hər iki ayaq üzərində  yerəenmə icra edilir.
Topun düz qolla yandan atılması. Atmanın bu üsulu hücumçu qar ­
şısında müdafiəçilərin dayandığı hallarda istifadə olunur (şəkil 44). Atma
onu icra edə cək qola əks tərəfdə yerləşən ayağın yerə – dayağa qoyulması
ilə icra edilir.
Gözlənilməzlik effekti yaratmaq üçün atma eyni tərəfdə yerləşən ayağın
dayağa qoyulması ilə də icra oluna bilər.
Topun düz qolla aşağıdan atılması. Bu rəqib üçün gözlənilməz amil
kimi istifadə oluna bilər. İcra texnikası bükülmüş qolla aşağıdan atma ilə
eynidir. Lakin qolun düzəlməsi hesabına topu müdafiəçinin yanından daha
inamla atmaq imkanı qazanılır.
Diyirlənən topun tutulması. Diyirlənən topu tutmaq üçün oyunçu ona
tərəf addım atır (şəkil 45). Topun qəbulu anında cəld aşağıya əyilir, əlini
arxası döşəməyə tərəf olmaqla topun hərəkət yoluna qoyur. Top ovuca daxil
olduqda digər əl onu yuxarıdan tutur. Sonra top atan qolun çiyninə yaxın laş ­
dırılır, gövdə düzəlir və sonrakı fəaliyyətə keçilir.
Yeddimetrlik cərimə atışı. Cərimə atışı qapı önündəki xüsusi yeddimetrlik
cərimə xəttindən, hakimin cərimə atışına icazə verən fitindən sonrakı 3 saniyə
Şəkil 44
Şəkil 45
 Çap üçün deyil


83
Şəkil 46
Şəkil 47
ərzində icra edilir. Atma zamanı dayaq ayağını döşəmədən götürmək olmaz.
Bu səbəbdən də cərimə atışı həm iki ayaq üzərində dayaqdan, həm də
arxadakı ayağı qaldırmaqla icra oluna bilər.
Cərimə atışı qapıya tərəf olmaqla hər iki ayaq üzərində duruşdan icra
edi lir (şəkil 46). Atma irəliyə yıxılmaqla və ya addımla yerinə yetirilir. Cə ­
rimə atışının mühüm komponenti hərəkət texnikası və topun əllə gön də ril ­
mə sidir. Cərimə zərbəsinin iki atma forması mövcuddur: birinci – qapı çını
qabaqlayaraq atma; ikinci – aldadıcı hərəkətlə atma.
Cərimə atışlarını ustalıqla yerinə yetirmək üçün əvvəlcə irəliyə yıxılmadan
yerindən atmaya, sonra bir ayaq üzərində dayanaraq atmaya, daha sonra isə
yıxılaraq atma texnikasına yiyələnmək lazımdır.
Yerindən irəliyə yıxılaraq icra olunan cərimə zərbəsi hər iki ayağın və ya
bir ayağın təkanı ilə yerinə yetirilir.
Yıxılaraq cərimə zərbəsinin atma texnikasına yiyələnmə zamanı əsas
məsələlərdən biri də yıxılma zamanı qorxu hissinin aradan qaldırılmasıdır.
Atmaların dəf olunması zamanı qapıçının mövqe seçməsi. Oyunun
gedişində qapıçının mövqeyi daim dəyişir. Adətən, qapıçı bitişdirici addımla,
qaçışla yerdəyişmələr edir, tullanır, top ardınca yıxılır, şpaqat, yarımşpaqat
kimi hərəkətlər yerinə yetirir, flanq (cinah) dirəyi yanında mövqe tutur (şə ­
kil 47). Qapıçının mövqe seçməsi, ilk növbədə, topun yerdəyişməsindən,
həm çinin rəqibin və komanda yoldaşlarının mövqelərindən asılıdır.
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə