Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə21/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

72
oyunçu itələnərsə, əlinə vurularsa və top buna görə səbətə düşməzsə, həmin
oyunçu iki cərimə atışı hüququ qazanır. Əgər qayda pozuntusu 3 xallıq atış
xəttinin arxasında baş veribsə, o zaman 3 xallı cərimə atışı təyin olunur. Fol
kimi qiymətlən di rilməyən digər qayda pozuntuları sadəcə səhv hesab olunur:
top əldə qaç maq, iki əllə çiləmək, topu meydançadan kənara vurmaq, ayaqla
oyun və s. Cərimə atışı təyin olunmayan fol və ya səhvlər zamanı oyun
topun yan xət dən daxil edilməsi ilə davam etdirilir.
Uğurlu atışdan və ya cərimə atışından sonra top rəqib komanda oyunçuları
tərəfindən üz xətdən oyuna daxil edilir. Uğurlu atış iki xalla, cərimə atışı isə
bir xalla qiymətləndirilir.
6.75 metrlik radiusun arxasından  uğurlu atış 3 xalla qiymətləndirilir.
Da ha çox xal toplayan komanda qalib hesab olunur. Oyun hər biri 10 dəqiqə
olan 4 hissədə davam edir. Yalnız təmiz oyun vaxtı ölçülür. Hesabın bərabər
olduğu hallarda 5 dəqiqəlik əlavə hissə təyin olunur. Birinci hissə ilə ikinci
hissə, üçüncü hissə ilə dördüncü hissə arasında 2 dəqiqə, ikinci hissə ilə
üçüncü hissə arasında isə 15 dəqiqə fasilə verilir. Oyun ərzində oyunçular
is tənilən sayda əvəzlənə bilərlər. Hücum xəttinin oyun çusuna 3 saniyəlik
zo nada 3 saniyə artıq qalmaq qayda pozuntusu kimi qeydə alınır. Əgər top
5 saniyə ərzində atılmırsa, çilənmirsə, ötürülmürsə, alınıb rəqib komandaya
verilir.
Təhlükəsizlik texnikası qaydaları
Dərs və ya yarışdan əvvəl yarış  yerinə, havanın temperaturuna, fəsilə
müvafiq idman forması və sürüşməyən altlığı olan ayaqqabı geyinmək
lazımdır. Dırnaqlar qısa kəsilməli, bütün bəzək əşyaları çıxarılmalıdır. Dərs
və ya yarış zamanı zəruridir:
– yarış qaydalarına əməl etmək;
– bütün fəaliyyəti müəllimin komandasına müvafiq qurmaq;
– rəqib komanda üzvləri ilə toqquşmaqdan yayınmaq, əl və ayağa zərbəyə
yol verməmək;
– özünü yaxşı hiss etmədikdə müəllimə məlumat vermək.
Hərəki fəaliyyətə yiyələnmə
Sürəti və istiqaməti dəyişməklə qaçışdan müdafiəçinin nəzarətindən
azad olaraq topu qəbul etmək üçün əlverişli mövqeyə çıxarkən istifadə
edilir. Belə kəskin qaçış bir tərəfə addım imitasiyası edərək əks tərəfə icra
olunur (şəkil 26). 
 Çap üçün deyil


73
Topun bir əllə çiyindən ötürülməsi – top ötür ­
mənin ən geniş yayılmış növüdür. Bir əllə top qısa
və orta məsafələrə ötürülür. Top iki əllə sağ çiyin
üzə  rinə qaldırılır. Sağ əl topun arxasında bir az xa ­
ri cə tərəf yerləşir. Barmaqlar yuxarıya, ovuc isə hə ­
də  fə tərəf is tiqamətlənmişdir. Sol əl topun ön sət hin ­
dədir. Sol ayaq irəlidədir. Top sağ əllə irəliyə, hədəfə
tərəf aparılır, bu zaman sol əl topdan “çəkilir”. Top
əlin şal laqvari hərəkəti ilə irəli göndərilir (şəkil 27).
Topun iki əllə döşəmədən sıçrayaraq ötü rül ­
mə si.  Basketbolda topötürmənin bu üsulundan
hərəkət istiqamətində rəqib olduğu halda istifadə
et mək məqsədəuyğundur. Rəqibin topun hə rəkətinə
blok qoymaq və ya ötürmənin qarşısını almaq cəh ­
dinə yol verməmək üçün top onun irəliyə uzanmış əllərinin altından döşəməyə
vurulur (şəkil 28). 
Ötürmə aşağıdakı kimi icra olunur:
top sinə önündə tutulur, barmaqlar
ge  niş açılmışdır. Baş barmaqlar bir­
bi  rinə paraleldir. Top irəliyə – aşağıya
göndərilir. Belə ötürmənin sürəti aşa ­
ğı dır, bu səbəbdən də onu yalnız hə ­
rə kəti uğurlu  başa çatdırmaq  əmin ­
liyi olduqda istifadə etmək lazımdır.
Qarşıdan hərəkət zamanı ötür ­
mə  – Sağ ayağın geniş addı 
mında
top tutulur. Sonra sol ayaqla addım
Şəkil 26
Şəkil 27
Şəkil 28
 Çap üçün deyil


74
atılır və ayaqın təkanı ilə top sinədən iki əl 
lə ötürülür. Ötürmə tərəf­
müqabilin sinəsi səviyyəsində olmalıdır. Top ir ə li yə uzanmış əllərlə tutulur
(şəkil 29).
Ötürmə hədəfə dəqiq və sürətli olmalıdır. Ötürmə zamanı qollar axı ra
kimi açılır. Top barmaqlarla ötürülür, top  əldən buraxıldıqdan sonra bar ­
maqlar komanda yoldaşına tərəf istiqamətlənir. 
İstiqaməti dəyişməklə və maneəni yandan keçməklə topun aparılması
(çilənməsi)
Topun çilənmə istiqamətini dəyişmək üçün ayaqları xeyli büküb,
hərəkətin nəzərdə tutulan istiqamətinə tərəf əyilmək, müdafiəçi yaxınlaşdıqda
isə topu rəqibdən uzaq əllə çiləmək lazımdır. Bu zaman gövdə topu mümkün
vurulmaqdan qoruyur.
Hərəkətlər:
1. Üz xəttin yanında sırada düzülüş. 5–6 maneəni ilanvari irəliləməklə
keçib topun qarşıdan gələn sırada olan iştirakçıya ötürülməsi.
2. Hücumçu­müdafiəçi cütlüyündə irəliləyərək topun səbətə atılması.
Hərəkətdə topun bir əllə baş üzərindən atılması
Hərəkətdən topun səbətə atılması üçün bir əllə yuxarıdan atma səmərəli
he sab olunur. Hərəkətdən atma aşağıdakı kimi icra olunur: sağ tərəfdən at ­
ma zamanı top sağ addımda (sağ ayağı dayağa qoyma anı), sol ayaq da yan ­
dı rıcı vəziyyətdə qısa addım edilir, sağ ayağın təkanı ilə yuxarıya sıçrayış
edilir, top çiyin üzərinə keçirilir, top əlin hərəkəti ilə səbətə göndərilir. 
Şəkil 29
 Çap üçün deyil


75
Bu atmanın icrası zamanı aşağıdakı ana diqqət yetirmək lazımdır: Sərbəst
ayaqın budu irəli – yuxarı istiqamətdə hərəkət etdirilir. Atmanın sonuncu
fazasında atan qol, gövdə və ayaqlar bir düz xətt yaradır.
Topla oyunçunun tutulması müxtəlif oyun şəraitində həyata keçirilə bilər.
• Ötürmə zamanı 1–1,5 metr məsafə saxlayaraq müdafiəçi əlləri ilə onun
arxasına düz ötürmənin qarşısını almalıdır. Ötürmə anında müdafiəçi
əlləri ilə fəal işləyərək topun mümkün uçuş yolunu bağlayır.
• Topun çilənməsi zamanı – müdafiəçi topu çiləyərək irəliləyən rəqib
oyun  çunu dayandırmağa çalışır, onu yan xəttə tərəf sıxır və hücumçuya
ya x ın olan əli ilə gözlənilmədən topu vuraraq ondan uzaqlaşdırır (şəkil 30,
vəz. 1).
• Səbətə top atılarkən müdafiəçi yanı hücumçuya tərəf olmaqla tez ona
yaxınlaşır və  tullanaraq eyni tərəfdəki əli ilə topu uçuşda vurub
uzaqlaşdırır. Əgər hücumçu topu səbətə atmaq üçün irəliləyirsə, mü da ­
fiəçi onun yanı ilə irəliləyib tullanaraq  topu əli ilə örtür (şəkil 30,
vəz. 2).
Tədris oyunu “Məkik”
Hər birində 2–5 iştirakçı olan üç komanda iştirak edir. Meydançanın hər
iki tərəfində komanda müdafiədə durur. Üçüncü komanda isə meydançanın
ortasından  hər hansı lövhəyə tərəf hücuma başlayır. Əgər həmin komanda
topu səbətə ata  bilərsə, onda komanda digər lövhəyə hücum etmək hüququ
qazanır. Əgər top itirilirsə, o zaman  hücum edən komanda müdafiəyə, topu
ələ keçirən komanda isə əks tərəfdəki lövhəyə hücuma keçir.
Şəkil 30
1
2
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə