Design ft derslik 8 2017 Layout 1


Qısa məsafələrə qaçış texnikasının təkmilləşdirilməsi



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə17/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

57
Qısa məsafələrə qaçış texnikasının təkmilləşdirilməsi
Siz aşağı siniflərdə qısa məsafələrə (30, 60, 100 m) qaçış texnikası
haqqında kifayət qədər məlumat əldə etmisiniz. Digər növlərdə olduğu
kimi, qısa məsafəyə qaçış tam bir hərəkət (təmrin) kimi hissələrdən,
fazalardan ibarətdir. Bu hərəkət fazalarının hər birində idmançının icra et ­
məli olduğu zəruri elementlər vardır. Onları lazım olan ardıcıllıq və tezliklə
icra etmədikdə ümumi hərəkətin icrası uğurlu alınmır. Başqa sözlə desək,
arzu etdiyiniz nəticəni göstərə bilməyəcəksiniz. Qısa məsafələrə qaçışda da
yuxarıda qeyd olunan zəruri icra elementləri vardır. Bu elementlər qısa
məsafəyə qaçışın bütün fazalarında vardır. Bildiyiniz kimi, qısa məsafələrə
qaçışın icra texnikası şərti olaraq dörd hissəyə bölünür: start, start sürətlənməsi,
məsafəboyu qaçış və finişetmə.
Start. Qısa məsafələrə qaçışda aşağı startdan istifadə olunur. Aşağı start
vəziyyəti qaçışa daha tez başlamaq və az məsafədə maksimal qaçış sürəti
əldə etməyə imkan verir. Siz aşağı siniflərdə bu start vəziyyətlərindən
dəfələrlə istifadə etmisiniz. Lakin
sizin indiki hazırlığınız aşağı start
texnikası ilə daha yaxından tanış
olmağa imkan verir. Startdan çıxmaq
üçün start qəliblərindən istifadə ol­
unur. Bu qə liblər qaçışa başlayarkən
idmançının təkanı zamanı arxaya
mümkün sü rüş mənin qarşısını alır,
təkanın gü 
cü nü qaçış istiqamətinə
yönəldir. Start qəliblərinin qurulması
idman çı nın baş, xüsusən ayaqlarının
uzunlu ğuna, onun hazırlıq səviyyəsinə
uyğun qurulmalıdır. Qəliblərdən
istifadə variantı idmançının (şagirdin)
start zamanı malik olduğu potensialı
reallaşdırmağa imkan verməlidir.
Start qəliblərinin qurulmasının
üç variantı mövcuddur: “adi”, “uzaq ­
laş dı rıl mış”  və  “ya xınlaşdı rıl mış”
(şəkil 13).
Şəkil 13. Start qəliblərinin qurulması
variantları
adi
uzaqlaş­
dırılmış
yaxınlaş ­
dırılmış
 Çap üçün deyil


58
Yeni məşğul olanlar, adətən,
daha çox start qəliblərinin qurul ­
ma sı nın “adi” variantından istifadə
edir lər. Bu zaman irəlidəki qəlib
start xəttindən 1–1,5 pəncə məsa ­
fədə, arxadan qəlib isə birinci qə ­
libdən baldır uzunlu ğun da və ya
1,5 pəncə aralıda (deməli, start xət ­
tindən 3 pəncə arxaya) qurulur. İrə ­
lidəki qəlibin dayaq sahəsi qaçış
yoluna nəzərən təxminən 45–50º­lik,
arxa qəlib isə bir qədər artıq 60–
70º­lik bucaq altında qurulur. Qeyd
etmək lazımdır ki, bu göstəricilər şərtidir və fərdi xüsusiyyətlərə müvafiq
olaraq dəyişir.
Məhz fərdi xüsusiyyətlərin müxtəlifliyi start qəliblərinin qurulmasının
digər variantlarından istifadə etmək zərurəti yaradır. Qəliblərin qurulması va ­
riantları şəkil 13­də verilmişdir. “Uzaqlaşdırılmış” start variantında irəli dəki
qəlib arxadakı qəlibə yaxınlaşdırılır və onların arasındakı məsafə 1–0,5 pəncə
ölçüsündə olur (şək. 14).
“Yaxınlaşdırılmış” start variantında isə arxada yerləşən qəlib irəlidəkinə
yaxınlaşdırılır. Start qəlibləri start xəttinə yaxınlaşdırılarkən  dayaq sahəsinin
bucağı azalır, start xəttindən uzaqlaşdırılarkən isə dayaq sahəsinin bucağı
artır.
“Starta!” komandası
ilə  id man çı  start  qəlib lə ­
rindən irə liyə keçir, əl ­
ləri ilə qaçış  yoluna
isti nad edərək bir pən ­
cəsini irə lidəki qəli bə,
digər  pəncə  ni isə arxa
qəlibə  söy kə  yir  (şəkil
15).  Arxa  da yaq  da  diz
üzərində duraraq, əl lə ­
rini start xət tinin arxa ­
sında saxlayır.
Şəkil 14. Start qəlibləri
Şəkil 15 
 Çap üçün deyil


59
Start vəziyyətində şagird
fəaliyyətini aşağıdakı qaydada
tən zimləyir:
1. Əllər start xəttinin ar xa ­
sın da çiyin enindən bir qədər
aralı olmaqla dayağa qoyulur.
2. Hər iki ayaq pəncəsi qə ­
liblər və yerlə (pəncənin uc his ­
səsi) təmasdadır.
3. Arxaya qoyulan ayaqın
dizi yerə toxunur.
4. Baş kürək səviyyəsində
düz tutulur, baxışlar qaçış yoluna istiqamətlənir.
5. Bədənin ağırlığı dayaq nöqtələri: əllər, irəlidəki ayaqın pəncəsi,
arxadakı ayaqın dizi üzərində bərabər bölüşdürülür.
“Diqqət” komandası ilə ayaqların azacıq açılması hesabına çanaq çiyinlərdən
bir qədər yuxarıya qaldırılır, bədənin ağırlığı yuxarıya – irəliyə aparılır. İd ­
man çı qaçışa tez, gecikmədən başlamaq üçün əlverişli vəziyyət alır. “Diqqət”
komandasında şagird öz fəaliyyətini aşağıdakı qaydalara uyğun tənzimləyir:
1. Bədənin ağırlığı əllər, irəlidəki ayaq üzərində bərabər bölüşdürülür.
2. Hər iki ayaq qəliblərə
təzyiq edir.
3. Çiyinlər qollardan azacıq
qabağa keçir.
4. Çanaq çiyin səviyyəsin ­
dən bir qədər hündürdür. Gövdə
irəliyə əyilmiş vəziyyətdədir.
5. Baldırlar bir­birinə paralel
vəziyyətdədir.
6. Pəncənin ucu və əllər qa ­
çış yoluna toxunur.
7. Bütün diqqət qaçışa baş ­
lamaq üçün veriləcək komandaya yönəldilir.
“Marş” komandası qaçışa başlamaq üçün siqnaldır. Şagird öz fəaliy ­
yətini belə tənzimləyir:
1. Hər iki ayaq qəliblərə təkan verir, oynaqlardan düzəlir. Əllər eyni
vaxt da qaçış yolundan götürülür, bədən düzəlir, qollar kəskin hərəkətlə ho ­
lay lan  dırma  hərəkəti  icra  edir.
Şəkil 16
Şəkil 17
 Çap üçün deyil


60
2. Arxadakı ayaq ani, güclü təkan icra edir, irəlidəki ayaq daha güclü və
davamlı təkanla gövdəni irəliyə itələyir.
3. Arxadakı ayaq ani təkandan sonra sürətlə, qaçış səthinə mümkün
qədər yaxından irəliyə aparılmaqla tez dayağa qoyulur.
4. Təkan ayaqın bütün oynaqlarının tam düzəlməsi, qolların kəskin
holay landırma hərəkəti ilə icra olunur.
Aşağı start vəziyyətini start qəlibləri olmadan da mənimsəmək mümkündür.
Bunun üçün qaçış yolunda start xətti çəkilir və xətdən 20–25 sm məsafədən
ikinci, ikinci xətdən 25–30 sm məsafədən isə üçüncü xətt çəkilir. “Starta!”
komandası ilə idmançı güclü ayaqının pəncəsini ikinci xəttə, arxadakı
ayağını isə üçüncü xəttə qoymaqla dizini qaçış səthinə dayağa qoyur. Əllər
start xəttinin (birinci xəttin) arxasında çiyin enində dayağa qoyulur. “Diqqət”
komandası ilə idmançı bir əli dayaqda olmaqla start vəziyyətinə qalxır və
“Marş” komandası ilə qaçışa başlayır.
Start sürətlənməsi – qaçışa başladıqdan sonra maksimal qaçış sürəti
əldə olunana qədər məsafə qət olunur. İdmançının hazırlığından asılı ola raq
bu məsafə 25–35 m arasında dəyişir. Ümumtəhsil məktəblərinin şagirdləri
Şəkil 18
Şəkil 19
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə