Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə16/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

49
Valeri Timoxin – stend atıcılığı;
Valentina Popova – tennis.
Qazanılan 3 medal Azərbaycan idmançılarının və idman mütəxəssislərinin
böyük potensiala malik olmasının bariz nümunəsi idi.
Oyunların qızıl mükafatçısı Nazim
Hüseynov fənd işlədərkən
Valeri Belenki
 Çap üçün deyil


50
1996­cı il Atlanta  XXVI Yay Olimpiya Oyunları
Bu oyunlarda, ilk dəfə olar aq, Azərbaycan idmançıları müstəqil dövləti ­
mi zin bayrağı altında çıxış edirdilər. Nüma yən də heyətinə 23 idmançı daxil
idi. Bu yarışlarda Azər bay canın iştirakına ümummilli lider Heydər Əliyev
bö 
yük önəm verirdi və bunu müs 
tə 
qil 
liyini yenicə bərpa etmiş ölkənin
beynəlxalq aləmdə tanıdılmasının vasitəsi hesab edirdi. Atlantada sərbəst
güləş çi miz Namiq Abdullayev gümüş medal qazandı. 
2000­ci il Sidney XXVII Olimpiya Oyunları
Nümayəndə heyətinin tərkibinə Olimpiya Oyunlarında iştirak hüququ
verən lisenziya normativlərini yerinə yetirmiş 31 idmançı  daxil edilmişdi.
Oyunların gedişində 3 idmançımız Olimpiya medalı qazandı:
Zemfira Meftəhəddinova  – dairəvi stend – qızıl medal;
Namiq Abdullayev – sərbəst güləş – qızıl medal;
Vüqar Ələkbərov – boks – bürünc medal.
Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin
Prezidenti cənab İlham Əliyev bu yarışları bilavasitə izləyirdi və tamaşaçılar
arasında idi. Bu möhtəşəm qələbələr Azərbaycanı Sidney Olimpiadasında
iştirak edən 202 ölkə arasında 34­cü yerə çıxartdı.
Namiq Abdullayev
 Çap üçün deyil


51
Vüqar Ələkbərov
Zemfira Meftəhəddinova
2004­cü il Afina XXVIII Yay
Olimpiya Oyunları
Afina Olimpiadasında iştirak üçün
aparılan planlı hazırlıq öz bəhrəsini
verdi. İdmançılarımız 12 növ üzrə
yarışlarda iştirak hüququ verən 38
lisen 
zi 
ya qazandılar. Onlar gərgin
mübarizə şəraitində 5 medal
qazandılar:
Fərid Mansurov – yunan­Roma
güləşi – qızıl medal;
Zemfira Meftəhəddinova – dairəvi
stend atıcılığı – bürünc medal;
İradə Aşumova – güllə atıcılığı –
bürünc medal;
Ağası Məmmədov – boks –
bürünc medal;
Fuad Aslanov – boks – bürünc
medal.
 Çap üçün deyil


52
Fərid Mansurov
2008­ci il Pekin XXIX Yay Olimpiya Oyunları
Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan 44 idmançı ilə təmsil
olun muş dur. Bu idmançılar yarışlarda 7 medal qazandılar və ümumi komanda
hesabında 39­cu yeri tutdular:
Elnur Məmmədli – cüdo – qızıl medal;
Rövşən Bayramov – yu­
nan­Roma güləşi – gümüş
medal;
Vitali Rəhimov – sərbəst
güləş – gümüş medal;
Şahin İmranov – boks –
bürünc medal;
Mövlud Mirəliyev – cüdo
– bürünc medal;
Mariya Stadnik – sərbəst
güləş – bürünc medal;
Xetaq Qazyukov – sərbəst
güləş – bürünc medal.
Elnur Məmmədli
 Çap üçün deyil


53
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Elnur Məmmədlini
Pekində Olimpiya Oyunlarının qızıl
medalı ilə təltif edir
Rövşən Bayramov erməni idmançıya
qalib gələrkən
Şahin İmranov döyüşdə
Vitali Rəhimovun fəndi
 Çap üçün deyil


54
Şərif Şərifovun rus güləşçisi ilə mübarizəsi 
2012­ci il London XXX Yay Olimpiya Oyunları
Bu Olimpiadada əldə olunan uğurlar Azərbaycanın müstəqilliyini bərpa
etdiyi dövrdən sonra  qazandığı ən böyük idman nailiyyəti idi. İdmançılarımız
bu Olimpiadada 2 qızıl, 2 gümüş, 6 bürünc olmaqla, 10 medal qazandılar və
ümumi komanda hesabında əhalisi bizdən qat­qat artıq olan Polşa, Kanada,
Türkiyə və digər ölkələri geridə qoyaraq 30­cu yeri tutdular:
Toğrul Əsgərov – sərbəst güləş – qızıl medal;
Şərif Şərifov – sərbəst güləş – qızıl medal;
Rövşən Bayramov – yunan­Roma güləşi – gümüş medal;
Mariya Stadnik – sərbəst güləş – gümüş medal;
Teymur Məmmədov – boks – bürünc medal;
Valentin Xiristov – ağırlıqqaldırma – bürünc medal;
Emin Əhmədov  – yunan­Roma güləşi – bürünc medal;
Yuliya Ratkeviç – sərbəst güləş – bürünc medal;
Məmmədrəsul Məcidov – boks – bürünc medal;
Xetaq Qazyukov – sərbəst güləş – bürünc medal.
London Olimpiadası Azərbaycan idmanının möhtəşəm qələbəsi kimi
tarixdə qalacaqdır.
 Çap üçün deyil


55
Toğrul Əsgərov
Mövzu üzrə suallar
1. SSRİ­nin yığma komandası tərkibində Olimpiya Oyunlarında ilk medal
qazanan  azərbaycanlı idmançı kim idi?
2.  Azərbaycanlı idmançılardan ilk qızıl Olimpiya medalını qazanan kim
olmuşdur?
3. SSRİ­nin yığma komandası tərkibində azərbaycanlı idmançıların ən
çox medal qazandıqları hansı Olimpiya Oyunudur və harada ke çi ril ­
mişdir?
4. Müstəqillik dövründə Azərbaycan idmançıları ilk dəfə hansı Olimpiadada
çıxış etmişlər?
5. London Olimpiadasında Azərbaycan idmançıları neçə medal
qazanmışlar?
 Çap üçün deyil


56
11. ATLETİKA
Atletika hərəkətlərinin icra texnikasının mənimsənilməsi və
təkmilləşdirilməsi
8­ci sinifdə atletika idmanına aid edilən növlər şagirdlərdə sürət
qabiliyyətinin inkişafı üçün qısa məsafələrə qaçış, estafet (müxtəlif mərhələli)
qaçışları; sürət­gücün inkişafı üçün uzunluğa və hündürlüyə tullanmalar,
kiçik topun uzağa və hədəfə atılması; dözümlülüyün inkişafı məqsədilə
kross qaçışları əsas vasitə kimi seçilmişdir. Şagirdlərin fiziki hazırlığının
artırılmasında atletikanın yuxarıda qeyd olunan klassik hərəkətlərindən
başqa, müxtəlif xüsusi hərəkət kompleksləri, hərəkət birləşmələri istifadə
oluna bilər. Ayrı­ayrı atletika  hərəkətlərinin mükəmməl icra texnikasına
yiyələnmə hər bir şagirdə mövcud normativləri yerinə yetirməyə müəyyən
köməkdir. Lakin bu sizin yaş qrupunuza aid olan normativlər üzrə yüksək
nəticə üçün  kifayət deyildir. Çünki bunun üçün siz müvafiq hazırlığa, sürət,
sürət­güc, dözümlülük qabiliyyətinə malik olmalısınız. Ola bilsin ki, siz
aşağı start texnikasını qənaətbəxş səviyyədə mənimsəmişsiniz, lakin sürətlənmə,
maksimal qaçış sürətiniz aşağı səviyyədədirsə, onda qısa məsafəyə qaçışda
yüksək nəticə göstərmək mümkün olmayacaqdır. Və yaxud qaçaraq uzunluğa,
hündürlüyə tullanma texnikasına yiyələnmişsiniz, lakin kifayət qədər sürət­
güc hazırlığı olmadan bu növlərdə qənaətbəxş nəticə göstərmək mümkün
olmayacaqdır. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, siz hərəkətin
icra texnikasına, yəni icra bacarığı və vərdişinə yiyələnməklə yanaşı, bu
hərəkətin icrası üçün müvafiq hərəki qabiliyyətlərə; sürət, sürət­güc, qüvvə,
çeviklik və s. bu kimi hərəkətin icra keyfiyyətini müəyyən edən dəyərlərə
də yiyələnməlisiniz. Xüsusi qeyd etmək lazımdır ki, ayrı­ayrı hərəki
qabiliyyətlər bütün idman növlərində yüksək nəticə göstərmək üçün zəmin
yaradır. Sürət, sürət­güc yalnız atletika növlərində deyil, eləcə də futbol,
basketbol, voleybol, həndbol və digər idman oyun növlərində uğur əldə
etmək üçün zəruri faktor hesab edilir.
II. BACARIQ VƏ VƏRDİŞLƏR
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə