Design ft derslik 8 2017 Layout 1


Vaxtın qavranılması (“vaxt hissi”)



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə14/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

44
Vaxtın qavranılması (“vaxt hissi”) hərəki fəaliyyətin sürətinin, ardı ­
cıl lığının, davamlılığının bizim şüurumuzda əks olunmasıdır. Hərəkət tempi
və ritmi vaxt hissinin mürəkkəb forması hesab edilir. Hərəkət ritminin hiss
olunması bir sıra hərəkətlərin öyrənilməsi zamanı müəyyən əhəmiyyət da şı ­
yır. O cümlədən, tullanma və atma kimi hərəkətlərin icra texnikasının mə ­
 nimsənilməsi zamanı belə hiss bacarığına ehtiyac duyulur. Bir sıra idman
hərəkətləri çox qısa vaxt, təxminən 1 saniyə ərzində icra olunur. Müəyyən
edilmişdir ki, insan 0,75 saniyədən artıq olan vaxt intervalını fərqləndirmək
qabiliyyətinə malikdir. Lakin xüsusi hərəkətlərin köməyi ilə vaxtı fərqləndirmə
bacarığı 0,01–0,02 saniyəyə çatdırıla bilər. 
Hərəki fəaliyyətə yiyələnmə prosesində öz hərəkətini düzgün qavrama
böyük əhəmiyyət kəsb edir. Bu qavrama prosesində siz hərəkətin bir sıra cə ­
hət lərini dərk edirsiniz: məsələn, sürət (sürətli və ya asta hərəkət, qaçış tem ­
pi və s.); sürətlənmə (bərabərsürətli, artansürətli, azalansürət və s.); icra xa ­
rakteri (bükmə, açma, dartınma, təkan); icra forması (düzxətli, əyrixətli,
dairəvi, qövsvari); hərəkətin amplitudu (geniş, ensiz, tam); hərəkətin isti qa ­
məti (sağa, sola, yuxarı, aşağı); hərəkətin icra müddəti (qısa, uzun).
Yaddaş – fikir, obraz və əvvəllər öyrənilmiş hərəkətlərin yaddaşda sax ­
la nılması və zəruri olan hallarda icrası ilə əlaqədar psixi prosesdir. Hərəki
fəaliyyətin öyrənilməsi üçün yaddaşın aşağıdakı bütün növləri zəruridir: hə ­
rəki, obraz, emosional və verbal. Hərəki yaddaşın məzmunu öyrənilmiş hə ­
rəkətlərin əzələ­hərəkət obrazından ibarətdir. Beləliklə, hərəki yaddaş müxtəlif
hərəki bacarıq və vərdişlərin formalaşması üçün əsasdır. 
Düşüncə – hadisə və obyektlərin mahiyyətinin və başvermə qanunauy ­
ğunluqlarının dərk edilməsidir. Bu insanın ali yaradıcılıq formasıdır. Düşüncə
vasitəsilə hərəkət, onun strukturu anlaşılır. Düşüncə hiss, təfəkkür və təsəvvürə
əsaslanır. Hərəki təsəvvürün formalaşması, icrası, icranın təkmilləşdirilməsində
ikinci siqnal sisteminin, sözün rolu böyükdür. İstənilən düşüncə nitqlə əlaqəli
şəkildə yaranır, inkişaf edir. Düşüncə mürəkkəb əqli fəaliyyət olub, özündə
təh lil, sin tez, ümumiləşdirmə, təsnif və sistemləşməni birləşdirir.
Hərəki fəaliyyətin öyrədilməsi təhlil, sintez, müqayisəyə əsaslanır. Təhlildən
istifadə edərək biz mürəkkəb hərəki fəaliyyəti hissələrə bölür, hissə­hissə öy ­
rənirik. Sintez vasitəsilə biz öyrəndiyimiz, mənimsədiyimiz hissələri bir ləş ­
dirərək bir tam hərəkət formasında icra edirik. Müqayisə bacarığı bizə hə rəki
fəaliyyətlərdəki oxşarlığı, müxtəlifliyi aşkar etməyə, icra üsullarının üs tün və
çatışmayan cəhətlərini aydınlaşdırmağa kömək edir.
Hiss və emosiyalar hər bir insanın həyatında böyük rol oynayır. Mü rək ­
kəb, çətin hərəki fəaliyyətin icrası zamanı yaşanan hiss, həyəcan bu hərə kət ­
 Çap üçün deyil


45
lərin icrasına müəyyən təsir göstərir. Müsbət emosiya və hiss sizə  hərəkəti
daha uğurlu, mübarizliklə yerinə yetirməyə, bu məqsədlə əsaslı səfərbər
olun mağa kömək edir. Bu səbəbdən də hiss və həyəcana, xüsusən də müsbət
emosiyaların formalaşmasına xüsusi önəm vermək lazımdır.
İradə və iradi xüsusiyyətlər – İradə insanın daxili, mənəvi enerjisi he ­
sa bına həyatda rast gəldiyi çətinliyi dəf etmək bacarığıdır. İdman, fiziki hə ­
rə  kətlərin icrası, ümumiyyətlə, həyatda qazanılası hər bir şey iradənin, iradi
gü cün hesabına əldə olunur. İradi hissi olmayan insanı kompası olmayan
gəmiyə bənzətmək olar, onun hərəkət istiqaməti məlum deyil, sərbəstdir. Hər
bir insanın həyatında müəyyən çətinliklər, maneələr mövcuddur. Lakin ən
böyük maneə insanın özü, onun daxili aləmidir. İnsanın bütün böyük uğurları
onun özünə qalib gəlməsindən başlanır. Sən özünü səhər tezdən lazım olan
vaxtda durmağa məcbur edə bilirsənmi? Ev tapşırıqlarını yerinə yetirirsənmi?
Məktəbin nizam­intizam qaydalarına əməl edirsənmi? Öz komandan uğrunda
bütün gücünlə mübarizə aparırsanmı? Qamətini düzəltmək, güclü olmaq
üçün əziyyətə qatlaşıb hərəkətlər edirsənmi? 
Yuxarıda sadalananların hamısı sizdən iradə tələb edən fəaliyyətlərdir.
Əslində, bunlar üçün o qədər də böyük iradə tələb olunmur. Lakin siz hər
dəfə bunları yerinə yetirərkən müəyyən qədər iradi hislərə yiyələnirsiniz.
İradi cəhətdən formalaşır, özünüzü çətinliyi dəf etməyə hazırlayırsınız.
Tədricən daxilinizdə olan  iradə hissi sizi məqsədyönlü fəaliyyət göstərməyə,
zəruri anlarda inadkar, nizam­intizamlı olmağa sövq edəcəkdir. Bütün bunlar
isə sizə həyatda qətiyyətli və cəsarətli olmaq imkanı verəcəkdir. Çətin, risk
tələb edən hərəkətlərin icrası daxili qorxu hissini dəf etməyə, təşəbbüskarlıq
və müstəqillik müxtəlif id man oyunları zamanı uğurlu fəaliyyət qurmağa
kömək edəcəkdir. Yol 
daş 
larınızın, rəqibin məqbul hesab etmədiyiniz
fəaliyyətinə qarşı qəzəblənərkən özünüzü təmkinli, səbirli aparmağınız sizin
müəyyən iradi xüsusiyyətlərə yiyələnmiş olduğunuza dəlalət edir.
Beləliklə, hərəki fəaliyyətin uğurlu olması bütün psixi prosesləri dərk etmə,
emosional və iradi keyfiyyətlərin təzahüründən asılıdır. Bu iradi xüsusiyyətlər
isə müxtəlif istiqamətli və təyinatlı fiziki hərəkətlərin icrası zamanı inkişaf
edir və təkmilləşir.
Mövzu üzrə suallar
1. Diqqət nədir?
2. İradə dedikdə nə başa düşürsünüz?
3. İcrası risk tələb edən hərəkətləri yerinə yetirərkən hansı hissi keçi rir ­
si niz?
4. Məşq etməklə qorxu hissini dəf etmək olarmı?
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə