Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

Cərimə atışı cərimə xəttindən atılır (şəkil 31). Bu
zaman müxtəlif atma üsullarından istifadə etmək olar.
Ən yaxşısı yerindən atma üsulundan istifadə etməkdir.
Ayaqlar cərimə xəttindən arxada çi yin bərabərində aralı,
pəncələr paralel və ya bir ayaq bir qədər irəli qoyulmuş
olur. 
Beləliklə, cərimə zərbəsi atan:
– atma tamamlanana kimi hədəfə baxır;
– lövhənin nişangahına düşməyə çalışır;
– atmadan əvvəl dərindən nəfəs alıb, nəfəsi buraxır,
tənəffüsü saxlayaraq atmanı yerinə yetirir;
– atmanı sıçrayışdan icra edir.
76
Tullanaraq topun baş üzərindən bir əllə atılması (oğlanlar). Bu müa ­
sir basketbol oyununda əsas hücum hərəkəti hesab edilir. Oyun za 
ma 

müxtəlif məsafələrdən atışların 70%­i bu üsulla icra olunur. Oyun şəraitindən
asılı olaraq bu üsulla atma yerindən hərəkətdə topu tutduq dan sonra, çiləmədən
sonra icra oluna bilər. Əvvəlcə atmalar yaxın məsafədən, sonra isə atma
məsafəsi artırılaraq 4–4,5 metrdən yerinə yetirilir. Atma hərə kətinin icrası
hazırlıq və əsas fazalara bölünür.
Şəkil 32
a)
b)
c)
ç)
d)
e)
Şəkil 31 
 Çap üçün deyil


77
Hazırlıq fazasında oyunçu iki ayağı ilə təkan verərək sağ əli ilə topu başı
üzərinə qaldırır,  sol əllə yandan, irəlidən tutur. Bu zaman atmanı icra edən
əl dö şəməyə paralel yerləşir (şəkil 32, a, b).
Hərəkətin əsas fazasında sıçrayışın ən yüksək nöqtəsində  (ölü nöqtədə)
qo lun və əlin düzəldilməsi, açılması hesabına topu səbətə tərəf atır. Sağ əlin
irə liyə – yuxarıya hərəkətə baş la ma anında sol əl topdan ayrılır (şəkil 32,
c, ç, d).
Top atma istiqamətinə 60º­lik bucaq altında buraxılır və əlin qamçıvari
hərəkəti ilə topa əks fırlanma impulsu ötürülür. Topu atdıqdan sonra idmançı
hər iki ayağı üstünə dayağa enir (şəkil 32, e).
Hərəkətlər:
1. Cütlükdə icra olunur. Bir idmançı (şagird) gimnastika skamyası üzə ­
rində dayanaraq topu iki əllə yuxarıda saxlayır. İkinci idmançı onun önündə
sağ ayaq arxada olmaqla ayaqları dizdən azacıq bükülü, əllər sinə önündədir.
Sol əl barmaqları sağ əlin barmağını arxaya elə çəkir ki, sağ əl “dartılmış
kaman” vəziyyətindədir. Sağ ayağı irəliyə qoyaraq iki ayağın təkanı ilə sıç ­
rayış və yuxarı nöqtədə sağ əlin qamçıvari hərəkəti ilə topa zərbə vurulur.
2. Cütlükdə icra olunur. Bir idmançı gimnastika skamyası üzərində da ­
yanır, hər iki əlini yuxarı qaldırır. İkinci 2 addımlıq  məsafədə topu sinə
önündə tutub bir qaçış addımı edərək təkan vurur. Yuxarı nöqtədə topu
skam yada dayanan oyunçunun əlinə qoyur.
Topun baş üzərindən iki əllə atılması (qızlar)
Topun bu üsulla atılması
həm yerindən, həm də sıçra yış ­
dan icra oluna bilər (şəkil 33).
Bu üsulun əsas xüsusiyyəti qol ­
ların hərəkəti eyni vaxtda  icra
etməsidir. Top əllərin eyni vaxtda
fəal hərəkəti ilə atma istiqamətinə
göndəril məlidir. 
Belə icra üsulu oğlanlar tə ­
rəfindən də istifadə edilə bilər.
Qeyd olunan üsulun icrası
mənimsənildikdən sonra topun
yaxın məsafədən səbətə atılması
bacarığı formalaşdırılır. Bunun
üçün əvvəlcə bir dəfə ye rə vu­
rularaq qısa çilə 
mə 
dən topu
Şəkil 33
 Çap üçün deyil


78
qəbul etmək və topu hərəkətlə qəbul etdikdən sonra səbətə atmaq bacarığına
yiyələnmək lazımdır.
Hərəkətlər:
1. Bir oyunçu topu 5 dəfə ardıcıl səbətə atır, digəri topu ona qaytarır.
2. Bir oyunçu topu 5 dəfə ardıcıl olaraq çiləmədən sonra səbətə atır. Di ­
gəri topu ona qaytarır.
– Top lövhədən qayıtdıqda bütün diqqət topun lövhədən qayıtma nöqtəsinə,
top birbaşa səbətə atıldıqda isə səbətin ön kənarına yönəldilməlidir.
Cərimə atışı müxtəlif üsullarla icra olunur:
– iki əllə sinədən;
– bir və iki əllə baş üzərindən;
– bir əllə çiyindən.
Cərimə atışı zamanı cərimə xətti yanında dayanaraq topu bir­iki dəfə
döşəməyə vurub, dərindən nəfəs alıb­vermək, tənəffüsü sax layaraq atışı icra
etmək lazımdır.
Üç hücumçunun iki müdafiəçiyə qarşı oyunu
Müdafiəçilərin cərimə xətti yaxınlığında bir cərgədə dayandıqları halda
topu ortada yerləşən hücumçunun aparması daha məqsədəuyğundur. Müda ­
fiəçi top aparan hü cumçunun qarşısına çıxdıqda, hücumu tamamlamaq üçün
top yan tərəfdə yerləşən hücumçulardan birinə ötürülür.
Müdafiəçilərin cərimə xəttindən içəridə sırada yerləşdikləri halda isə
səbətə hücum təşəbbüsünü yan tərəflərdə yerləşən hücumçulardan biri üzə ­
rinə götürür. Müdafiəçi onu qarşıladıqda isə hücumu tamamlamaq üçün topu
sərbəst qalan hücumçuya ötürür.
Hərəkətlər:
1. İki müdafiəçi cərimə xətti yaxınlığında cərgədə durur. Hücumçu üçlüyü
topu bir­birinə ötürərək öndəki iki müdafiəçini aldatmağa və topu
səbətə atmağa çalışır.
2. Müdafiəçilər cərimə xəttindən içəridə sırada dayanırlar. Hücumçu cüt ­
lüyü topu bir­birinə ötürərək müdafiəni keçib topu səbətə atmağa
çalışır.
 Çap üçün deyil


Zəruri hərəki qabiliyyətləri inkişaf etdirmək üçün hərəkətlər: 
1.  Yerində əllərlə dayaqda maksimal tezliklə qaçış (4–5 seriya, hər biri
6–8 saniyə).
2. Müxtəlif çıxış vəziyyətlərindən  müəllimin siqnalı ilə müxtəlif üsullarla
yerdəyişmələr.
3. Gimnastika skamyası üzərindən tək və cüt ayaqlar üzərində çoxsaylı
sıçrayışlar (5–6 seriya, hər birində 10–15 sıçrayış).
4. Tək ayaq üzərində dayanaraq, digər ayaqla 40–50 sm hündürlükdə
dayaqda 20–30 hoppanma icra etmək.
5. Tək ayaq üzərində oturub­qalxmaq (6–8 dəfə).
6. Divardan  2–3 metr məsafədən 2 topu növbə ilə müxtəlif intervallarla
divara vurmaq, qayıdan topu tutaraq yenidən divara atmaq.
7. İki­üç kiçik topu eyni vaxtda atıb­tutmaq.
8. Topun gövdə və ayaqlar ətrafında səkkizvari ötürmələri.
9. Dirəkləri yandan keçmək, tullanma, mayallaq aşmaqdan ibarət kom ­
binə olunmuş hərəkətlər.
10. Mütəhərrik oyunlar.
Şəkil 34
79
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə