Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə30/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

109
dözümlülük və s.), növün icra texnikasına yiyələnmə, gün, qida rejimlərinə
ciddi əməl olunması və s. ola bilər.
Hər bir idman növü özünün müəyyən xüsusiyyətləri ilə fərqlənir. Bu
xüsusiyyətlərdən asılı olaraq ayrı­ayrı idman növləri ilə ciddi məşğul olmaq,
başqa sözlə, ixtisaslaşmaq məqsədilə məşğələlərə başlamaq vaxtları
müxtəlifdir. Bu səbəbdən də ayrı­ayrı hazırlıq qrupları  üçün yaş normaları
mövcuddur.
İdman növü
Qruplarda məşğələlər üçün yaş həddi
İlkin hazırlıq Təlim­məşq hazırlığı İdman təkmilləşməsi
Akrobatika
Basketbol,voleybol
Badminton
Boks
Güləş növləri
Həndbol
İdman gimnastikası
Atletika
Üzgüçülük
Atıcılıq idmanı
Stend atıcılığı
Tennis
Ağırlıqqaldırma
Futbol
Su polosu
Akademik avarçəkmə
Veloidman
8­10
10­13
10­13
12­15
10­13
10­18
8­10
11­13
7­10
11­14
14­15
7­10
13­14
10­12
10­13
10­12
12­14
10­14
12­17
12­17
14­17
12­17
12­17
10­14
13­17
7­14
13­17
15­17
9­15
14­17
12­17
12­17
12­17
14­17
14­12
16­18
16­18
17­18
16­18
16­18
14­17
17­18
12­17
16­18
18
14­17
17­18
17­18
16­18
17­18
17­18
Bu yaş normaları uşaq və yeniyetmələrin hərəki qabiliyyətlərinin inki şa ­
fı nın yaş xüsusiyyətlərinə dair elmi məlumatlara əsaslanır. Bu səbəbdən də
sü rət, koordinasiya qabiliyyəti, eləcə də əyilgənliyi yaxşı inkişaf edən kiçik ­
yaş lı məktəblilərin idman gimnastikası, üzgüçülük, suyatullanma, tennis və s.
ilə ixtisaslaşması tövsiyə olunur.
Sürət, sürət­güc, qüvvə qabiliyyətinin inkişafı üstünlük təşkil edən yeni ­
yetmələrin atletika növləri, voleybol, idman təkmübarizliyi, basketbol kimi
növlərdə ixtisaslaşması daha uğurlu hesab oluna bilər.
Bir qədər yaşlı yeniyetmələr avarçəkmə, boks, veloidman, ağırlıqqaldırma
kimi növlərdə məşğələlərə başlaya bilərlər.
Ümid etmək olar ki, hər bir yeniyetmə özünün hazırlıq və hərəki qabi liy ­
yətlərinə müvafiq idman növü seçərək özünə sağlam həyat tərzini təmin
 Çap üçün deyil


110
edəcəkdir. Hər bir yeniyetmə bilməlidir ki, istənilən idman növündə uğur
əldə edilməsinin ilk şərti özünün ümumi fiziki hazırlığını artırmaqdır.
Bununla yanaşı, istənilən halda hər bir məktəbli müəyyən hərəkət kom ­
pleksindən istifadə etməklə özünün fiziki hazırlığının səviyyəsini yoxlaya
bilər.
Fiziki hazırlıq – hərəki vərdişlərin formalaşması və hərəki qabiliyyət ­
lərin inkişafı prosesi olub, insanın peşə və idman fəaliyyəti üçün zəruri amil ­
dir. Hər bir şagirdin fiziki hazırlığı hərəki qabiliyyətlərin – qüvvənin, sürətin,
sürət­gücün, dözümlülüyün, çeviklik və əyilgənliyin səviyyəsi ilə müəyyən
olunur.
Fiziki hazırlığın artırılması hərəkətlərdən məqsədyönlü və planlı istifa ­
dəyə əsaslanmalıdır. Hər bir məşğələ konkret məqsəd daşımalı, inkişaf etdi ­
riləcək əzələ qrupları, hərəkətlər, onların icra ardıcıllığı əvvəlcədən müəyyən
olunmalıdır. Bütün müstəqil məşğələlər, o cümlədən bölmələrdə aparılan
məşğələlər qızışdırıcı hərəkətlərdən başlamalıdır. Orqanizmi qızışdırmağın
əsas məqsədi onu məşq prosesində yerinə yetiriləcək əsas fiziki yükün
icrasına hazırlamaqdır. 
Orqanizmin qızışdırılmasına yönəlmiş hərəkətlərin köməyi ilə oynaqlar,
oynaq­bağ aparatı, vətərlər, əzələlər əsas fiziki yükə hazırlaşdırılır, onların
elastikliyi artır, oynaqların mütəhərrikliyi yüksəlir. Bütün bunlar məşq zamanı
kəskin və sürətli hərəkətləri yerinə yetirərkən zədələnmələrin baş verməsinin
qarşısını alır.
Qızışdırıcı hərəkətlər birbaşa icraya məsul olan, yuxarıda sadaladığımız
işçi üzvlərlə yanaşı, mərkəzi sinir sistemini fəallaşdırır, funksional orqanların
hazırlıq vəziyyətini yüksəldir. Xüsusiyyətinə görə qızışdırıcı hərəkətlər iki
qrupa bölünür: ümumi və idman.
Adi qızışdırma özü iki qrup hərəkətlərdən ibarət olur. Birinci qrup
hərəkətlər orqanizmə hərtərəfli təsir göstərən, orta intensivlikli qaçış, gim­
nastika, oyun hərəkətlərindən ibarətdir. İkinci qrupa struktur cəhətdən əsas
hərəkətə yaxın olan xüsusi hazırlayıcı hərəkətlər daxildir.
İdman qızışdırması – adi qızışmadan fərqli olaraq, üç hissədən ibarətdir.
Birinci hissəyə daxil olan hərəkətlər oynaq, bağ, vətər, əzələ, ürək­damar və
tənəffüs sistemlərini qarşıdakı əsas işə hazırlamaq funksiyasını yerinə yetirir.
İkinci qrup hərəkətlərə daha çox orta intensivlikli qaçış daxildir. Bu zaman
ürək vurğularının sayı 120–140 vur/dəq. arasında olmalıdır. Üçüncü qrup
hərəkətlərə isə adi qızışdırmada olduğu kimi əsas hərəkətlərlə  struktur
uyğunluğuna malik olan xüsusi hazırlayıcı hərəkətlər daxildir. Qızışdırmanın
məzmun və davamiyyəti qarşıdakı fiziki yükün xüsusiyyətindən, ilin
 Çap üçün deyil


111
fəslindən, iqlim şəraitindən və məşğə lə nin vaxtından, keçirilmə yerindən
asılıdır. Qızışdırma, adətən, 5–6 dəqiqəlik orta intensivlikli qaçışla başlayır.
Sonra isə qol, ayaq, gövdə üçün müxtəlif hərəkətlər icra edilir.
Aşağıdakı hərəkətlər ümumi və idman qızışdırması üçün tövsiyə olunur.
Qollar üçün hərəkətlər:
– qolların yanlardan yuxarıya qaldırılması və endirilməsi  – 10 dəfə;
– qolların irəlidən arxaya qaldırılması və endirilməsi – 10 dəfə;
– qolların irəliyə və arxaya dairəvi hərəkəti – 10 dəfə.
Gövdə üçün hərəkətlər:
– ayaqların üfüqi vəziyyətə qədər qaldırılması – 8 dəfə;
– ayaqların başa holaylandırma hərəkəti – 6–8 dəfə;
– uzanmış vəziyyətdən ayaqların qaldırılması və endirilməsi – 6–8 dəfə.
Ayaqlar üçün hərəkətlər:
– oturub­qalxma – 10–12 dəfə;
– bir ayaq üzərində oturub­qalxma  – 6 dəfə;
– ayaqlar geniş oturuşda bədənin ağırlığının bir ayaqdan digərinə ke çi ­
rilməsi – 6–8 dəfə.
Qızışdırmaya ayrılan ümumi vaxt 20–25 dəqiqədir. Hərəkətlərin icrasının
sonunda nəbz vurğusu 140–150 vur/dəq. artıq olmamalıdır. Əsas məşqin
başlanmasına bir dəqiqə qalmış nəbz vurğusu 110–115 vur/dəq. ola bilər.
18. QÜVVƏ QABİLİYYƏTİ
Fiziki hazırlıq – hərəki vərdişlərin və ayrı­ayrı hərəki qabiliyyətlərin
məcmusundan ibarətdir. Kifayət qədər fiziki hazırlığa malik olmayan yeni ­
yetmənin hər hansı idman növündə yüksək nəticə əldə etməsi mümkün deyil.
Fiziki hazırlıq bütün idman növlərində ixtisaslaşmanın baza hazırlığı hesab
olunur. 
Qüvvə qabiliyyəti bütün hərəki qabiliyyətlərin inkişaf etdirilməsi üçün
mühüm amildir. Qüvvə insanın əzələ qüvvəsi hesabına xa rici müqaviməti
dəf etmək və ona qarşı dayanmaq qabiliyyəti kimi dəyər lən dirilir. İdmanda
təzahür formasından asılı olaraq qüvvə növləri çoxdur. Lakin fiziki hazırlıq
nöqteyi­nəzərindən ümumi və nisbi qüvvə anla yışları mövcuddur.
Mütləq qüvvə öz bədəninin çəkisindən asılı olmayaraq, şagirdin dəf edə
bildiyi xarici müqavimətin maksimal çəkisidir.
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə