Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə28/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

99
Şəkil 62
Topa yiyələnmə və texniki fəndlərin elementlərindən
ibarət  kombinasiyalar
Üç oyunçu üçün kombinasiya
1. A və B oyunçular bir­birinə yaxın dururlar, C oyunçu isə 10–15 m
uzaqlıqda onların qarşısında dayanır. B oyunçu topu ayağın üstü ilə yerlə C
oyunçuya göndərir, özü isə sürətli qaçışla onun yerinə gedir. C oyunçu isə
topaparma ilə A oyunçuya qədər gedir və onun yerinə keçir. A oyunçu topu
ayağın üstü ilə B oyunçuya yerlə ötürür və sürətlə onun yerinə gedir və s.
Hərəkətlər qeyd olunan ardıcıllıqda təkrarlanır (şəkil 62).
2. Oyunçuların duruş vəziyyəti əvvəlki kimidir. B oyunçu topu hava ilə
müəy yən olunmuş nöqtəyə göndərir, C oyunçu isə qaçaraq başla hə min topu
A oyunçuya qaytarır. Yerdəyişmələr əvvəlki kimidir.  
Oyunçular (A, B, C) bir­birindən 10 metr məsafədə yerləşirlər. B oyunçu
topu dia qo nal üzrə A­ya ötürür və irəliyə qaçır. O da öz növbəsində topu qapı
xəttinə paralel olaraq B­yə ötürür. B topu diaqonal üzrə C­dən  irəliyə ötürür.
C topu yenidən qapı xəttinə paralel istiqamətdə B­yə qaytarır və s. Bu
hərəkət qapıdan­qapıya icra olunur. Burada müxtəlif icra kombina siya larından
istifadə etmək olar. Topun qəbulu–aparma–ötürmə; topun qəbulu–ötürmə;
bir toxunuşla ötürmə və s.
 Çap üçün deyil


100
Şəkil 63
Şəkil 64
Oyunçular (A, B və C) meydançanın orta xəttinin yanında bir­birindən 10
metr məsafədə dayanırlar. A topu B­yə onun hərəkət istiqamətinə perpendikulyar
olmaqla ötürür. B topu irəli aparır. A isə qaçaraq əvvəlcə B, son ra isə C­nin
zonasına keçir. C B­dən irəliyə qaçaraq ondan düz ötürmə alır. A isə C­nin
zo na sına keçir və C­dən qapıya zərbə vurmaq üçün ötürmə alır (şəkil 63).
Oyunçuların yerləşməsi bundan əvvəlki kombinasiyada olduğu kimidir.
A oyunçu C­yə ötürmə edir. B topa tərəf qaçır və guya, topu qəbul edəcəyini
imita siya edir. Ancaq topun üzərindən sıçrayır. C ötürməni qəbul edir və
topu dü zünə ötürür. B topun ardınca qaçaraq ötürməni qəbul edir, diaqonal
üzrə A­nın önündən keçərək yana çıxır və topu tamamlayıcı zərbə üçün qapı
önünə çıxan A­ya ötürür (şəkil 64).
A
B
C
C
B
A
 Çap üçün deyil


101
Oyunçu A meydançanın sol yan xəttinə yaxın yerdə dayanır, oyunçu B
mərkəzdə, C isə sağ yan xətdədir. A topu B­nin zonasına ötürür, özü isə
cərimə meydançası zonasına qaçır. B oyunçu topu qəbul edir və diaqonal
üzrə onu C­yə ötürür. C topu qəbul edir və apararaq üz xəttə yaxınlaşır və
qapıya paralel ötürmə edir. Ötürmədən sonra qapı dirəyinin qarşısına yer də ­
yişmə edən A və B bir toxunma ilə C­nin ötürməsini qapıya zərbə ilə
tamam layır. Əgər A və B­nin qapıya zərbə üçün əlverişli imkanları yoxdursa,
onlar topu komanda yoldaşlarına bir toxunma ilə tamamlayıcı zərbə vurmaq
üçün ötürür (şəkil 65).
İkitərəfli oyun – Məsləhətdir ki, bütün məşğələlər ikitərəfli oyunla ye kun ­
laşsın.  Adətən (təlim­məşq oyunları), tədris oyunları daha kiçikölçülü mey ­
danda və azsaylı oyunçularla aparılır.  Basketbol meydançasında  qapıçısız
4x4; futbol meydançasında eninə yarım meydançada 7x7 və ya 8x8; futbol
mey dançasında və həndbol meydançasında qapıçılarla oynamaq lazımdır.
İki tə rəfli oyu nun gedişatı zamanı xüsusi fiziki hazırlığın və texniki elementlərin
tək mil ləşdirilməsi ilə yanaşı, həmçinin taktiki tapşırıqların da həll edilməsinə
fikir  vermək lazımdır.
Şəkil 65
A
B
C
 Çap üçün deyil


102
Hərəki qabiliyyətlərin inkişaf etdirilməsi
Sürətin inkişaf etdirilməsi üçün hərəkətlər
1. Kəskin dayanma və sürətlənmələrlə məkik qaçışı – 2x10 m, 2x15 m,
4x10 m, 4x15 m. 
2. Görünən siqnala müvafiq gözlənilmədən dairə üzrə dönmələrlə qaçış.
3. Qövs, dairə “ilanvari” qaçış.
Sürət­gücün inkişaf etdirilməsi üçün hərəkətlər
1. Gimnastika ipi ilə tək və cüt ayaqlar üzrə sıçrayışlar. Sıçrayışlararası
tullanmalar. 
2. Maneələr üzərindən seriyalarla tullanmalar.
3. Tullanaraq başla futbol topuna vurmaq.
4. Müxtəlif istiqamətlərə dairədən­dairəyə tullanmalar.
5. Müxtəlif çəkili topların hədəfə və uzaq məsafəyə atılması, itələnməsi.
Koordinasiyanın inkişaf etdirilməsi üçün hərəkətlər
1. Topun pəncə ilə, budla, başla çilənməsi.
2. Maneələr zolağını dəf etmə.
3. Çoxmərhələli mütəhərrik oyunlar.
Əyilgənliyin inkişafı üçün hərəkətlər.
1. Sağ və sol ayağın növbəli, geniş amplitudalı yellənmə hərəkətləri.
2. İrəli əyilmədən gövdənin sağa və sola çevrilmələri.
3. İrəliyə əyildikdə əllərlə döşəməyə, arxaya əyildikdə isə dabanlara
toxun maq.
4. Döşəmədə ayaqlar aralı oturuşdan arxaya əyilərək pəncələrin ucunu
baş arxasında dö şə məyə toxundurmaq.  
 Çap üçün deyil


103
17. SƏHƏR GİMNASTİKASI
8­ci sinif şagirdlərinin fiziki hərəkətlərin insan orqanizminə təsiri, onun
möhkəmləndirilməsində rolu haqqında kifayət qədər informasiyaları vardır.
Bu məlumatlar gün rejiminin düzgün planlaşdırılması və şagirdin gündəlik
hərəki fəaliyyətinin təşkili zamanı yararlı ola bilər. Gün rejimində şagirdin
sağlamlığının qorunması və möhkəmləndirilməsində mühüm əhəmiyyət
kəsb edən amillərdən biri də səhər gimnastika kompleksidir.
Səhər gimnastikası kompleksinin icrasının əsas məqsədi orqanizmi oyan ­
dırmaq, onu gündəlik fəaliyyət üçün optimal hazırlıq vəziyyətinə gətir 
­
məkdir. Bu məqsədlə yerinə yetirilən hərəkətlər insanın orqanizminin hazırlıq
dərəcəsindən asılı olaraq seçilə bilər. Buraya əşyasız və əşyalarla hərəkətlər,
fiziki cəhətdən yaxşı hazırlığı olanlar üçün müxtəlif çəkili hantellərlə
hərəkətlər və s. daxil edilə bilər.
Səhər gimnastika kompleksinin açıq havada və ya havası yaxşı dəyişdirilən
geniş otaqda icra olunması məqsədəuyğun hesab edilir. Bu hərəkətlərin
ayaqyalın, yüngül geyimdə yerinə yetirilməsi daha səmərəlidir. 10–15 dəqiqə
ərzində açıq havada və ya pəncərəsi açıq otaqda yüngül geyimdə hərəkətlərin
icrası orqanizmin möhkəmlənməsinə şərait yaradır. Orqanizmin möhkəm ­
ləndirilməsi havanın bədənin nə qədər açıq hissəsi ilə təmasda olma sından
asılıdır. Məsələn, bədənin üz və əl hissələri daim açıq olduğu üçün soyuq və
isti havaya qarşı o qədər də həssas deyildir. Çünki daim ətraf mühitin tem ­
pe ratur dəyişikliyinə məruz qalır və buna uyğunlaşır. Səhər gimnastikası
zamanı ayaqyalın olmağın da sağlamlaşdırıcı əhəmiyyəti vardır. Ayaq pəncəsi
altında yerləşən və daxili orqanlarla birbaşa əlaqəsi olan mər kəzlər otaq
temperaturu və ondan bir qədər aşağı temperaturlarda ətraf mühitin təsirlərinə
qarşı dayanıqlıq əldə edib möhkəmlənir.
Səhər gimnastika kompleksinə təxminən 6–8, nisbətən hazırlıqlı olanlar
üçün isə 8–10 hərəkət daxil edilə bilər. Səhər tezdən icrası yüksək gərginlik
tələb edən hərəkətlər etmək məqsədəuyğun hesab olunmur. Səhər gimnastikası
kompleksinə daxil edilən hərəkətlər yüngül, əlavə gərginliksiz icra olunmalıdır.
Hər hansı bir hərəkətin maksimal sayda icrasına çalışmaq da düzgün deyildir.
Belə hal sadəcə olaraq yorulmaya səbəb olacaqdır. Lakin yadda saxlamaq
lazımdır ki, hərəkətlərin az olması da arzuolunan nəticə əldə etməyə imkan
vermir. Bu səbəbdən də hər bir şəxs hərəkətləri, onların icrasının optimal
III . 
MÜSTƏQİL MƏŞĞƏLƏLƏR
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə