Design ft derslik 8 2017 Layout 1


21. ÇEVİKLİK  QABİLİYYƏTİ



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə33/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   28   29   30   31   32   33   34   35   36

120
21. ÇEVİKLİK  QABİLİYYƏTİ
13–15 yaş dövründə çeviklik qabiliyyətinin  inkişafı üçün kifayət qədər
imkanlar mövcuddur.
Çeviklik – mürəkkəb hərəki fəaliyyəti optimal idarə etmək və tənzim lə mək
qabiliyyətidir. Başqa sözlə, yeni hərəkəti tez və asan mənimsəmək, hə rəkəti
şüurlu icra etmək, dəyişən icra şəraitinə müvafiq hərəki fəaliyyətini yenidən
qurmaq və  optimal qərar qəbul etmək bacarığıdır. Çeviklik yuxarıda qeyd
olu  nan tələblərə cavab verən hərəki qabiliyyət olub bir neçə tərkib kom po ­
nen tinə görə qiymətləndirilir. Bunlardan biri hərəkətin koordinasiya çevik li ­
yi dir. Hərəkət nə qədər müəkkəb, struktur cəhətdən çətindirsə, onun icrası da
bir o qədər çox diqqət, bu hərəkətin icrasını həyata keçirən mərkəzi sinir sis­
temi, dayaq­hərəkət aparatının yüksək fəaliyyətini tələb edir. Məsələn, qaça ­
raq gimnastika keçisi  üzərindən dayaqlı tullanmanı icra etmək. Burada hər bir
hərəkət fazası müəyyən ardıcıllıqla icra olunmalıdır. Burada yalnız ar dı cıllıq
deyil, eyni zamanda fazaların icrasında müəyyən dəqiqlik tələb olunur. Çünki
qaçış məsafəsi, xüsusən təkan fazası dəqiq icra olunmazsa, əllərlə da yaq düzgün
yerinə yetirilməyəcək və hərəkətin  tamlığı pozulacaqdır. Bu çevik liyin ikinci
komponentidir. Hərəkət onun fazaları tələb olunan dəqiqliklə icra olunmalıdır.
Hərəkətin tam uğurla yerinə yetirilməsi onun ayrı­ayrı fazalarının optimal
vaxtda icrasını tələb edir. Bu da hərəkətin ümumi ahəngini, axıcılığını
müəyyənləşdirir, ona estetik gözəllik verir. Bu, yəni icra vaxtı çevikliyin
üçüncü  komponenti hesab olunur. İstənilən, bizə tanış, mürəkkəb bir hərə ­
kə tin icrası zamanı biz şüuraltı olaraq həmin hərəkətin icrasını təsəvvür edi ­
rik və təsəv vürümüzdə olan modelə uyğun icra gözləyirik. Hərəkətin hər
hansı fazasında olan ani gecikmə onun icra gözəlliyini pozur, estetikliyinə
xələl gətirir, nəticə gözlənilən kimi olmur. Belə halda hesab olunur ki,  çevik ­
lik qabiliyyəti tələb olunan  səviyyədə və onun inkişafına zərurət verir. Çe­
viklik qabiliyyəti bəzən hərəki çeviklik də adlandırılır. Çeviklik qabiliyyətinin
yüksək olması:
– yeni hərəkəti asan mənimsəməyə;
– psixi proseslərin yaddaş, təfəkkür, təsəvvür, hərəkətin və şəraitin qav ­
ra nılmasına;
– hərəkətin icra texnikasını təsəvvür etmək, idman oyun növlərində tak­
tiki fəaliyyəti həyata keçirmək, təkmübarizlik növlərində taktiki
fəaliyyəti  ani olaraq dəyişdirməyə;
– fiziki hazırlıq potensialını daha qənaətlə sərf etməyə imkan verir.
Çeviklik ümumi və xüsusi olmaqla iki yerə bölünür. Ümumi çeviklik
insanın müxtəlif hərəki fəaliyyətin idarə olunması və tənzimlənməsinə
hazırlığı kimi dəyərləndirilir.
 Çap üçün deyil


121
Xüsusi çeviklik – hər hansı ixtisas sahəsində (məsələn, basketbolçunun,
cüdoçunun, sprintin çevikliyi) hərəki fəaliyyətin idarə olunması və tənzim ­
lənməsi qabiliyyətidir.
Çevikliyin inkişafı yaş dövründən asılı olaraq müxtəlifdir. Ümumi çeviklik
məktəbdə fiziki tərbiyə dərslərində istifadəsi nəzərdə tutulan hərəkətlərin kö ­
mə yi ilə inkişaf etdirilə bilər. Xüsusi çeviklik isə idman bölmələrində və şa gir ­
din məşğul olduğu idman növünə aid hərəkətlərin köməyi ilə inkişaf etdirilir.
Çe vikliyin inkişafı üçün 7–9 və 9–13 yaş dövrləri ən əlverişli vaxt hesab olunur.
Aşağıdakı hərəkətlər kompleksi çeviklik qabiliyyətinin inkişafı üçün töv ­
siyə olunur:
– topla yerdəyişmələr, estafetlər, oyunlar;
– istiqaməti dəyişməklə qaçışlar;
– sürəti və istiqaməti dəyişməklə, süni və təbii maneələri keçməklə qaçış;
– topla və topsuz məkik qaçışları;
– müxtəlif çəkili topların hədəfə atılması;
– hərəkət reaksiyası və sürət üçün hərəkətlər;
– nişanlanmış sahələrdə istiqaməti dəyişməklə sıçrayışlar, qaçışlar;
– topla icra olunan, müxtəlif hərəkətlər;
– oyun hərəkətləri iki hücumçu bir müdafiəçiyə qarşı, üç hücumçu bir
müdafiəçiyə qarşı, iki hücumçu iki müdafiəçiyə qarşı və s.;
– məkik qaçışları;
– maneələr və sədləri sıçramaqla qaçış;
– mayallaq aşmaq, fırlanmaq, dönmələrlə icra olunan gimnastika hərəkətləri;
– akrobatik hərəkətlər;
– gimnastika körpüsündən tullanaraq icra olunan müxtəlif hərəkətlər;
– gimnastik hərəkətlərdən ibarət estafetlər, oyunlar.
22. ƏYİLGƏNLİK QABİLİYYƏTİ
Əyilgənlik insanın dayaq­hərəkət aparatının morfofunksional xüsusiyyəti
olub, hərəkətlərin mümkün olan geniş amplituda ilə icrası qabiliyyətidir. 
Əyilgənliyin iki növü vardır: fəal və qeyri­fəal. Fəal əyilgənlikdə  hərə ­
kət lər idmançının əzələ gücü hesabına geniş amplitudada icra olunur. Qeyri­
fəal əyilgənlikdə hərəkət kənar dartma qüvvəsi hesabına geniş amplituda ilə
icra olunur. Əyilgənlik təzahür formasına görə dinamik və statik ola bilər.
Dinamik əyilgənlik hərəkətlərin icrası, statik əyilgənlik isə bədənin vəziy ­
yət lərində təzahür edir.
Əyilgənliyin inkişafı bir sıra amillərlə təyin olunur. Onlardan ən əsası
anatomik (əzələlərin, oynaq və bağların forması və strukturu, onların elastik­
liyi, antaqonist əzələlərin gərginliyi və boşalması) amildir.
 Çap üçün deyil


122
Əyilgənliyin təzahürü insanı əhatə edən xarici mühitdən: havanın tempe ­
ra  tu rundan, günün vaxtından, qızışdırıcı hərəkətlərdən və s. asılıdır. Adətən,
günün sə hər vaxtlarında əyilgənlik az, axşam vaxtlarında isə xeyli yüksəkdir.
20–30º C­də əyilgənlik 5–10º C­də olduğundan xeyli yüksəkdir.
Orqanizmin funksional vəziyyəti də əyilgənliyə təsir göstərir. Yorulma
fəal əyilgənliyə mənfi təsir göstərir, lakin qeyri­fəal əyilgənliyin yaxşılaş ma ­
sına şərait yaradır.
İnsanın yaşı və cinsi də əyilgənlik göstəricisinə təsir göstərir. Yaşlandıqca
xüsusi məşğələlər olmadan əyilgənlik pisləşir. Qadınlarda əyilgənlik kişilərə
nisbətən yüksəkdir. 10–12 yaşda əyilgənlik intensiv olaraq yaxşılaşır. 11–14
yaş dövrü əyilgənliyin təkmilləşməsi üçün optimal hesab olunur.
Əyilgənliyin inkişafı üçün maksimal, geniş amplituda ilə icra edilən əzələ,
oynaq­bağ aparatını dartmağa yönəlmiş hərəkət komplekslərindən istifadə
olu nur. Həmin hərəkətlər də icra xüsusiyyətlərinə görə fəal və qeyri­fəal
qrup lara bölünür. Eyni zamanda əyilgənliyin inkişafına yönəlmiş statik hərə ­
kətlərdən də istifadə olunur ki, bu hərəkətlər də oynaq, ətraf və gövdənin
müəyyən maksimal statik vəziyyətini 6–10 saniyə saxlamağa xidmət edir.
Əyil gənlik üçün istifadə edilən hərəkətlərin icra ardıcıllığı qüvvə və əzə lə ­
lərin boşaldılması istiqamətli hərəkətlərlə növbələşməlidir. Bu, qüvvəni,
əzələlərin elastikliyini artırmaqla yanaşı, əzələ­bağ apa ra tını möhkəmləndirir. 
23. DÖZÜMLÜLÜK QABİLİYYƏTİ
Dözümlülük anlayışı hər hansı bir işin uzunmüddətli icrasını yerinə yetir ­
mək qabiliyyəti kimi başa düşülür. Dözümlülüyün sürət, qüvvə, statik, di­
namik, koordinasiya və s. kimi növləri mövcuddur.
Ümumtəhsil məktəblərinin şagirdləri üçün tətbiqi əhəmiyyət kəsb edən
ümumi və xüsusi dözümlülükdür.
Ümumi dözümlülük – aşağı intensivlikli işin insanın bütün əzələ apara ­
tının iştirakı ilə uzunmüddətli icrası zamanı təzahür edir. Ümumi dözümlülük,
ilk növbədə, insanın ürək­damar və tənəffüs sistemlərinin funksional vəziy ­
yətindən asılıdır.
Xüsusi dözümlülük – hər hansı hərəki fəaliyyətin xüsusiyyətinə müvafiq
təzahür etdirilən dözümlülük növüdür. Məsələn, sprint qaçışında sürət dö ­
züm lülüyü, tullanma və atmalarda sürət­güc dözümlülüyü, ağırlıqlarla icra
olunan hərəkətlərdə qüvvə dözümlülüyü və s. Xüsusi dözümlülük sinir­əzələ
aparatının imkanlarından, enerji resurslarının sərf olunması tezliyindən, hərə ­
kətin icra texnikasının effektliliyindən, hərəki qabiliyyətlərin inkişaf səviy ­
yə sindən  asılıdır.
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə