Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə35/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   28   29   30   31   32   33   34   35   36

126
Təkrar metod – təyinatı müəyyən edilmiş məşq yükünün id 
man çı
orqanizminin iş qabiliyyətinin bərpası üçün kifayət edəcək istirahət in ter ­
valında çoxsaylı təkrarla icrası ilə səciyyələnir. Bu metod hə rəkətlərin se ri ­
yalarla icrası üçün əlverişlidir. Hərəkətin orqanizmə məşqlənmə tə siri interval
metoddan fərqli olaraq, yalnız hərəkətin bilavasitə icrası za manı baş verir.
Təkrar metoddan hərəkət texnikasının təkmilləşdirilməsi, hərəki qa bi ­
liyyətlərin  inkişafı məqsədilə keçirilən məşqdə istifadə olunur. 
Bu metod illik məşqin bütün mərhələlərində tətbiq edilir.
Oyun metod – yeniyetmə idmançıların hazırlanmasında əsas metod he ­
sab olunur. Metod emosionallıq və daim dəyişən yarış şəraitində hərəki qa ­
bi liyyətlərin inkişafına əsaslanır.
Dairəvi metod – bir sıra metodlardan istifadə etməklə xüsusi seçilmiş
hə rə kət lər kompleksinin yerinə yetirilməsi ilə səciyyələnir.  Bu metoddan
istifadə zamanı bir­biri ilə əlaqəli hərəki qabiliyyətlərin inkişafı və vərdişlərin
tək mil ləşdirilməsi daha səmərəli həyata keçirilir. Bu halda istifadə olunacaq
hərəkətlər seçilir, onların alətlər üzərində icra olunma yerləri (“da ya nacaq ­
lar”), intensivliyi, təkrarların və seriyaların sayı, istirahət intervalı müəy ­
yənləşdirilir. Bir kompleksə 5–20 hərəkət daxil edilə bilər.
Bu metodu fərqləndirən cəhətlər bunlardır:
1. Hər bir alətdə (və ya “dayanacaqlarda”) yerinə yetiriləcək işin və
istirahətin reqlamentləşdirilməsi;
2. Məşq yükünün fərdiləşdirilməsi;
3. Məşq yükünün sistemli və tədricən artırılması;
4. Yaxşı mənimsənilmiş hərəkətlərdən istifadə olunması;
5. Ayrı­ayrı əzələ qruplarının ardıcıllıqla işə cəlb edilməsi.
Rəvan metod – məşq yükünün sabit dəyişməyən intensivlikdə nisbətən
uzun müddət ərzində yerinə yetirilməsi ilə səciyyələnir. Bu zaman idmançı
qaçış sürətini və ya hərəkətin icra sürətini, ritmini, qüvvə sərfini, hərəkət
amplitudasını sabit saxlamağa çalışır. Hərəkət aşağı, orta, bəzi hallarda isə
maksimal intensivlikdə yerinə yetirilə bilər. Bu metod illik məşqin bütün
mər  hələlərində istifadə olunur. Metodun çatışmayan cəhəti ondan ibarətdir
ki, idmançının orqanizmində bu rejimdə yerinə yetirilən məşq yükünə
uyğun  laş  ma ehtimalı böyükdür. Bu da məşqin səmərəsini azaldır.
Dəyişkən metod – bu metod qaçış prosesində (və ya istənilən hərəkətin
icra olunması zamanı) məşq yükünün icra intensivliyinin, tempinin, ampli ­
tu dasının qüvvə sərfinin və s. məqsədəuyğun dəyişdirilməsi ilə fərqlənir.
Mə sələn: 1500 və 3000 metrlik məşq məsafəsində idmançı hər 200 metrdən
sonra 100 metr məsafəni sürətlə (məsələn, 90% in ten  sivliklə) qaçır, sonra
 Çap üçün deyil


127
qaçışı dayandırmadan əvvəlki qaçış tempinə “qayıdır”. Bu metodun üstün
cəhəti ondan ibarətdir ki, məşqdə yeknəsəqliyi aradan qal  dırır. Lakin ürək­
damar və tənəffüs sistemi üçün gərginlik yaradır. Ona görə də bu metoddan
hazırlıq səviyyəsi yüksək olan idmançıların məşq pro se  sində istifadə etmək
da ha məqsədəuyğundur. Metodun çatışmayan cəhəti məşq yükünün bütün
kom ponentlərinin təxmini (idmançının özünü necə hiss et məsi ilə) hesab ­
lanmasıdır.
Nəzarət metodu – hərəkətlərin maksimum intensivlikdə yerinə yetirilməsidir.
Bu metoddan istifadə etməklə məşqçi idmançının hazırlığı haqqında müəyyən
qənaətə gələ bilər. 
Dövrü olaraq bu metoddan istifadə edilməsi fiziki keyfiyyətlərin inkişafının
dinamikası haqqında dəqiq məlumat əldə etməyə imkan verir. Bu da öz növ ­
bə sində məşq prosesinin səmərəliliyini aydınlaşdırmağa şərait yaradır.
Yarış metodu – hərəkətlərin yarış qaydalarına əməl etməklə mümkün ol ­
du ğu qədər yüksək intensivliklə yerinə yetirilməsi ilə səciyyələnir. Bu me to ­
dun iradi və mənəvi keyfiyyətlərin inkişafı, yarış şəraitində taktiki bacarıq
və vərdişlərin təkmilləşməsində müstəsna rolu vardır.
 Çap üçün deyil


128
26. ATLETİK GİMNASTİKA
Atletik gimnastika müxtəlif ağırlıqlar və qüvvə hərəkətlərindən ibarət
olub, e.ə. IV əsrdən məlumdur. Atle tik gimnastikanın oynaqların sağlam laş ­
dı rılması, tənəffüs sisteminin tənzim lən məsi, zəif əzələ qruplarının möhkəm ­
lən dirilməsi kimi müsbət təsiri hələ e.ə. I–II əsrlərdə yaşamış qədim tibb
mü təxəssisləri tərəfindən qeyd edilmişdir. XIX əs rin sonları, XX  əsrin əv vəl ­
lərində hipertrofiya (həddən artıq inkişaf etmiş) olun muş əzələ sisteminə
malik insanlara maraq çoxalmış, bununla əla qə dar çoxsaylı yarışlar və çem­
pionatlar keçirilməyə başlanmışdı.
Atletik gimnastika məşğələləri, hər şeydən əvvəl, insana atletik bədən qu ­
ru luşu formalaşdırmaq imkanı verir, qüvvə, dözümlülük, əyilgənlik qabi liy ­
yət lərinin inkişafına şərait yaradır, ürək­damar, tənəffüs sisteminə müsbət
təsir göstərir, qamətdə olan qüsurları aradan qaldırır.
8­ci sinifdə atletik gimnastikanın əsas vəzifəsi qüvvə hərəkətləri vasitəsilə
sinir­əzələ aparatını təkmilləşdirmək, əsas əzələ qruplarının ahəngdar inkişa ­
fına nail olmaq, əzələarası və əzələdaxili koordinasiyanı yaxşılaşdırmaq və
eyni zamanda qüvvənin və qüvvə dözümlülüyünün  inkişaf metodlarına dair
bilik və bacarıqların formalaşdırılması, təkrar cəhd və “imtinaya qədər” me ­
tod ların tətbiqi bacarıqlarına yiyələnməkdir.
Atletik gimnastika məşğələlərinə bir yaxınlaşmada 12–15 dəfə təkrar
qaldırmaq mümkün olan çəkilərlə başlamaq lazımdır. Harmonik fiziki inkişaf
üçün hərəkətlər bütün əsas əzələ qrupları: boyun, çiyin oynağı və qollar, göv ­
dənin arxa əzələləri, gövdənin ön əzələləri və ayaq əzələləri üçün seçilməlidir.
Ağırlıqlarla hərəkətlər müxtəlif idman növlərinin xüsusiyyətlərinə mü­
vafiq hərəki bacarıq və vərdişlərin formalaşmasına istiqamətlənmiş hərə kət ­
lərlə  növ bə ləşdirilməlidir.
13–15 yaşlı yeniyetmələrdə qüvvə istiqamətli məşğələlərdə istifadə olu­
nan ağırlıqlar yeniyetmənin çəkisinin 75–85%­ni təşkil etməlidir. Qüvvə
hazırlığı yaxşı olan 15 yaşlı yeniyetmələrdə istifadə olunan ağırlığın çəkisi
bəzi hallarda bədən çəkisinə bərabər ola bilər. Lakin belə ağırlıqlar yalnız iki
həftədə bir dəfə yerinə yetirilə bilər. 
Yeni başlayanlar üçün qüvvə istiqamətli məşğələlər həftədə 2–3 dəfə ol maq ­
la 30–60 dəqiqə vaxt ərzində aparılır. Nisbətən təcrübəli yeniyetmələrdə bu məşğə ­
lə lərin sayı həftədə 4–5 dəfə, davam etmə müddəti isə 90–150 dəqi qə yə çatdırılır. 
Atletik gimnastika məşğələləri mütləq şəkildə özündə müxtəlif silsiləli
hərəkətləri birləşdirən və 30–60 dəqiqə ərzində yerinə yetirilən səhər
gimnastikası kompleksi ilə tamamlanmalıdır. 
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə