Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə20/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

69
Yerindən atmaq üçün yanı atma istiqamətinə tərəf durmaq. Düzələrək
sol ayaq üzərinə qalxmaq və sinə ilə irəliyə “çıxmaq”. “Dartılmış kaman”
vəziyyətinə keçmək və topu qolun qamçıvari hərəkəti ilə atmaq.
4. Sol yanı atma istiqamətinə duruş. Top tutmuş qol çiyin səviyyəsində ar ­
 xaya aparılır. Sağ ayaq soldan irəlidə çarpaz vəziyyətdə qoyulmuşdur. Pən ­
cələr bir­birindən 30–40 sm aralıdadır. Bədənin ağırlığı dizdən bükülmüş hər
iki ayaq üzərində bərabər bölüşdürülür, pəncələr atma istiqamətinə, sol qol si ­
nə önündə. Sol ayağı topu yerindən atmaq üçün addım vəziyyətinə elə qoy ­
maq lazımdır ki, sağ ayağın dizinin irəliyə hərəkətinə şərait yaratmış olsun.
Bədəni atma istiqamətinə çevirmədən “dartılmış kaman” vəziyyəti al maq.
5. Topu divara atmaqla və qayıdan topu tutmaqla kiçik topun qaçaraq
uzağa atılmasını mənimsəmək üçün hərəkətlər.
Qaçaraq kiçik topun uzağa atılmasını 
təkmilləşdirmək üçün hərəkətlər
1. Ç.v. – üzü atma istiqamətinə duruş, sol ayaq irəlidə, topu tutan əl çiyin
üzərində, əl baş səviyyəsində. Sağ ayaqla irəliyə addım, eyni vaxtda gövdə
sağa döndərilir, əl topla düz arxaya aparılır, solla addım, tam sağa dönmə və
top tutan qolun çiyin səviyyəsində tam düzəldilməsi.
2. Eyni ç.v.­dən topla qol iki addımda arxaya aparılır, sonra ç.v.­yə qay ­
tarılır.
3. Ç.v. – üzü atma istiqamətinə, sol ayaq irəlidə, qol topla çiyin üzərindən
iki addımla arxaya aparılır, sağ ayaq çarpaz addım edir, sol ayaq dayağa
qoyulur və final səyi vəziyyətini alır. Hərəkət atmasız imitasiya edilir.
4. Eyni hərəkət atma ilə tamamlanır. Hərəkət əvvəlcə aşağı tempdə, da ­
yanmadan icra olunur. Bütün elementlər mənimsənildikdən sonra iki addımda
bədənin tam sağ tərəfə döndərilməsi və topla qolun tam düzəldilməsinin
dəqiq icrasına yiyələnmək lazımdır.
5. Ç.v. – üzü atma istiqamətinə, sol ayaq irəlidə, topla qol çiyin üzərində.
Dörd çarpaz addımın (birinci addım solla olmaqla) nəzarət nişanları üzərində
yerinə yetirilməsi. Əvvəlcə hərəkət addımla, sonra sürətli addımla, imitasiya
və atma ilə icra olunur.
6. Ç.v. – üzü atma istiqamətində, sağ ayaq irəlidə, topla qol çiyin üzə ­
rində. Hərəkətin qaçış hissəsini nəzarət nişanına qədər yerinə yetirmək.
7. Eyni hərəkətin atma olmadan çarpaz addımlarla yerinə yetirilməsi.
8. Eyni hərəkətin qaçış, çarpaz addımlar, final səyi və atma ritmini sax ­
lamaqla icrası.
 Çap üçün deyil


70
Əgər atma hərəkətinin 4 atma addımı ilə tam koordinasiyada icrası çə ­
tinlik törədirsə və yaxud bu zaman çoxsaylı səhvlərə yol verilirsə, o zaman
topun atılmasının əvvəlcə bir addımdan, iki addımdan, üç addımdan və nə ­
hayət, dörd addımdan icra olunması məqsədəuyğundur. 
Bu zaman aşağıdakı hərəkətlərdən istifadə etmək tövsiyə olunur. 
1. Ç.v. – sol yanı atma istiqamətinə olmaqla duruş. Sağ ayaq solun önünə
çarpaz qoyulur. Bədənin ağırlığı sağ ayaq üzərinə keçirilir. Topla qol çiyin
səviyyəsində arxaya aparılır. Sol ayaqla addım edərək əvvəlcə atma hərəkətinin
imitasiyası, sonra isə müəyyən olunmuş bucaq altında topun atılması yerinə
yetirilir. 
Hərəkətin icrası zamanı əsas diqqət gövdənin atma istiqamətinə vaxtından
tez çevrilməsinə yol verməməyə və atan qolun vaxtından tez hərəkətə baş ­
lamamasına yönəlməlidir.
2. Ç.v. – sol yanı atma istiqamətinə olmaqla duruş. Topla qol yarım­
açılmış vəziyyətdə, bədənin ağırlığı sağ ayaq üzərində. Sağ ayaqla çarpaz
ad dım icra etmək, ardınca sol ayaqla dayandırıcı addım və topun müəyyən
edilmiş bucaq altında atılması.
3. Ç.v.  – üzü  atma istiqamətinə duruş. Sağ ayaq irəlidə, topla qol çiyin
üzərində, bədənin ağırlığı sağ ayaqda, sinə atma istiqamətinə döndərilir. Sol
ayaqla birinci addımda topla olan qol arxaya aparılır, sağ ayaqla ikinci ad ­
dımda çarpaz, üçüncü – sol ayaqla dayandırıcı addım. Əvvəlcə atmanın imi ­
tasiyası, sonra isə topun müəyyən bucaq altında atılması yerinə yetirilir.
Hərəkətin icrası zamanı əsas diqqət birinci addımın icrası ilə atma qo lu ­
nun arxaya aparılmasına, çarpaz addımların icrasına, çarpaz addımdan sonra
alətin atılmasına, atma qolunun şallaqvari hərəkətinə yönəlməlidir.
4. Ç.v. – üzü atma istiqamətinə, sol ayaq irəlidə, topla qol bükülərək çi ­
yin üzərində. Sağ ayaqla addım, sol ayaqla addım və topla qol arxaya apa ­
rılır. Sağ ayaqla çarpaz addım, sol ayaqla dayandırıcı addım və topun müəy ­
yən olunmuş bucaq altında atılması.  
Mövzu üzrə suallar
1. Sprint qaçışı hansı hərəki qabiliyyəti inkişaf etdirir?
2. Qaçış texnikasının mükəmməl olması nəyə imkan verir?
3. Orta məsafəyə qaçış orqanizmin hansı sistemlərinə müsbət təsir
göstərir?
4. Tullanmalar və atmalar sizdə hansı hərəki qabiliyyəti inkişaf etdirir?
 Çap üçün deyil


71
12. BASKETBOL
Ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq vasitəsi və çeviklik
qabiliyyətinin inkişafı məqsədilə 5–7­ci siniflərin fiziki tərbiyə dərslərində
basketbolun istifadəsi nəzərdə tutulmuşdur. Müxtəlif siniflərdə basketbolun
ayrı­ayrı elementləri, element birləşmələri mənimsənilmiş, ikitərəfli oyunlar
ke çirilmişdir. 8­ci sinifdə basketbolun mənimsənilməsi elementlərinin tək ­
mil ləşdirilməsi və yeni elementlərin öyrədilməsi nəzərdə tutulur.
Qısa arayış
Basketbol oyununu 1891­ci ildə Amerika Birləşmiş Ştatlarının Sprinqfild
şəhərində fiziki tərbiyə müəllimi Ceyms Neysmit icad etmişdir. O zaman
top həlqəyə deyil, adi toxunulmuş səbətə atılırdı. Buradan da oyunun
adı (“basket” ingilis dilindən tərcümədə səbət, “bol” isə top deməkdir)
yaranmışdır.
1932­ci ildə Beynəlxalq  Həvəskar Basketbol Federasiyası təsis olunur.
1936­cı ildə basketbol Berlində keçirilən Olimpiya Oyunlarının proq ­
ramına daxil edilir. Həmin Olimpiya Oyunlarında C.Neysmit qonaq
qis mində iştirak edir və ABŞ­ın komandası bu növdə birinci Olimpiya
çempionu olur. Basketbol 1976­cı ildə ilk dəfə Monerial Olimpiadasında
qadınların Olimpiya oyunları proqramına daxil edilmişdir. 
Əsas yarış qaydaları
Basketbolda hər birində 5 iştirakçı olan iki komanda yarışır. Oyunun
əsas məqsədi basketbol topunu ələ keçirib rəqib komandanın səbətinə at ­
maq dır. Bu oyun uzunluğu 28, eni 15 metr olan meydançada oynanılır. Sə ­
bət 3,05 metr hündürlükdə lövhə önündə yerləşir və bu lövhə meydançanın
1,2 m içərisinə doğru çıxmışdır. Basketbol topu 567–650 qr. çəkidə olur.
Oyun meydançanın mərkəzindəki dairədən  başlanır. Yarışan rəqiblər
topu tuta bilməzlər, onlar onu komanda yoldaşlarına tərəf itələyə, vura bi lər ­
lər. Top oyunçunun əlində olarkən o bir addımdan artıq irəliləyə bilməz.
Əgər top çilənmədən sonra tutularsa, onu yenidən çiləməyə icazə verilmir.
Top bir əllə çilənməlidir. Hücum edən komandanın istənilən üzvü topu sə ­
bə tə ata bilər. Uğursuz atışdan sonra lövhəyə dəyib qayıdan topu istənilən
ko 
man 
danın oyunçusu tuta bilər. Atmanın icrası üçün komandaya 24
saniyə vaxt verilir. Bu qayda pozulduqda (yəni səbətə atma icra olun ma ­
dıq da) top digər komandaya verilir. Topa yiyələnən komanda 8 saniyə ər ­
zində müdafiə zonasından  hücum zonasına keçməlidir. Əgər atma zamanı
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə