Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

33
Düzgün qamət aşağıdakı əlamətləri ilə diqqəti cəlb edir:
çiyinlər eyni səviyyədə, onurğadan eyni məsafədə yerləşirlər;
– kürəklər bir­birinə simmetrik olur;
– baş düz dayanır, onurğa və boyunla eyni düz xətt üzərində yerləşir;
– yandan xəyali düz xətt qulaq, boyun, çiyin, çanaq­bud oynağından keçir.
Qamətin qüsurları 60–80% hallarda
onurğa sütunundakı deformasiya və
əyilmələrlə əlaqədardır. Müşahidələr
göstərir ki, ümum təhsil mək təb lərində
təhsil alan, lakin sistemli olaraq fiziki
hərəkətləri icra etməyən şagirdlərin
böyük əksəriyyətində onurğa qüsurları
vardır.
Qüsurlardan asılı olaraq qamətin
aşağıdakı müxtəlif formalarına rast
gəlinir:
Гамятдяки гцсуру ашкар етмяк цчцн йенийетмя сойунур. Дабан вя пян ъяляр
бир йердя олмагла дцз, голлар ашаьыйа сярбяст салланмыш вязиййятдя дайаныр.
Ондан бир нечя аддым аралыда дуруб онурьа сцтунуна бахмаг лазымдыр. Онурьа
дцз шагули вязиййятдя олмалыдыр. Чийинлярин сявиййясиндя, кцряклярин йерляшмя-
синдя олан асимметрийа гамятдя гцсурларын олмасынын эюстяриъисидир.
Şəkil 10. 
Onurğa sütununun
diaqnostikası
Normal
Dairəvi
Yastı­əyilmiş
Dairəvi­əyilmiş Yastı 
 
 Çap üçün deyil


34
Dairəvi kürək – başın, boyunun irəliyə əyriliyi, belin təbii əyriliyi artır.
Döş qəfəsinin kifozunun artıqlığı diqqəti cəlb edir. 
Yastı əyilmiş kürək – sinə və belin təbii əyriliyi azdır. Onurğanın amor­
tizasiya qabiliyyəti aşağıdır.
Dairəvi­əyilmiş kürək – belin təbii lordoz əyriliyi artıqdır, qarın irəliyə
çıxmışdır.
Yastı kürək – başqalarından onurğanın təbii əyriliyinin az olması və kü ­
rə yin yastı olması ilə fərqlənir.
Onurğa sütununda mümkün əyriliklərin əmələ gəlməsi daha çox 11–15 yaş
dövrünə təsadüf edir. Onurğaətrafı əzələləri zəif olan yeniyetmələrdə qeyd
olunan qüsurların yaranma ehtimalı yüksəkdir. Məhz bu yaş dövründə onur ­
ğa nın formasına yumşaq yataq, gövdənin duruş və oturuş zamanı düz gün ol­
mayan vəziyyəti, həddindən çox gərginlik (ağırlıq) təsir göstərir.
Düzgün olmayan qamət onurğada osteoxondrozun yaranmasına, daxili
or  qanların funk si yalarının zəifləməsinə gətirib çıxarır. Məktəblilərdə qamətdə
qüsurların əmələ gəlməsi, bir qayda olaraq, hərəkət­dayaq aparatının zəiflə ­
mə  si nə, bağların elastikliyinin, aşağı ətrafların və xüsusən onurğanın amor­
tizasiya qabiliyyətinin azalmasına səbəb olur. Belə şagirdlər fiziki yükə
davam gətirmir, tez yorulur, kürək və bel nahiyəsində ağrılardan şika yət ­
lənirlər. Bütün bunlar isə şagirdin psixoloji durumuna da mənfi təsir gös ­
 tərir. Adətən, onlar əsəbi, tez yorulan, ünsiyyət davamlılığı az olan fərdə
çev ri lir lər.
Qamətdə baş verə biləcək mümkün qüsurların yaranmasının qarşısını al ­
maq məqsədilə aşağıdakı profilaktik tədbirlərin görülməsi zəruridir:
1. Hər bir yeniyetmə öz qamətinin vəziyyətinin diaqnostikasının aparıl ­
ma sına nail olmalıdır. Bu məktəbdə fiziki tərbiyə müəllimlərinin və ya tibbi
heyətin köməyi ilə, evdə bu dərslikdə göstərilən ölçülər əsas götürülməklə,
valideyn tərəfindən həyata keçirilə bilər.
2. Onurğa sütununda qüsurlar aşkar edildikdə onların aradan qaldırılması
üçün hərəkətlər tədricən, davamlı olaraq icra olun  malıdır. Bu zaman hərəkətlərin
onurğanın yan, arxa və ön əzələləri üçün seçil məsi vacibdir. Hərəkətlərin və
təkrarların sayı tədricən artırılır.
3. Yazı yazarkən, şifahi dərslər zamanı stulda düz oturmağa, kürəyini
stu lun kürəyinə dirəməyə çalışmaq, başı və gövdəni düz tutmaq lazımdır.
4. Stulda üzün müddət oturmaq lazım gəldikdə oturuş vəziyyətini tez­tez
dəyişmək, qalxıb gəzişmək, bir neçə dəqiqə sadə hərəkətlər icra etmək zə ru ­
ridir.
 Çap üçün deyil


35
5. Televizora baxarkən çox yumşaq kreslo, divanda əyləşməyə çalışmayın.
Oturacaq bərk və döşəmədən yarım metr hündürlükdə olmalıdır.
6. Ağır yükü müəyyən məsafəyə aparmaq zərurəti yarandıqda onu tor ­
baya qoyub kürəkdə daşımaq daha məqsədəuyğundur.
7. Hər hansı ağır əşyanı qaldırarkən gövdənin, xüsusən onurğanın  düzgün
və ziyyətinə diqqət yetirin. Belə vəziyyət onurğa disklərinə ağırlığın bərabər
bö lüş dürülməsinə şərait yaratmalıdır. Odur ki, gövdəni yox, ayaqları bükün
(şəkil 11).
Qamətində qüsur olmayanlar  üçün hərəkətlər kompleksi – Düzgün
qamət onurğa sütununa nisbətən bədənin hissələrinin simmetrik yerləşməsi
ilə səciyyələnir. Belə yeniyetmələr üçün hərəkətlər yuxarı ətraf, aşağı ətraf,
gövdənin ön və arxa əzələ qrupları və boyun əzələləri üçün ol maq la, 5 qru ­
pa bölünür.
Hərəkətlərin icra ardıcıllığı yuxarıdan aşağıya: boyun əzələləri, çiyin
oynaqları, onurğa, gövdə əzələləri, çanaq­bud və diz oynaqları üzrə yerinə
yetirilir. Orqanizmi qızışdırarkən 6–8 hərəkət ancaq iri: boyun, çanaq­bud
və diz oynaqları üçün nəzərdə tutulur. Ümumilikdə məşğələnin əsas hissəsində
yerinə yetiriləcək 15–20 hərəkət təxminən aşağıdakı kimi bölünür:
Şəkil 11. Yük qaldırarkən onurğanın vəziyyətləri
 Çap üçün deyil


36
1. Boyun əzələləri üçün
4–5 hərəkət;
2. Qol əzələləri üçün
3–4 hərəkət;
3. Ayaq əzələləri üçün
3–4 hərəkət;
4. Gövdənin ön əzələ qrupları üçün
4–5 hərəkət;
5. Gövdənin arxa əzələ qrupları üçün
4–5 hərəkət.
İstifadə olunan hərəkətlər müxtəlif: qüvvə, əyilgənlik istiqamətli ola bi ­
lər. Hər bir hərəkətin 4–10 dəfə təkrarlanması mümkündür. Bu daha çox
fərdi hazırlıq səviy yəsindən asılı olaraq müəyyən edilir.
Məşğələnin tamamlayıcı hissəsində fiziki yük verilmiş əzələ qruplarını
bo şaltmaq üçün hərəkətlər verilir. 
“Dairəvi kürək” qaməti onurğanın boyun və bel hissələrində təbii
əyriliyin  azalması və döş hissədə əyriliyin çox olması ilə səciyyələnir. Belə
qamət tiplərində kürək bağları dartılmış, sinə əzələləri isə qısalmış vəziyyətdə
olur. Belə qamət daha çox dərs, istirahət, yuxu zamanı düzgün olmayan və ­
ziyyətdə qalmağın nəticəsində formalaşır. Qamətin bu formasında zəif kürək
bağları dartılır və kürək əzələləri onurğanın maksimal açılmasını təmin edə
bilmir. Bu da nəfəsalma zamanı tənəffüs dərinliyini azaldır və ürəyin işini
çətinləşdirir. 
Belə hallarda əsas vəzifə gövdənin yuxarı hissəsinin əzələlərində gərginliyi
azaltmaq, sinənin alt, trapesvari əzələ və dişli əzələsini gücləndirməkdir.
“Dairəvi kürək” qaməti zamanı tövsiyə olunan hərəkətlər:
– başın yanlara, aşağı, yuxarıya və dairəvi fırlanma hərəkətləri;
– çiyinlərin yanlara dönmələri, dairəvi fırlanma hərəkətləri; 
– kürəklərin bir­birinə toxundurulması;
– qolların (alətsiz) yanlara açılması, gövdənin yanlara dönməsi ilə qol la ­
rın açılması;
– gövdənin müxtəlif əyilmiş vəziyyətlərində qolların kiçik ağırlıqlarla
açıl  maları;
– gövdənin yanlara sərbəst və əşyalardan istifadə etməklə dönmələri,
bu rulmaları; 
– döşəmədə uzanaraq arxaya qalxmalar, dönmələr, çevrilmələr;
– gövdənin ön əzələ qrupları üçün hərəkətlər.
“Yas tı kürək” formalı qamət onurğanın bütün fizioloji əyriliklərinin,
xüsusən də bel nahiyəsinin əyriliyinin az olması ilə səciyyələnir. Bunun da
nəticəsində onurğa sütununun  amortizasiyası, funksiyası çox azalır ki, bu
da qaçış, tullanmalar və digər kəskin yerdəyişmələr zamanı onurğa beyini
və baş beyinə mənfi  təsir göstərir. Belə qamət tipləri üçün hərəkətlərdən
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə