Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə8/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

Cədvəl 4.
Oğlanlar
Yaş
Orta boy­
dan aşağı
(sm)
Bədənin
çəkisi
(kq)
Orta boy
(sm)
Bədənin
çəkisi
(kq)
Orta boy­
dan yuxarı
(sm)
Bədənin
çəkisi
(kq)
13
141–148
27,9–47,4
149–165
39,3–53,0
166–173
49,4–86,9
14
148–154
35,3–54,1
155–170
45,4–56,8
171–177
52,8–71,6
Qızlar
13
144–150
31,1–53,6
151–163
43,3–54,4
164–169
49,7–71,3
14
148–153
36,5–57,5
154–167
46,5–55,5
168–174
50,3–72,0
Yeniyetmələrdə bədənin normal  boy­çəki göstəriciləri
24
Orqanizmin tənəffüs sisteminin fəaliyyətini, onun yorulmaya qarşı da ­
yan maq qabiliyyətini qiymətləndirmək üçün bir neçə üsuldan istifadə olunur.
Bu üsullardan biri oturmuş vəziyyətdə dərin nəfəs alıb buraxmaq, sonra ye ­
ni dən dərindən nəfəs alıb nəfəsi saxlamaqdır (burun barmaqlarla sıxılıb sax ­
la nılır). Bu zaman 90 saniyə ərzində nəfəsi saxlamaq – “əla”; 60–90 sa niyə
ərzində nəfəsi saxlamaq – “yaxşı”; 30–60 saniyə ərzində nəfəsi saxlamaq –
“kafi”; 30 saniyədən az olan göstərici – “qeyri­kafi” hesab olunur. Fiziki yü ­
kün köməyi ilə, xüsusən uzaq məsafələrə qaçış, üzgüçülük, kross qaçışı və s.
nəfəsi saxlamaq göstəricisi artır.
Tənəffüs sisteminin işinin effektliliyini yoxlamağın digər üsulu da möv ­
cuddur. Burada da oturmuş vəziyyətdə dərindən nəfəs alınır, nəfəsi bu rax ­
dıqdan sonra burnu tutub nəfəs alınmır və vaxt ölçülür. Məşq etməmiş in ­
sanlar 25–30 saniyə bu vəziyyətdə qala bilirlər. Fiziki hazırlığı yaxşı olanlar
40–60 saniyə nəfəs almadan qala bilirlər.
Şagirdlərin fiziki inkişafı boy və çəki, döş qəfəsinin eni göstəricilərinə
əsasən müəyyən olunur. Bu göstəricilər müəyyən mənada şagirdlərin mənsub
olduqları bədən quruluşu tiplərindən də asılıdır. Lakin hər bir şagirdin boyu
və çəkisi onun fiziki inkişafı haqqında müəyyən fikir yürütməyə əsas verir.
Normal boy, çəki göstəriciləri yalnız fiziki inkişafın deyil, həm də sağ ­
lamlığın göstəricisi hesab olunur. Hər bir yeniyetmə aşağıdakı cədvəldən
isti fadə etməklə boy, çəki göstəricilərinin yaş qrupuna müvafiqliyini müəyyən
edə bilər. Əgər sizin çəkiniz boy göstəricilərinə müvafiq deyilsə, artıqdırsa,
bu sizin idmanla və fiziki hərəkətlərin icrası ilə ciddi məşğul olmağınızın
zəruriliyini göstərir.
 Çap üçün deyil


25
Fiziki hazırlıq üzərində nəzarət ümumtəhsil məktəblərinin bütün siniflərində
fiziki tərbiyə dərslərinin təcrübi hissəsinin şagirdlərin funksional hazırlığının
diaqnostik qiymətləndirilməsi ilə başlanır. Bu zaman hər bir yaş qrupu üçün
müəyyən normativ göstəricilər müəyyən olunmuşdur. Bu göstəricilər şa ­
gird lərin sürət, sürət­güc, çeviklik, qüvvə, əyilgənlik və dözümlülük qabi ­
liy yətlərini “kafi”, “yaxşı”, “əla” səviyyədə qiymətləndirməyə imkan verir.
Lakin hər bir şagird özünün fiziki hazırlıq səviyyəsini evdə, həyətdə, mək ­
təbin meydançasında asanlıqla yoxlaya bilər.  Bu zaman aşağıdakı hərəkətlərdən
istifadə etmək olar:
Turnikdə dartınma – şagirdin yuxarı ətraf əzələlərinin hazırlığını yoxlamaq
üçün istifadə olunur. 
Aşağı ətraf əzələlərinin qüvvə hazırlığı:
Bir ayaq (sağ, sol) üzərində oturub­qalxma hərəkəti ilə;
Gövdənin qüvvə hazırlığı isə 30 saniyə ərzində uzanmış vəziyyətdə
gövdənin bükülüb­açılması hərəkətinin icrası ilə müəyyən olunur;
Yerindən uzunluğa tullanma – aşağı ətrafların sürət­güc hazırlığını qiy ­
mətləndirmək məqsədilə istifadə edilir;
Məkik qaçışı – (10x3) qısa və çox vaxt sərf etmədən bu hərəkətin kö ­
məyi ilə şagirdin çeviklik  qabiliyyətinin səviyyəsi müəyyən olunur;
60 metrəyə qaçış – 8­ci sinif şagirdlərinin sürət qabiliyyətini dəyər lən ­
dir mək məqsədilə istifadə olunur. Şəraitdən asılı olaraq bu məqsədlə bəzən
30 m qaçış da tətbiq edilə bilər;
Uzanmış vəziyyətdən irəliyə  əyilmək – “körpü” bədənin əyilgənlik qabi ­
liyyətinin qiymətləndirilməsində istifadə  olunur.
Hər bir şagird aşağıdakı cədvəldən istifadə etməklə fiziki hazırlıq səviy ­
yəsini müəyyənləşdirə bilər. Siz il ərzində belə yoxlamalar aparmaqla fiziki
ha zırlığınızda olan dəyişiklikləri müəyyən edə bilərsiniz. Nə  zərə almaq la ­
zımdır ki, belə testləşmələri həmyaşıdlarınızla apardıqda daha düzgün gös ­
təricilərə nail ola bilərsiniz. Çün ki kiminlə ya rışmanızdan asılı olmayaraq,
belə halda siz daha çox səfər 
bər olmağa, daha yaxşı nəticə göstərməyə
çalışırsınız.
 Çap üçün deyil


26
Mövzu üzrə suallar
1. Özünənəzarət nədir?
2. Özünənəzarət hansı metodlarla həyata keçirilir?
3. Ürək vurğuları tezliyi (nəbz) necə ölçülür?
4. Ağciyərin həyat tutumu nəyi ifadə edir?
5. Orqanizmin tənəffüs sisteminin fəaliyyətini necə yoxlamaq olar?
6. Sakit halda nəbz vurğunuzu ölçün. Göstərici normativə uyğun gəlirmi?
VIII sinifdə şagirdlərin fiziki hazırlığının diaqnostik 
qiymətləndirilməsi normativləri

Щяряки
габилиййят
Гиймятляндирмя
щярякятляри
НОРМАТИВЛЯР
Oьланлар
Гызлар
“3”
“4”
“5”
“3”
“4”
“5”
1.
Сцрят
30 м гачыш
(сан)
6,7–5,8
5,7–5,1 5,0 вя < 6,9–5,8
6,0–5,3 5,2 вя <
2.
Чевиклик
Мякик гачышы
(3х10 м)
(сан)
9,8–9,3
9,2–8,5 8,4 вя < 10,5–9,8 9,7–9,1 9,0 вя <
3.
Сцрят-эцъ
Йериндян
узунлуьа
тулланма (см)
136–154 155–179 180 вя > 121–144 145–169 170 вя >
4.
Дюзцмлцлцк
6 дягигялик гачыш
(м)
1050–
1199
1200–
1349
1350 вя > 850–999
1000–
1249
1250 вя >
5.
Яйилэянлик
Отурмуш вязий -
йятдя ирялийя
яйилмя (см)
4–7
8–11
12 вя >
6–11
12–19
20 вя >
6.
Гцввя
Щцндцр турникдя
салланмыш вязий -
йятдян дартынма
(дяфя)
4–5
6–7
8 вя >
Алчаг турникдя
узанараг саллан-
мыш вязиййятдян
дартынма (дяфя)
8–11
12–15
16 вя >
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə