Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə9/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

27
I NÖVBƏ
saat
II NÖVBƏ
saat
Yuxudan ayılmaq, gimnas­
tika, yatağı yığışdırmaq,
yuyunmaq
7.00
Yuxudan ayılmaq, gimnas­
tika, yatağı yığışdırmaq,
yuyunmaq
7.00
Səhər yeməyi
7.30
Səhər yeməyi
7.30
Məktəbə getmək, yol
7.50
Dərslərə hazırlaşmaq (hər 40–
45 dəqiqədən bir 5–10 də qiqə
bədən tərbiyəsi fasiləsi)
7.50
Məktəbdə dərslər
8.00
Sərbəst vaxt, evdə işləmək,
mütaliə
10.30
Məktəbdən evə qayıtmaq
13.30
Açıq havada gəzinti, 
oyun və s.
11.30
Günorta yeməyi
14.00
Günorta yeməyi
13.00
Açıq havada gəzinti, oyunlar
15.00
Məktəbə yol
13.30
Dərsləri hazırlamaq 
(hər 40–45 dəqiqədən bir 
5–10 dəqiqəlik bədən
tərbiyəsi fasiləsi)
16.30
Məktəbdə dərslər
14.00
Şam yeməyi və sərbəst
məşğələlər (yaradıcılıq,
mütaliə)
19.00
Məktəbdən evə qayıtmaq
20.00
Yatmağa hazırlaşmaq (geyim
və ayaqqabını təmizləmək,
qaydaya salmaq)
20.30
Şam yeməyi və sərbəst
məşğələlər (yaradıcılıq,
mütaliə)
20.30
Yuxu
22.00
Yatmağa hazırlaşmaq (geyim
və ayaqqabını təmizləmək,
qaydaya salmaq)
21.30
Yuxu
22.00
6. MƏŞĞƏLƏLƏR ZAMANI ŞƏXSİ GİGİYENA
Yeniyetmə orqanizminin dinamik inkişafı, onun fiziki hərəkətlərin icrasına
reaksiyası müxtəlif üzv və orqanların icra funksiyalarının formalaşması və
tək milləşməsi daimi gün rejiminin müəyyən olunmasını tələb edir. Gün reji mi
dərs, ev tapşırıqları, evdə ailəyə kömək, idman və sağlamlaşdırıcı məşğə lə ­
lər, istirahət, orqanizmin möhkəmləndirilməsi və s. kimi fəaliyyətlərə ayrılan
vaxtı düzgün və səmərəli planlaşdırmağa kömək edir. Hamı üçün eyni gün
rejimi tərtib etmək mümkün olsa da, bu düzgün deyil. Çünki bu zaman gün ­
də lik fəaliyyətin müxtəlifliyi, şəxsi maraq, sağlamlıq vəziyyəti, məktəbdə
dərslərin və müstəqil məşğələlərin qrafiki nəzərə alınmalıdır. Yuxarıda qeyd
olunan müxtəlifliklər istisna olmaqla, gün rejimində yeniyetmələrin vaxt böl ­
güsü təxminən aşağıdakı kimi olmalıdır: ev tapşırıqlarının həlli 2,5–3 saat;
məktəbdənkənar məşğələlər 1,5–2,5 saat; açıq havada olmaq (idman məşğələləri,
məktəbə gedərkən yola sərf olunan vaxt, həyətdə oyun) 2,5 saata qədər; səhər
gimnastikası, orqanizmin möhkəmləndirilməsi vasitələrindən istifadə, qida
qə bulu – 2 saat; yuxu 9–9,5 saat. Aşağıdakı cədvəldə 8­ci sinif şagirdlərinin
təx mini gün rejimi qrafiki verilmişdir.
 Çap üçün deyil


28
Gün rejiminin göstərilən nümunəsi şəraitdən, məktəbdə dərslərin başlanma
və qurtarmasından asılı olaraq dəyişdirilə bilər. Lakin istənilən halda gün
rejimi yeniyetmənin gündəlik fəaliyyətində bir nizam­intizam, qayda,
ardıcıllıq yaradır. 
Dərinin gigiyenası – bədəni xaricdən əhatə edən dəri, əslində, orqanizmin
fəaliyyəti üçün çox mühüm olan funksiyaları yerinə yetirir. Bunlar
aşağıdakılardır:
– dəri bədəni xaricdən əhatə edərək mexaniki toxumalardan qoruma
vəzifəsini yerinə yetirir;
– orqanizmə xaricdən mikrob və zərərli  maddələrin düşməsinin qarşısını
almaqla müdafiə funksiyasını yerinə yetirir;
– insanın tənəffüs aktında iştirak edir, orqanizmin istifadə etdiyi oksigenin
ümumi həcminin 1 %­i, orqanizmdən xaric edilən karbon qazının 3%­i dəri
vasitəsilə həyata keçirilir;
– orqanizmin istilik tənzimlənməsində iştirak edir, dəri səthinə yaxın
olan kapillyar damarlar şəbəkəsi və dəridə olan tər vəziləri vasitəsilə orqa ­
niz min hərarəti sabit saxlanılır. 
Göründüyü kimi, insan dərisinin orqanizmin normal fəaliyyəti üçün əhə ­
miyyəti olduqca böyükdür. Dərinin təmiz saxlanması onun yuxarıda qeyd
olunan funksiyalarının səmərəli olması üçün əsasdır. Dəridə tər və tük və ­
ziləri vardır. Fiziki hərəkətlərin icrası zamanı, hətta kiçik tərləmə ətraf mü ­
hit də olan toz, mikrob və s. ilə qarışaraq dəridəki bütün məsamələri və
qatları  tutur. Belə halda dəri vasitəsilə yuxarıda qeyd olunan qaz mübadiləsi
prosesi pozulur. Bu özü dəri qatının zəifləməsinə, müxtəlif dəri xəstəliklərinin
yaranmasına səbəb olur.
Hər bir məşğələdən, gündəlik fəaliyyətdən sonra dərinin yuyulması, duş
qəbul olunması sağlamlığın qorunması üçün olduqca zəruri amildir. Hər gün
sağlamlaşdırıcı məşğələləri yerinə yetirən, idman bölmələrində məşq edən
yeniyetmə üçün isti duş qəbul etmək vərdişə çevrilməlidir.
Dəri çoxsaylı hissi reseptorlara malikdir. Ətraf mühitdə baş verən
istənilən temperatur dəyişikliyi haqqında informasiya  dəri vasitəsilə mərkəzi
si nir sisteminə ötürülür, orqanizm bu mühitə uyğunlaşmaq üçün müəyyən
me  xanizmləri işə salır.  Dərinin yaş dəsmalla silinməsi, soyuq su ilə yuyunma
və s. orqanizmin ətraf mühitin dəyişməsinə qarşı müqavimət qabiliyyətini
ar  tırır, orqanizm möhkəmlənir. Geyim və ayaqqabı insan bədənini xa  rici
mü hitin əlverişsiz təsirlərindən qorumaq üçündür. Geyim insan bədəni ət ra ­
f ında süni mikroiqlim yaradır. İdman və məşğələlər üçün istifadə olunan
geyim istilik saxlamaq, hava keçirmək, elastiklik və suyu itələmə qabiliyyətinə
 Çap üçün deyil


29
malik olduqda öz təyinatına müvafiq hesab edilir. Sizin idman və fiziki
hərəkətləri icra edərkən istifadə etdiyiniz geyim yüngül olmalı, hərəkətin
sərbəst icrasına mane olmamalı, qan dövranını, tənəffüsü çətinləşdirməməlidir.
Müxtəlif hava şəraitində müvafiq geyim və ayaqqabı seçilməlidir. Lakin
istənilən halda hərəkətlərin intensiv icrası və böyük enerji sərfi ilə əlaqədar
çox qalın geyimdən istifadə yol verilməzdir.
İdman geyimi qeyd olunan tələblərə cavab verməklə yanaşı, idman
növünə də müvafiq olmalıdır. Geyim idman məşğələləri zamanı istifadə
olunmalı və mütəmadi olaraq yuyulmalıdır. Ayaqqabı ayağı zədələnmələrdən,
çirklənmədən, soyuqdan qorumalı, rahat, yüngül, yaraşıqlı və mütləq ayağın
ölçüsünə müvafiq olmalıdır.  Ensiz və dar ayaqqabı pəncənin qan dövranını
pisləşdirir, tədricən onu deformasiyaya uğradır, döyənəklərin yaranmasına
səbəb olur. Dar qış ayaqqabısı ayağın donması təhlükəsini yaradır.
7. ORQANİZMİN MÖHKƏMLƏNDİRİLMƏSİ
Orqanizmin möhkəmləndirilməsi onun müxtəlif xəstəliklər, soyuqdəymə
və s. qarşı müqavimətini artıran əsas vasitələrdən biridir. Fiziki cəhətdən
zəif və fiziki qüsuru olan lar üçün bu xüsusilə vacibdir. 
Orqanizmi möhkəmləndirmə vasitələri müxtəlifdir. Bunlar, əsasən, hava,
günəş və su hesab olunur. Bu vasitələrdən istifadə haq qında aşağı siniflərdə
xeyli məlumat verilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, orqanizmin möh ­
kəmləndirilməsinin ən əsas vasitəsi fiziki hərəkətlərin icrasıdır. Fiziki hə rə ­
kətlər və hava, su, günəş kimi vasitələrdən birgə istifadə etdikdə  orqanizmin
arzu edilən  möhkəmliyinə nail olmaq mümkündür.
Orqanizmin möhkəmlənməsi onun fiziki, mexaniki, temperatur dəyişikliyi
kimi təsirlərə cavab reaksiyası əsasında formalaşır. Orqanizmə təsir formalarının
əksəriyyətini özündə birləşdirən idman növü üzgüçülükdür. Aşağı siniflərdə
üzmə üsulları, onların öyrədilməsi ardıcıllığı, zəruri hərəkətlər haqqında ət ­
raf lı məlumat verilmişdir. Burada əsas diqqət su mühitində icra olunan hərə ­
kətlərə və onların orqanizmə  sağlamlaşdırıcı təsirinə yönəlmişdir. 
Su mühiti sürətli hərəkət və onun müqavimətini dəf etmək üçün məşğul
olanlardan böyük səy tələb edir. Suyun fiziki, mexaniki və temperatur təsiri
orqanizmin bütün üzv və sistemlərinə müsbət təsir göstərir. Su mühitində
sis temli aparılan məşğələlər ürək­damar sisteminin inkişafına, möhkəm lən ­
mə sinə, tənəffüs əzələlərinin güclənməsinə, döş qəfəsinin və ağciyərin həyat
tutumunun genişlənməsinə səbəb olur. Məsələn, suda, hətta yüngül hərəkətlərin
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə