Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   2   3   4   5   6   7   8   9   ...   36

12
Skelet əzələləri yerinə yetirdiyi funksiya və yerləşmə sahəsindən asılı
olaraq müxtəlif formada və ölçüdə olur (şəkil 4). Bu müxtəliflik insan
orqanizminin təkamülü ərzində  hərəki fəaliyyətlə əlaqədar formalaşmışdır.
Cinsi yetişkənlik dövründə yeniyetmələrin əzələ sistemi əhəmiyyətli
dərəcədə dəyişikliyə uğrayır. 14–15 yaşda oynaq­bağ aparatı, əzələ və
vətərlər, həmçinin skelet əzələlərində toxumaların diferensiasiyası yüksək
səviyyəyə çatır. 13 yaşdan başlayaraq əzələ kütləsinin artmasında kəskin
sıçrayış baş verir, əzələlər sürətlə inkişaf edir. Əzələ kütləsinin inkişafı ilə
əlaqədar əzələ liflərinin diametri dəyişir. Əsasən, onların qalınlığı artır.
Əzələ sisteminin arzuolunan inkişafını təmin etmək üçün aşağıdakılara
əməl olunmalıdır:
1. İnkişaf etdirilməsi (məsələn, qüvvə qabiliyyətinin) zəruri olan əzələ
qruplarının müəyyən edilməsi.
2. Hərəkətlərin müəyyən olunması.
3. Hərəkətlərin icra ardıcıllığının, icra rejiminin və təkrarlanma sayının
müəyyən olunması.
4. Hərəkətlərin sistemli və davamlı yerinə yetirilməsi.
5. Fiziki yükün hər kəs üçün optimal səviyyəsinin müəyyən olunması.
6. Düzgün qidalanmanın və istirahətin təşkili.
Şəkil 4. Əzələlərin formaları
Mövzu üzrə suallar
1. İnsan bədənində neçə tip əzələ toxuması vardır?
2. Əzələ insan orqanizmində hansı funksiyaları yerinə yetirir?
3. Skelet əzələləri hansı rejimdə təqəllüs edir?
4. Əzələ təqəllüsündə orqanizmin hansı üzv və sistemləri iştirak edir?
5. İnsanın əzələ kütləsi nəyin hesabına böyüyüb qalınlaşır?
 Çap üçün deyil


13
3. ENDOKRİN   SİSTEMİ
Yeniyetməlik yaş dövrü orqanizmdə endokrin sisteminin kəskin fəallaşması
ilə xarakterizə olunur. Cinsi hormonların artması, qalxanabənzər vəzin və
böyrəküstü vəzlərin fəallığının yüksəlməsi yeniyetmə dövrünün ilkin
mərhələsinə təsadüf edir (11–13 yaş qızlar və 13–14 yaş oğlanlar). Bu
dövrdə yeniyetmələr cinsi yetişkənliyin II və III mərhələlərində olurlar.
Qeyd olunan müddət ər zin də əhəmiyyətli morfofunksional dəyişikliklər baş
verir, maddələr mübadiləsinin yüksək aktivliyi müşahidə olunur, hüceyrə və
toxumaların diferensiasiyası (təbəqələşməsi) artır, boyatma prosesi intensivləşir.
Bunların nəticəsində sakit halda orqanizmin bütün üzv və sistemlərinin
həddindən artıq aktivliyi meydana çıxır. Bu da öz növbəsində orqanizmin
xarici təsirlərə qarşı aşağı və ya həddindən artıq yüksək reaktivliyinə şərait
yaradır. Bununla əlaqədar olaraq, yeniyetmənin orqanizmində funksional və
adaptiv imkanların azalması müşahidə olunur.
Yeniyetməlik dövründə  mərkəzi sinir sisteminin, ürək­damar və tənəffüs
sistemlərinin fiziki yükə reaksiyası 9–10 yaşlı uşaqlara nisbətən aşağı ola
bilər. Çox hallarda bu reaksiya optimal, mümkün olan həddi aşır. Bəzən
məşqə, məşğələlərə və fiziki hərəkətlərin icrasına yeniyetmə orqanizminin
fizioloji sistemlərinin həddindən artıq reaktivliyi yeniyetmənin sağlamlığında
xoşagəlməz halların meydana gəlməsinə səbəb olur. Bu isə müxtəlif istiqamətli
(qüvvə, dözümlülük və s.) fiziki yükün yerinə yetirilməsi zamanı onun çox
dəqiqliklə dozalaşdırılması, yeniyetmənin həyatının bu inkişaf mərhələsində
onun sağlamlığı üzərində tibbi nəzarətin aparılması zərurətini yaradır.
Bütün bunlar hər bir yeniyetmədən öz sağlamlığına, fiziki inkişafına,
fiziki yükə nəzarət etmək bacarığına yiyələnməyi tələb edir. 
Yeniyetmə dövründə oğlanların və qızların fiziki inkişaf tempinin eyni
olmaması, eyni zamanda bu halın cinsi yetişkənlikdə də müşahidə olunması
bir sinifdə təhsil alan şagird kontingentinin müxtəlifliyinə gətirib çıxarır.
Bununla əlaqədar olaraq, “bioloji yaş” anlayışının izahına ehtiyac duyulur.
Bioloji yaş anlayışı altında həyatın müəyyən bir dövrünə qədər yaşamış
orqanizmin yetkinlik dərəcəsi başa düşülür. Bununla yanaşı, “xronoloji” və
ya “təqvim” yaşı dedikdə isə insanın doğulduğu andan keçən vaxt göstəricisi
nəzərdə tutulur. Həm uşaqların, həm də yeniyetmələrin fərdi inkişafında
bioloji və təqvim yaşları arasında aşağıdakı üç variantda fərqlərə rast gəlinir:
1. Retardasiya – bioloji yaşın təqvim yaşından geridə qalması;
2. Orta – bioloji və təqvim yaşlarının eyniliyi;
3. Akselerasiya – bioloji yaşın təqvim yaşından yüksək olması.
 Çap üçün deyil


14
4. QANDAŞIYICI  SİSTEM
Yeniyetmənin əzələ fəaliyyətinin təmin olunmasında  qandaşıyıcı siste ­
min xüsusi rolu vardır.  Qandaşıyıcı sistem orqanizmin hüceyrə, toxuma və
orqanlarının zəruri maddələrlə təchiz olunmasını həyata keçirir. Bu sistemin
əsas funksiyası aşağıdakılardır:
– ağciyərlərdən oksigenin hüceyrələrə daşınması;
– hüceyrələrdən karbon qazının ağciyərlərə daşınması;
– qida maddələrinin və hormonların bədən hüceyrələrinə daşınması;
– mübadilə məhsullarının
(şlak) böyrəklərə daşınması;
– bədənin daxili hə ra rə ­
tinin sabitliyini saxlamaq
üçün istilik enerjisinin də  ri
səthinə daşınması.
Qandaşıyıcı sistem bir
sıra orqanlardan ibarətdir. Bu
orqanlar birgə işlə yərək qan ­
daşıma  sistemini  for ma laş ­
dı rır. Buraya aşağıdakılar da ­
xildir:
Ürək – döş qəfəsinin or ­
tasında ağciyərlərin ara sın ­
da yerləşən əzələdən ibarət
üzvdür (şəkil 5). Bu üzv qan ­
daşıyıcı  sistemin  hərə kət ve ­
rici qüvvəsidir. Ürək 4 ka ­
meradan və ya boşluqdan
ibarət olub, ikili nasosa bən ­
zəyir: sağ mə 
dəcik və sağ
qulaqcıq; sol mədəcik və sol
qulaqcıq. Oksi genlə zən  gin olmayan qan (venoz) ürəyin sağ mədəciyindən
nis bətən aşağı təz yiqlə ağciyərlərə göndərilir. Ağciyərlərdən qayıdan və
ok 
si 
genlə zən 
ginləşmiş qan ürəyin sol mədəciyindən nisbətən yüksək
təzyiqlə bədənin bü tün üzvlərinə paylanır. Beləliklə, ritmik təqəllüs edən
ürək əzə 
lələri qa 
nın ağciyərlərdə oksigenlə zənginləşməsini və bundan
sonra onun orqanizmin üzv və toxumalarına göndərilməsini təmin edir (şə ­
kil 6).
Şəkil 5. Ürəyin quruluşu
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə