Design ft derslik 8 2017 Layout 1



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə3/36
tarix26.03.2018
ölçüsü3,8 Kb.
#33848
1   2   3   4   5   6   7   8   9   ...   36

9
2. ƏZƏLƏ SİSTEMİ
Cinsi yetişkənlik dövründə yeniyetmənin əzələ sistemi əhəmiyyətli dərəcədə
dəyişikliyə uğrayır. İnsan bədənində 600­ə yaxın əzələ vardır. Bu, orta hesabla
bədənin çəkisinin 40%­ni təşkil edir. İnsan bədənində 3 tip əzələ toxuması
möv cuddur:
– saya əzələ toxumaları;
– ürək əzələ toxumaları;
– skelet əzələ toxumaları.
Saya əzələ toxuması – qeyri­ixtiyari təqəllüs* xüsusiyyətinə malik olub,
boru formalı orqanlarda: qida borusu, qan damarları və respirator orqanlarda
rast gəlinir. 
Ürək əzələləri – bu əzələ toxumasına ancaq ürəkdə rast gəlinir.
Skelet əzələlərinin funksiyaları. Skelet əzələləri hərəkət aparatının fəal
hissəsini təşkil edir. Hər bir skelet əzələsi eninəzolaqlı əzələ toxuma sından,
birləşdirici toxumalardan, damar və sinirlərdən ibarətdir. Sinir impulslarının
təsiri ilə əzələlər təqəllüs edir, sümük linklərini hərəkətə gətirərək bədənin
vəziyyətini dəyişir.  
Skelet əzələləri sümüklərə bağlanır və iradi təqəllüs edərək insan bədəninin
və ya ətrafların zaman və məkan daxilində yerdəyişməsini həyata keçirir.
Lakin burada əzələ birbaşa qüvvə təzahür etdirən bir üzv kimi çıxış edir. Əs ­
lində, bu proses orqanizmin bir sıra üzv və toxumalarının iştirakı ilə mümkün
olur. Bunlar aşağıdakılardır:
– təqəllüs edərək qüvvə təzahür etdirən əzələ toxuması;
– əzələlərin sümüklərə birləşməsini təmin edən, onları daxildən və xaricdən
əhatə edən birləşdirici toxumalar;
– beyindən əzələyə və əzələdən beyinə informasiya, sinir impulslarını
ötü rən sinir toxumaları;
– əzələyə qida maddələri, oksigen daşıyan, mübadilə məhsullarını orqa ­
nizmdən xaric edən, maye balansını tənzimləyən qan damarları.    
İnsanın bütün əzələ fəaliyyəti mərkəzi sinir sistemi tərəfindən tənzimlənir.
Bu tənzimlənmə birbaşa baş beyindən və onurğa beyinindən gələn impulslar
vasitəsilə həyata keçirilir. Beləliklə, əzələ insan orqanizmində aşağıdakı
funksiyaları yerinə yetirir:
– beyindən gələn sinir impulslarına müvafiq iradi hərəkətləri (qaçış, yeriş,
oyun, fiziki iş və s.) icra edir;
Тягяллцс – йыьылма
 Çap üçün deyil


10
– insanın duruş vəziyyətini təmin edir. Bu bizim ağırlıq qüvvəsinə nisbətən
bədənimizin yerləşmə vəziyyətini tənzimləməklə əlaqədar olan fəaliyyətdir;
– qeyri­iradi (reflektor) hərəkətləri icra edir.
İnsanın yeriş, qaçış, atılma, tullanma və s. hərəki fəaliyyəti müxtəlif növ
və müxtəlif sayda skelet əzələlərinin iştirakı ilə baş verir. Xüsusi qeyd olun ­
malıdır ki, skelet əzələləri yalnız dartma rejimində təqəllüs edir. Bu səbəbdən
də bütün oynaqlar əzələlərlə əhatə olunmuşdur. Hər hansı ətrafın, hətta adi
barmağın bükülməsi bir əzələnin açılması, di gər əzələnin isə eyni zamanda
yığılması hesabına baş verir. 
Bəzən bir hərəkətin icrasında bir neçə, hətta çoxsaylı əzələ qrupu işti rak
edir. Məlum olmuşdur ki, adi hesab olunan qaçış hərəkətində 250­dən artıq
əzələ iştirak edir. Eyni hərəkətin icrasında iştirak edən, oynağın bir tərəfində
yerləşən əzələlər sinergist, əks tərəfdə yerləşən əzələlər isə antaqonist əzə ­
lələr adlanır. Müx  təlif əzələ qrupları ümumilikdə insanın əzələ sistemini
formalaşdırır (şəkil 2, 3).
Şəkil 2
Şəkil 3
 Çap üçün deyil


11
Əzələnin strukturu. Hər bir skelet əzələsi xaricdən  birləşdirici toxuma
– fas siya ilə əhatə olunmuşdur. Bu, əzələyə müəyyən forma verir və başqa
əzə lə lərin sürüşməsi üçün mühit yaradır. Birləşdirici toxumanın daxilində
çox saylı uzun və nazik əzələ lifləri yerləşir. Skelet əzələlərinin daxili hissəsi
əzələ liflərindən təşkil edilmişdir. Əzələ liflərinin özü isə çoxsaylı, paralel
miofibrillərdən təşkil olunmuşdur. Miofibrillər özləri də çox nazik saplardan,
filomentlərdən ibarətdir ki, onların da tərkibi müəyyən zülallardan: aktin və
miozindən ibarətdir. Əzələnin təqəllüs edən hissəsi məhz bu filomentlərdir.
Təqəllüs xüsusiyyətlərinə görə əzələ lifləri bir neçə qrupa bölünür.
Birinci qrupa aid olan liflər “ləng” (qırmızı) adlanır. Bu liflər nisbətən gec
tə qəllüs xü susiyyətinə malik olsalar da, yüksək dözümlülüyə, yəni uzun
müd dət ərzin də təqəllüs etmək, iş görmək qabiliyyətinə malikdirlər. Bu lif ­
ləri fərqləndirən qırmızı rəng əzələdə mioqlobinin və qan damarlarının çox ­
lu ğudur. Bu da həmin liflərdə enerji mənbələrinin aerob yolla bərpasına
şərait yaradır.
İkinci qrup əzələ lifləri yüksək dözümlülük keyfiyyətlərinə malik olmasa
da, güclü, sürətli təqəllüs qabiliyyətinə malikdir. Bu cür əzələ liflərində ka ­
pillyarlar az olduğuna görə mioqlobin aşağı sə viy yədə olur. Lakin qliko ge ­
nin yüksək olması bu əzələ liflərində enerji mən bə yi nin anaerob yolla bər ­
pa sına imkan verir. İkinci qrup əzələ lifləri özləri də iki yerə bölünür və şərti
olaraq 2A və 2B adlanır. Burada birincilər sürətli, ikin ci isə sürətli­dözümlü
hesab olunur.
Hər bir insanda yuxarıda qeyd olunan əzələ liflərinin miqdarı və nisbəti
müxtəlifdir. Məhz bundan asılı olaraq bir yeniyetmə sürətli, güclü, digəri isə
dözümlüdür. Lakin nəzərə almaq lazımdır ki, əzələ liflərinin nisbətindən
ası lı olmayaraq, bütün insanlarda istənilən hərəki qabiliyyəti inkişaf etdirmək
mümkündür. Bunun üçün sadəcə olaraq düzgün hərəkətlər seçmək və onları
məq sədəuyğun icra rejimində yerinə yetirmək kifayətdir. Xüsusi seçilmiş
hə rəkətlərin icrası zamanı müvafiq əzələ liflərinin en kəsiyi qalınlaşır, bu
liflərin əzələdə tutduğu sahə böyüyür və beləliklə də, müvafiq hə rəki qa bi ­
liyyətin arzuolunan səviyyəsi əldə olunur. Xüsusi qeyd etmək lazımdır ki,
yeni yetmə yaş dövründə orqanizmin əzələ lifləri yerinə yetirilən fiziki hərə ­
kət lərin təsirinə daha həssasdır və məşqlərin effekti daha tez əldə olunur. 
İnsanın bütün hərəkətlərinin əsasında duran əzələ təqəllüsündə mərkəzi
sinir sistemi, hissi (afferent sinir lifləri) sinirlər, hərəki (efferent sinir sis te ­
mi) sinirlər və işçi üzv­əzələ iştirak edir. Bütün bunlar birlikdə refleks qöv ­
sünü təşkil edir. 
 Çap üçün deyil


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə