Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə119/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   115   116   117   118   119   120   121   122   ...   138

250 
 
Mingəçevir  Ģəhərlərində,  Füzuli,  Cəbrayıl,  Beyləqan  və  Qubadlı  rayonlarında 
yaĢayırlar. 
Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  Ağbulaq  kəndində  anadan  olmuĢ 
Seymur Quliyev qəhrəmancasına həlak olmuĢdur. 
Kəndin toponimləri: Ağbulaq, Xor-xor bulaq, Çömçə bulaq, DaĢ bulaq, 
AləmĢah,  Zaman  təpəsi,  ÇiriĢli,  Dəf  yalı,  ġingirlik,  Qalanın  quzeyi,  Çarıq 
dələn, Vənli güney, Mac, Kəndirbaz, Gəlin qaya, GamıĢ yatağı, Öküz ziyarəti, 
Pullu bulaq, Oğlan-qız, Qanbel, Yellicə, Sadıq gölü, Seyidlər düĢən və s. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Telman Əliyevə təĢəkkürümüzü bildiririk - müəll.). 
 
Qurdqalaq kəndi 
  
Gorus  rayon  mərkəzindən  40  km  cənub-Ģərqdə,  Gorus-Qafan  avtomobil 
yolunun  sağ  tərəfində,  meĢəliyin  içərisində  yerləĢmiĢdir.  Kəndin  1865-ci  ildə 
Qubadlı  rayonunun  Hacılar  kəndindən  köçən  adamlar  tərəfindən  salındığı  güman 
olunur. 
Toponimləri:  Qızılqaya,  Bəbirin  yeri,  Uzun  güney,  Bəxtiyar  dərəsi, 
Almalıq, Soyuq bulaq, Ağa çayı, Qiblə daĢı və s. 
1918-ci  ildə  Qurdqalaq  kəndi  ermənilər  tərəfindən  dağıdılmıĢ,  kənd 
camaatının bir hissəsi qətlə yetirilmiĢ, bir hissəsi isə (təxminən 70-80 ailə) Qubadlı 
və  Cəbrayıl rayonlarına  qaçmıĢlar. Sovet  hökuməti qurulduqdan sonra  Qurdqalaq 
camaatından  35-40  ailə  yenidən  Gorusa  qayıdaraq,  öz  kəndlərini  bərpa  etmiĢlər. 
Kənddə 1934-cü ildə ibtidai məktəb açılmıĢ, 1935-ci ildə isə kolxoz qurulmuĢdur. 
Ġkinci  Dünya  Müharibəsində  Qurdqalaq  kəndindən  27  nəfər  iĢtirak  etmiĢ, 
onlardan 21 nəfəri həlak olmuĢdur. 
1988-ci ildə kənddə 55 təsərrüfat, 150 nəfər əhali olmuĢdur. Kəndin klubu, 
məktəbi,  kitabxanası,  tibb  məntəqəsi,  mağazası,  su  dəyirmanı,  idarə  binası  və  s. 
sosial obyektləri var idi. 
1988-ci ilin noyabrın sonlarında Qurdqalaq kəndi ermənilər tərəfindən zorla 
boĢaldılmıĢ,  kolxozun  və  kənd  camaatının  bütün  əmlakı,  o  cümlədən  evləri 
əllərindən alınmıĢdır. Hal-hazırda Qurdqalaq kəndinin sakinləri Bakı və Sumqayıt 
Ģəhərlərində, AbĢeron, Beyləqan, Qubadlı və Füzuli rayonlarında məskunlaĢmıĢlar. 
Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  Qurdqalaq  kəndindən  4  nəfər  Ģəhid 
olmuĢdur:  Babayev  Nizami  Hidayət  oğlu,  Ağayev  Habil  Kamil  oğlu, 
Məmmədov MüĢviq Yusif oğlu, Əsgərov ġahin Rəcəb oğlu. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Telman Əliyevə təĢəkkürümüzü bildiririk - müəll.). 
 
 
 


251 
 
ġahverdilər kəndi 
 
Gorus  rayon  mərkəzindən  14  km  cənubda,  Gorus-Qafan  Ģosse  yolunun 
kənarında, Bazar çayın (BərguĢad) üzərində yerləĢmiĢdir. Kəndin ətrafında qədim 
Alban kilsəsinin və qəbiristanlığının qalıqları var idi. 
1918-ci  ildə  kənddə  100-ə  yaxın  ev  olmuĢdur.  Andronikin  və  Nijdehin 
quldur dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında ġahverdilər kəndinə basqın 
etmiĢ,  kəndi  dağıtmıĢlar.  DaĢnaklarla  mübarizədə  kənd  camaatının  böyük 
qəhrəmanlıq  göstərməsinə  baxmayaraq,  ermənilər  ġahverdilər  kəndini  yandırmıĢ, 
kənd  sakinlərindən  87  nəfəri  qətlə  yetirmiĢ,  qalan  camaat  isə  Qubadlı  rayonuna 
qaçmıĢdır.  Qaçqın  düĢmüĢ  ġahverdilər  camaatı  ġuĢa,  Ağdam,  Yevlax  və  Bakıda 
məskunlaĢmıĢlar. Sovet  hökuməti qurulduqdan sonra cəmi 40  ailə  yenidən  geriyə 
dönərək ġahverdilər kəndini bərpa etmiĢlər. 
1933-cü  ildə  kənddə  kolxoz  qurulmuĢ,  1935-ci  ildə  isə  ibtidai  məktəb 
açılmıĢdır. Böyük Vətən Müharibəsində kənddən 26 nəfər iĢtirak etmiĢ, onlardan 9 
nəfəri geriyə qayıtmamıĢdır. 
1951-ci  ildə  ġahverdilər  kəndinin  camaatı  deportasiya  olunaraq  Yevlax 
rayonunun Hürü uĢağı və Borçalı kəndlərinə köçürülmüĢlər. Kəndin təsərrüfatı və 
torpaqları  isə  Xot  və  Kürdük  erməni  kəndlərinə  verilmiĢdir.  1954-cü  ildə 
ġahverdilər  kəndinin  camaatının  bir  hissəsi  yenidən  geriyə  qayıdaraq,  öz 
kəndlərində  məskunlaĢmıĢlar.  Kolxoz  və  kənd  sovetliyi  isə  Xot  kəndində 
qalmıĢdır. 
1961-ci ildə Tatev su elektrik stansiyası tikilərkən kəndin adı dəyiĢdirilərək, 
"Vorotan"  qəsəbəsi  adlandırılmıĢdır.  Həmin  vaxtdan  8  erməni  ailəsi  ġahverdilər 
kəndinə köçərək, orada məskunlaĢmıĢlar. Kənddə 8 illik məktəb, kitabxana, klub, 
tibb məntəqəsi, poçt binası, mağaza var idi. 
1988-ci  ildə  kənddə  15  ev,  80  nəfər  əhali  var  idi.  Həmin  ilin  noyabrında 
rayonun digər kəndləri kimi, ġahverdilər kəndi də boĢaldıldı, əhalinin var-dövləti, 
ev-eĢiyi əvəzsiz olaraq ermənilərə qaldı. 
Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  Ģəhid  olmuĢ  Tahirov  Rəhim  Əvəz 
oğlu və müstəqil respublikamızın ilk generallarından biri olan Əliyev Tahir Yunus 
oğlu ġahverdilər kəndində anadan olmuĢdur. 
ġahverdilər  kəndinin  toponimləri:  Süleyman  bulağı,  Dolayı  bulaq,  Qırğı 
bulağı, Cəhənnəm dərəsi, Cinni dərə, Düzülmə qaya, Dəlik daĢ, Oxçu kahası, 
Qara qaya, Qapı daĢı, Heydərin yurdu və s. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Tahirov Ġslam Əvəz oğluna təĢəkkürümüzü bildiririk - müəll.). 
 
 
 
 


252 
 
ġurnuxu kəndi 
 
ġurnuxu  kəndi  Gorus  rayonunun  ən  böyük  azərbaycanlı  kəndi  idi.  Gorus 
rayon  mərkəzindən  27  km  cənubda,  meĢənin  içərisində,  Qafan-Gorus  magistral 
yolunun  kənarında,  Ağbulaq,  ġamsız,  ġahverdilər  və  Çayzəmi  kəndlərinin 
yaxınlığında  yerləĢmiĢdi.  1988-ci  ildə  kənddə  100  ev,  800-ə  yaxın  əhali  var  idi. 
Kənddə  ən  qədim  zamanlardan  son  illərə  (1989)  qədər  yalnız  azərbaycanlılar 
yaĢamıĢdır.  ġurnuxu  kəndinin  ətrafında  qədim  kilsənin  və  qəbiristanlığın 
qalıqlarının, Kəpəz dağı adlanan yerdəki ibadətgahın (pir) olması bu kəndin qədim 
tarixə  malik  olduğunu  göstərən  faktlardır.  ġurnuxu  kəndinin  yaxınlığında  vaxtilə 
Ağvanlı  adlı  azərbaycanlı  kəndi  olmuĢ,  1918-ci  ildə  həmin  kənd  dağıdılmıĢ  və 
sonra  bərpa  edilməmiĢdir.  Ağvanlı  toponimi  də  bu  yerlərin  qədim  Albaniya  ilə 
bağlılığını göstərən tarixi faktdır. 
1918-20-ci  illərdə  ġurnuxu  kəndi  dağıdılmıĢ,  kənd  camaatının  bir  hissəsi 
qətlə yetirilmiĢ, bir hissəsi isə qaçqın düĢərək Qubadlı və Cəbrayıl rayonuna pənah 
aparmıĢlar. Sovet hökuməti qurulduqdan sonra ġurnuxu camaatı yenidən öz doğma 
kəndlərinə  qayıtmıĢ,  dağıdılmıĢ  təsərrüfatlarını  bərpa  etmiĢlər.  1930-cu  ildə 
ġurnuxuda  ibtidai  məktəb  açılmıĢ,  1931-ci  ildə  kolxoz  qurulmuĢdur  (qonĢu 
Ağbulaq və ġamsız kəndləri ilə birlikdə). Ġkinci Dünya Müharibəsində ġurnuxudan 
70-dən çox adam iĢtirak etmiĢ, onlardan 25 nəfəri geri qayıtmamıĢdır. 
Ġkinci  Dünya  Müharibəsindən  sonrakı  illərdə  Gorus  rayonunda  ermənilər 
azərbaycanlı  əhaliyə  qarĢı  təcavüzkar  münasibətlərini  daha  da  gücləndirdilər. 
1948-52-ci  illərin  deportasiyası  zamanı  digər  azərbaycanlı  kəndləri  kimi, 
ġurnuxu  camaatının  da  bir  hissəsi  köçüb  Azərbaycana  gəlmiĢ,  Bakı, 
Sumqayıt, Ağdam, Mingəçevir və Bərdə Ģəhərlərində məskunlaĢmıĢlar. 
Ermənilərin  apardıqları  milli  ayrı-seçkiliyə  baxmayaraq,  70-80-ci  illərdə 
ġurnuxu  kəndi  xeyli  inkiĢaf  etmiĢdi.  Kənddə  müasir  tipli  məktəb  binası,  klub, 
kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür Ģəraiti 
olan xüsusi evlər tikilmiĢdi. 1988-ci il noyabrın sonlarında Gorus rayon partiya və 
hökumət  rəhbərliyinin  təĢkilatçılığı  ilə  rayonun  bütün  azərbaycanlı  kəndləri,  o 
cümlədən,  ġurnuxu  kəndinin  camaatı  zorla  deportasiya  olunaraq,  Azərbaycana 
qovuldular.  Kənd  camaatının  böyük  əksəriyyəti  ev  əĢyalarını  çıxarda  bilmədilər. 
Evlərin çoxu dəyiĢilməmiĢ qaldı. 
Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  ġurnuxudan  5  nəfər  Ģəhid  olmuĢdu 
(Niftəliyev  Azər  Bayram  oğlu  -  baĢ  leytenant,  ölümündən  sonra  "Azərbaycan 
bayrağı"  ordeni  ilə  təltif  olunmuĢdu;  Ağayev  Mehman  Müseyib  oğlu,  ġükürov 
Seymur  ġəmil  oğlu,  Adıgözəlov  ElĢən  Telman  oğlu,  Muradov  Elbariz  Cənnət 
oğlu). 
Görkəmli alim, Azərbaycanda oftolmologiya elminin banilərindən biri, 
akademik Ümnisə xanım Musabəyova ġurnuxuda anadan olmuĢdur. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə