Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə120/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   116   117   118   119   120   121   122   123   ...   138

253 
 
ġurnuxu  kəndinin  toponimləri:  Kəpəz  dağı,  Qəhrəman  çiməni, 
Armudluq,  Almalıq,  Acıqlı  güney,  EĢĢək  meydanı,  Donuz  damı,  Qaramalıq, 
üç ağac, Məscidli, Mərcimək yurdu, Xarab körpü, Anabat, Dəhnə, Göy bulaq, 
HəĢim  bəy  bulağı,  Ağ  bulaq,  Soyuq  bulaq,  LayıĢ  bulağı,  Tas,  Cəhənnəm 
dərəsi, Qaranlıq meĢə və s. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Əzəmət Rüstəmliyə təĢəkkürümüzü bildiririk - müəll.). 
 
MEĞRĠ RAYONU 
(Mığrı) 
 
Zəngəzurun  cənub  və  cənub-Ģərq  hissəsini  Meğri  rayonunun  ərazisi  təĢkil 
edir. Zəngəzur Ermənistana verildikdən sonra, 1930-cu ildə təĢkil olunmuĢ Meğri 
rayonunun ərazisi 664 km
2
, inzibati mərkəzi Meğri Ģəhər tipli qəsəbəsi olmuĢdur. 
Zəngəzurun  cənub-Ģərqində,  Meğri  və  Qafan  rayonlarının  sərhədini  Meğri 
dağ  silsiləsi  təĢkil  edir.  Bu  silsilə  dağlar  Zəngəzur  dağlarının  cənub-Ģərqindən 
baĢlayaraq,  Araz  çayı  vadisində  qurtarır.  Dağ  silsiləsinin  uzunluğu  59  km, 
maksimum  yüksəkliyi  (3256  m)  Bacassar  zirvəsidir.  Meğri  dağları  tektonik 
aĢınmalara  məruz  qalmıĢdır,  qeyri-mütənasib  quruluĢa  malikdir.  Cənuba  doğru 
Meğri,  Malev,  ġvanizor,  Nüvədi  çayları  ilə  parçalanmıĢdır,  Ģimal  sinələri  isə 
nisbətən qısa qollar və sıldırım qayalar Ģəklində nəzərə çarpır. 
Faydalı  qazıntılardan,  molibden,  qızıl,  gümüĢ  və  baĢqa  mədən  yataqları 
vardır. 
Qonur  meĢə,  meĢə-səhra  və  alp  çəmənlik  torpaqları    üstünlük  təĢkil  edir. 
Dağətəyi yamaclar seyrək palıd, vələs meĢələri ilə örtülmüĢdür. 
Bütün  Zəngəzur  mahalı  kimi,  Meğri  rayonu  da  ən  qədim  yaĢayıĢ 
məskənlərindən sayılır. Aparılan qazıntı iĢləri zamanı Meğri rayonunun ərazisində 
eradan  əvvəl  VII  əsrə  aid  olan  döyüĢ  və  bəzək  əĢyaları  tapılmıĢdır.  Meğri 
rayonunun  ərazisi  Sünik  knyazlığında  mövcud  olan  12  əyalətdən  biri  sayılan 
Arevik qəzasına uyğun gəlir. 
Müxtəlif fikirlər olsa  da, "Meğri" sözünün  mənası tam aydınlaĢdırılmayıb. 
Ermənilər  bu  topomorfantın  izahını  erməni  dilində  olan  "meğ"  -  "bal"  sözü  ilə 
əlaqələndirərək,  guya  buranın  "Ballı  dərə"  adlandırıldığını  söyləyirlər.  Lakin  bu 
izah inandırıcı görünmür. Ən azı ona görə ki, çiçəkli, güllü, dar, dərin, daĢlı dərə 
olar, lakin "ballı dərə" olmaz. 
Digər  tərəfdən  Meğri  rayonunda  insanların  min  illərlə  yaĢamasına 
baxmayaraq,  Meğri  adı  mənbələrdə  ilk  dəfə  1676-cı  ildə  çəkilir.  Bu  dövr  isə 
məlum olduğu kimi, Osmanlı imperiyası ilə Ġran Ģahlığı arasında Zəngəzur uğrunda 
gedən mübarizələrlə xarakterizə olunur. Heç Ģübhəsiz ki, Meğri sözü ya fars, ya da 
türk dilində olmalıdır. 


254 
 
Meğri  adının  Sasanilər  dövlətinin  hökmdarlarından  olmuĢ  Mehranilər 
sülaləsinin  adı  ilə  əlaqələndirilməsi  də  inandırıcı  görünmür.  Akademik  Budaq 
Budaqov və professor Qiyasəddin Qeybullayev "meğri" sözünü "miğri"  - türkdilli 
xalqlarda "yarğan, uçurum" mənasını verən "migir" sözü ilə əlaqələndirirlər. 
TanınmıĢ Ģair - publisist Hidayət öz ana yurdu Mığrı rayonunun adını 
türk soylu "mığır" tayfalarının adı ilə əlaqələndirir. 
Rayonda  aparılan  qazıntılar  zamanı  tapılmıĢ  bürünc  dövrünün  yadigarları 
sayılan  yarpaq  Ģəkilli,  dairəvi  dəstəkli  qılınclar,  e.ə.  VII-VI  əsrə  aid  zərgərlik 
əĢyaları  (bəzəkli  qalxanlar,  muncuqlar,  ayĢəkilli  bəzəklər)  və  s.  Meğrinin  lap 
qədimdən inzibati mərkəz kimi formalaĢdığını sübut edən tutarlı dəlillərdir. 
Xristianlıq Qafqaza yayıldıqdan çox sonra təxminən IX əsrin sonu, X əsrin 
əvvəllərində Meğridə ilk kilsə - Alban kilsəsi inĢa edilmiĢ, bu Ģəhər isə Qarğavan 
adlandırılmıĢdır. 
1105-ci  ildə  Səlcuq-türk  qoĢunları  Meğrini  ələ  keçirmiĢlər.  Erməni 
mənbələrində  1106-cı  ildə  Əmir  Harunun  qoĢunlarının  burada  böyük  qırğınlar 
törətdiyi qeyd olunur. 
Meğri rayonunun orta əsrlərdəki tarixi Zəngəzurun digər torpaqlarının tarixi 
ilə  eynidir.  Yəni  Səlcuqlardan  sonra  buraya  moğol-tatar  türkləri,  daha  sonra 
Qaraqoyunlular və Ağqoyunlular, Əmir Teymur, ondan sonra isə Ģiəliyi dövlət 
dininə  çevirmiĢ  Səfəvilər  Meğridə  öz  hakimiyyətlərini  qurmuĢlar.  Tarixi 
mənbələrdə  Ģiəliyə  etiraz  edən  Meğri  əhalisinin  Ġsfahana  köçürülməsi  və  buraya 
Ərdəbil, Ġsfahan, Təbriz ətrafından QızılbaĢ tərəfdarlarının gətirilib yerləĢdirilməsi 
qeyd olunur. 
Meğri  rayonu  1730-cu  ildə  yenidən  Osmanlı  Türkiyəsinin  tabeliyinə 
keçmiĢ,  lakin  beĢ  ildən  sonra  Nadir  Ģah  Qarabağ  və  Zəngəzurun  erməni 
məliklərinin köməkliyi ilə bu torpaqları geri almıĢdır. 
Qarabağ  xanlığının  1806-13-cü  illərdə  ilhaq  edilmiĢ  digər  torpaqlarından 
fərqli olaraq, Meğri rayonu yalnız   1828-ci ildə Rusiyaya birləĢdirilmiĢdir. Çünki 
o vaxtkı inzibati bölgüyə görə Meğri rayonunun torpaqları indiki Ordubad rayonu 
ilə  birlikdə  Naxçıvan  xanlığının  tabeçiliyində  idi.  1868-ci  ildə  Yelizavetpol 
quberniyası yaradılmıĢ, Zəngəzur qəzasının tərkib hissəsi kimi, Meğri rayonu da bu 
quberniyanın  tabeçiliyinə  keçirilmiĢdir.  Ermənistanda  Sovet  hakimiyyəti  qurulan 
kimi,  yəni  1920-ci  ilin  1  dekabrında  Zəngəzurun  digər  torpaqları  kimi,  Meğri 
rayonunun indiki ərazisinin çox hissəsi, 1929-cu ildə isə Nüvədi, Ernəzir və Tuğut 
kəndləri Ermənistana verilmiĢdir. 
Meğri  rayonunun  ərazisində  orta  əsrlərə  məxsus  çoxsaylı  memarlıq 
abidələri  vardır:  Alban  memarlıq  mədəniyyətinə  xas  olan  dördkünc  tavanlı, 
günbəzli,  üçkünclü,  örtüklü,  daĢ  naxıĢlı,  taclı  salonları  olan  kilsələr,  qəbirüstü 
abidələr, məqbərələr, o cümlədən, məĢhur Baba Haci məqbərəsi, tağlı daĢ körpülər 
və s.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə