Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə122/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   118   119   120   121   122   123   124   125   ...   138

257 
 
Mığrı rayonunun azərbaycanlı kəndlərinə hücum edirlər. I Lök kəndində 100 tüstü, 
II Lök kəndində 60 tüstü dağıtmıĢ və 200 nəfər əhali qırmıĢlar. 
Lök (Vartanizor) kəndi bir neçə il sahibsiz qalmıĢ, xarabalığa çevrilmiĢdir. 
Ermənistanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  tədricən  rayonunun 
azərbaycanlı  kəndlərinin  əhalisi  öz  doğma  yurdlarına  qayıtmağa  baĢlamıĢlar. 
Vartanizor  kəndinin  1053  nəfər  əhalisindən  1922-ci  ildə  cəmi  177  nəfəri 
qayıtmıĢdır. 1926-cı ildə onların sayı 187 nəfərə, 1931-ci ildə 243 nəfərə çatmıĢdır. 
Kəndə  qayıtmıĢ  didərginlər  əvvəlcə  dağıdılmıĢ  yaĢayıĢ  binalarını  bərpa  etməyə, 
təsərrüfatı  dirçəltməyə  baĢlamıĢlar.  Kəndlilər  bağçılığı,  meyvəçiliyi,  taxılçılığı, 
tərəvəzçiliyi inkiĢaf etdirərək qısa müddətdə özləri üçün güzaran yaratdılar. 1930-
cu  illərdə  kolxoz  qurdular,  üzüm  və  baĢqa  meyvələrin  tədarükü  məntəqəsini 
yaratdılar.  Özləri  üçün  yeni  yaĢayıĢ  binaları  tikdilər.  Milli  ayrı-seçkiliyə 
baxmayaraq, kənd camaatının öz qüvvəsi ilə kənddə məktəb, klub, kitabxana, kino 
qurğusu,  məiĢət  xidməti  emalatxanası  təĢkil  edilmiĢ,  tibb  məntəqəsi  açılmıĢdır. 
1988-ci ildə kənddə 90 ev var idi,  600 nəfər azərbaycanlı əhali yaĢayırdı. 1988-ci 
ilin noyabrında ermənilər rayonun partiya, sovet və inzibati orqanlarının zorakılıqla 
həyata keçirdikləri cəza tədbirləri ilə kəndin min nəfərdən çox əhalisini, uĢaqlara, 
qadınlara,  qocalara  məhəl  qoymadan  bir  həftə  ərzində  qaçmağa  məcbur  etmiĢlər. 
Kənddə  kolxozun  bütün  mülkiyyəti,  kolxozçuların  evləri,  bağları  və  ev  əĢyaları 
əllərindən alınmıĢdır. 
Lök kəndinin toponimləri: Soyuq bulaq, Qara su, Kəspər çeĢməsi, Seyid 
Əhməd  çeĢməsi,  Selaxulu  çeĢməsi,  Top  yaylağı,  Bəddə  zəmi,  Gen  dərə, 
Nəcəfxan dərəsi, Tuğut kəfĢəni və s. 
 
Maralzəmi kəndi 
 
Meğri rayon mərkəzindən 12 km Ģimal-qərbdə, Meğri çayının sol sahilində, 
mənzərəli bir yerdə  yerləĢmiĢdir. Kəndin ərazisində olan qədim tarixi abidələr bu 
kəndin orta əsrlərdən mövcud olduğunu sübut edir. 1831-ci ildə kənddə 118 nəfər, 
1897-ci  ildə  193  nəfər,  1904-cü  ildə  951  nəfər  əhali  yaĢamıĢdır.  1905  və  1918-ci 
ildə  Maralzəmi  kəndi  bir  neçə  dəfə  dağıdılmıĢ  və  yandırılmıĢ,  kənddə  yaĢayan 
azərbaycanlılardan  1000  nəfərə  yaxın  insan  daĢnaklar  tərəfindən  vəhĢicəsinə 
öldürülmüĢ,  yandırılmıĢ,  meyitləri  təhqir  olunmuĢdur.  1918-ci  ildə  Maralzəmi 
kəndinin sakinləri tamamilə deportasiya olunmuĢ, yalnız 4 ildən sonra qaçqınların 
ilk  dəstəsi  -  66  nəfər  kəndə  qayıtmıĢlar.  Ermənilər  tərəfindən  göstərilən  ciddi 
müqavimətə  və  törədilən  əngəllərə  baxmayaraq,  Maralzəmi  kəndinin  sakinləri  öz 
doğma  kəndlərində  yenidən  məskunlaĢmıĢ,  ev-eĢik  qurmuĢ,  kolxoz  təĢkil  etmiĢ, 
klub, kitabxana, rabitə Ģöbəsi, tibb məntəqəsi tikmiĢ, özlərinə gün-güzaran yarada 
bilmiĢdilər.  1988-ci  ilin  noyabr  ayında  Ermənistan  hökumətinin  dövlət  siyasəti 
səviyyəsində  təĢkil  olunmuĢ,  deportasiya  aktı  nəticəsində  Maralzəminin  800-ə 
yaxın sakini də öz doğma kəndlərindən didərgin salınmıĢlar. 


258 
 
Toponimləri:  Xudayar  çeĢməsi,  Bəy  çeĢməsi,  Palan  kürək  dağı,  Xəstə 
dərə,  Göy  təpə,  Ağ  zəmi,  Ölü  zəmi  təpəsi,  Xak  zəmi  düzü,  MüĢərrəf  düzü, 
Xudayar meĢəsi, Tarqulu yaylağı və s. 
 
Nüvədi kəndi 
 
Öz  qəhrəmanlığı,  kənd  əhalisinin  mübarizliyi  ilə  bütün  Azərbaycana  Ģərəf 
gətirmiĢ, 3 ilə yaxın Ermənistan hökuməti ilə qəhrəmancasına mübarizə apararaq, 
bütün təzyiq və hücumlara rəğmən təslim olmamıĢ, öz dəyanətini tarixə yazdırmıĢ 
azərbaycanlı  kəndidir.  Azərbaycanlı kəndi olan Nüvədi Mığrı rayon  mərkəzindən 
26 km Ģimal-Ģərqdə Zəngəzur rayonu ilə sərhəddə yerləĢir. Nüvədi kəndi Qafqazda 
ən  qədim  yaĢayıĢ  mərkəzlərindən  biridir.  Bu  kəndin  sakini  tədqiqatçı  -  yazıçı, 
mərhum Həmzə Vəli Nüvədili kəĢf etdiyi və bütün ömrünü həsr edərək öyrəndiyi 
Nüvədi  kəndi  yaxınlığında  QarqadaĢı  dağında  tapılmıĢ  qədim  daĢ  kitabələrin 
üzərindəki  Orxon-Yenisey  yazılarından  xeyli  əvvəlki  dövrə  məxsus  olan  daĢ 
kitabələr Nüvədi kəndinin qədim tarixindən xəbər verir. Nüvədidə 1831-ci ildə 291 
nəfər,  1886-cı  ildə  1083  nəfər,  1897-ci  ildə  952  nəfər,  1914-cü  ildə  1072  nəfər 
əhali yaĢamıĢdır. 
1918-ci ilin sonlarında Andronikin daĢnak dəstələri Nüvədi kəndinə basqın 
edərək,  kəndi  yandırıb  dağıtmıĢ,  nüvədililəri  kənddən  çıxarıb  qovmuĢdur.  Bu 
hadisələr zamanı Nüvədi camaatının böyük bir hissəsi Araz çayını keçərək cənubi 
Azərbaycana pənah aparmıĢ, Misən kəndində yerləĢmiĢlər. Kənd camaatının yalnız 
bir hissəsi 1922-ci ildən baĢlayaraq, yenidən Nüvədiyə qayıtmıĢ, kəndi, təsərrüfatı 
bərpa etmiĢdir. Nüvədi camaatının bir neçə tayfası Misən kəndində qalaraq oranın 
daimi sakinlərinə çevrilmiĢlər. 
Nüvədi  kəndi  və  onun  yaxınlığında  mövcud  olmuĢ  Ernəzir  və  Tuqut 
kəndləri  1929-cu  ilə  qədər  Azərbaycanın  Cəbrayıl  qəzasının  tabeçiliyində 
olmuĢ,  yalnız  həmin  il  fevralın  18-də  Zaqafqaziya  MĠK  rəyasət  heyətinin 
qərarı  ilə  Ermənistana  verilmiĢdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  həmin 
qərar  Azərbaycan Respublikası hökuməti tərəfindən yalnız  Azərbaycan  SSR 
Ali Sovetinin Rəyasət Heyətinin 7 may 1969-cu il qərarı ilə təsdiq edilmiĢdir. 
1930-cu  illərin  əvvəllərində  Nüvədidə  kolxoz  qurulmuĢ,  orta  məktəb 
açılmıĢdır. 
Birinci  Dünya  Müharibəsində  yüzdən  çox  nüvədili  iĢtirak  etmiĢ,  onlardan 
66 nəfəri geriyə qayıtmamıĢdır. 
Nüvədi  kəndi  öz  ziyalıları  ilə  tanınmıĢ  qədim  kəndlərimizdəndir.  Nüvədi 
kəndi  Azərbaycan  elminə  5  nəfər  elmlər  doktoru,  40-dan  çox  elmlər  namizədi, 
yüzlərlə  ali  təhsilli  yüksək  ixtisaslı  ziyalı  bəxĢ  etmiĢdir.  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  həqiqi  üzvü  Fikrət  Əliyevlə,  müxbir  üzvü  Faiq  Cəfərov  Nüvədi 
kəndinin yetirmələridir. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə