23
bir
problem deyil, elə həmin problemin digər üzüdür. Nitq hər şeydən əvvəl təşəkkül tapmaqda olan ictimai
münasibətlərin təzahürü və vasitəsi kimi yaranır: nitq insanların bir-biri ilə münasibətində davranışlarına
təsir göstərmək vasitəsi kimi meydana çıxmışdır. Məfhumun təzahür etməsi üçün təkcə fərdin münasibətinin
mövcudluğu kifayət deyildir, həm də fərdlər arasında münasibətlərin mövcudluğu zəruridir. Həm də bu
münasibət heyvanlar arasındakı «münasibətdən» köklü surətdə fərqlənir, çünki sözün əsl mənasında
heyvanlar arasında münasibət mövcud deyildir.
Əmək, cəmiyyət və dil arasındakı münasibətləri qısaca belə xülasə etmək olar. Göründüyü kimi, əmək
elə bir
sehrkar qüvvə deyildir ki, insanın meymunabənzər ulu əcdadı onunla məşqul olan kimi dərhal insana
çevrilir və aydın nitq qabiliyyəti qazanır. İnsanın meymunabənzər ulu əcdadının əməklə, daha dəqiq desək,
instinktiv, heyvanabəizər əməklə məşğul olmasından yaranmaqda olan insanın şüurlu əməyə keçməsinədək
uzun bir dövr keçmişdir ki, bu müddətdə əmək prosesində insanın ulu əcdadı həm fizioloji, həm də psikoloji
baxımdan böyük inkişaf mərhələsi keçmişdir. Əmək istehsalı, istehsal cəmiyyəti yaratmışdır. Yaranmaqda
olan və cəmiyyətdə birləşən insanlar əmək prosesində bir-biri ilə ünsiyyət saxlamağa ehtiyac hiss etmişlər.
Dil də bu ehtiyacı təmin etmək, ödəmək üçün yaranmışdır.
Sözlər və Şeylər
«Hər cür sərvətin mənbəyi olan əmək» həm də cəmiyyətin və dilin yaradıçısıdır.
Cəmiyyəti dilsiz, dili
-cəmiyyətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, ən azı iki adam bir-biri ilə ünsiyyət saxlayırsa,
deməli, artıq, ibtidai də olsa, cəmiyyətin rüşeymi mövcuddur, lakin eyni zamanda həmin bu iki adamın
birləşməsi, ünsiyyət saxlaması üçün müəyyən bir ünsiyyət vasitəsi lazımdır (ünsiyyət vasitəsi olmadan
onların birləşməsi qeyri-mümkündür) - belə ünsiyyət vasitəsi dildir, daha doğrusu, aydın, üzvlərinə bölünən
səsli nitqdir.
Materializm aydın, üzvlərinə bölünən səsli dilin (nitqin) birdən-birə yaranmasını qəbul etmir, çünki bu
yaranma, ən azı, möcüzə olardı. Lakin indiyədək belə bir dilin yaranma prosesini (ümumiyyətlə əmələ
gəlməsini yox, prosesin özünü!) izah edən nəzəriyyə yaxud fərziyyə yaradılmamışdır. Vaxtilə rus dilçisi N.
Y. Marr ilk səsli dilin yaranmasından danışarkən
göstərirdi ki, belə dil daxilən diffuz olan dörd səs
kompleksindən ibarət olmuşdur. Rus filosofu B. F. Porşnev yazır ki, ilk səsli dil iki müxtəlif səs
kompleksindən ibarət olmuşdur: hər səs kompleksi digərinə münasibətdə əylənc vəzifəsini ifadə etmişdir.
Dilçiliyin paleolinqvistika sahəsi hələlik bu problemi həll edə biləcək dərəcədə inkişaf etməmişdir.
Buna görə də ilk insan dilinin necə diffuz səsdən ibarət olduğunu söyləyə bilmərik; bəlkə iki, bəlkə dörd,
bəlkə də çox diffuz səs ilk insan dilini təşkil etmişdir. N. N. Ladigina-Kotsun təcrübələri göstərir ki,
meymunlar, məsələn, şimpanze 25 diffuz səs çıxara bilir. Məsələ ilk insan dilində diffuz səslərin sayında
24
deyil, əsas
məsələ budur ki, ilk insan dili indi başa düşdüyümüz mənada aydın, üzvlərinə bölünən səslər-
sözlər şəklində mövcud ola bilməzdi, yarana bilməzdi - bu cür sıçrayışlı inkişaf dialektik materializmin
bütün qanunauyğunluqlarına ziddir, ilk dil mütləq diffuz səslərdən ibarət olmalı idi. Buna görə də N. Y.
Marrın vaxtilə marksizmə zidd hesab edilən dörd ünsür nəzəriyyəsinə bir də qayıtmaq və onun rasional
toxumundan istifadə etmək lazımdır.
Məhdud miqdarda diffuz səslərlə arzu, istək, qadağan, sevinc, qorxu ifadə etmək olar,
lakin ünsiyyət
saxlamaq olmaz. Güman ki, ilk insan dilində ünsiyyət üçün diffuz səslərlə yanaşı və onlarla birlikdə əl
hərəkəti, jest və mimikadan, habelə əşyalardan da (imkan dairəsində) istifadə edilmişdir. Məlum olduğu
kimi, psikoloji və fəlsəfi baxımdan ikinci siqnal sistemi inkişafının ilkin mərhələlərində qavrama, təfəkkür,
qarşılıqlı informasiya problemləri ilə əlaqədə olmamışdır. Təbii olaraq belə bir sual meydana çıxır: bəs bu
əlaqə nə vaxt və necə yaranmışdır?
Bəs əşyalar, predmetlər səsçıxarma və səsqavrama dairəsinə necə
düşmüşdür? İlk insanların səs mexanizmi fərdlərin əşya, predmet və obyektlərlə rəftar dairəsinə necə nüfuz
etmişdir?
Müasir psikolinqvistika (və habelə psixologiya) elmi o dərəcə inkişaf etməmişdir ki, bu suallara
birmənalı, konkret cavab vermək mümkün olsun. Bu sahədə yalnız bir neçə fərziyyə irəli sürmək olar.
Bu problemin izahında psikoloqların fikri maraqlıdır. A. Vallon yazır ki, uşağın fərdi irsi sensomotor
aparatında təfəkkürün inkişafı zamanı fasiləsizlik mövcud deyildir: nitqi mənimsəməklə yanaşı prinsipcə
başqa determinatorlar onun davranışına daxil olur. L. S. Vıqotski «iki kök» haqqında idiya irəli sürmüşdür:
nitq ontogenez və filogenezdə ağlın
tarixdən əvvəlki dövrü ilə, yəni təfəkkür əşyaları ilə birləşməzdən əvvəl
özünün tarixdən əvvəlki dövrünə malik olur, yeni hadisə insan psikikasının nitq-təfəkkür funksiyasını
törədir.
A. P. Potseluyevskinin bu sahədəki fikirləri də maraqlıdır. O, insanın səsli nitqinin ən qədim forma və
pillələrinin rekonstruksiyası metodlarını axtararkən insanların ev heyvanlarına spesifik müraciətlərini
toplamış və təhlil etmişdir. N. Y. Marr kimi, A. P. Potseluyevski də belə hesab edir ki, insanlar da
heyvanlarla
birlikdə əhliləşmişlər, lakin insanların ev heyvanları ilə münasibətləri o zamandan indiyədək az
təkamül etmişdir, buna görə də heyvanlara müasir xitabın nitq formaları ən qədim nitqin bəzi
xüsusiyyətlərini dərk etmək üçün mənbə ola bilər. Tədqiqatın bu metodunun əsaslandırılmasında bəzi
qüsurlar olsa da o, əşyaların nitq dairəsinə düşməsi probleminin həlli üçün xeyli material verir. Müəllif
heyvanlara müraciəti iki kompleksə bölür: 1) çağırmaq (daha qədimdir) və 2) qovmaq, habelə daha sürətlə
getməyə və s. məcbur etmək (xeyli sonralar yaranmışdır). Bu müraciətlərin mürəkkəbləşdirilməsi
duplikasiya və multiplikasiya, iki müxtəlif əsasın
birləşdirilməsi, diferensiasiyası isə həm də intonasiya
vasitəsilə baş vermişdir.
A. P. Potseluyevski belə bir nəticəyə gəlir ki, səsli nitqin ən qədim tipi semantik və formal cəhətdən