17
1) sensor və motor nitq zonaları yaxud
mərkəzləri;
2) alın bölmələri, xüxüsən alınönü, nrefrontal formalaşmalar və xüsusi olaraq Homo sapiyens-ə
məxsus olan gicgah-əmgək-ənsə nahiyəsində yerləşən zonalar;
3) beynin digər bölmələri - bunlar insanda və ali heyvanlarda eynicinslidir. İkinci mərtəbə nitq
işarələrini istiqamətləndirici məqsədə və onun idarəsinin həyata keçirilməsinə çevirir. Bununla da sosial olan
fərdin daxilinə daxil olur, insan mühitinə ünvanlandırılan işarələr onun fəaliyyətinin daxili qanunları olur»
4
.
İnsan əməyini başqa canlıların fəaliyyətindən fərqləndirən də məhz budur - beynin sensor və motor
nitq
mərkəzlərinin, habelə alın və gicgah-əmgək-ənsə nahiyələrinın insanın bütün fəaliyyətini idarə
etməsidir.
Hazırda paleoantropologiya elminə mötəbər surətdə məlumdur ki, troqloditid ailəsinin bütün
üzvlərinin, hətta onların ən yüksək inkişaf etmişi olan paleoantropların (neandertal adamının) beyininin
arxitektonikasında baş beyin qabığının bütün yuxarı prefrontal formalaşmaldarı, habelə giçgah və əmgək
nahiyələrinin ikinci siqnal idarə və fəaliyyəti, qavrama və ümumiyyətlə insan
orqanizminin bütün
funksiyalarını həyata keçirən zonaları olmamışdır. Bütün bunlar yalnız Homo sapiens-ə məxsusdur və onun
digər ali məməlilərdən bir sinif kimi fərqlənib ayrılmasında əsas rol oynamışdır. Əvvəllər iki səbəb belə bir
nəticəyə gəlməyə mane olurdu. Əvvələn, inkişafın dərəcəsini beynin çəkisinin bədənin çəkisinə nisbəti ilə
ölçürdülər. Bu fikir xüsusən sonralar beyin qırışları sayının və dərinliyinin beynin daha yüksək səviyyədə
təkamülü ilə heç bir əlaqəsi olmadığı aydın olduqda daha da intişar tapdı. Qominidlərin inkişafı xəttini
beynin həcmi (deməli, çəkisi) əlaməti əsasında qurmağa çalışırdılar. Lakin məlum oldu ki, neandertal
adamının baş beyninin həcmi Homo sapiensin baş beyninin
həcmindən nəinki kiçik deyil, hətta orta hesabla
(bəzi növlərdə) bir az böyükdür. "insan beyni fəaliyyətinin tədqiqi göstərdi ki, təfəkkürə digər ali
funksiyalarda beyni təşkil edən əsəb hüceyrələri, sahələri və strukturunun kiçik bir hissəsi iştirak edir. Hətta
belə bir məsələ qaldırılırdı ki, belə böyük beyin insana lazımdırmı, beynin bu qədər böyüklüyü atavizm
deyilmi? Getdikcə elm aləmində belə bir fikir yarandı ki, heyvanlar insana keçiddə (meymunun insana
çevrilməsində)
baş beynin həcminin də, çəkisinin də heç bir əhəmiyyəti yoxdur.
İkincisi, bir halda ki, ikinci siqnal sistemi təkcə mikroyaranmalar surətində deyil, habelə alın
bölməsinin qabaq hissəsi kimi böyük formalaşmalar şəklində beyin substratına malikdir, onda onun,
məsələn, neandertal adamında mövcudluğunu yaxud yoxluğunu endokranlar əsasında asan
müəyyənləşdirmək olar. Buna görə də ikinci siqnal sisteminin alın bölmələrinin spesifik funksiyaları ilə
qırılmaz əlaqəsinin müəyyənləşdirilməsinin insanın mənşəyi haqqındakı elm üçün fundamental əhəmiyyəti
18
vardır. Əgər beynin alın bölməsinin yuxarı qabaq formalaşması mövcud deyilsə, onda nitq mövcud deyil,
deməli, insan özü də mövcud deyildir.
V. İ. Koçetkovanın gərgin və məhsuldar əməyinin nəticəsində indi bizdə insanın əcdadının, demək
olar ki, bütün növlərinin - avstralopiteklərin,
Homo habilsərin, pitekantropların, sinantropların, müxtəlif
paleoantropların, kromanyon adamlarının baş beyinlərinin mulyajı (qipsdən hazırlanmış beyin modeli)
vardır. Bunlar beynin xarici formalarını əks etdirsə də primatların və insanın beyin anatomiyası haqqındakı
müasir məlumatlar imkan verir ki, xarici forma əsasında daxili strukturu və fəaliyyəti bərpa etməyə doğru
gedək. Bu iş bir də ona görə asanlaşır ki, insanın mənşəyi probleminin həllində bizi baş beynin aşağı və-orta
hissələrinin yox, beyin qabığının təkamülü maraqlandırır. Antropomorf meymunlardan başlamış ta Homo
saiyensə qədər inkişafda böyük beyin yarımkürələrinin bütün nahiyələrinin taleyi izlənilmişdir. Orijinal
kəmiyyət və qrafik metodlar tətbiq edilmişdir. Nəticələr dəqiqləşdirilməsə də insanın mənşəyi probleminin
həllində maraqlı olan suallara cavab almaq olar.
Çox vaxt insanın yaranmasını onun ulu əcdadının əmək alətlərindən istifadə etməsi ilə əlaqələndirirlər.
Dunyanın bir sıra atropoloqları Homo habilis-i (prezincantropu) ən qədim insan hesab edirlər, çünki o, ən
qədim geoloji
laylarda, lakin süni çay daşı alətləri ilə tapılırdı. V. İ. Koçetkovanın tədqiqatları göstərdi ki,
prezincantropun beyni daha sonra yaşamış və süni əmək alətlərindən istifadə etməmiş avstralopiteklərin
beynindən heç bir şeylə fərqlənməmişdir. Öz növbəsində avstralopiteklərin beyni də əsas əlamətlərinə görə,
məsələn, şimpanze tipli antropoidlərin beynindən fərqlənmir və Homo sapiyens-in beyni üçün spesifik olan
heç bir şeyə malik deyildir. Deməli, insanın əsas fərqi-süni daş alətlər hazırlaya bilməsi - meymun beyni ilə
bir araya sığır.
Növbəti təkamül həlqəsində, arxeoantroplarda beyin nitq fəaliyyəti üçün, deməli, əmək fəaliyyəti üçün
spesifik
olan hissələrə malik deyildir, halbuki onun beyninin bəzi hissələri ali meymunlar və
avstralopiteklərin-dəkinə nisbətən böyümüşdür. Paleoantroplarda beyin quruluşunun dəyişməsi xeyli irəli
gedir, lakin onlarda da insanın nitqini tənzimləyən və fəaliyyətini, xüsusən əmək fəaliyyətini
proqramlaşdıran beynin yuxarı alın bölməsinin inkişafı çatmır. Paleoantropların beyninin görmə-iybilmə və
ənsə hissələri intensiv inkişaf edir; bu hissələr sonralar Homo sapiyens-də yenidən o qədər azalır ki, insan
əcdadlarının bütün təkamül ərzində qazandıqlarını itirir. Buradan belə bir nəticə çıxarmaq olar:
nitq və insan
əməyi meymun beyni (hətta antropomorf beyni) bazasında yarana bilməzdi. Troqloditid ailəsinin təkamülü
dövründə, xüsusən paleoantropların sonunda baş beynin ümumi inkişafı və ali əsəb sistemi fəaliyyətinin
ixtisaslaşması təbiətdə yeni varlığın - insanın yaranması üçün bioloji bünövrə oldu.
Beləliklə, lap əvvəldən nitq insan fəaliyyəti ilə, xüsusən insanın əmək fəaliyyəti ilə sıx və qırılmaz
əlaqədə olmuş, birinin inkişafı digərinin təkamülünə təkan vermişdir.