11
növlərindən biri, süni ünsiyyət
vasitələrini nəzər almasaq, sonuncusudur.
Bəşəriyyət insanın yaranmağa başlanmasından üzvlərinə bölünən səsli-sözlü aydın nitqin meydana
gəlməsinədək uzun bir inkişaf yolu keçmişdir. Müasir insanın ulu əcdadları olan insanabənzər varlıqların
(elmi ədəbiyyatda bunları bəzən troqloditid də adlandırırlar) sürü halında yaşadıqlarını, deməli, cəmiyyət
halında birləşdiklərini qəbul etsək, deməli, onların arasında ünsiyyətin olduğunu da qəbul etməliyik çünki
ünsiyyətsiz heç bir cəmiyyət,
heç bir sürü mövcud ola bilməz; ünsiyyətsiz yalnız ayrı-ayrı fərdlər, nəinki
sosial, hətta heç bir heyvani münasibətlərə girməyən fərdlər mövcuddur. Hər hansı iki fərdin (hətta ikiğ
quşun, iki heyvanın) münasibəti artıq ünsiyyətdir. Ünsiyyət isə dilsiz mövcud ola bilməz. Ünsiyyət vasitəsi
kimi işarələr sistemini dil kimi qəbul etmək olur. Bu mənada bütün canlılar dilə malikdir.
Çox vaxt nağıl və dastanlarda ağıllı vəzirlər, dünya görmüş qocalar, sehirli qüvvəyə malik adamlar
bütün quşların və heyvanların dilini bilir. Əlbəttə, bu, real iddia deyildir. Lakin istehza edib «quşların,
heyvanların da dili olar?» demək də düzgün deyildir. Quşların, heyvanların dilinin olması bir məsələ,
insanın onları başa düşə bilməsi problemi başqa məsələdir.
Son zamanlar elm sübut etmişdir ki, suda-quruda yaşayanların, quşların, məməlilərin «dilləri» vardır.
Moskva Dövlət Universitetinin tədqiqatçıları son illər 500-dən çox suda-quruda
yaşayan quş və məməli
növünün (qurbağadan başlamış canavaradək) «dilini» tədqiq etmişlər. Dünyanın hər yerində tədqiqatçılar
uzun illərdir ki, meymunların dili üzərində tədqiqat aparırlar.
Tədqiqatçılar müəyyənləşdirmişlər ki, toyuqların «dili 200 hers tezlikli diapazona uyğun gəlir, çox:
mürəkkəb və mükəmməldir: o, onlarca müxtəlif siqnallardan ibarətdir. Toyuğun təlaş bildirən siqnalı bir
neçə-çalara malikdir: düşmən havada göründükdə bir cur, qurudan gəldikdə başqa cür siqnal verilir; cücələr
də həmin siqnala uyqun hərəkət edir. Müəyyənləşdirilmişdir ki, hətta cücələri yeməyə çağırdıqda
belə toyuq
müxtəlif siqnallar verir. Qəribə burasıdır ki, yumurtadan çıxmazdan uç gün əvvəl embrion qırt toyuqla
danışmağa-başlayır: hətta bu vaxt yumurtanı qulağa tutduqda embrionun çıxardığı səsləri eşitmək
mümkündür. Bu siqnalları insan dilinə çevirsək, belə çıxır: «mənə istidir», yaxud «mən üşüyürəm». Hansı
siqnalın verilməsindən asılı olaraq toyuq ya yumurtanı çevirir, ya yumurtanın üstündən durur, yaxud yem
axtarışını dayandırıb yumurtanın üstündə oturur.
«Pravda» qəzetinin 23 sentyabr 1982-ci il tarixli nömrəsində «Quş dili, o necədir?» adlı bir yazıda
deyilir:
«Nağıllarda quşlar danışır, doğrudan da onlar bir-birini necə başa düşürlər? Məlum olmuşdur ki,
qanadlılar hər halda «danışırlar». Ancaq sözlərlə yox. Quşlar aləminin nümayəndələri işarələrlə danışırlar,
bu işarələr çoxdur: çığırtılar, fitlər, təmas, müəyyən iylər, işıq, yaxud alabəzək
ləkələrin köməyilə siqnal-
vermə, qeyri-adi duruş.
12
Alimlər heyvanat aləminin «dili» ilə yalnız 35-40 il bundan əvvəl maraqlanmağa başlamışlar.
Qanadlılar arasında ən çox yayılmış ünsiyyət vasitəsi səslər, müxtəlif səslənməyə malik səslərdir. Alimlər
hesablamışlar: quşların cəh-cəhi, nəğmələri 400-ə qədər çalara malikdir. Məlum olmuşdur ki, ən nanal heç
də sağsağan deyil, qarğalardır. Onların dilində 300-ə yaxın çığırtı və qarıldama vardır. Onların heç də
hamısının mənası açılmamışdır. Ancaq bəzi «sözlərin» mənası artıq məlumdur. Məsələn,
fasiləsiz boğuq
qarıldama bildirir ki, dəstə tarlada toplaşmalıdır.
İlk baxışda belə görünür ki, dünyada qarğalar hamıdan asan yaşayırlar. Haraya uçsa, harada qonsa öz
yoldaşları ilə dil tapar. Ornitoloqlar deyirlər, yox. Quş dillərınin də öz dialektləri, öz şivələri vardır.
Təcrübələr nəticəsində müəyyənləşdirilmişdir ki, Miçiqan gölü sahilinin qarğaları, məsələn, Florensiya
şəhəri tərəfindəki qarğalarla
ümumi rəyə gələ bilmirlər, şəhər qarğaları kənd qarğalarını başa düşmürlər.
Belə bir eksperiment aparılmışdır: ornitoloqlar Fransada Bretanda yaşayan qarğaların həyəcan
siqnallarını maqnitofon lentinə yazmışlar. Yazı Amerika qitəsində bir neçə dəfə səsləndirilmişdir. Əfsus,
«amerikalılar» öz fransız həmqəbilələrinin xəbərdarlığına cavab vərməmişlər.
Əlbəttə, ən bacarıqlıları - gəzəri qarğalardır, çünki onlar yaxşı «poliqlot»durlar. Demə, "onlar bir
yerdən başqa yerə uçaraq yerli «dialektləri» nisbətən tez mənimsəyirlər. Lakin gəzəri qarğaların heç də
hamısı belə qabiliyyətə malik deyildir.
Quşların dili metafora deyildir, həqiqətdə mövcud olan əlaqə vasitəsidir. Məşhur ornitoloq Konrad
Lorens buna əmin olmuşdur. Təxminən bir il ərzində o qazların çığırtısını, qaqqıltısını, fışıltısını - bir sözlə
bütün mürəkkəb qaz fonetikasını öyrənmiş və
...
hətta özü quş dilini mənimsəmişdir.
Qazlar professorun
qaqqıltısına cavab vermiş, onun əmrlərini yerinə yetirmiş, sahilə çıxmış, yaxud çəməndə otlamağa getmiş,
hamısı «birlikdə suya tullanmışlar.
Alimlər mühüm kəşf etmişlər. Onlar öz tədqiqatlarında belə nəticəyə gəlmişlər ki, heyvanlar aləminin
"bütün nümayəndələri doğulan kimi «danışmağı» bacarırlar. Yumurtadan yeni çıxan quş balası artıq öz
dilində danışa bilir. O bunu çoxlu digər instinkt və adətləri ilə birlikdə əcdadlarından irsən almışdır. Ancaq
əksinə olaraq insan «balası» isə öz valideynlərinin dilini uzun müddət və inadla öyrənməli olur.
Onu
da qeyd edək ki, quşlara özgə dilləri öyrənmək müyəssər olmur. Ördək balası bayquş balası
yaxud durna balası ilə heç vaxt danışa bilməz. Onlar hətta öz yaxın qohumlarının dillərini mənimsəyə
bilməzlər: tutaq ki, ,ağ tetra quşu, çil tetra quşunu başa düşmür. «Dilin» sədd olmasının parlaq nümunəsi ağ
və qara leyləklərin həyatında müşahidə edilmişdir. Bəzi zoologiya bağlarında qara leylək ağ leyləyi sevməyə
başlayır. Lakin bu sevgi yalnız yuva qurmaqla məhdudlaşır».
İlk baxışda elə görünə bilər ki, eyni cinsə aid olan heyvan növü eyni səs çıxarır:
bütün qarğalar eyni
cür qarıldayır, bütün itlər eyni cür hürür, bütün qurbağalar eyni cür quruldayır. Lakin əslində elə deyildir.