www.achiq.info
23
Dialektik
və tarixi materializm, materialist fəlsəfə dilin (üzvlərinə bölünən aydın nitqin) yaranmasını,
adətən, cəmiyyətin yaranması, insanların cəmiyyət halında birləşməsi ilə bağlayır (dil cəmiyyətdə yaranır,
cəmiyyətdən kənarda dil mövcud deyildir). Cəmiyyətin yaranması üçün bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan
üç hadisə, üç əsas sosioloji kateqoriyanın mövcudluğu zəruridir: 1) istehsal qüvvələri; 2) ictimai-istehsal
münasibətləri (iqtisadi bazis) və 3) üstqurum. Yalnız bu üç amil birlikdə mövcud olduqda cəmiyyət mövcud
ola bilər; bunlar ciddi səbəbiyyət əlaqəsi ilə bir-birindən asılıdır. Bu üç amilin sıx əlaqədə və qarşılıqlı
asılılıqda olmasına baxmayaraq yenə də hər halda cəmiyyətin yaranmasından danışdıqda istehsal
münasibətlərinin yaranması məsələsi ön plana çəkilir. Çünki təkcə istehsal münasibətləri insanları əmək
prosssində birləşdirir. İstehsal münasibətlərinin meydana gəlməsi istehsal vasitələri üzərində mülkiyyətin bu
və ya digər formasının yaranmasına səbəb olur. Cəmiyyətin yaranması istehsal vasitələri üzərində
mülkiyyətin formaları ilə əlaqələndirilərək göstərilir ki, ...mülkiyyətin heç bir formasının mövcud olmadığı
yerdə heç bir istehsal haqqında, deməli, heç bir cəmiyyət haqqında söhbət belə gedə bilməz. Bu da təbiidir
ki, mülkiyyətin hətta hər hansı ibtidai forması, o cümlədən, kollektiv (ibtidai) mülkiyyət instinktiv,
heyvanabənzər səciyyə daşıya bilməz, deməli, instinktiv, heyvanabəpzər əmək dövründə mülkiyyət
formalarından, bu sonuncu olmadan cəmiyyətdən də danışmaq olmaz.
Şüurun, təfəkkürün, nitqin yaranması da cəmiyyətin yaranması ilə əlaqədardır. İstər şüur və təfəkkürün
(məfhumlu təfəkkürün), istərsə nitqin mənbəyi fərdin təbiətə münasibətində deyil, fərdlərin bir-biri ilə
münasibətlərində meydana çıxır. Göründüyü kimi, bu problem cəmiyyətin yaranmasından ayrıca götürülmüş
bir problem deyil, elə həmin problemin digər üzüdür. Nitq hər şeydən əvvəl təşəkkül tapmaqda olan ictimai
münasibətlərin təzahürü və vasitəsi kimi yaranır: nitq insanların bir-biri ilə münasibətində davranışlarına
təsir göstərmək vasitəsi kimi meydana çıxmışdır. Məfhumun təzahür etməsi üçün təkcə fərdin münasibətinin
mövcudluğu kifayət deyildir, həm də fərdlər arasında münasibətlərin mövcudluğu zəruridir. Həm də bu
münasibət heyvanlar arasındakı «münasibətdən» köklü surətdə fərqlənir, çünki sözün əsl mənasında
heyvanlar arasında münasibət mövcud deyildir.
Əmək, cəmiyyət və dil arasındakı münasibətləri qısaca belə xülasə etmək olar. Göründüyü kimi, əmək
elə bir sehrkar qüvvə deyildir ki, insanın meymunabənzər ulu əcdadı onunla məşqul olan kimi dərhal insana
çevrilir və aydın nitq qabiliyyəti qazanır. İnsanın meymunabənzər ulu əcdadının əməklə, daha dəqiq desək,
instinktiv, heyvanabəizər əməklə məşğul olmasından yaranmaqda olan insanın şüurlu əməyə keçməsinədək
uzun bir dövr keçmişdir ki, bu müddətdə əmək prosesində insanın ulu əcdadı həm fizioloji, həm də psikoloji
baxımdan böyük inkişaf mərhələsi keçmişdir. Əmək istehsalı, istehsal cəmiyyəti yaratmışdır. Yaranmaqda
olan və cəmiyyətdə birləşən insanlar əmək prosesində bir-biri ilə ünsiyyət saxlamağa ehtiyac hiss etmişlər.
Dil də bu ehtiyacı təmin etmək, ödəmək üçün yaranmışdır.
www.achiq.info
24
Sözlər və Şeylər
«Hər cür sərvətin mənbəyi olan əmək» həm də cəmiyyətin və dilin yaradıçısıdır. Cəmiyyəti dilsiz, dili
-cəmiyyətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, ən azı iki adam bir-biri ilə ünsiyyət saxlayırsa,
deməli, artıq, ibtidai də olsa, cəmiyyətin rüşeymi mövcuddur, lakin eyni zamanda həmin bu iki adamın
birləşməsi, ünsiyyət saxlaması üçün müəyyən bir ünsiyyət vasitəsi lazımdır (ünsiyyət vasitəsi olmadan
onların birləşməsi qeyri-mümkündür) - belə ünsiyyət vasitəsi dildir, daha doğrusu, aydın, üzvlərinə bölünən
səsli nitqdir.
Materializm aydın, üzvlərinə bölünən səsli dilin (nitqin) birdən-birə yaranmasını qəbul etmir, çünki bu
yaranma, ən azı, möcüzə olardı. Lakin indiyədək belə bir dilin yaranma prosesini (ümumiyyətlə əmələ
gəlməsini yox, prosesin özünü!) izah edən nəzəriyyə yaxud fərziyyə yaradılmamışdır. Vaxtilə rus dilçisi N.
Y. Marr ilk səsli dilin yaranmasından danışarkən göstərirdi ki, belə dil daxilən diffuz olan dörd səs
kompleksindən ibarət olmuşdur. Rus filosofu B. F. Porşnev yazır ki, ilk səsli dil iki müxtəlif səs
kompleksindən ibarət olmuşdur: hər səs kompleksi digərinə münasibətdə əylənc vəzifəsini ifadə etmişdir.
Dilçiliyin paleolinqvistika sahəsi hələlik bu problemi həll edə biləcək dərəcədə inkişaf etməmişdir.
Buna görə də ilk insan dilinin necə diffuz səsdən ibarət olduğunu söyləyə bilmərik; bəlkə iki, bəlkə dörd,
bəlkə də çox diffuz səs ilk insan dilini təşkil etmişdir. N. N. Ladigina-Kotsun təcrübələri göstərir ki,
meymunlar, məsələn, şimpanze 25 diffuz səs çıxara bilir. Məsələ ilk insan dilində diffuz səslərin sayında
deyil, əsas məsələ budur ki, ilk insan dili indi başa düşdüyümüz mənada aydın, üzvlərinə bölünən səslər-
sözlər şəklində mövcud ola bilməzdi, yarana bilməzdi - bu cür sıçrayışlı inkişaf dialektik materializmin
bütün qanunauyğunluqlarına ziddir, ilk dil mütləq diffuz səslərdən ibarət olmalı idi. Buna görə də N. Y.
Marrın vaxtilə marksizmə zidd hesab edilən dörd ünsür nəzəriyyəsinə bir də qayıtmaq və onun rasional
toxumundan istifadə etmək lazımdır.
Məhdud miqdarda diffuz səslərlə arzu, istək, qadağan, sevinc, qorxu ifadə etmək olar, lakin ünsiyyət
saxlamaq olmaz. Güman ki, ilk insan dilində ünsiyyət üçün diffuz səslərlə yanaşı və onlarla birlikdə əl
hərəkəti, jest və mimikadan, habelə əşyalardan da (imkan dairəsində) istifadə edilmişdir. Məlum olduğu
kimi, psikoloji və fəlsəfi baxımdan ikinci siqnal sistemi inkişafının ilkin mərhələlərində qavrama, təfəkkür,
qarşılıqlı informasiya problemləri ilə əlaqədə olmamışdır. Təbii olaraq belə bir sual meydana çıxır: bəs bu
əlaqə nə vaxt və necə yaranmışdır? Bəs əşyalar, predmetlər səsçıxarma və səsqavrama dairəsinə necə
düşmüşdür? İlk insanların səs mexanizmi fərdlərin əşya, predmet və obyektlərlə rəftar dairəsinə necə nüfuz
etmişdir?
Müasir psikolinqvistika (və habelə psixologiya) elmi o dərəcə inkişaf etməmişdir ki, bu suallara