Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

törələrindən  bəhs  edən  məşhur  Çin  səyyahı  Huen-Tsanqın 
“Səyahətnamə”sini  X  əsrin  əvvəllərində  uyğur  dilinə  çeviribdir. 
Hazırda bu əsər Paris Milli Kitabxanasına saxlanmaqdadır.) , Ki Ki (iki 
şeir,  buddist  mühit),  Asığ  Tudun,  Çisuya  Tudun  (1  şeir),  Kalım  Keysi 
(buddist  mühit,  bir  şeir),  Çuçu  (“Divani-luğət  ət-türkdə”  adı  çəkilir.), 
Sılığ tigin, Küncük İduq Qut, Kamala Ananta Şiri, Bıratya Şiri (iki şeir). 
Uyğur şeirləri üçlük, dördlük  (a a b b; a a a a; a b a b) formasında, 7-15 
heca  ölçüsündədir.  Uyğur  ədəbiyyatında  ibtidai  dram  əsəri  kimi 
tərcümə  xarakteri  daşıyan  “Maytrısimit”  əsəri  hesab  olunur.  Uyğur 
dilinə çevrilən və uyğurlar arasında geniş yayılmış dini ədəbiyyatlar isə 
bunlardır:   
 “Altun  Yaruk”-  “Qızıl  İşıq”  mənasını  ifadə  edir,  Başbalıqlı  şair  Sınku 
Seli  Tudun  tərəfindən  Çin  dilindən  tərcümə  edilib.  X  yüzilin  birinci 
yarısında  yazıldığı  ehtimal  olunur.  Malov  tərəfindən  tapılan  bu  əsər 
1913-16-cı  illərdə  Radlov  və  Malov  tərəfindən  çap  olunur.  Buddizm 
dininin  mahiyyətini  ifadə  edən  bu  abidədə  “Şahzadə  və  ac  pələng”  ( 
Aclıqdan  ölən  pələngi  xilas  etmək  üçün  özünü  fəda  edən  şahzadə 
haqqındadır.) , Dantipali Beğ ( Dantipalı beğ keyikləri xilas edən keyik 
bəyini öldürdüyü üçün qorxunc alovlar onu məhv edir.), Çaştani Beğ ( 
Xalqına 
bəla 
gətirən 
şeytanların 
Çaştani 
beğ 
tərəfindən 
öldürülməsindən  bəhs  edilir,  toxar  dilindən  tərcümə  edilib)  kimi 
hekayələr vardır. S.Himra 1945-ci ildə “Çaştani beğ” hekayesini, 1946-cı 
ildə uyğurca üç hekayəni çap etdirir. 
“İrk-bitik”- 930-cu ildə göktürk əlifbası ilə yazılan bu kitab 65 fəsildən 
ibarətdir.  Abidədə  müxtəlif  fallardan,  ovsunlardan  bəhs  edilir. 
V.Tomsen  və  Stein  təəfindən  aşkar  edilən  “İrq-bitik”  1912-ci  ildə 
yayımlandı. 
“Səkkiz Yükmək”- Çin dilindən tərcümə edilmiş bu kitabda buddizm 
haqqında  praktik  bilgilər  verilməkdədir.  Toru  Haneda  1915-ci  ildə 
Yaponiyada  bu  əsəri  çap  etdirir.Əsərin  ən  mükəmməl  nəşri  Banq, 


Qabain  və  R.R.Arat  tərəfindən  çap  olunan  “Tukische  Turfantexe” adlı 
toplunun 6-cı kitabında çap olunur. (1929-1931) 
“Kalyanamkara  və  Papamkara”-  Xeyirxahlığı  və  pisliyi  düşünən  iki 
şahzadə  haqqında  hekayədir.  Buddist  mühitdə  yazılmış  bu  əsərdə 
xeyirxah  şahzadənin  canlıların  bir-birilərini  öldürmələrinin  qarşısını 
almaq  üçün  apardığı  mücadilədən  bəhs  edilir.  Uyğurca  “Edgi  Ögli 
Tigin  İle  Ayıg  Ögli  Tigin”  adlanan  bu  əsər  Qansudakı  Budda 
mağarasından tapılıb. Əsər X əsrdə Çin dilindən təcümə edilib. P.Pelliot 
tapdığı bu əsəri 1914-cü ildə nəşr edir. 
“Kuanşi İm Pusar”- “Ün eşidən yaradıcı” anlamındadır. Kuanşi İm adlı 
buddist  bir  bilgənin  insanların  çətin  anlarında  Xızır  kimi  yetişməsi  və 
onlara  nirvananın  yolunu  göstərməsi  haqqındadır.Çin  dilindən 
tərcümə  edilən  əsərin  tərcüməçisi  bəlli  deyil.  Ş.Tekin  1960-cı  ildə 
Ərzurumda əsəri çap edir. 
“İnsadi    Sudur”-  Əsər  rahiblərin  qarşılıqlı  olaraq  bir-birilərinə 
günahlarını anlatması mərasimini ehtiva edir. 
“Yitiken  Sudur”- Sehrlə əlaqəli  olan  bu mətn 1328-ci  ildə  çin dilindən 
tərcümə edilib 
“Kşanti  Kılguluk  Nom  Bitig”-  Günahdan  təmizlənmə  ilə  əlaqədar 
əsərdir 
Uyğur  türkləri  tərəfindən  tərcümə  olunan  digər  bir  ədəbiyyat  “Hüen-
Tsanqın  səyahətnaməsidir.  Çinli  buddist  rahib  olan  Küentsonun  630-
645-ci illərdə Türküstana və Hindistana səfərindən, eyni zamanda onun 
Çindəki həyatından  bəhs edən  bu əsər Şınku Şeli Tutunq tərəfindən  X 
əsrin I yarısında uyğur dilinə tərcümə olunub. Qabain 1935-38-ci illərdə 
bu səyahətnamədən uygur tərcüməsindən bəzi hissələrini yayımlayır.  
Türk araşdırmaçı Özkan  İzgi  Mustafa  Kamal Atatürkün  də  uyğurların 
təcümə etdiyi dini əsərlərə maraq göstərdiyini qeyd edir. Belə ki, 1934-


cü  il  26  avqustda  Atatürkün  İsmət  İnönüyə  göndərdiyi  teleqrafın 
sonunda  “Namo  İsmət”  (“İsmətə  hörmət”)  kəlməsi  yazılıb.  Məlum 
olduğu kimi buddist dini əsərlər "Namo but, Namo dram, Namo sanq” 
(“Buddaya  hörmət,  şəriətə  hörmət,  camaata  hörmət”)  sözləri  ilə 
tamamlanır. 
X  yüzillikdə  Qaraxanlıların  islamı  dövlət  dini  etmələrindən  sonra 
uyğurlar  da  yeni  dini  mənimsəməyə  başlayırlar.  Buddizm  və 
Manilikdən fərqli olaraq İslam dininin uyğurların ilk inancları olan Gök 
Tanrı  ilə  bir    sıra  cəhətlərdə  uyğunluq  təşkil  etməsi  yeni  dinin  sürətli 
yayılışına  səbəb  olur.  Artıq  bu  dövrdə  uyğur  mədəniyyəti  özünün 
kuliminasiya nöqtəsinə çataraq bəşəriyyətə dahi şəxsiyyətlər bəxş edir. 
İslam  mədəniyyəti  dövründə  Yusuf  Xas  Hacip,  Mahmud  Kaşğarlı, 
Əhməd Yüknəki, Əhməd Seyid Kaşğarlı, Cəlaləddin Məhəmməd, Təbib 
Yarkəndli,  Məhəmməd  Mirzə,  Heydər  Dövlətli,  Sedin  Kaşğarlı,  Mirzə 
Məhəmməd  Çiraslı,  Sədrəddin  Kaşğarlı,  Məhəmməd  Yusif  bin 
Kaşğarlı,  Molla  Məhəmməd  Sadıq,  Məhəmməd  Sadıq  Yarkəndli, 
Məhəmməd  Sadıq  Yenihisarlı,  Cəlaləddin  Katib  Yarkəndli,  Molla 
Məhəmməd  Teymur  Kaşğarlı,  Şəddi  Kaşğarlı,  Abdulvəli  Sərmənli, 
Mola  Musa  Ağsulu,  Molla  Musa  Sayramlı,  Bilal  Nazim,  Abdurrahim 
Nizarlı,  Məhəmməd  Baba  Xoca  Xotanlı,  Məhəmməd  bin  Sədir 
Zeynəddin kimi tarixçi, ədib, hüquqşünas, kimyaçı, riyaziyyatçı, təbib, 
coğrafiyaşünas,  astronom  və  şairlər  yetişir.  Bu  müəlliflərin  yazdıqları 
əsərlər 
hazırda 
Sankt-Peterburqdakı 
Milli 
Kitabxanada 
saxlanmaqdadır. 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə