Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

Qam Atanın hakimiyyətə  gəlməsindən sonra etmiş olduğu ən maraqlı 
addımlardan biri mövcud dini ibadətgahları dağıtmasıdır. Bu addımın 
nə məqsədlə edilməsi, onun hansı ibadətgahları və nə üçün dağıtması 
hələ  ki  elmi  izahını  tapmayıb.  Bağıstan  yazısında  deyilir:  "Əlimizdən 
alınan şahlığı geri alıb mağ Qumatanın dağıtdığı ilahi məbədləri bərpa 
etdim. Mağ Qumatanın dəyişdiyi  ibadət qaydalarını yenidən  sahmana 
saldım.  Xalqı:  Parsua  və  Maday  və  başqalarını  əvvəlki  səviyyəsinə 
çatdırdım.  Hörmüzdün  sayəsində  bunu  zəhmətlə  həyata  keçirdim  ki, 
evimiz əvvəlki yerində bərqərar olsun, Hörmüzdün dayağı ilə bu mağ 
Qumata  evimizi  uçura  bilməsin".  Əgər  Bağıstandakı  bu  hadisə,  yəni 
Qam  Atanın  məbədləri  dağıtması  həqiqətdirsə,  deməli  mağ  qardaşlar 
farsların məhv etdikləri və ya dəyişdirdikləri inanclarını yenidən bərpa 
etməyə  çalışmışlar.  Bu  baxımdan  antik  mənbələrdə  fəlsəfənin 
yaradıcıları  hesab  edilən  mağların  dini  və  fəlsəfi  dünyagörüşləri 
mühüm  əhəmiyyət  kəsb  edir.  Mənbələrə  əsasən,  mağlar  bütün 
vaxtlarını  Tanrıya  ibadət  etməklə  keçirir,  dualar  oxuyurlar.  Odu, 
torpağı,  suyu,  havanı  müqəddəs  sayan mağların  fikrincə,  Tanrı  yalnız 
onları  görür  və  səmada  təkcə  iti  gözlərin  görə  biləcəyi  mövcudatlar 
vardır. Onlar Tanrının zatı haqqında fikirləşməyi məqbul saymayaraq, 
yaradıcının kişi və ya qadın cinsindən olmasını  rədd edirlər.  Ağappaq 
paltar  geyinən  mağlar  qızıl  və  bəzək  əşyaları  gəzdirmir,  göy-göyərti, 
pendir,  quru  çörək  yeyərək  torpaq  üstündə  yatırlar.  Onlar 
ölüyandırmanı  çirkin  əməl  sayırlar  və  insanın  öldükdən  sonra  əbədi 
həyata  qovuşacaqlarına  inanırlar.  Sonralar  mağların  bu  inancını  daha 
da  təkmilləşdirən  Zərdüşt  həmin  dövrün  dünyəvi  dinlərindən  birini 
yaradır.  Yeri  gəlmişkən,  bəzi  mənbələr  Qam  Atanın  Zərdüştün 
silahdaşı  olması  ideyasını  da  ortalığa  atmaqdadır.  Çünki  Zərdüştün 
elmdə  daha  çox  qəbul  edilmiş  yaşam  tarixini  (569-492)  nəzərə  alsaq 
mağın  Zərdüştlə  görüşmə  ehtimalı  mümkünsüz  deyil.  Lakin  bütün 
bunlara  baxmayaraq  Qam  Atanın  hansı  məbədləri  və  nə  üçün 
dağıtması cavabsız qalmaqdadır. Hər halda dağıdılan məbədlər zərdüşt 
dininə  aid  olmayıb,  çünki  bu  ehtimal  məntiqi  baxımdan  özünü 


doğrultmur. Çünki, şübhəsiz, mağlar həmin dövrdə tək Tanrı Ahuraya 
inanırdılar.  Deməli,  yalnız  bir  ağlabatan  ehtimal  qalmış  olur:  Çox 
güman  ki,  Dara  Asiyanın  ədalət  simvolu  olan  Qam  Atanı  gözdən 
salmaq üçün daha bir yalan uydurub. 
 
V yarpaq 
Ay Tenqridə Qut bulanlar 
Uyğur  adı  müxtəlif  türk  qəbilələrinin  ittifaqını  ifadə  edir.  Çin 
qaynaqlarında  Hoei-ho,  Vei-ho,  Hui-ho,  Hueu-hu,  Vei-vu  şəklində 
xatırlanır. 974-cü ilə aid bir Çin salnaməsində “uyğur” sözünün mənası 
“şahin kimi  hücum edən”  kimi izah olunur.  Təbii ki,  bu  açılış düzgün 
olmayıb,  sadəcə  çinlilərin  uyğurların  xarakterlərinə  uyğun  olaraq 
verdikləri  şərhdir.  Uyğurlar  ilk  vaxtlar  Sarı  çayın  şimalında  yerləşən 
Qansu,  Çingey  və  Şensi  ərazilərindən  başlayaraq  Tarım  çayının 
şimalınadək  olan  torpaqlarda  yaşayırdılar.  Miladdan  əvvəl  III 
yüzillikdə  çinlilərin  hücumuna  məruz  qaldıqlarından  Selenqa  çayı 
ətrafında  yerləşirlər.  Burada  yaşayan  uyğurlar  Hun  xaqanlığının, 
ardınca Tabqaç və Göktürk dövlətlərinin tərkibinə daxil olurlar.
 
Uyğurlar  haqqında  ilk  yazılar  m.ö  177-43-cü  illərə  aiddir.  Çin 
əfsanələrində uyğurların hun xaqanının qızı ilə bir qurddan törədikləri 
qeyd  olunur.  Eyni  zamanda  ağacdan  törəmələri  haqqında  əfsanə  də 
mövcuddur. Ən məşhur mifləri  “Törəyiş” və  “Köç”  əfsanələridir.  
Tabqaç dövləti zamanı uyğurlar Kao-kö adlanırdılar. Orxon yazılarında 
ilk  dəfə  717-ci  il  hadisələri  ilə  əlaqədar  olaraq  adları  çəkilir.  Uyğur 
ittifaqına  müxtəlif  tayfalar  daxil  idi.  Göktürk  xaqanlığının  zəiflədiyi 
zamanlarda  uyğurlar  kiçik  bir  bəylik  yaradırlar.  Bu  bəyliyin  başçısı 
erkin  adlanırdı.  Bu  dönəmdə  bir  sıra  qəbilələr  də  uyğur  adı  altında 
birləşirlər. 630-cu ildə erkinlərdən Pusa Göktürk xaqanı Kiəlinin (Qara 
xaqan)  oğlunun  idarə  etdiyi  ordunu  məğlub  edir.  I  Göktürk  xaqanlığı 


dağıldıqdan  sonra  uyğurlar  Dokuz  oğuzları  da  özlərinə  tabe  edərək 
Tula  çayı  sahilində  bəylik  yaradırlar.  Bu  bəylikdə  başçı  eltəbər 
adlanırdı.  Getdikcə  güclənən  bu  bəylik  Altay  dağlarını  aşaraq  On 
okların  ərazilərinə  qədər  genişlənir.  Eltəbər  Tumitunun  zamanında 
Tola  ərazisi  tutulur,  cənubda  Hoanq-hoya  yürüşlər  təşkil  edilir.  646-cı 
ildə  bu  bəylik  Çin  tərəfindən  tanındıqdan  sonra  Tumuti  özünü  xaqan 
elan  edir.  648-ci  ildə  Tumuti  çinlilər  tərəfindən  öldürüldükdən  sonra 
yerinə  oğlu  Pojon  keçir.  Pojon  xaqan  On  okların  başçısı  Ho-lunu 
məğlub  etdikdən  sonra  656-cı  ildə  Daşkəndə  qədər  irəliləyir.  Fəqət 
Qutluq  xaqanın  Göktürkləri  yenidən  dirçəltməsindən  sonra  onların 
tərkibinə daxil olurlar. 688-ci ildən 741-ci ilədək Uyğurlar Göktürklərin 
tabeçiliyində yaşayırlar.  
Uzun  müddət  Göktürklərin  hökmranlığında  yaşayan  Uyğurlar  745-ci 
ildə  basmıl  və  qarluqlarla  birləşərək  Göktürk  xaqanlığını  süquta 
uğradırlar.  Əvvəlcə  basmılların  başçısını  xaqan  elan  edən  uyğurlar  az 
sonra  istifadə  etdikləri  basmıl  başçısını  öldürərək  özlərindən  olan 
Qutluq Bilgə Kül xaqanı hakimiyyətə gətirirlər.  
Beləliklə,  əvvəllər  bəylik  şəklində  formalaşan  uyğur  hakimiyyəti 
Göktürklərin süqutundan sonra xaqanlığa çevrilir. Xaqanlıq 9 uruğdan 
təşkil  olunurdu.  Xaqanın  uruğu  Yağlaqır  adlanırdı.  Sonralar  dokuz 
oğuz  boyu  da  uyğur  ittifaqına  qoşularaq  On  oğuz  elini  təşkil  edirlər. 
Xaqanlığın idarəçiliyi 11 valiyə tapşırılırdı. 
Dövlətin  mərkəzi  Orxon  çayı  kənarındakı  Qarabalasağun  şəhəri  idi. 
Başçı  xaqan,  kağan  və  ya  yabqu  adlanırdı.  Sonralar  müqəddəslik 
anlamında “İduq Qut” ismi götürülür. Buna uyğun olaraq qış mərkəzi 
olan  Hoca  şəhəri  də    İduq  Qut  adlandırılır.  Mənbələrdə  uyğur 
xaqanlarının siyahısı aşağıdakı şəkildədir: Qutluq Bilgə Kül Kağan (745 
- 747), Moyunçor Kağan (747 - 759), Bögü Kağan (759 - 779), Tun Bağa 
Tarxan  (779  -  789),  Ay  Tenqride  Qut  Bolmış  Külüg  Bilgə  Kağan  (789  - 
790),  Qutluq  Bilgə  Kağan  (790  -  795),  Ay  Tenqride  Qut  bolmış  Alp 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə