Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   2   3   4   5   6   7   8   9   ...   44

Tiginin  başına  taxdığı  60-65  sm  hündürlüyündəki  börk  onun  milli 
mənsubiyyətini  əks  etdirir.  Belə  ki,  bu  börk  bir  sıra  türk  xalqlarına 
məxsus  olan  bir  geyimdir  və  üzərindəki  əşyalar  da  totem  (onqon) 
xarakterlidir.  Börkdəki  əşyalar  bunlardır:  dağ  qoyunu  (arxar), 
iribuynuzlu dağ keçisi, qanadlı at, quş qanadı (4  ədəd), aslan (4 ədəd), 
aslan  dağda,  şir  başı  (6  ədəd),  at  (2  ədəd),  dağ  keçisi  (5  ədəd),  quş 
heykəlləri  (5  ədəd),  diadema  (tacşəkilli  başlıq),  kiçik  quş  qanadı  (2 
ədəd),  uzun  quş  qanadı  (4  ədəd),  yarpaq  (5  ədəd),  kiçik  yarpaq  (7 
ədəd), ox (4 ədəd), dağ zirvəsi (4 ədəd), ağac (5ədəd) və s. 
Cəsədin sağ tərəfində qırmızı taxtadan bir qın içində qızıl qəbzəli dəmir 
qılınc mövcuddur. Bədəni ilə sol əli arasında taxta və dəri qını olan bir 
xəncər  yerləşir.  Sol  dirsəyinin  yanında  ucu  qızıldan  olan  bir  ox,  daha 
yuxarıda bir qamçı, içərisində tunc bir güzgü ilə qırmızı boya olan ipək 
çanta  vardır.  Bunlarla  yanaşı  məzardan  tabaqlar,  vazalar,  güzgü  və 
daraq  qabları,  gümüş  qaşıqlar  tapılır.  Eyni  zamanda  məzardan 
içərisində  yemək  olan  müxtəlif  qablar  aşkar  edilir.  Fəqət  gümüş 
qablardan biri 4800 ədəd qızıl parçasını kölgədə qoyacaq qədər önəmli 
idi.  Çünki  onun  üzərində  qədim  türk  yazısından  ibarət  işarələr  vardı. 
Tapılan  yazı  Moskva  və  Leninqrad  universitetlərinə  yollanılır,  fəqət 
orada  oxuya  bilmədiklərindən  geri  qaytarılır.  Sirli  yazını  oxuyan  isə 
bütün 
ittifaqda 
tanınan 
Qazaxıstan 
Elmlər 
Akademiyasının 
bilginlərindən  professor  Qayneddin  Əlioğlu  Musabəy  olur.  Alim 
açıqlamasında Esik yazısının Orxon yazılarından 1000 il əvvəl olmasını 
və  hər  işarənin  bir  hərfi  deyil,  hecanı  bildirməsini  söyləyir.  Geyimin 
türk  xalqlarına  məxsusluğunu  isə  mərhum  professor,  mifoloq  Mirəli 
Seyidov türk inanc və mifləri çərçivəsində araşdıraraq sübut edir. 
Haşiyə:  Burada  maraqlı  cəhətlərdən  biri  yazıların  niyə  adi  bir  gümüş 
qabın  içərisinə  yazılmasıdır.  Çünki  məzardakı  əşyalara  nəzər 
yetirdikdə  yazının  daha  qiymətli  və  dəyərli  bir  əşyanın  üzərinə 
yazılması düşünülə bilərdi. Bunun yeganə izahı digər türk xalqları kimi 
saqaların da Gök Tanrı inancında olmalarıdır. Belə ki, türk xalqlarında 


qab  və  ya  bardaq  göyün  simvolu  hesab  edilirdi  və  magik  təsir 
bağışladığına  inanılırdı. Məhz  buna görədir  ki,  ümumi  rəy kimi  qəbul 
edilən  25  əsr  yaşı  olan  məktubun  üzərində  türk  saqaların  uzaq 
keçmişindən  xəbər  verən  26  hərfdən  ibarət  iki  sətrlik  yazıda  deyilir: 
“Tigin  23  yaşında  öldü.  Esik  xalqının  başı  sağ  olsun”.  Məhz  buna 
görədir ki, Oljas Süleymenov bədii dillə gümüş qabın altun tigini həm 
bu dünyada, həm də axirətdə qoruduğunu bildirir.  
Sovetlər dönəmindən bu yana tarixçilər tapıntının miladdan öncə VI-V 
yüzilliyə  aid  olduğunu müdafiə  etməyə  çalışırlar.  Fəqət  bunun əksinə 
olduğunu isbatlamağa çalışanlar da (məs; Kazım Mirşan) vardır. Çünki 
ilk  tədqiqatçılardan  bu  yana  tiginin  yalnız  geyimi  üzərində  tədqiqat 
aparılıb.  Digər  tərəfdən  qazıntı  zamanı  məzardan  tiginin  skeleti  əldə 
edilsə  də,  üzərində  heç  bir  karbon  təhlili  edilmədiyindən  həqiqi 
nəticəyə gəlindiyi bir qədər şübhəlidir. Tədqiqatçıların tapıntının yaşını 
miladdan  5  əsr  əvvələ  aid  etmələrinin  bir  səbəbi  də  onun  belindəki 
kiçik  qılıncın  yunan  qılıncına  bənzəməsidir.  Çünki  bu  cür  qılıncların 
istehsalın  miladdan  500  il  əvvələ aid  edilir  və  bu  yanlış  məntiqlə  Esik 
tapıntısını da bu dövrə məxsusluğu iddia edilir. 
Alimlər  tərəfindən  qəbul  olunmuş  digər  bir  ortaq  nəticə  skeletin  saqa 
türklərinə  məxsusluğudur.  Onların  fikrincə,  saqalar  bu  əraziyə  Çinin 
təzyiqi  nəticəsində  Altay  dağlarını  keçərək  gəliblər.  Altun  tiginin  hun 
türklərinə  aid  olması  barədə  də  fərziyyələr  mövcuddur.  Professor 
Firudin  Ağasıoğlu  Cəlilov  “Saqa qamər  boyları”  kitabında  tigini  Altın 
geyimli  saqa  kimi  qeyd  edir.  Hər  halda  yazıdan  da  anlaşıldığı  kimi, 
altun tigin türk boylarından birinə  məxsusdur.  
1993-cü  ildə  Qazaxıstanın  şimal  şərqində  Altay  dağlarında  ikinci  altın 
geyimli  cəsəd  tapılır.  Üçüncü  altun  tigin  məzarı  isə  yenə  də 
Qazaxıstanda  Atıray  ərazisində  aşkara  çıxarılır.  Esiklə  yanaşı 
Türküstanın  Talgar,  Böyük  və  Kiçik  Almatı,  Kaskelen,  Kurtı,  İli, 


Karakemer,  Çilik,  Çarın,  Kegen,  Karkara,  Karatal,  Ağsu,  Lepsı 
ərazilərində zəngin məzarlara rast gəlinir.  
Hazırda  Esikdən  tapılmış  altun  tiginin  geyimi  və  digər  tapıntılar 
Almatı  muzeyində  qorunur.  Paytaxtın  Cumhuriyyət  meydanında  isə 
bağımsızlıq abidəsi olaraq Altun tiginin heykəli ucalmaqdadır. 
 
IV yarpaq: 
 
Asiyanın ədalət simvolu Qam Ata  
"Qumata adlı bir mağ vardı. Payşiyauvada baş qaldırdı. Arakaatri adlı 
dağdan  qalxdılar,  ...ayının  on  dördüncü günü.  O  belə  yalan  danışırdı: 
"Mən  Barziyayam,  Kambisin  qardaşı.  Sonra  bütün  xalq:  Parsa  və 
Madaylılar,  başqa  torpaqlar  da  Kambisdən  üz  döndərib  ona  sarı 
döndülər. Hamapada ayının doqquzunda onlar hakimiyyəti ələ keçirdi. 
Sonra Kambis özünü öldürdü". (Bağıstan yazılarından)
 
Bağıstan mixi yazılarında və Herodotun “Tarix”ində qeyd olunan Qam 
Ata  olayı  İran-Turan  ziddiyyətinin  ən  maraqlı  mərhələlərindəndir.  Bu 
gün  mixi  yazılar  oxunsa  da,  Herodotun  “Tarixi”  müxtəlif  dillərə 
tərcümə  olunsa  da,  bu  ilk  mənbələr  də  Qam  Ata  üsyanını  yetərincə 
işıqlandıra  bilmir.  Qaya  yazılarının  fars  mətnində  qamın  adının 
bilərəkdən  səhv  yazılması  və  onun  qayaüstü  təsvirinin  Daranın 
ayaqları altında verilməsi hadisənin nə qədər əhəmiyyətli olmasını əks 
etdirir.  
Məlum olduğu kimi, Azərbaycan ərazisində ən qədim etnoslardan əsası 
mağ və ya muğ adlanan tayfalardır ki, hazırda ölkə ərazisində bir sıra 
toponimlər  onların  adını  daşıyır.  Herodot  mağları  Madayın  altı  əsas 
tayfasından biri, digər yunan bilginləri isə fəlsəfənin yaradıcıları hesab 
edirlər.  Mağ  və  ya  qam  adlanan  şəxslər  Madayda  dini  ayinləri  yerinə 
yetirir,  inancın  qorunub  saxlanılmasına  səy  göstərirlər.  Bu  baxımdan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə