Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

Qutluq  Bilgə  Kağan  (795  -  805),  Ay  Tenqride  Qut  Bolmış  Külüg  Bilgə 
Kağan (805 - 808), Ay Tenqridə Qut Bolmış Alp Bilgə Kağan (808 - 821), 
Ay  Tenqridə  Ülüg  Bolmış  Küçlüg  Bilgə  Kağan  (821-833),  Ay  Tenqridə 
Qut Bolmış Alp Külüg Bilgə Kağan (833-839), Ho-Sa Kağan (839-840). 
Haşiyə:  Əslində  türklərin  yaşadıqları  ərazilərdə  bir-birini  əvəz  edən 
xalqların  ayrı-ayrı  dövlət  yaratmaları  kimi  qeyd  olunması,  bəlkə  də 
düzgün  deyildir.  Yəni  ola  bilsin  ki,  müasir  anlamda  götürsək,  siyasi 
qurumların  bir-birini  əvəz  etmələri  dövlətin  dəyişilməsi  anlamına 
gəlməz.  Bu  baxımdan  vahid  Türk  xaqanlığının  mövcudluğunu  qəbul 
etməli,  göktürklərin,  ardınca  uyğurların,  qırğızların  və  sair  türk 
xalqlarının  dövləti  idarə  etmələri  düşünülməlidir.  Çünki  ayrı-ayrı 
xaqanlıq  hesab  etdiyimiz  uyğurlar,  göktürklər,  qırğızlar  və  bunlardan 
əvvəl və sonrakılarda vahid ərazi, dil, adət-ənənə olub və buna görə də 
bunları ayrı-ayrı götürmək, fikrimizcə, düzgün deyildir.  
747-ci  ildə  Qutluq  xaqanın  ölməsindən  sonra  Moyunçor  (747-759) 
xaqan  hakimiyyətə  gəlir.  Moyunçor  xaqan  qırğızları,  türkeşləri, 
qarluqları,  basmılları,  çikləri  özünə  tabe  edir.  751-ci  ildə  Talas 
savaşında ərəblər türklərin köməyindən istifadə edərək çinliləri məğlub 
edirlər.  Çinlilərin  bu  məğlubiyyəti  nəticəsində  Tarım  hövzəsi 
uyğurların  kontrolu  altına  düşür.  Elə  bu  vaxtlar  Çində  komandan 
Anluşanın  rəhbərliyi  ilə  Tanq  sülaləsinə  qarşı  200  min  nəfərlik  ordu 
üsyan  qaldırır.  Üsyançılar  mərkəz  Lo-yanq  və  Çanan  şəhərlərini  ələ 
keçirirlər.  İmperator  Su-tsunq  Moyunçor  xaqandan  yardım  istəyir  və 
bu  yardımdan  sonra  üsyançılar  məğlub  edilir.  Xaqanın  bu  köməyinin 
əvəzi olaraq imperator 20 min top ipək və bir prenses hədiyyə edir.  
759-cu ildə Moyunçorun ölümündən sonra xaqanlığa Bögü Kağan (759-
779)  gəlir.  Bu  dönəmdə  tibetlilərin  Çinə  yürüş  etməsi  nəticəsində 
imperator  Huai-en  Bögü  yabqudan  yardım  istəyir.  762-də  uyğurlar 
Çinə  yardım  edərək  tibetliləri  imperatorluqdan  çıxarırlar.  Bögü  xaqan 
Mani  dini  ilə  burada  tanış  olur.  Yeni  dini  qəbul  etməyən  xaqanın 


məsləhətçilərindən  Tun  Bağa  Tarxan  sui-qəsd  edərək  Bögü  xaqanı 
öldürtdürür.  Bağa  Tarxan  Alp  Qutluq  Bilgə  Kağan  (779-789)  adı  ilə 
hökmdar  olur.  Qutluq  Bilgə  xaqan  tibet  və  qarluq  birləşmələrini 
ortadan  qaldıraraq  Turfana  doğru  yönəlir.  Bunun  nəticəsində  burada 
yaşayan qırğızlar şimala doğru çəkilirlər.  
"Ay Tenqridə  Qut  Bolmış  Alp  Külüg Bilgə  Kağan”ın dönəmində Şərqi 
Türküstanın  Kuça  şəhəri  ələ  keçirilir  və  Maniheizm  dininin  uyğurlar 
arasınada  yayılmasına  səy  göstərilir.  821-ci  ildə  hakimiyyətə  gələn 
Kasar  tigin  (Ay  Tenqridə  Ülüg  Bolmış  Küçlüg  Bilgə  Kağan)  çinlilərlə 
qohumluq  əlaqələri  yaradır.  Çin  mənbələrinə  görə,  Kasar  tiginin 
öldürülməsindən  sonra  yerinə  Hutele  gəlir.  Bu  xaqanın  zamanında  iç 
vəziyyət  gərginləşir,  eyni  zamanda  qışın  düşməsi  ilə  əlaqədar 
heyvanların  qırılması  uyğurların  vəziyyətini  ağırlaşdırır.  Huteledən 
sonra Vu-Tu-Kunq və eyni ildə Vu-Çie xaqan olur. 840-cı ildə 100 min 
nəfərlik qırğız ordusu uyğurları məğlub edərək sonuncu uyğur xaqanı 
Vu-Çieni    öldürürlər.  Bununla  da,  Türk  xaqanlığında  uyğurların 
hökmranlığı sona çatır, hakimiyyət qırğızların əlinə keçir. 
Türk tarixində uyğurlar ən mədəni xalqlardan hesab edilir. Xaqanlıqda 
bir  sıra  dinlərin mövcud olması  və  eyni  zamanda zəngin mədəniyyətə 
malik olan Çin ilə qonşuluğun olması uyğur kültürünün hərtərəfliliyinə 
və rəngarəngliyinə səbəb olub. Uyğurlar kağızdan istifadə edirdilər və 
buna  görə  də  xaqanlıqda  çoxlu  sayda  çapxanalar  fəaliyyət  göstərirdi. 
Şərqi Türküstanda Qaraxoca, Qarabalasağun, Başbalıq, Qaraşar, Xotan, 
Yarkənd,  Turfan,  Kamal,  Qulca,  Urumçi,  Ağsu,  Suço,  Kanço,  Çərçən, 
Urumçi  kimi  şəhərlər  salıblar.  Şəhərlər  divarlarla-surlarla  əhatə 
olunurdu.  Bu  cür  şəhərlər  “Balıq”  adlanırdı.  Balıqlar  yeddi  qat 
xəndəklə,  üç  qat  surla  əhatə  olunurdu.  İç  akropol  Ordu  Qapağı 
adlanırdı  və  xaqanın  sarayı  burada  yerləşirdi.  Şəhərlərdə  teatrlar 
fəaliyyət  göstərirdi.  Əsas  səhnə  əsərləri  “Fərhad  və  Şirin”,  “Tahir  və 
Zöhrə”,  “Qərib  və  Sənəm”  idi.    Musiqidə  qopuzdan  istifadə  edilir, 
evlilik,  ovçuluq,  fəsillərlə  əlaqədar  olaraq  “toy”  adlanan  şənliklər 


keçirilirdi.  Heykəltaraşlıq,  rəssamlıq,  musiqi,  ticarət,  ipəkçilik, 
xalçaçılıq,  çini  qablar  istehsalı  inkişaf  edirdi.  Uyğur  əlifbası  eyni 
zamanda Çingiz və Teymur imperatorluqlarında da işlənirdi. Uyğurlar 
öz  mədəniyyətlərini  anladan  minlərcə  kitab  çap  ediblər  ki,  bunların 
qalıqları  Şərqi  Türküstanın  xarabılıqlarından  tapılıb.  Eyni  zamanda 
yunan,  süryani,  sanskrit  dillərindən  kitabların  tərcüməsi  uyğurların 
yüksək mədəniyyətə sahib olduqlarının simgəsidir. Xaqanlıqda pasport 
və  viza  anlayışları  mövcud  idi.  Kirayə  müqaviləsi  bağlanırdı. 
Uyğurların  dilləri  Altay  dil  qrupunun  Xaqaniyə  ləhcəsidir.  Yazıda 
əvvəlcə  Orxon,  sonra  Çinin  təsiri  ilə  Hue-Hu  və  Ərəb  yazılarından 
istifadə edilirdi. Mahmud Kaşğarlı,  Əhməd Yüknəki, Bilal Nazim kimi 
Uyğur  bilginləri  ərəb  yazısından  istifadə  ediblər.  Çingiz  xaqanlığı 
dönəmində yüksək vəzifələrə, xüsusilə elçiliyə uyğurlar seçilirdi. 
Məişətdə dəmir, gümüş, qızıl və kömürdən istifadə edilirdi. Qazıntılar 
zamanı dəmir əldə etmək üçün mədənlər, qızıl və gümüş tökmək üçün 
qazanlar, təndirlər, çölməklər tapılıb. Kuçar şəhəri yaxınlığında kömür 
mədəni  əldə  edilib.  Mədənlərdə  balta,  kürək  və  müxtəlif  silahlar 
düzəldilirdi.  İpəkçilik  Xotanda,  xalçaçılıq  isə  Koçu  və  Kaşğarda  daha 
çox  inkişaf  edirdi.  Quçar,  Xotan,  Niye  və  Ağtərək  şəhərlərində 
heykəltaraşlıqla  məşğul  olunurdu.  Əvvəllər  insan  boyu  ölçüsündə 
heykəllər  düzəldilsə  də,  sonralar  20  metrə  çatan  heykəllər  (xüsusilə 
Buddanın)  düzəldilirdi.  Uyğurlar  dəmyə  əkinçiliyi  və  sənətkarlıqla 
məşğul  olurdular.  Dənli  bitkilərlə  yanaşı  zəfəran,  tütün,  boyaqotu 
əkirdilər.  Bağçılıq  və  bostançılığın  bir  çox    sahələri  inkişafda  idi. 
Suvarmada  arx  sistemindən  və  yeraltı  quyulardan  (kuduk  adlanırdı) 
istifadə edilirdi. Otlaq ərazilərin az olması ilə əlaqədar olaraq maldarlıq 
aşağı səviyyədə idi... 
Bütün  türk  xalqları  kimi  uyğurlar  da  Gök  Tanrı  inancında  olsalar  da, 
sonralar  müxtəlif  səbəblərdən  buddizm,  manilik  və  islam  dini  qəbul 
edilir. Hər üç dinin qəbulu uyğur mədəniyyətinin müxtəlif mərhələlərə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə