220
Lakin o, bunu heç vaxt etmədi. Adanın hər bir iri şəhərinə məktublar
göndərildi, onlardan şəhadətləri vermək xahiş olunurdu. Tsitseron qubernator Lutsi
Metellə nəzakətli məktub yazıb, ona öz səfəri barədə məlumat verdi. O, əmisi oğlu
Lutsini də özü ilə götürmək istəyirdi. Lakin səfərə yollanmaq müəyyən məbləğ pul
tələb edirdi. Tsitseronun qanuni praktikası ona bu vaxt bir qədər gəlir gətirirdi –
bu, heç də birbaşa haqq ödəmək deyildi, həmin qayda qadağan olunmuşdu. Yalnız
minnətdar müştərilərdən hədiyyə və irs şəklində nəsə almağa icazə verilirdi. Bu
təqib etməni reallaşdırmaq üçün isə onun nəğd pulu yox idi. Krass da ona borc pul
verməzdi. Yeganə çıxış yolu arvadı Terentsiyanın malikanəsindən 100 min
sestertsi pul çıxarmaq idi. Qadın narazılıq etsə də, ona bu pulu ödəməyə razılıq
verdi. Səhərisi gün arvadının biznes meneceri bir kiçik pul sandığı gətirdi, onda 10
min nəğd
pul var idi, lazım gəlsə, 40 min də əlavə veriləcəkdi.
Siciliyada səfərin uğuru və çətinlikləri
Tsitseron yanvarın idisində – 15-də, Nimfalar bayramının son günündə
Romanı tərk edib Siciliyaya yollandı. Velia sahilinə gəlib çatanda, qayıq əvəzinə
gəmidə getməyi qərara aldı, bu, qış tufanlarına və dəniz quldurlarına görə riskli bir
iş idi. O öyrəndi ki, gəmi Siciliya limanı Messana vətəndaşları tərəfindən keçmiş
qubernator Qay Verresə hədiyyə kimi verilibmiş.
Messana əhalisinin xüsusi ittihamçıya ümumi düşmənçiliyinə
baxmayaraq, iki nəfər qonaqpərvərlik göstərmək əlaməti kimi onu salamladı.
Tsitseron addımbaşı «Mən Roma vətəndaşıyam» deyə təkrar edirdi. O,
Sirakuzadan Romaya qaçıb, Verresin bütün cinayətlərini açmaq istəyən adama
tərəf gəldi. Messananın böyükləri onu həbs etmiş, bu yazığa qızmar dəmirlə
işgəncə vermişdilər. Kim danışmaq istəsə, onun üçün çarmıx da hazır idi. Yüzlərlə
adamı Verres çarmıxa çəkdirmişdi, hətta Roma vətəndaşlarını da. Tsitseron həm də
onun casus olduğundan şübhələnirdi.
Sonra o, şimal sahil şəhəri Tindara getdi. Orada Roma ədaləti barədə
qısa bir çıxış etdi, yerli adamların şikayətlərini dinlədi. Tindardan Steninin vətəni
olan Termeyə yola düşdü, burada onun boş evində qalmış arvadını gördü. Qadın
sürgündəki ərindən Tsitseronun gətirdiyi məktubu oxuyub ağladı. Evində qaldığı
Lisona məxsus olan Apollonun qiymətli heykəlini və Mentorun gümüş qədəhlərini
qarət etmişdilər.
Yeni qubernator Lutsi Metellin liktorları əllərindəki qamçı və balta ilə
bazar meydanı tərəfdə dayanmışdılar və Verres barədə şəhadət verənləri
cəzalandıracaqları hədəsi ilə qışqırırdılar. Tsitseron ilk dəfə bu adaya gələndə,
buradakı Leontini düzənliyi Romanın taxıl anbarı idi. İndi isə tərk edilmiş ferma
evləri, becərilməyən tarlalar gözə çarpırdı. Bir fermer şikayət etməyə cəsarət
göstərdi. Gəlirin onda birini Verres üçün yığanlar bir nəfəri bazar meydanındakı
zeytun ağacından asmışdılar.
Sirakuza Siciliyanın ən böyük və ən yaxşı şəhəri idi. Əslində, burada
dörd şəhər birləşmişdi və bir şəhər içərisində ərimişdi. Romalı qubernator Diana və
Minerva böyük məbədlərinin yanındakı saraya malik idi. Messanadan sonra bu
221
şəhər Verresə loyal olduğundan, bu yaxınlarda şəhərin senatı ona elegiya
göndərməyə səs vermişdi. Ona görə də Tsitseron özünün düşməncəsinə qəbul
ediləcəyindən qorxurdu.
Tsitseron gənc magistrat olanda görkəmli matematik Arximedin 130 illik
qəbrini nankorluqla itirmiş qəbiristanlığın yanında məskunlaşmışdı, bu adam isə
böyük alim olmaqla, Sirakuza tarixinin ən məşhur şəxsiyyəti idi.
Hortensinin yenidən öz köhnə fırıldaqlarını təkrar etməsini eşidəndə,
Tsitseron dedi ki, «Biz müharibəni düşmən cəbhəsinə keçirməliyik, nə baş
verdiyini anlayan romalıların özlərinin dilini açmalıyıq. Həm də o bilirdi ki, bu,
riskli bir strategiyadır, lakin öz inamından dönmürdü və əmin idi ki, Verresin
başçılıq etdiyi qatillərin zülmət ürəyi açılıb göstəriləcəkdir. O, çox sürətlə və məxfi
qaydada hazırlıq görürdü. O, belə bir fikirlə razı idi ki, «kim küçəyə nəzarət edirsə,
o, qanuna nəzarət edir». Bu həmin Tsitseron idi ki, küçəyə nəzarət edirdi. O
deyirdi: «Bir buna baxın, bu, heç də müəyyən bədbəxt fərdlərdən tutulub alınmış
mallar deyildir. 400 kiçik çəllək bal, əcnəbi paltarlardan ibarət 90 bağlama. Bunlar
gəmi yükü idi. Sizin qubernator Verres gəmini də oğurlamalı idi».
Şahid 10, bəlkə də, 20 gəminin yükünün oğurlandığını və heç bir
gömrük
rüsumu alınmadığını dedi. Verres bütün yükləri özünə götürmüşdü. Bu gəmilər
Asiyadan, Suriyadan, Tirdən, Aleksandriyadan gəlirdi. Verres təkcə malları, yükü
deyil, gəmiləri də özünə götürürdü. O, casusluq yolu ilə buna nail olurdu. Bütün
casusların kökü qubernator Verresin özündə idi.
Bu gəmilərin komandaları isə «Daş karxanası» adlanan zindana
göndərilirdi. Onların gələcək taleyininin necə olacağını heç kəs bilmirdi. «Daş
karxanası» Siciliyada ən qorxulu dustaqxana idi. Ondan pis olanı barədə heç kəs
heç nə eşitməmişdi. Burada Verresin qurbanları əzab çəkir və ölürdülər. Bu, tiran
Dionisinin üç əsr bundan əvvəl tikdirdiyi yeraltı məhbəs idi. Bəzi adamların azad
olunması xəbərləri gəlirdi, əksəriyyəti barədə isə «onların üzərinə ölüm cəzası
qoyulmuşdur» mənasını verən Siciliya sözü olan «edikaiothesan» yazılırdı.
Tsitseron ayrı-ayrı ölkələrdən olanların nəyə görə həbs olunduqlarını
soruşanda, bu suala belə cavab verdilər ki, onlar dəniz quldurları idilər, dəniz
quldurları və casuslar. Onların hamısı artıq öldürülmüşdü, təkcə romalılar və iki
ispan həbsdən azad olunmuşdu. İki nəfərin edam edilməsi isə Tsitserona detalları
ilə təsvir edildi.
Tsitseronun fəallığı hesabına Sirakuzada qarışıqlıq yaranmışdı. Senat
binası mühasirəyə alınmışdı. Aşağıda Verresin özünün qızıl suyuna çəkilmiş
heykəli dururdu. Şəhərlilərin mitinqi qubernator Metellin göstərişi ilə dağıdılmışdı.
Qanlı qiyam baş verə bilərdi. Tsitseron da siciliyalıları sakitləşməyə çağırırdı.
Metell ailəsi bu vaxt hakimiyyətin kulminasiya nöqtəsində idi. Üç qardaş
– Kvint, Lutsi və
Mark bir neçə il idi ki, Romada ağalıq edirdi. Ən qorxulusu ikinci
qardaş Lutsi idi. O, Tsitseronu qubernator sarayındakı kral otağında qəbul etdi.
Yerindən qalxmadan dedi ki, «Roma əyalətində qiyam qaldırmaq xəyanətkar bir
cinayətdir». Tsitseron cavab verdi ki, «Bu da xəyanətkar bir cinayətdir ki, xalqı və
Roma xalqını, onun təyin etdiyi təmsilçini öz vəzifəsini yerinə yetirməyə görə
kimsə təhqir etsin». Onu da əlavə etdi ki, «Qubernator, mən sizi əmin edirəm ki,