102
layihəsi çərçivəsində 24 məşhur muğam ustadının ifaların-
dan ibarət «Qarabağ xanəndələri» adlı zəngin musiqi albo-
mu hazırlanıb təqdim edilmişdir. Sonra bu layihənin davamı
kimi 2008-ci ildə «Muğam ensiklopediyası» hazırlanıb nəşr
edilmişdir. Bu isə mütəxəssislər tərə indən xalqımızın qədim
musiqi irsinin qorunması və inkişafı yolunda sanballı nəşr
kimi dəyərləndirilmişdir.
Muğam Mədəniyyətimizin qorunması
və təbliği sahəsin-
də möhtəşəm tədbirlər həyata keçirən H.Əliyev fondunun
növbəti uğurlu layihələrindən biri də «Azərbaycan muğa-
mı» interaktiv audiovizual multimedia toplusu və «Muğam
aləmi» nəşridir ki, bu da muğamsevərlər üçün ən gözəl təd-
ris vəsaitidir. Qeyd edək ki, 8 diski əhatə edən «Azərbaycan
muğamı» multimedia toplusunda muğamın mənşəyi, növ-
ləri, eyni zamanda quruluşu və kompozisiya xüsusiyyətləri
toplanmışdır. «Muğam aləmi» adlanan toplu H.Əliyev fon-
dunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə 2009-cu ilin mart ayında Bakıda keçirilən Beynəlxalq
Muğam Festivalına həsr edilmişdir. Maraqlı cəhət odur ki,
«Muğam aləmi» toplusuna klassik Azərbaycan muğamlarını,
simfonik muğamları, Azərbaycan muğam operalarını, eyni
zamanda tanınmış xarici musiqiçilərin çıxışlarını və etnoçaz
nümunələrini əhatə edən 33 DVD yerləşdirilib. Buradan gö-
ründüyü kimi, Azərbaycan muğamlarının təbliği ilə bağlı çox
işlər görülmüşdür.
Azərbaycan mədəniyyətinin inkişafında muğam sənəti-
nin yeri və rolundan bəhs edən Mehriban xanım Əliyeva de-
mişdir: «Muğam sənəti, Muğam bütün dövrlərdə ökəmizdə
yaşayıb, səslənib, duyulub və sevilib. Siyasi,
ictimai və yaxud
iqtisadi vəziyyətdən asılı olmayaraq muğam sənəti öz xüsusi
yerini qoruyub, saxlayıb və yaşayıb. Muğam mədəniyyətinin
yaşamasında, nəsildən-nəslə, ustaddan-tələbəyə, müəllim-
dən şagirdə, ağsaqqaldan-gəncə çatdırılan sənətkarlıq, ifaçı-
104
ğu haqqında ətra lı məlumat verəcəyini bildirmişdir. (90)
2009-cu ilin mart ayının sonunda Azərbaycan Aşıqlar
birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun başçılığı ilə 8
nəfərdən ibarət nümayəndə heyəti Aşıq musiqisi ilə əlaqə-
dar konsert vermək üçün Fransanın Paris və Strasburq
şəhərlərində olmuşlar. Azərbaycan Respublikası Mədəniy-
yət və Turizm Nazirliyi ilə Fransanın «Maison des cultures
du monde» Assosiasiyası arasınada imzalanmış müqaviləyə
əsasən, 29 mart 2009-cu il tarixində Parisin məşhur Luvr
Muzeyinin Auditorium zalında keçirilmiş konsertdə aşıqlar
çox yüksək səviyyədə iştirak etməklə tamaşacıları müxtəlif
aşıq havaları ilə tanış etmişlər. Tamaşaçıların əksəriyyətinin
xarici vətəndaşların təşkil etdiyi konsert proqramı davamlı
alqışlarla qarşılanmışdır.
30 mart 2009-cu il tarixində Strasburq Konservatori-
yasının konsert zalında növbəti Aşıq musiqisi konsertinin
keçirilməsi məqsədilə nümayəndə heyəti Strasburq şəhə-
rinə yola düşmüşdür. Paris konsertində olduğu kimi davamlı
alqışlarla müşayət olunmuş konsert zamanı aşıq və musiqi-
çilərimiz çox yüksək səviyyədə çıxış
edərək Azərbaycan mə-
dəniyyətində xüsusi yer tutan Aşıq sənətini xarici vətəndaş-
lara sevdirməyə nail olmuşlar.
Bundan başqa aşıqlarımız 2009-cu ilin noyabrında Bö-
yük Britaniyanın paytaxtında və bir sıra iri şəhərlərində ge-
niş konsert proqramları ilə çıxış etmişlər.
Qeyd edək ki, sosial-iqtisadi sahədə olduğu kimi mədə-
niyyət sahəsində də Azərbaycanın böyük nailiyyətlər əldə
etməsi onun beynəlxalq nüfuzunun artmasının göstəricisinə
çevrilmişdir. Belə ki, qısa zaman ərzində respublikamızın bir
çox maddi və mənəvi mədəniyyət nümunələrinin YUNES-
KO-nun Mədəni İrs siyahısına daxil edilməsi Azərbaycan mə-
dəniyyətinin beynəlxalq təşkilatlar və ictimaiyyət tərə indən
tanınmasının bariz nümunəsidir. Bu həm də qədim və zəngin