105
Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasi-
yasının əsas şərtlərindən biridir.
2000-2009-cu illərdə YUNESKO-nun siyahısına daxil
edil miş Azərbaycanın maddi və mənəvi mədəniyyət nü-
munələri aşağıdakılardır:
1.
İçərişəhər qala divarları ilə birlikdə – 2000-ci ildə YU-
NESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.
2.
Qız Qalası – 2000-ci ildə YUNESKO-nun Dünya Mad-
di-Mədəni İrs siyahısına daxil edilib.
3.
Azərbaycan muğamları – 2002-ci ildə (noyabr) YU-
NESKO tərə indən «Bəşəriyyətin Şifahi və Qeyri-maddi irsi-
nin Şah əsəri elan olunub.
4.
2003-cü ildə isə YUNESKO Azərbaycan muğamlarını
«Bəşəriyyətin Şifahi və Mənəvi İrsinin Şedevrləri» siyahısına
daxil etmişdir.
5.
Şirvanşahlar Sarayı-2003-cü ildə YUNESKO-nun Dün-
ya Maddi-Mədəni İrs siyahısına daxil edilib. Şirvanşahlar
kompeksinə – divanxana,
Seyid Yəhya Bakuvinin türbəsi, sa-
ray türbəsi,
minarəli saray məscidi,
hamam və nisbətən son-
rakı illərdə tikilmiş Şərq darvazası daxildir.
6.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə YU-
NESKO-nun Dünya Maddi-Mədəni İrs siyahısına daxil edilib.
7.
Aşıq sənəti – 2009 (28 sentyabr-2 oktyabr) YUNES-
KO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
8.
YUNESKO 2009-cu ildə Novruz bayramını Azərbay-
can, Hindistan, İran, Qırğızstan, Özbəkistan, Pakistan və Tür-
kiyənin beynəlmiləl bayramı kimi Qeyri-Maddi Mədəni İrs
Siyahısına daxil etmişdir.
Bütün bunlar Azərbaycan mədəniyyətinin milli çərçivə-
dən çıxaraq dünya mədəniyyəti nümunələrinə çevrildiyini
və bəşəri mahiyyət kəsb etdiyini göstərən faktlardır.
Məlumdur ki, davamlı inkişafa keçid hər hansı bir cə-
miyyətdə yaşayan bütün etnik qrupların mədəni inkişafına