108
TÜRKSOY təşkilatının əsas məqsəd və vəzifələri aşağda-
kılardan ibarətdir:
– Beynəlxalq münasibətlərin humanistləşdirilməsi və
stabilləşdirilməsinə istiqamətlənən beynəlxalq ictimaiyyə-
tin mənəvi inkişafının prioritetlərinin regional və planetar
səviyyədə
qəbul və təsdiq edilməsi;
– Beynəlxalq dialoqun təşkili və inkişaf etdirilməsi və
TÜRKSOY-a üzv dövlətlərin mədəni oxşarlığının dəstəklən-
məsi;
– Türkdilli xalq və ölkələr arasında dost münasibətlərin
və qarşılıqlı anlaşmanın qurulması;
– Türkdilli xalqların etnogenezi, gerçək tarixi, ədəbiyyat,
mədəniyyət və incəsənətin öyrənilməsi sahəsində elmi araş-
dırmaların
intensivləşdirilməsi;
– Öz xalqlarının milli tarixinin, doğma dilinin, ədəbiyya-
tının, mədəniyyət və incəsənətinin və ənənələrinin yeni nə-
sil tərə indən öyrənilməsinin dəstəklənməsi və s.
Əlbəttə, həyat inkişaf etdikcə TÜRKSOY-un da fəaliyyət
istiqamətləri genişlənir və çeşidli tədbirlər keçirilir. Türkdil-
li ölkələr arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi
ikri 2-3 oktyabr 2009-cu il tarixində Türkdilli dövlətlərin
dövlət başçılarının Naxçıvan (Azərbaycan) şəhərində keçi-
rilmiş IX Sammitində qəbul edilmiş Bəyannamədə öz əksi-
ni tapmışdır. Qeyd edək ki, Naxçıvan şəhərində keçirilmiş
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü TÜRK-
SOY-un fəaliyyətinə böyük dəstək göstərmiş və türk dünya-
sının mədəniyyət sahəsindəki əməkdaşlığına yeni yollar aç-
mışdır.
TÜRKSOY «Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009»
mədəniyyət ili çərçivəsində keçirilən tədbirlərdə də fəal iş-
tirak etmişdir. Bu məqsədlə TÜRKSOY-un Daimi Şurasının
növbəti (XXVI) toplantısı 16-17 oktyabr 2009-cu il tarixdə
Bakı şəhərində keçrilmişdir. Toplantını açan Azərbaycan Mə-
110
göstərən faktlardır.
Türkdilli xalqların mədəni əlaqələrinin inkişafında
TÜRKSOY-un fəaliyyətinin ulu öndər tərə indən dəstəklən-
məsini Heydər Əliyevin türkdilli xalqların tarixən formalaş-
mış ortaq mənəvi dəyərlərinin qorunması sahəsində uzaq-
görənlik kimi dəyərləndirmək olar.
Son illərdə respublikamızda islamın bəşəri dəyərlərinin
kulturoloji aspektlərinin araşdırılmasına da xeyli diqqət ye-
tirilir. Bu baxımdan 9-10 noyabr 2009-cu il tarixində Bakıda
«İslamda mədəniyyət və gözəllik amili» mövzusunda keçi-
rilən beynəlxalq elmi praktiki konfransı buna misal göstər-
mək olar. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mil-
li Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən bu
konfransda «Azərbaycan folkloru islam kontekstində», «İs-
lam mədəniyyəti və ənənələrinin öyrənilməsində arxeoloji
materialların rolu», «İslam mədəniyyətinin təşəkkülündə
Azərbaycan ziyalılarının rolu», «İslamda harmoniya – dün-
ya ilahiliyinin ifadəsidir», «İslamda qadına verilən dəyər və
qadın hüquqlarının müha izəsi», «Müasir gəncliyin tərbiyə-
sində islamın rolu», eyni zamanda digər aktual mövzular
dinlənilmiş və islam mədəniyyəti ilə bağlı
geniş müzakirələr
aparılmışdır. 9 ölkədən gəlmiş dinşünas kulturoloq, ilosof,
tarixçi və s. mütəxəssislərin iştirak etdiyi bu konfransda ma-
raqlı məruzələrlə çıxış edən AMEA-nın prezidenti akademik
M.Kərimov, AMEA-nın vitse-prezidenti N.Vəlixanlı, Rusiya
Federasiyası Nijni Novqorod İslam İnstitutunun rektoru D.
Muxətdinov, Moskva Dövlət Mədəniyyət və İncəsənət Un-
versitetinin müəllimi N.Yemelyanova, Türkiyənin Mərmərə
Unversitetinin nümayəndəsi Rəcəb Qaradağ və digər alimlər
islamın bəşəri dəyərlərini önə çəkmiş, islamda gözəllik ami-
linin fəlsə i və kulturoloji istiqamətlərini təhlil etmiş və bu
mədəni dəyərlərin müasir gənclərin estetik şüurunun for-
malaşmasındakı rolunu şərh etmişlər. (91)