Dövlət və Din.-2009.-№7-8.-S.88-91.
İSLAMIN TƏŞƏKKÜLÜ MƏRHƏLƏSİNDƏ İSLAM - XRİSTİANLIQ DİALOQU
Aqil ƏLƏSGƏR,
AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və
ictimai fikir şöbəsinin aspirantı
İslam son ilahi din olaraq xristianların, yəhudilərin və bütpərəstlərin yaşadığı mürəkkəb bir mühitdə
nazil olmuşdur. İslamı ilk qəbul etmişlərin əksəriyyəti öncəki dinlərdən dönmüş (hidayət olunmuş)
insanlardır.
Tarixi qaynaqlar Xristianlıq, Yəhudilik və Bütpərəstliyə etiqad edən insanların bir-biri ilə qarşılıqlı
münasibətlərinin mövcudluğundan xəbər verməkdədir. Həmin münasibətlərin mənfi və ya müsbət olmasına
gəlincə, araşdırmaçılar mənfi münasibətlərin üstünlük təşkil etdiyini bildirsələr də, müsbət əlaqələrin də
olduğunu inkar etmirlər. İstənilən halda, hər üç dinə mənsub olanların arasındakı qarşılıqlı polemikaların
və ortaq fəaliyyətlərin daimi olmadığını nəzərə alıb, İslam yaranan gündən bu yana hər üç dinə etiqad
edənlər arasında dialoqun davamlı alındığını demək mümkün deyil. Bu səbəbdən, bir çox tarixçilər ötən
əsrləri xristianlar üçün «müsəlmanlar haqqında yanlış düşünülən zamanlar», müsəlmanlar üçün isə
«birlikdə yaşadıqları bu insanları və inancları Qurani-Kərimin işığında anlama dönəmləri» olaraq təqdim
edirlər
2
.
İslamın xristianlarla qarşılaşmasına gəlincə, tarixçilər bunu 9 yaşlı Həzrət Məhəmmədin (s) əmisi Əbu
Taliblə (r.a) ticarət məqsədi ilə birgə Bizans torpaqlarından keçərək Suriyaya gedərkən Busra qəsəbəsində
Bahirə adlı rahiblə qarşılaşmasından başlandığını qeyd edirlər. Daha sonralar Həzrət Məhəmmədin (s) gənc
yaşlarında Həzrət Xədicənin (r.a) ticarət işləri ilə məşğul olarkən, Busra qəsəbəsində Nastura adlı rahiblə
görüşməsi də bu qəbildən sayılır
3
. Hər iki görüş İslamın meydana gəlməsindən qabaq (610-cu il) baş
verdiyindən, Kara de Vua kimi islam əleyhdarları olan qərb filosofları Quranın Bahirə tərəfindən
yazıldığına dair əsassız iddia ilə çıxış edirlər
4
. Bundan başqa, Həzrət Məhəmmədin (s) Məkkədə kitab-
əhlinə mənsub kölələrlə
5
, hətta dəmirçi bir xristianla çox yaxın dostluq münasibəti qurduğu
6
və bu
insanlara qarşı olduqca müsbət davrandığını görməkdəyik.
İbn İshaq, Həzrət Məhəmməd (s) hələ Məkkədə olarkən iyirmiyə yaxın həbəşli xristianın onu ziyarət
etdiyini və Kəbədə onunla görüşərək, Qurani-Kərimi dinləyib ağladıqlarını, Kitabi-Müqəddəsdə xəbər
verilən peyğəmbərin Həzrət Məhəmməd (s) olduğunu bildikdən sonra İslamı qəbul etdiklərini rəvayət edir
7
.
Məkkəli müşriklər müsəlmanlara qarşı zülmlərini artırdıqda Rəsulullah (s) tərəfdarlarını bu zülmdən
qurtarmaq üçün Həbəşistana hicrət etmələrini istəmişdi (615-ci il). Həbəş kralı Nəcaşiyə yazdığı məktubda,
həm onu İslama dəvət etmiş, həm də qohumu Cəfər ət-Təyyarı (r.a) və onunla birlikdə ilk hicrət edənləri
qorumasını istəmişdi
8
.
Bununla da, tarixdə ilk rəsmi müsəlman-xristian dialoqu Həbəşistan kralı Nəcaşinin hüzurunda
gerçəkləşmişdir. Olduqca qızğın keçən görüşdə xristianlar sual verən, müsəlmanlar isə ayələrlə
arqumentləşdirdikləri cavabları ilə öz prinsiplərini anladan tərəf olmuşlar. Həzrət Məhəmmədin (s) ərəb
həyatında reallaşdırdığı fərdi və ümumi dəyişiklikləri göstərən olduqca təsirli çıxışdan sonra, Cəfər ət-
Təyyar (r.a) Nəcaşinin istəyi ilə «Мəгуəт» surəsinin ilk ayələrini oxuyarkən kral və keşişlərin İslamın
Həzrət İsa (ə) və Həzrət Məryəmə (ə) yüksək münasibətindən kövrəldikləri qaynaqlarda yer almaqdadır
9
.
Nəcaşi bu qarşılaşmadan məmnun qaldığını söyləyərək, müsəlmanlara öz ölkəsində sığınacaq vermişdir
10
.
Habelə, Nəcaşinin müsəlmanların Bədr savaşında qalib gəlmələrinə sevinərək, «Аllaһ Rəsuluna Bədrdə
yardım etdi, bunun üçün Allaha həmd olsun» dediyi də rəvayət olunur. Onun ilk müsəlmanlara qarşı
münasibəti müsəlman-xristian tarixində məsihilərin müsəlmanlara ən isti münasibəti kimi dəyərləndirilir
11
.
Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra da xristianlara mülayim davranmış, xristian
ölkələrinin başçılarına məktublar göndərərək, onları İslama dəvət etmişdir. Bu məktublarda ən çox nəzərə
çarpan cəhət məktub üslubunun diplomatik qaydalara son dərəcə uyğunluğudur. Həzrət Məhəmmədin (s)
məktub göndərərək, qarşılıqlı əməkdaşlıq etmək istədiyi və xoş münasibət gördüyü xristian hökmdarlar
arasında həbəşistanlı Nəcaşi, Bizans imperatoru Herakl, Misir kralı Muqavqis Xətib ibn Əbu Bəltanın
adlarını çəkmək olar
12
.
Hicri təqvimi ilə 8-9 – cu illərdə keşiş Əbu Haris ibn Əkləmənin başçılığı altında 60 nəfərlik nəcranlı
xristianlardan ibarət bir qrup Mədinəyə ziyarətə gəlmiş və Məhəmməd peyğəmbər (s) onları məsciddə
qarşılamışdır. Tarixi qaynaqlarda müsəlman torpaqlarında, Həzrət Peyğəmbərin (s) hüzurunda gerçəkləşən
ilk müsəlman-xristian dialoquna mədinəli yəhudilərin də tərəf olaraq qatıldığı söylənməkdədir
13
.
İslami qaynaqlarda qızğın mübahisə şəklində cərəyan edən bu dialoqun əsas mövzusu İsanın (ə)
ulihiyyəti və təslis inancı olmuşdur
14
.
632-ci ildə Həzrət Məhəmməd (s) vəfat etdikdən sonra başlayan fəthlər İslamın Ərəbistan
yarımadasından İran, Suriya, Ərməniyə, Fələstin, İraq, Misir və İspaniyaya yayılmasına şərait yaratdı.
Fəthlərin qarşısı 732-ci ildə alınmasaydı, bütün qərb dünyası müsəlman ola bilərdi
15
. Qeyd edək ki, Həzrət
Peyğəmbərin (s) vəfatından sonra inkişaf etməyə başlamış ərəb-müsəlman fəthləri zamanında Bizans
imperatorluğu Şərqdə yeganə xristian siyasi quruluş idi. Fəthlər dönəmində İslamın sürətlə yayıldığı
bölgələrin sakinlərinin əksəriyyətini xristianlar təşkil edirdi
16
.
637-ci ildə Qüdsü və Mesopotamiyanı fəth edən Xəlifə Ömər (r.a) yəhudi və xristianlardan cizyə
alınması şərti ilə onlara toxunmadı. Ən maraqlı qarşılaşma isə Misirdə baş verdi. Bizansın əsarətində olan
xristian qiptilər 642-ci ildə müsəlmanlar tərəfindən onların ərazisinin fəth edilməsini sevinclə qarşıladılar
17
.
Təbii ki, burada İslamın ədalət prinsipi böyük rol oynayırdı. İnanc baxımından Roma və Konstantinopol
xristianlarından fərqlənən, digər xristianlar arasında öz varlığını qorumağa çalışan xristian qiptilər üçün
bundan əlverişli şərait ola bilməzdi. Müsəlmanlar fəth etdikləri bölgələrdə, xüsusilə İspaniyada birlikdə
yaşamağa məcbur olduqları yerli xristian əhalinin adət-ənənələrini, dini etiqadlarını qoruyub saxlamaq və
daha da inkişaf etdirmək üçün münasib zəmin yaratdılar.
ƏDƏBİYYAT
1. A.J. Massey-Kevin Keith, «а Dialogue of Creeds», İslamochristina sy. 19 (1993), 23-24.
2. Muna war Ahmad Aness, «Christian-Muslim Dialogue: Mith or Reality», islam and Modern Age,
(May-Agust 1987), 107.
3. Ət-Tabəri, Camiul-Bəyan an-Teviil Ayil Quran, Misir 1994, c.XVI, s.177-180; Zəməxşəri, a.ç.ə.,
с.II,
səh.344.
4. Hatip Abdulaziz, dr., Kuran ve Hz. Peyğamber aleyhindeki iddialara cevap-lar, (doktora tezi),
Istanbul, 1997, səh. 229.
5. Muhammed Hamidullah, İslam Peyğamberi-I, trc.Salih Tuğ, Istanbul, 1990,47-48,94,107-110.
6. Ət-Tabəri, Camiul-Bəyan an-Teviil Ayil Quran, Misir 1994, c.XVI, səh.177-180; Zəməxşəri, a.ç.ə.,
c.ll, səh.344.
7. İbn-Hişam, əs-Siretun-Nəbəviyyə, Beyrut, 1971, с. II, səh. 32.
8. Osman Guner, a.ç.ə., Ankara, 1997, səh.110-115.
9. Paul Knitter, No Other Name?: A Critical Survey of Christian Attitudes Toward the World Religions
(Maryknoll, NewYork, Orbis Books. 1988), s. 267.
10. Hamidullah, a.ç.ə., səh. 298-299.
11. Ali Erba, «Hıristiyan Misyonerliğine Genel Bir Bakış», misyonerlik dosyasi, Sakarya Üniversitesi
İlahiyat fakültesi dergisi 7/2003.
12. Hamidullah, a.ç.ə., səh.297-350.
13. Muhammed Hamidullah, islam Peyğamberi, səh. 413.
14. Ekrəm Sarıkçıoğlu, Başlanğıcdan Günümüzə Dinlər Tarixi, İsparta, 1999, səh.375.
15. Л.С. Васильев, История религий Востока, Ростов-на Дону: «Феникс», 1998.
16. ƏHƏrbaş, a.ç.ə.
17. Hans Кипд, «Тһе World Religions in God’s Plan of Salvation». s. 28.