Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə27/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

106 

 

- Hansı səbəbdən? 



Puaro şəhadət barmağını qaldırdı: 

- Psixologiya! 

- Necə? - komissar soruşdu. 

- Biz psixologiyanı nəzərə almamışıq. Qraf yaramazdırmı? - Bəli. 

Qraf  dələduzdurmu?  -  Bəli.  O,  daş-qaşları  oğurlamağa  hazırlaşıb?  - 

Bəli. O, qatilə oxşayırım? - Mən təkid edirəm: Xeyr! Qraf tipdə olan 

insanlar  qorxaq  olurlar,  onlar  heç  vaxt  risk  etmirlər.  Onlar  ancaq 

təhlükəsiz oyun oynayırlar, ingilislər onu “alçaq oyun” adlandırırlar. 

Lakin qətl - min dəfələrlə 

xeyr! - Və o, qızğın surətdə etiraz edirmiş kimi başını bir neçə dəfə 

yellədi. 

Buna baxmayaraq, magistrat bununla razılaşmadı. 

-  Elə bir gün gəlir ki, bu cür adamlar başlarını itirir və belə cinayətlər 

törədirlər,  -  o,  sanki  öyüd  verən  bir  tərzdə  dedi.  -  Şübhəsiz,  biz  bu 

sayaq hadisə ilə qarşılaşmışıq. Mən sizinlə mübahisə 

etmək istəməzdim, hörmətli müsyö Puaro. 

-  Bu, sadəcə ehtimaldır, - Puaro izah etməyə 

tələsdi. 

-  İşi siz aparırsınız və məhz siz düzgün hesab 

etdiyiniz kimi hərəkət etmək ixtiyarına sahibsiniz. 

-  Hər halda, biz qraf de la Roşu tapmalıyıq. Siz 

mənimlə razılaşırsınız, müsyö komissar? 

- Tamamilə. 

- Bəs siz, müsyö Van Aidin? 

-  Bəli,  -  milyonçu  cavab  verdi.  -  Bu  adam  çox  yaramazdır,  buna 

şübhə etməyə dəyməz. 

- Qorxuram ki, onu tutmaq asan olmasın, - müsyö Karrej dedi. - 

downloaded from KitabYurdu.org




107 

 

Lakin  biz  əlimizdən  gələni  edəcəyik.  Teleqraf  təlimatı  dərhal 



göndəriləcək. 

-  İcazə verin, sizə kömək edim, - Puaro sözə 

qarışdı. 

- Qrafı tapmaq qətiyyən çətin deyil. 

Hamı  anlaşılmaz  vəziyyətdə  ona  baxdı.  Balaca  adam  məftunedici 

gülüşlə söylədi: 

- Bilmək mənim işimdir - o, izah etdi. - Qraf ağıllı adamdır. O, hazırda 

kirayələdiyi Antibisdəki “Marina” villasındadır. 

27 

Gözlük. 


28  “Qot almanaxı” ( Almaniyanın Qot şəhərində dərc olunan zadəgan 

geniologiyası üzrə illik məlumat kitabçası). 

29  Məsələn. 

XVI 


FƏSİL 

Puaro faktları müzakirə edir 

Hamı  məftunluqla  Puaroya  baxdı.  Onun  sözləri  güclü  təəssürat 

yaratmışdı. Komissar güldü, lakin onun gülüşü səmimi deyildi. 

- Siz bizə öz sənətimizi öyrədirsiniz! - o, ucadan dedi. 

- Müsyö Puaro polisdən çox bilir! 

Puaro özündənrazı halda tavana baxdı. 

-  Siz  nə  danışırsınız,  hər  şeyi  bilmək,  sadəcə,  mənim  kiçik  bir 

hobbimdir, - o donquldandı. - 

Təbii  ki,  mənim  bunu  öyrənmək  üçün  vaxtım  olub.  Mən  ki,  artıq 

işləmirəm. 

-  Ah! - komissar başını mənalı şəkildə yellədi, - 

mənə gəldikdə isə... 

Və o, bütün qayğının onun çiynində olduğunu bildirən bir jest etdi. 

Puaro Van Aidinə müraciət etdi: 

downloaded from KitabYurdu.org




108 

 

- Siz bu nöqteyi-nəzərlə razısınızmı, müsyö? Siz əminsinizmi ki, qatil 



qraf de la Roşdur? 

-  Məncə, bütün bunlar göstərir ki... təbii ki, bəli. 

Onun  səsindəki  titrəyiş  müsyö  Karrejin  marağına  səbəb  oldu  və  o, 

maraqla amerikalıya baxdı. 

Sanki o, öz dediyi sözlərin düzgünlüyünə çox da əmin deyildi və işə 

aidiyyəti olan nəyisə açıb demirdi. 

Bəs mənim kürəkənim necə? - Van Aidin 



soruşdu. 

Hadisə barədə ona xəbər vermisiniz? Mən 



bilirəm ki, o, Nitsadadır. 

-  Əlbəttə, müsyö. - Komissarın dili topuq vurdu və inamsızlıqla dedi. 

- Müsyö Van Aidin, siz yəqin artıq bilirsiniz ki, müsyö Ketterinq də 

həmin gecə Mavi qatarın sərnişinləri arasında olub? 

Milyonçu başı ilə təsdiq etdi: 

-  Mən bunu hələ Londonda olarkən öyrəndim, - 

qısaca izahat verdi. 

-  O dedi ki, - komissar davam etdi,  -  guya ki, arvadının bu qatarla 

getdiyindən heç xəbəri də 

yox imiş. 

-  Mərc  gələrəm  ki,  xəbəri  olmayıb,  -  Van  Aidin  kədərli  bir  halda 

razılaşdı. - Əgər onlar yolda 

qarşılaşsaydılar o, özünü itirərdi. 

Otaqdakılar sual dolu baxışla ona tərəf boylandılar. 

-  Mən  təfərrüatlara  varmaq  istəmirəm,  -  Van  Aidin  sözünə  hirsli 

davam etdi. - Heç kim bilmir ki, mənim yazıq qızım nələr çəkib. Derek 

Ketterinq qatarda tək olmayıb. Onunla yanında qadın olub. 

-Hə? 


downloaded from KitabYurdu.org


109 

 

- Bəli, rəqqasə Mirel. 



Müsyö Karrej ilə müsyö Kau bir-birinin üzünə baxdılar, sonra isə eyni 

vaxtda  ikisi  də  başını  tərpətdi,  sanki  eyni  nəticəyə  gəldilər.  Müsyö 

Karrej  stulun  kürəkliyinə  söykəndi,  əllərini  çarpazladı  və  gözlərini 

tavana dikdi: 

Hə,  -  təəccüblə  dedi,  -  maraqlıdır.  -  O,  boğazını  arıtladı.  - 



Ümumiyyətlə, belə söz- 

söhbət gəzir ki... 

- O xanım məşhurdur, - Kau qeyd etdi. 

Həm də çox bahalıdır, - Puaro astadan 



söylədi. 

Van Aidin qəzəbindən qızardı. Yumruğunu masanın üstünə çırpdı: 

- Bilirsiniz, -deyə bağırdı, - mənim kürəkənim əsl əclafdır. 

O, iti baxışlarını bir nəfərdən digərinə ötürdü. 

-  Bəli,  -  Van  Aidin  davam  etdi,  -  o,  yaraşıqlıdır,  məftunedicidir, 

ünsiyyətcildir. Mən də bir dəfə 

buna aldanmışam. Yəqin ki, siz ona Rutun ölümünü xəbər verəndə, 

Derek  -  əlbəttə ki,  əgər o vaxta kimi  onun xəbəri  yox idisə  -  özünü 

tamamilə kədərdən sarsılmış kimi göstərdi, hə? 

- O, sadəcə, mat qalmışdı. 

-  Lənətə gəlmiş ikiüzlü, - Van Aidin dedi. - Təbii 

ki, o, dərin kədər ifadə etdi? 

- Y.yox, mən belə deməzdim,  -  müsyö komissar ehtiyatla söylədi.  - 

Bəs siz necə düşünürsünüz, müsyö Karrej? 

-  Şok, təəccüb, dəhşət - bəli, - o cavab verdi. - 

Böyük təəssüf - xeyr. 

Yenidən Erkül Puaro dilləndi: 

- İcazə verin, sizə bir sual verim, müsyö Van Aidin. Müsyö Ketterinq 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə